Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə212/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   208   209   210   211   212   213   214   215   ...   245

 
306
«Norma» operası və siyasi məna kəsb edən «Puritanlılar» operası idi. Bellininin əsərləri dərin lirizmi, ehtirası, 
ifa tərzi ilə seçilir. O, XVII əsrə xas xüsusi vokal üslub olan belkantonu inkişaf etdirmişdir. 
Q.Donisetti (1797-1848) də bir sıra operaların müəllifidir. Onun əsərlərinə «Lyuçiya di Lammermur», 
«Don Paskuale», «Favorit qadın», «Polk qızı», «Şamundlu Linda», «Sevgi içkisi» və s. aiddir. Bu əsərlər parlaq
teatral və orijinal ifa tərzilə zəngindir. Onun operaları V. Hüqo, V. Skott, C.Bayronun əsərlərinin sujeti əsasında 
yaradılmışdır. 
Romantizm ideyaları macar bəstəkar və pianoçusu, dirijor Ferents Listin (1811-1886) yaradıcılığında da 
təzahür edir. O, «Faust- simfoniya», 13 proqramlı simfonik poema, 19 rapsodiya, etüd, vals və s. əsərlərin 
müəllifidir. 
Romantizmin digər nümayəndəsi polyak bəstəkar və pianoçusu F. Şopendir (1810-1849). O, iki konsert, 
üç sonata, dörd ballada, etüd, vals və d. musiqi əsərləri yaratmışdır. 
Təsviri sənət. Romantizm tendensiyaları özünü rəngkarlıqda da göstərməkdə idi. Fransız rəngkarlığında 
romantizmin ilk nümayəndəsi Teodor Jeriko (1791-1824) idi. Onun ən məşhur  əsəri «Meduza qayığı» hesab 
edilir ki, bu əsərdə okeanda batan gəminin təsviri əks olunur. Bu rəsm əsəri rəngkarlıqda romantizmin manifesti 
hesab edilir. O, işıq-kölgə ziddiyyətlərinin intensivliyinə, sürətli ritmə xüsusi yer verirdi. 
Ömrünün axırlarında o, realist ustalıqla ruhi xəstə portretləri, məişət səhnələri, peyzajlar («Derbi 
Epsomda») yaratdı. T. Jerikonun yaradıcılığı XIX əsrin ortalarında digər realist rəssamların fəaliyyətinə 
əhəmiyyətli tərzdə təsir göstərdi.  
Romantizmin digər rəngkar rəssamı Ejen Delakrua (1797-1868) hesab edilir. Onun əsərlərinin çoxu 
Bayron poeziyasının motivlərinə  həsr olunmuşdur.  Ən məşhur  əsəri «Azadlıq» tablosudur. Əsər 1830- cu il 
inqilabına həsr edilmişdir. Onun Şərq, tarixi, klassik və müasir ədəbi mövzulara həsr olunmuş əsərlərinə güclü 
təxəyyül hakimlik edir. «Əlcəzair qadınları», «Konstantinopolun xaçpərəstlər tərəfindən alınması»  əsərləri 
belələrindəndir. Delakrua, həm də Yeni dövr tarixi rəngkarlığının əsasını qoyanlardandır. 
Romantik məktəbin nümayəndələrindən biri də böyük karikaturaçı  rəssam – qrafik Onore Domye (1808-
1879) hesab edilir. O, incəsənətə litoqrafiyanı (çap üsulu) tətbiq edərək bir sıra məşhur  əsərlərin müəllifidir: 
«Transnopen küçəsi», «Mətbuat azadlığının müdafiəsində duran nəşrçi» və s. O, akvareldə  də mü-vəffəqiyyətlə 
işləyən rəssamlardandır: «Burlak», «III dərəcəli vaqon», «Paltaryuyan qadın», «Üsyan» və s. əsərlərində  aşağı 
təbəqə nümayəndələrinin ağır və məşəqqətli həyat şəraitini təsvir edir. 
Memarlıq. XIX əsr memarlığında romantizmin xüsusi məktəbləri yaranmasa da o özünü, İngiltərədə 
sənaye arxitekturasında biruzə verməyə başladı. 30-40–cı illərdə tikilən vağzal, körpülər, zavodlar bunu sübut 
edirdi. Şəhərlərin sürətlə artımı və inkişafı köhnə küçə və kvartalların yenidən planlaşdırılması və tikilməsinə 
zəruri təkan oldu. Memarlıqda neoqotik üslub formalaşdı. XIX əsrin ortalarında memar Ç. Berri və O. Pyucini 
tərəfindən məşhur London Parlament ansamblı tikildi. Bu ansambla orta əsrlərə aid olan VII Henrixin kapellası 
da daxil edildi. 1861- ci ildə Londonda digər bina – Büllur saray adlanan romantik tikili yaradıldı (Ümumdünya 
sərgisinin baş pavilyonu). Onun layihəsinin müəllifi bağban c. Pakston idi. 1936- cı ildə saray yanğın 
nəticəsində məhv oldu.  
Teatr. Fransada mütərəqqi romantik teatrın təşəkkülü Stal, Stendal, Hüqo, Merime kimi yazıçıların 
yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərdi. Dramaturgiyanın zirvəsində Hüqonun dramları dururdu. Bu 
əsərlərdə ehtiraslı humanizm, sadə insanların dərdinə  şərik olma, tarixi həqiqətə  cəhd, yüksək poetiklik kimi 
mütərəqqi romantizm əlamətləri aydınca hiss edilməkdə idi. Onun ən yaxşı pyesləri «Marion de Lorm», 
«Ernani», «Mariya Tyüdor», «Ryün Blaz» və s. – dir. Teatrda müvəffəqiyyət  əldə etmiş aktyorlar Frederik 
Lemetr, Pyer Bokaj və Eliza Raşel idi.  
İngiltərədə ən məşhur aktyor E. Kin hesab edilirdi. 
Almaniyada XIX əsrin I rübündə teatr romantik zəmində inkişaf edirdi. Romantik yazıçılar A. V. və F. 
Şleqellər, L. Tik, Q. Kleyest, Hofman hesab edilirdi. Onlar teatr sənətinin sintetik xüsusiyyətini təsdiqləyərək bu 
sənətdə üslubçuluğu, məişətçiliyi tənqid edirdilər. Onlar daxili həqiqət, temperament əsasında yaradan aktyorları 
alqışlayırdılar. Həmin dövrün ən məşhur aktyorları İ. Flekk və L. Devriyent hesab edilirdi. 
Balet. Romantizm özünün parlaq təcəssümünü baletdə də tapmışdı. Romantik balet Fransada XIX əsrin II 
yarısında təcəssüm taparaq tezliklə bütün Avropada məşhur oldu. Tullanma texnikası  və  dırnaq üzərində 
dayanma (puant) texnikası təşəkkül tapdı.  
Puant rəqsini ilk dəfə italyan rəqqası Mariya Talyoni (1804-1884) tətbiq edib və bir çox surətlər yaradıb. 
Romantik balet ansambl rəqsləri üçün əsas oldu. Bu özünü 1841- ci ildə Parisdə qoyulmuş «Cizel» 
baletində (bəstəkar A. Adan) göstərdi. Baletmeysterlər c. Perro və c. Koralli idi. 
1848-ci il Fransa inqilabından sonra romantizmdə böhran hiss olunmağa başladı. Böhran özünü xalis 
sənət problemləri ilə  məşğul olan sənətkarların ictimai həyatdan uzaqlaşmasında təzahür edirdi. Burjua 
nümayəndələrini  şəxsi mənfəət maraqlandırır, tamaşaçı isə incəsənətə yalnız  əyləncə forması kimi yanaşırdı. 
Bundan irəli gələrək bədii mədəniyyətdə digər üslublar yer tutmağa başlayır. Realizm bunlardan biridir. XIX 
əsrdə romantizmdə olduğu kimi burjua cəmiyyətindən narazılıq edən tənqidi realizm yarandı. Lakin 
romantiklərdən fərqli olaraq realizm nümayəndələri bu cəmiyyəti tənqid edirdilər. Realizm məfhumu ilk dəfə 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə