Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə214/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   210   211   212   213   214   215   216   217   ...   245

 
308
Skandinaviya ölkələri. Bu ölkələrin nümayəndələri dünya realist ədəbiyyatının inkişafına güclü təsir edən 
yazıçı  və  şairlərdir. Xüsusilə, Norveç yazıçıları Henrix İbsen (1828-1906), Byernstyern Martinius Byernson 
(1832- 1910), Knut Qamsun (1859- 1952) və b. adlırını  çəkmək olar. B. İbsenin «Gəlincik evi», «Kabus», 
«Xalq düşməni» adlı əsərləri burjua əxlaqının ikiüzlülüyünə qarşı şəxsiyyət azadlığının təntənəsinə çağırır.  
K. Qamsun psixoloji romanlar olan «Aclıq», «Misteriya», «Viktoriya» əsərlərində burjua mühitini güclü 
tənqid edir. 
Təsviri sənət. İncəsənətin bu növündə realizm özünü insanın ictimai xarakterinin təntənəsində təcəssüm 
etdirir. Fransa rəngkarlığında bu özünü, xüsusilə, c. F. Millenin (1814- 1875) yaradıcılığında büruzə verir. Onun 
rəsmlərində fransa kəndlilərinin həyatı realistcəsinə təsvir olunub. Əsərlərindən «Taxıl yığanlar», «Ancelyus» 
və s. adlarını çəkmək olar. 
Q. Kurbe öz «realizmini» rəngkarlığa tətbiq edir. «Toxucular», «Daş yonanlar», «Ornanedə  dəfn», 
«Şopenin portreti» əsərlərinin müəllifidir. 
Mille və Kurbe impressionizmin sələfləri oldu. 
Edvard Mane (1832-1883) öz rəsmlərini Paris həyatına həsr edib. Xüsusilə «Emalatxanada nahar», 
«Mütaliə», «Qayıqda», «Nana» adlı əsərlərində o vaxtkı Fransa həyatı çılpaqlığı ilə və aydın obrazlarla təsvir 
edilmişdir. 
Bu dövrün rəngkarlığından danışarkən ispan rəssamı Fransisko Qoyya (1746-1828) yaradıcılığına xüsusi 
diqqət yetirmək lazımdır. O, ideyaca xalq kütlələrinin tərəfində dayanan və Napoleon müdaxiləsinə amansız 
yanaşan rəssamlardan idi. İspan xalqını tərənnüm edən «Dəmirçixana», «Dolçalı qız» rəsmlərini real səhnələr 
əsasında yaratmışdır. F.Qoyya «IV Karlın ailəsi» adlı tablosunda hakimiyyətə qarşı olan kinayəsini çox həyati 
şəkildə təsvir edə bilmişdir. Onun «Sarı şərfli qadın», «Çılpaq maxa», «Geyimli maxa» adlı əsərlərində ispan 
xalqının gözəlliyini, sağlamlığını və mənəvi gücünü tərənnüm etmişdir. 
Teatr. Realizmlə yanaşı Fransız teatr sənətində  tənqidi realizm də  təcəssümünü tapmışdır. Teatrda bu 
cərəyanı öz ifaları ilə möhtəşəm edən aktyorlar yetişmişdir ki, bunlardan Frederik Lemetr, Eliza Raşelin, Sara 
Bernarın adlarını çəkmək olar. 
İtaliya səhnəsinin aktyorlarından faciə ustadları E.Rossi, T. Salvini, A. Ristori ən məşhurları idi. 
Musiqi. XIX əsrdə teatr sənətinin ən demokratik və kütləvi janrı opera idi. Bu dövr İtaliyan realist opera 
sənətinin zirvəsi c. Verdi («Ernani», «Makbet», «Riqoletto», «Traviata», «Aida», «Trubadur», «Otello» və s.) 
idi. Puççini («çio-çio-san», «Bohema», «Toska») də bu dövrün məşhur bəstəkarıdır.  
Fransada lirik opera geniş yayılır (Ş. Quno- «Faust», «Romeo və cülyetta»). Fransada realist operanın 
zirvəsi J. Bizenin «Karmen» operası idi. XIX əsrin ortalarında yeni janr –operettalar yarandı. Vətəni Fransa olan 
operettanın baniləri Erve və Offenbax oldu. 
Avstriyada Vyana saray operası 1869- cu ildə  fəaliyyətə başladı. Zupper, İ.  Ştraus, Milekker məşhur 
bəstəkarlar idi. 
İngiltərədə 1856- cı ildə Kral operası yarandı. Bəstəkarlardan A. Sallivanı, U. Gilberti göstərmək olar. 
Balet. Müasir Avropa baletinin vətəni  İtaliya hesab edilir. Bu sənəti yayan ən məşhur məbəd isə «La 
Skala» teatrı idi. 1813-cü ildə bu teatrın nəzdində balet məktəbi yaradıldı. Bu yüzilliyin sonunda həmin 
məktəbin yetişdirmələri K. Briantsa, P. Lenyani, V. Tsukki təkcə yüksək texnikaları ilə deyil, həm də dramatik 
istedadları ilə seçilirdilər.  
Bu dövrdə mövcud olan cərəyanlardan biri də klassisizm idi.  
Klassisizm.  Bədii üslub kimi klassisizm (latınca – klassikus nümunəvi) özünü hələ XVII əsrin Avropa 
incəsənətində  təzahür etdirmişdir. Onun ən başlıca  əlamətləri antik sənətin prinsiplərinə qayıtmaqdır: 
rasionalizm, simmetriya, təmayülçülük, məzmun və formanın vəhdətinə ciddi riayət. Fransada bu üslub 
mütləqiyyətin qələbəsindən sonra möhkəmləndi. 
Klassisizmə utopizmin əlamətləri xas idi. XIX əsrdə klassisizm akademizm ilə əvəz olundu. 
Ədəbiyyat. Klassisizmin ədəbiyyat sahəsindəki nümayəndələrindən biri görkəmli  İohain Volfaiq Göte 
(1749 - 1832) yeni dövr alman ədəbiyyatının banisi hesab olunur. O, maarifçiliyin yeganə nümayəndəsidir ki, 
XIX əsrdə əvvəlki dövr idealarının dəyişməsini müşahidə edə bilmişdir. Göte öz ədəbi fəaliyyətinə 70- ci illərdə 
yazdığı romantik avtobioqrafik əsəri olan «Gənc Berterin iztirabları» adlı romanı ilə başlayıb. Onun qələminə, 
həmçinin «Roma elegiyası» (1790) adlı əsəri də aiddir. Götenin «Ernani» (1788) adlı dramı isə antifeodal və 
tiranlığa qarşı  kəskin mübarizə ruhunda yazılmışdır. Göte yaradıcılığının zirvəsi onun 1808- ci ildə yazdığı 
«Faust» faciəsidir. Bu əsərdə təkcə Almaniyadan deyil, bütün bəşəriyyətdən söhbət edərək həyat və şüurun ən 
yüksək formalarından bəhs edilir. Əsərdə Faust tarixdə  və  həyatda özünün mövcudluğunun, məqsədlərinin 
mənasını axtaran və bu yolda çox əzab-əziyyət çəkən tənha  şəxsiyyətin timsalında  əks etdirilir. Əsərdə orta 
əsrlərin zülmətindən işıqlığa cəhd göstərən tərəqqipərvər qüvvələr təcəssüm olunur. 
XIX əsrin ilk illərində öz yaradıcılıq fəaliyyəti ilə tanınan digər görkəmli şəxsiyyət İohani Fridrix Şiller 
(1750 - 1805) hesab edilir. O, maarifçilik dövrünün tanınmış alman şairi, dramaturqu və  sənətşünası hesab 
edilir. O da Göte kimi alman klassik ədəbiyyatının banilərindəndir. Şillerin Fransa inqilabına münasibəti heç də 
birmənalı olmamışdır. Belə ki, o bu inqilabı alqışlamaqla yanaşı, inqilabçıların amansızlıq və terrorçuluğunu 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
309
tənqid edirdi. XIX əsrin  əvvəllərində  Şiller «Mariya Styüart», «Orleanlı  qız» faciələrini, «Vilhelm Tell» xalq 
dramını yazmışdır.  
Fransa klassisizmi M. Şenyenin (1764 - 1811) dramları ilə tanınır. O, həm də himn və inqilabi 
vətənpərvərlik faciəsi olan «Kay Qrakx»ın (1792) müəllifidir. Özünün «IX Karl və ya krallar üçün dərs» (1799) 
pyesində M.Şenye respublikaçı və vətənpərvərləri tənqid edirdi. Şenye alleqorik məzmunlu pyeslər də qələmə 
almışdır. Onun qardaşı Andre Şenye isə, inqilab dövründə Fransız lirikasının görkəmli nümayəndəsi hesab 
edilir. O, antik sənətdə xeyirxahlıq və azadlığın təcəssümünü, həmçinin hissi başlanığıcın təntənəsini görürdü. 
Həyati məhəbbət və  həyatdan alınan həzz elegiyalarda təcəssüm etdirilib. Onun «Yamblar» adlı siyasi odalar 
silsiləsi də mövcuddur.  
Təsviri incəsənət. XIX əsr dünya bədii sənətinin inkişafında Fransanın  rəngkarlıq, heykəltəraşlıq və 
qrafika sənəti xüsusi yer tutur. Rəngkarlıqda fransız klassisizminin görkəmli nümayəndəsi Jak Lui David (1748 
- 1825) hesab edilir. Bu rəssam antik ideyaları dirçəldərək onu vətəndaşın səviyyəsi kimi təbliğ etmişdir. 
"Horatsiyaların andı" adlı  əsər rəssamın  ən çox şöhrət tapmış  əsərlərindəndir. Bu əsərdə üç qardaş olan 
Horatsiyalar öz atalarından qılıncı alaraq and içir və  şəhərin müdafiəsinə yollanırlar. Bu könüllülük hər üç 
qardaş tərəfindən çağırış kimi səslənir. Onun digər məşhur əsərləri «Hektorun ölümünə ağlayan Andromaxa», 
«Maratın ölümü» və digərlərini göstərmək olar. Davidin portretlərində obrazların sosial mahiyyəti təcəssüm 
olunur ki, bu da insanın xarakteri və  fəaliyyəti haqqında konkret məlumat verir. «Həkim A.Lerua», «Qara 
şlyapalı qoca» və başqaları belələrindəndir.  
Davidin yetirməsi olan Jan Oqyust Enqr (1780 - 1867) gözəl kompozisiya, ciddi və incə rəsm ustası hesab 
edilirdi. O, fransız sənət tarixinə birinci dərəcəli realist portretçi kimi daxil olmuşdu. 
Heykəltəraşlıq. İncəsənətin bu növündə klassisistlər tərəfindən az sayda əsər yaradılmışdı. Almaniyada bu 
İ.Q. Şadovdur (1764 - 1850). O, monumental dekorativ əsərlərin, heykəl, portret büstlərinin müəllifidir.  
İtalyan heykəltəraşı A. Kanova (1757 - 1822) papa III Klimentin qəbirüstü daşının, habelə «Amur və 
Psixeya» mifoloji heykəlinin müəllifidir. 
Son klassisizmin nümayəndəsi B. Torvaldsenin (1768 - 1844) yaradıcılığına  ciddi ahəngdarlıq, plastik 
tamamlanma, soyuq təmkinlik və obrazların ideallaşması («Yanson») xüsusiyyətləri xasdır. 
Teatr. Fransız mədəniyyətində teatr ən öncül yerlərdən birini tutur. Bu teatrın tarixinə dünyanın tanınmış 
aktyor və dramaturuqlarının adı daxildir. Fransız  səhnəsində demək olar ki, bütün bədii  cərəyanlar öz 
təzahürünü tapmış, hətta ən kamil mərhələsinə qədəm qoymuşdur. Teatr işinin bir çox təşkilati formaları məhz 
burada öz inkişafını tapmışdır, məsələn, kommersiya teatrı, teatr sahibkarlığı və s.  
İnqilab dövründə  həm dramaturgiya, həm də  sənətdə kütlələrdə  qəhrəmanlıq və  vətənpərvərlik hissləri 
oyadan inqilabi klassisizm kimi yeni üslub formalaşmışdır. Səhnələrdə klassik faciələr üstünlük təşkil edirdi. 
İnqilab dövründə teatrda melodram, vodevil kimi janrlar yaranmağa başladı.  
XVIII əsrin sonu – XIX əsrin əvvəllərində fransız teatrının ən görkəmli simalarından biri F.Talma (1763 - 
1826) hesab edilirdi. O, inqilabi klassizmin məşhur aktyorlarından idi. Onun humanist inadkarlığı rəsmi sənət 
prinsiplərini kölgədə qoyaraq ona yeni cöşqunluq, inqilabi ruh gətirdi. O, ilk dəfə klassik aktyor texnikasının 
əsasını qoyaraq, əsil antik kostyum formasını səhnəyə gətirdi. Bununla da o, fransız teatrının romantizm yolu ilə 
ikişafına təkan verdi.  
Musiqi. Musiqi sahəsində klassisizm XVIII – XIX əsrlərdə yeni formalar əldə etdi ki, bu da Böyük 
Fransız inqilabı ilə əlaqədar idi. Bu formalar kütləvi auditoriyaya aid olaraq inqilabi ideallara qulluq edirdi. Bu 
üslubun bəstəkarları F.Qossek (1734 - 1829) və E. Megül (1763 - 1817) idi. Fransa inqilabı dövründə yaradılan 
operaların bir çoxuna zülmlə mübarizə ideyası xas idi. Məsələn, Kerubininin «Ladoiska», «İki gün» operaları və 
s. 
Bu ideallar öz kulminasiyasını L. Bethovenin əsərlərində tapmışdır. 
XIX  əsrin sonunda Qərbi Avropa ölkələrinin mədəni həyatında yeni cərəyanların meydana gəlməsi 
müşahidə olunur ki, bunlardan simvolizm, naturalizm, impressionizm, postimpressionizm başlıca yer tutur. 
Qərbi Avropa mədəniyyətində bu tarixi mərhələdə təşəkkül tapmış istiqamətlərdən biri də simvolizm idi. Bu 
istiqamət romantizmin əsas xəttini müdafiə edərək «sənət sənət üçündür!» prinsipinə uyğun xalis gözəllik, xalis 
estetizm axtarışında idi. Öz manifestlərində simvolistlər özlərini burjua dünyasının qürubu, ölümünün nəğməkarları 
adlandırırdılar. Onlar belə hesab edirdilər ki, nə düşüncə, nə də rasional məntiq «gizli reallıqlar», «əbədi gözəllik» 
aləminə nüfuz edə bilməz, bunu yalnız yaradıcı təxəyyül, poetik intuisiyaya əsaslanan incəsənət həyata keçirə bilər. 
XIX  əsrin sonu – XX əsrin  əvvəllərində yaranan simvolizm fransız  ədəbiyyatında daha çox müşahidə 
olunur: Pol Verlen (1844- 1896), Stefan Mallarme (1842- 1898), Artur Rembo (1854- 1891) və b. 
Simvolizmin əsasını fransız şairləri Stefan Mallarme və Şarl Bodler qoymuşlar.  
Bodler və onun ardıcıllarına görə müasir tarixi dövr Yer üzərində cəhənnəmi xatırladır və şər ümumbəşəri 
miqyas alır. Bundan çıxış edərək simvolistlər rasionalizmin iki mühüm postulatını inkar edirdilər: insanın əzəli 
xeyirxahlığına, ağıllı  cəmiyyət qurmaq imkanlarının  əminliyinə inamı. Simvolizm ədəbiyyat, rəngkarlıq, 
musiqinin dilindən, onun bədii ifadə formalarından istifadəyə daha çox yer verirdi. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə