Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə211/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   207   208   209   210   211   212   213   214   ...   245

 
304
Romantizmin təşəkkülü mürtəce burjua həqiqətləri üzərində  ədalətli cəmiyyət qurmaq ideyalarını  təbliğ 
edən maarifçilik ideyalarının naümidliyi ilə bağlıdır.  
Romantizmin çiçəklənməsi XIX əsrin 20-30-cu illərinə  təsadüf edir. Romantizmin yaradıcı metodunu 
bütün incəlikləri ilə təzahür edən kinayə (yüngül və acı) təşkil edirdi. Sentimentalizmin xəttini davam etdirən 
romantizm hiss, həyəcan və ehtiraslara üstünlük verirdi. Bu ruhda yazılmış əsərlər öz parlaqlığı və orijinallığı ilə 
fərqlənirdi. Burada melanxoliya, «bəşəri kədər», gözəl keçmişə nastalgiya hisslərlə  zəngin olurdu. Əsərin 
qəhrəmanı ilə  ətraf mühit arasındakı faciəvi ziddiyyət  ədəbiyyat, musiqi və  rəngkarlıqda aparıcı mövzu idi. 
Tənhalıq motivi bir çox yazıçıların, Bayron, Heyne, Şelli, Stendalın yaradıcılığında başlıca yer tutub. Musiqi 
sənətində gözəlliyi duymağın sıxıntı, kədərlə  təzahürü  Şuman,  Şubert, Berlioz yaradıcılığında üstünlük təşkil 
edirdi.  
Romantizm.  Əvvəlcə Fransanı, daha sonralar Avropanı  lərzəyə salan nəhəng sosial çevrilişlər cəmiyyət 
tərəfindən sakit qarşılanmadı, inqilabdan ümidi boşa çıxan ictimai psixologiyaya güclü təsir göstərdi.  İnsanın 
zahiri həyatına olan maraq onun emosional, mənəvi aləminə olan maraqla əvəz olundu. Mədəniyyət və 
incəsənətdə insana, bir tərəfdən yanaşma yeni bir istiqamətlə  əvəz olundu. Bu özünü öncə romantizmdə daha 
sonralar realizmdə göstərdi. 
Romantik sənətə aşağıdakı xüsusiyyətlər xasdır: burjua gerçəkliyinə qarşı nifrət; burjua maarifçiliyinə və 
klassisizminin rasionalist prinsiplərindən qəti surətdə imtina edilməsi və s. idi.  
Romantizmin mənəvi – estetik pafosu insan ləyaqətinin təsdiqi, mənəvi – yaradıcı  həyatının 
özünüqiymətləndirilməsi ilə bağlı idi. Bütün bunlar sonra azadlığa can atan romantik qəhrəman obrazlarında öz 
əksini tapmışdır. 
Almaniyada təşəkkül tapan romantik dünyagörüşü və romantik estetikası tezliklə bütün Avropaya yayılır. 
O, mənəvi mədəniyyətin bütün sahələrini – ədəbiyyat, musiqi, teatr, humanitar elmlər, plastik incəsənəti əhatə 
edir. 
XIX əsrin I yarısında Avropada romantik fəlsəfə mövcud idi: İohann Qotlib Fixte (1762 - 1814), Fridrix 
Vilheim Şellinq (1775 - 1854), Artur Şopenhauer (1788 - 1860) və b. 
Ədəbiyyat. Alman romantizmini Jan Pol (1763 - 1825) və Henri Fon Kleyst (1777- 1811) kimi görkəmli 
yazıçılar tanıtmışlar. Henri fon Kleyst istedadlı dramaturq, novella ustası  və  şair olmuşdur. Onun yaradıcılığı 
Napoleonun azadlıq uğrunda müharibələri ilə  əlaqədardır. O, «Amfitrion», «Şentezileya» kimi əsərlərin 
müəllifidir. O, bu əsərlərində manyak ehtirası ilə çuğlamış tənha insanın faciəsini təsvir etmişdir. Bu əsərlərin 
qəhrəmanları üçün dünya əlçatmazdır və bu qəhrəmanlar daim ölümə doğru cəhd göstərirlər.  
Romantizmin zirvəsini Ernst Teodor Amadey Hofman (1776 - 1822) yaradıcılığı  təşkil edir. Alman 
romantizminin bu görkəmli yazıçısı həm də istedadlı musiqiçi, karikatura ustası idi. Onun əsərlərinə dramatizm 
və sarkazm, lirika və qrotesk kimi keyfiyyətlər xasdır. Həqiqət və fantastika aləmi ilə qarşılaşaraq Hofman 
fantastikanı kinayə ilə  təhlil edir. Onun gözəl nağıl  əsəri sayılan «Balaca Tsaxes»də (1819) satira 
elementlərindən ustalıqla istifadə etmişdir. O, 1821– 22- ci illərdə «Pişik Murranın qeydləri» adlı kitabını yazır. 
Bu müəllif, həm də romantik müsiqi estetikası  və  tənqidinin  əsasını qoyanlardandır. Onun «Undina» adlı 
operası ilk romantik operalardandır. 
XIX əsrin I yarısında Henri Heyne (1797 - 1856) Alman romantizmində romantika və kinayənin vəhdətini 
yaratmışdır. O, inqilabi demokratiya şairi idi. 1830- cu ilin iyul inqilabından sonra Heynenin Marksla tanışlığı 
yeni mübarizə ruhlu inqilabi notların səslənməsinə səbəb oldu. Görkəmli şairin «Müasir şerlər» (1839 - 1846) 
və «Almaniya. Qış nağılı» (1844) adlı poemaları onun ideya inkişafının zirvəsini təşkil etdi. «Müasir şerlər»ə 
daxil olan «Toxucular» şerində proletariatın tarixi missiya ideyası poetik formada təcəssüm olunur. Heyne «Qış 
nağılı»nda geridə qalan feodal dünyasını tənqid edərək vahid Almaniya uğrunda mübarizədə inqilabi hərəkatı 
müdafiyə edir. 
1848- ci il Almaniya inqilabının məğlub olması Heyne üçün mənəvi faciəyə çevrildi. Şairin burjua 
demokratiyasına olan rəğbəti heçə endi. O, əsas xilaskarlıq qüvvəsini fəhlə sinfində görməyə başladı.  
İngiltərədə lirik romantizmin görkəmli nümayəndəsi corc İoel Qordan Bayron (1766-1824) oldu. Bayron 
əsərlərinin mərkəzində qəmgin əhval- ruhiyyəli obraz sivil cəmiyyətindən Şərqə doğru cəhd göstərərək ehtiras 
və coşqun hisslər axtarır. Özünün şərq poemalarında, «Korslar», «Abidoslu gəlin», «Lara» əsərlərində Bayron 
zülmə qarşı  fəal mübarizə aparır. O, həm də  fəlsəfi poemaların müəllifidir. «Manfred», «Don Juan» məhz 
belələrindəndir. Bu əsərində o, öz idealını - siyasi azadlığa cəhd göstərən obrazı tərənnüm edir. Fəal humanizmi 
və peyğəmbərcəsinə uzaqgörənliyi onu bütün Avropada tanıtmışdır. 
İngilis romantizminin digər nümayəndəsi c. Kits və P. B. Şelli hesab edilir. con Kits patriarxal utopik 
idilliya olan «Endimion»un müəllifidir. Bu əsərdə o, puritan özbaşınalığına qarşı çıxış edir. «Alov», «Psixeya» 
adlı odalarında təbiətdəki gözəllik harmoniyasını tərənnüm edir. 
Persi Bişu  Şelli alleqork poema olan «Şahzadə Mab»ın müəllifidir. Burada o, müasiri olduğu cəmiyyətin 
nöqsanlarını ifşa edir. Özünün « Çençi», «Azad olmuş Prometey» adlı əsərlərində azadlıq və zülm problemlərini 
fəlsəfi aspektdə təhlil edir.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
305
XIX  əsrin I rübündə Fransada romantizm əsas  ədəbi cərəyanlardan olmuşdur. Onun ən parlaq 
nümunələrindən biri Fransua Reis de Şatobrian (1768-1848) hesab edilir. O, romantizmin mühafizəkar qanadını 
təmsil edirdi. «Xristianlıq ruhu» traktatında  Şatobrian katolizmi incəsənətin bünövrəsi və  məzmunu kimi 
qiymətləndirir.  
Liberal ideyaların nümayəndəsi Jermena de Stal (1766-1817) öz əsərlərində romantizm prinsiplərini 
əsaslandırmağa çalışır. «Delfina», «Korinna» adlı  əsərlərində yazıçı qadın hisslərinin azadlığına haqq 
qazandırır. 1803- cü ildə Napoleon yazıçını siyasi azadlıq ideyalarını tərənnüm etdiyinə görə Parisdən sürgün 
edir. 
XIX əsrdə Fransa ədəbiyyatında mütərəqqi romantizmin görkəmli nümayəndələri V. Hüqo və Jorj Sand 
hesab edilir. 
Viktor Hüqo (1802-1885) çox çətin və mürəkkəb inkişaf yolu keçmişdir. Hüqo yaradıcılığında azadlıq və 
təbiiliyi tərənnüm edirdi. O, faciəvilik ilə komikliyin vəhdətini mümkün hesab edirdi. Bütün bu tələblər Viktor 
Hüqonun «Kromvel» pyesində öz əksini tapıb. Onun məşhur romanlarından «Paris Notrdam kilsəsi», «Dəniz 
əməksevərləri», «Gülən adam», «Səfillər» bəşəri əhəmiyyət kəsb etdi. Çünkü burada XIX əsrin ən kəskin sosial 
problemləri əksini tapırdı. Yazıçının son romanı olan «Doxsan üçüncü il» Fransa inqilabına həsr edilir.  
Romantizmdə demokratik cərəyanın görkəmli nümayəndəsi Jorj Sanddır  (əsil adı Avrora Dyüdevandır, 
1804- 1876). Onun əsərlərinin  əsas motivi sosial məsələlərdir. «İndiana», «Valentina», «Leliya», «Jak» adlı 
romanlarında qadının ailə və cəmiyyətdəki vəziyyəti ilə əlaqədar problemlərə toxunulur. Onun bir çox əsərləri 
tərcümeyi – hal məzmunludur. 
Yazıçı qadının ən əhəmiyyətli romanları «Konsuelo» və «Oras»dır. «Konsuelo» əsərində sinfi cəmiyyətdə 
incəsənətin problem və taleyindən danışılır, «Oras»da isə, burjua fərdiyyətçiliyinin tipi ifşa edilir. 
Musiqi. Musiqidə romantizm cərəyanı çox nadir istedadlarla üzləşdi. Almaniyada romantizm estetikasının 
görkəmli nümayəndəsi, musiqi tənqidçisi, bəstəkar Robert Şuman (1810-1856) idi. Onun proqramlı fortepiano 
silsilələrinə «Kəpənəklər», «Karnaval», «Fantastik pyeslər» daxildir. 
Almaniyada romantik operanın ilk nümayəndəsi E.T.A. Hofman («Undina» operası) və K.M. Veber 
(1786-1826) idi. K.M. Veber alman milli opera sənəti uğrunda mübarizə apararaq bu xalqın azadlığı və ölkənin 
birləşməsini  əsərlərində  təcəssüm etdirirdi. Onun əsərlərində alman romantik operasının  əsas cərəyanları 
müəyyən edildi: xəlqi-əfsanəvi və nağıl opera («Azad atıcı», «Oberon»), orta əsr cəngavərlik sujeti əsasında 
yazılmış operalar («Evrianta»). 
Digər romantik opera müəlliflərindən R. Şuman, F. Flotov, O. Nikolainin adlarını çəkə bilərik. Bunların 
içərisində görkəmli alman bəstəkarı, drijor, musiqişünas, opera islahatçısı Rixard Vaqnerin (1813-1883) adını 
xüsusilə  çəkmək lazımdır. Onun ən məşhur  əsərləri aşağıdakılardır: «Uçan hollandlı», «Tanqeyzer», 
«Loenqrin», «Tristan və  İzolda», «Parsifal» misteryası  və s. Vaqnerin yaradıcılığı musiqi ifadəliliyi, 
dramaturgiyası baxımından dünya opera sənətini zənginləşdirmişdir. Onun operaları vokal- simfonik cəhətinə 
görə opera tarixində analoqu olmayan nəhəng səhnə əsərləridir. 
Fransanın musiqi sənətinə romantik cərəyanın nümayəndəsi bəstəkar və dirijor Hektor Berlioz (1803- 
1869) hesab edilir. Bu bəstəkara bir sıra gözəl  əsərlər məxsusdur. «Fantastik simfoniya», «Triumfal- matəm 
simfoniyası», «Romeo və cülyetta» dramatik simfoniyası  və s. Yaradıcılığının son mərhələsində yaradılan 
«Beatriçe və Benedikt» (Şekspirin «Heç nədən hay-küy» əsərinin sujeti əsasında) komik opera kimi əhəmiyyət 
kəsb edir. 
Fransız komik operasının digər nümayəndəsi D.F. Ober (1782-1871) hesab edilir. Dramaturq E. Skriblə 
birgə Ober komik operanın macəra sujeti əsasında yaradılmasının əsasını qoydu. Oberin musiqisi məlahəti, incə 
melodikliyi, canlılığı  və forma rəngarəngliyi ilə  fərqlənirdi. O, 36 operanın müəllifidir. Bu musiqiçi, həm də 
«böyük opera» janrının (qrand-opera) yaradıcılarından hesab edilir. Tarixi sujetə malik olan «Fenella» opera-
sında ideya xalq mahnıları, rəqsləri, musiqisi vasitəsilə açılır. Onun yaradıcılığı sonralar qəhrəmanlıq və 
romantik opera canrlarının sonrakı inkişafına kömək edir. 
Böyük opera janrının inkişafında c. Meyerber (1791-1864) əsərlərinin də rolu böyük olmuşdur. O, 
pianoçu, dirijor və bəstəkardır. Onun «Peyğəmbər», «Dinora», «Afrikalı qadın» adlı operalarında lirizm cizgiləri 
özünü göstərməkdə idi.  
İtaliya musiqi sənətində XIX əsrin I yarısı  məhsuldar bir dövrdür. c. Rossini (1792-1868) «Tankred», 
«İtalyan qadın Əlcəzairdə» kimi ilk opera əsərlərində opera sənətində islahatlar aparmağa çalışmışdır. O, «opera 
seria» ( italyanca ciddi opera deməkdir) və opera – buffanı (komik opera) inkişaf etdirərək onları  bədii 
ifadəlilik, realist məzmun və satirik elementlərlə zənginləşdirdi. 
Rossini Volter, Şekspir, V. Skott, Bomarşenin  əsərlərinə müraciət edirdi. Bəstəkar operanın bütün 
formalarını – ariya, ansambl, reçitaiv və s. inkişaf etdirdi. Orkest partiyası zənginləşdi. Onun dünya miqyasında 
tanınan məşhur əsəri «Sevilya bərbəri» operasıdır. 
XIX əsr İtalyan musiqi sənətinin romantik cərəyanı V. Bellinin və Q. Donisetti yaradıcılığı təşkil edirdi. 
Onlar c. Rossinin ardıcılları idi. V. Bellininin (1801-1835) ən yaxşı əsəri ölkəsinin azadlığı arzusu ilə yazdığı 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə