307
XIX əsrin ortalarına aid bədii əsərlərə tətbiq edilmişdir. O zaman fransız ədəbi tənqidçisi
Jan Şanfler romantizm
və simvolizmə əks olan estetikanı səciyyələndirmək üçün bundan istifadə etmişdi. Geniş mənada bu söz bədii
mədəniyyətin ən aparıcı estetik mənbələrindən biridir. «İntibah realizmi», «maarifçilik realizmi» ifadələri də
bununla bağlı idi. Lakin XIX əsrin 30-cu illərində realist sənət, həyatı olduğu kimi təsvir
etmək cəhdindən irəli
gələn «tənqidi realizm» adını aldı.
Realizm reallığın düzgün, obyektiv və dərindən əks etdirilməsi vəzifəsini irəli sürdü. Bu mövqe olanın,
mövcudluğun sadəcə olaraq əks etdirilməsi demək deyildi. Realizm yaradıcı metodu hadisələrin hərtərəfli
təhlili, hadisə və faktların mahiyyətinə dərindən müdaxiləni, onların tipikləşdirilməsi,
seçilməsi və
qiymətləndirilməsini nəzərdə tuturdu. Buna görə də realizmin nümayəndələri maksimal obyektivliyin, konkret
tarixi reallıqların inikasının tərəfində idi. Bu istiqamətin nümayəndələri bədii mədəniyyətə, insanın
mahiyyətinə
daha sayıq, sərt, analitik nəzərlərlə yanaşmanı gətirdilər. Romantizmə və sentimentalizmə xas olan mənəvi və
zahiri aləmin bu və ya digər təzahürlərinin ideallaşdırılmasına üstünlük verdilər.
XIX əsrdə bədii mədəniyyətin inkişafında realizmin başlıca xidməti sosial mühitdən asılı olan şəxsiyyətin
taleyinin daha dərindən tətbiqinə təsviri və musiqi sənətindən fərqli olaraq ədəbiyyatda daha çox üstünlük
vermək idi. Ədəbiyyatda O. Balzak, Q. Flober, rəngkarlıqda O. Domye, Q. Kurbe, barbizonlar realizmi inkişaf
etdirənlər idi.
Realizm. XIX əsrin 30-40-cı illərində ictimai münasibətlərdəki dəyişikliklər dünyanın
təcəssümünün yeni
konsepsiyası ilə realizm tipinin yaranmasında özünü göstərdi. Həmin yüzilliyin ortalarında bu cərəyan Avropa
mədəniyyətində hakim mövqe tutdu. Fransa və İngiltərədə təşəkkül taparaq realizm, sonralar digər Avropa
ölkələrini əhatə etməyə başladı. Realist sənətçilər humanizm və sosial ədalətçilik ideyaları ilə çıxış edirdilər.
Ədəbiyyat. Fransa realist poeziyasının görkəmli nümayəndəsi Pyer Jan de Beranje (1780- 1857) hesab
edilir. Onun siyasi şer və mahnıları demokratizm və canlı milli yumor ilə zəngindir. «Kral İveto» mahnısında
Napoleonun hərbi avantyurası tənqid olunur.
Tənqidi realizmin ən parlaq nümayəndəsi Stendal (Anri Beyl 1783-1842) hesab edilir.
Onun əsərlərində
fəal, güclü xarakterli insanlar təcəssüm olunur. Ən məşhur romanı «Qırmızı və qara»dır (1830). Əsərin
qəhrəmanı Jülyen Sorel Napoleon dövrünün ehtiraslı pərəstişkarı olub, ülvi hisslərlə dolu ruhu ilə ətalətdə olan
ictimai mühitə qalib gəlməyə cəhd göstərən şəxsiyyətdir. Onun «Parm monastırı» romanında zəkalı, istedadlı,
dərin ruhlu insanların faciəsinə gətirib çıxaran irtica dövrü tənqid olunur.
Qərbi Avropa realizminin zirvəsi Onere de Balzak (1799-1850) hesab edilir. Onun ən məşhur əsəri –
«Bəşəri komediya» adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. O, bütün
gücünü sərf edərək 90 roman və novvela yazdı. Bu epopeyaya «Şaqren dərisi», «Yevgeniya Qrande», «Qorio
ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və d. romanlar daxildir.
Realizm dövrünün novella ustadı Prosper Merime (1803-1870) hesab edilir. Bu novellalarda güclü və
parlaq xarakterli,
orijinal naturalar, yüksək hisslərə xas insanlar təcəssüm olunur. Bunlara «Karmen» (Bizenin
operası bu novella əsasında yazılmışdır), «Kolomba», «Falkone» aiddir. Mermme həm də pyeslər müəllifidir.
Onun «Jakeriya» adlı pyes – xronikasında XVI əsrdəki kəndli hərəkatı təsvir edilir. Onun yeganə böyük romanı
«IX Karl dövrünün xronikası» adlı əsəridir. Bu əsərdə o, Varfolomey gecəsinin hadisələrinin, katoliklərlə
protestantların mübarizəsinin bədii təsvirini verir.
Realizmdə yeni mərhələnin görkəmli nümayən-dələrindən biri Qustav Flober (1821-1880) hesab edilir.
Şairin sosial təbəqələrə münasibəti ziddiyyətlidir: o, ömrü boyu burjuaziyaya nifrət
bəsləmiş, xalq kütlələrinə
kinayə ilə yanaşmış, siyasi fəaliyyəti isə, mənasız hesab etmişdi. Onun məşhur əsəri «Madam Bovari» adlı
romanıdır. Əsərin mərkəzində burjua mühütünə məxsus qadın obrazı durur. Yazıçının «Hisslərin tərbiyəsi» adlı
romanında Paris və onun əyalətlərinin adətləri, burjuaziyanın miskin əxlaqı təsvir olunur, gənclərin
mənəvi
düşkünlüyü, ətaləti tənqid edilir. Onun tarixi sujetlər əsasında yazılan «Salambo», «İrodiada» və d. əsərlərində
ayrı- ayrı dövrlərin elmi əsaslarla bədii təcəssümü verilib.
Realizmin digər nümayəndəsi Gi de Mopassandır (1850 - 1893). Onun ən gözəl əsərləri «Həyat», «Əziz
dost», «Mont - Oriol», «Pyer və Jan» adlı romanlarıdır. O, novella və hekayələr ustadı kimi də tanınır.
İngiltərə. Realist nəslin görkəmli nümayəndəsi Şotland yazıçısı Valter Skott hesab edilir. Onun
«Veverley», «Rob Roy», «Ayvenqo», «Kventin Dorvard» adlı əsərlərində orta əsrlərin İngiltərə və Fransa həyatı
təsvir olunursa, «Puritanlar» və «Monroza haqqında əfsanə» adlı romanlarında XVII – XVIII əsrlərdə
İngiltərədəki sinfi mübarizə qələmə alınıb.
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınan Çarlz Dikkens (1812 - 1870) ingilis
ədəbiyyatında tənqidi realizmin banisi olmaqla yanaşı, həm də tanınmış yumor və satira ustasıdır. Onun
yaradıcılığının ilkin dövrünə aid olan «Pikkviks klubunun qeydləri» adlı əsərində patriarxal İngiltərə təsvir
olunur. «Oliver Tvistin macəraları» adlı romanında yoxsulların həyatını təsvir edərək şəxsi
səadət naminə öz
qəhrəmanını maneələrin dəf olunmasına çağırır.
Realist İngilis ədəbiyyatının digər nümayəndələrindən Vilyam Tekkerey (1811-1863), Con Qolsuorsi
(1867-1933), corc Bernard Şou (1856-1950), Herbert corc Uells (1866-1946) və b. adlarını da çəkmək olar.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir