Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə215/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   211   212   213   214   215   216   217   218   ...   245

 
310
Fransız poeziyasında simvolizm daha geniş və beynəlxalq səciyyə kəsb etdi və digər ədəbi janr və sənət 
növlərində təzahür tapdı. Burada simvolizm sənəti intellektual məzmunda azad etməyə çalışır, hissləri daha çox 
qabardırdı. Ona görə bu istiqamətin nümayəndələri insanın  əqlinə, zəkasına deyil, onun intuisiyasına təsir 
göstərməyə  cəhd edir, onlarda xüsusi əhval-ruhiyyə oyatmağa çalışırdı. Simvolistlər fəaliyyətlərini 
romantiklərdən fərqli olaraq dünyanı nizama salan, onu təşkil edən naməlum substansiyanın üzə çıxarılmasına 
yönəlmişlər. Onların fikrincə simvollar formasında görünən aləmin ümumi mənasını ifadə etmək və bununla da 
sonsuzluğa nail olmaq mümkündür.  
Almaniyada simvolizm özünü Stefan Georq (1868- 1933), Avstriyada – Hüqo Hofmanstal (1874- 1923), 
Rayner Mariya Rilke (1875- 1926), Belçikada – Moris Meterlink (1862- 1949), J. Rodenbax (1855-1898) 
yaradıcılığında təcəssüm etdirmişdir. Onlardan M. Materlink 1911- ci ildə Nobel mükafatı laureatına layiq 
görülmüşdür. 
Naturalizm. Bu cərəyanın Fransa ədəbiyyatında nümayəndələri Emil Zolya (1840- 1902), Qonkur 
qardaşları (1830- 1876) hesab edilir. 
Alman  ədəbiyyatında Arno Hols (1863- 1929), Herhart Hauptman (1862- 1946), Belçikada Kamil 
Lemonye (1844-1919) hesab edilir. 
XIX  əsrdə  Qərbi Avropa mədəniyyətində  təşəkkül taparaq formalaşan istiqamətlərdən biri də 
impressionizm idi. Fransız sözündən götürülən impressionizm (impression – təəssürat) bədii üslub kimi ilk dəfə 
rəssam Klod Monenin (1810-1926) «Təəssürat. Günəşin çıxması» adlı  rəsmindən  əldə edilən təəssürat 
nəticəsində yarandı (1874-cü ildə sərgi salonunda). Rəsmi akademik sənətin bədii ideyalarına müxalif olan bir 
sıra müstəqil rəssam təsadüfən bu ad altında bir qrupda birləşdi. Bu bədii üslub 12 illik bir tarix yaşadı: I sərgi 
1874-cü ildə, sonuncusu isə, 1886-cı ildə  təşkil olundu. İmpressionizmin təşəkkülü ilə, xüsusilə, rəngkarlıqda 
yeni bir mərhələ başladı. Bu üslubun nümayəndələri sənətdə dönüş yaradaraq rəngkarlıq janrlarındakı köhnə 
iyerarxiyanı dağıtdılar. Onlar belə bir fikri qəti surətdə iddia edirdilər ki, rəsmin mövqe və süjeti görülənlərdən 
əldə olunan təəssüratlardan ibarət olmalıdır. Ona görə impressionistlər  ətraf aləmin hadisələrinə  əhəmiyyət 
verərək onlardan əldə etdikləri təəssürata başlıca diqqət verir, natura ilə canlı ünsiyyəti hər şeydən vacib hesab 
edirdilər. Daha çox açıq havada çəkməyə üstünlük verən impressionistlər təbiətin ani vəziyyət və halını ifadə 
etməyə cəhd göstərirdilər. Ani, təsadüfi təəssüratın estetik dəyərini qabartmaqdan daha çox naturalist təfəkkürə 
üstünlük verən bu istiqamətin nümayəndələri predmetin məkan-zaman məna  əlaqələrinin abstrakt formada 
ifadəsinə başlıca yer verirdilər. Bu üslubun ən görkəmli sənətkarları K. Mone ilə yanaşı, Kamil Pissarro, Eduard 
Mane, Edqar Deqa, Oqjust Renuardır.  
Heykəltaraşlardan O. Roden («Mütəfəkkir») məşhur idi. Musiqidə bu cərəyanın banisi K. Debüsi, 
davamçısı M. Ravel olub. 
1880-ci illərin ortalarında Fransız bədii mədəniyyətinin inkişafında dönüş yarandı. İmpressionizm böhran 
keçirtməyə başlayır, bu isə iki yeni cərəyanın – neoimpressionizm və postimpressionizmin təşəkkülü ilə izah 
edilir. Neoimpressionizmin nümayəndəsi Jorj Sera və Polem Sinyak hesab edilirdi. Onlar özlərini «elmi 
impressionistlər» adlandırırdılar. Özlərini belə adlandırmasının başlıca səbəbi elmin rəng haqqında yenilikləri 
ilə bağlı idi. Bədii və estetik cəhətlərə görə bu cərəyan o qədər də maraq doğurmurdu. Bunun əksinə olaraq, 
postmodernizm isə, bədiiliyinə görə daha məhsuldar və maraqlı hadisəyə çevrildi. Bu cərəyanın nümayəndələri 
Pol Sezann, Vinsent Van Qoq, Pol Qogen hesab edilirdi. Bu rəngkarlar yaradıcılıqlarının əvvələrində impres-
sionist kimi fəaliyyət göstərmiş, lakin sonra isə, yeni üslub axtarışında olmuşlar. Bu rəssamların fəaliyyətinin 
fərqləndirici xüsusiyyəti vahid estetik konsepsiyanın olmaması ilə izah edilirdi.  
Yüzilliyin sonlarında estetizmin paradoksal variantı olan dekadans  təşəkkül tapmağa başlayır. Bu 
istiqamətin nümayəndələri insan gözəlliyi və onun bütün dəyərlərini mənəviyyatsız, mənasız hallar kimi qəbul 
edir, ideal ahəngdarlığı, harmoniyanın dağılması prosesini mücərrədləşdirirdilər. Onların bədii təfəkkürünün 
başlıca anlayışlarını eybəcərlik təşkil edirdi. «Dekadans» anlayışı ilk dəfə fransız simvolisti P. Verlenin 
sonetində tətbiq edilmişdi.  
XIX əsrin bədii mədəniyyətinə həmin dövrdə elmi-texniki tərəqqidəki ilkin nəticələrin əldə olunması və 
bunların sənətin bütün sahələrində öz təzahürünü tapması güclü təsir göstərdi. 
 
 
2.5.2. XIX əsr Rus mədəniyyəti 
 
 
Rus mədəniyyəti tarixində XIX əsr xüsusi yer tutur. Bu əsr rus mədəniyyətində indiyədək görünməmiş 
sıçrayış edərək, elm, təhsil, incəsənət, maarif, fəlsəfə, ədəbiyyat sahəsində qüdrətli sənətkarlar yetirmişdir. Artıq 
ötən  əsrlərdən təşəkkül tapmağa başlamış rus ədəbi dilinin formalaşması milli mədəniyyətin təşəkkülündə  ən 
dəyərli amillərdən biri idi. Rus mədəniyyətində yaranmış yüksəliş XIX əsri rus mədəniyyətinin qızıl dövrü kimi 
dünyaya tanıtdı. Buna təsir edən amillərdən biri 1812-ci ildəki Vətən müharibəsi və bunun nəticəsində 
insanlardakı vətənpərvərlik ruhunun, rus milli şüurunun güclənməsi idi. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
311
İctimai-siyasi hadisələr cəmiyyətdə yeni sosial təbəqə  və zümrələrin formalaşmasını  zəruri etdi – 
mütləqiyyət, pravoslavçılıq, xalqçılıq – mədəniyyətdə üstünlüyü qazanmağa cəhd edən başlıca qüvvələr idi. 
Təhkimçilik quruluşu xalqın maariflənməsinə ciddi əngəl olub, bütün əhali və kütlənin savadlanmasına mane 
olurdu. Dvoryanların mədəni tələbatları isə tamamilə  əksinə idi, onlar mədəni irsə yiyələnir, təhsil və  tədris 
işində çox fəallıq göstərirdilər. Lakin mütləqiyyət təhsil sistemini genişləndirməyə  məcbur idi. Buna görə  də 
1802-ci ildə maarif müəssisələrinin təsisi üzrə xalq maarifi nazirliyi təşkil olundu. Peterburq, Derpt, Vilno, 
Kazan, Xarkovda bu qərardan sonra universitetlər, Tsarskoye Selo, Yaroslavl, Nejində isə, imtiyazlı  tədris 
müəssisələri təşkil olundu. 1829-cu ildə gimnaziya və universitetlər üçün müəllim kadrları hazırlayan Ali 
Pedaqoji İnstitut açıldı. 
Maariflə yanaşı, elmdə də çox böyük irəliləyişlər əldə olundu. Böyük elmi kəşflərin tarixi, məhz bu əsrlə 
bağlı idi. Görkəmli rus riyaziyyatçısı N.İ.Lobaçevski (1793-1856) dünya alimlərinin iki min il ərzində faydasız 
çalışmalarından fərqli olaraq qeyri-evklid həndəsi nəzəriyyəsini yaratdı. O, klassik evklid nəzəriyyəsindən fərqli 
olaraq yeni bir həndəsənin əsasını qoydu. 
M.V.Ostroqradski (1801-1861) riyaziyyat, fizika, analitik mexanika, say nəzəriyyəsi, ehtimal 
nəzəriyyəsinə dair bir çox dəyərli əsərlərin müəllifidir. 
Fizik B.S.Yakobi (1801-1874) elektrotexnika sahəsində bir çox yeniliklərin müəllifidir. O, bir çox elektrik 
mühərriklərinin quraşdırıcısı olmuşdur. O, E.X.Lentsl ilə birgə elektromaqnit hadisəsini tədqiq etdi. Bu dövrdə 
ilk rus elektrotexnika mütəxəssislərindən biri də V.V.Petrov (1761-1834) hesab edilir. O, fizikaya dair bir çox 
vəsaitlərin müəllifidir. Mühəndis P.D.Şellinq (1786-1837) 1832-ci ildə amerikalı ixtiraçı S.Morzedən (1791-
1872) əvvəl elektromaqint teleqrafın yazılışını ixtira etmişdi. 
Dəqiq elmlərlə yanaşı, XIX əsrdə coğrafiya və tarix elmlərinin inkişafı da müşahidə olunur. Rus 
səyyahlarının səfərləri coğrafiya elminə çox böyük nailiyyətlər gətirmişdir. N.F.Kruzenştern (1770-1846) və 
Y.F.Lisyanski (1773-1834) 1803-1806-cı illərdə Kronştadtdan Kamçatka və Alyaskaya qədər səfər etmiş, Sakit 
okean adalarının şəkillərini, Çin sahillərini, Saxalin adası, Kamçatka yarımadasını öyrənmişlər. 
1819-1821-ci illərdə F.F.Bellinshauzen (1778-1852) və M.P.Lazerev (1788-1851) yer kurəsini öyrənən 
ekspedisiyaya rəhbərlik edərək Antarktida və çoxlu sayda adaları  kəşf etmişlər. Q.İ.Nevelski, Y.V.Putyatin 
(1804-1883), V.M.Qolovnina (1776-1831), O.E.Kotsebu (1788-1846), F.P.Litke (1799 -1882) səyahətləri 
nəticəsində Sakit okean, Alyaska, Saxalin, Buzlu okean adaları, Koreya sahilləri və s. yerlər haqqında Rus 
coğrafiya cəmiyyətinə çox dəyərli elmi biliklər vermişlər. 
Moskva Universitetində rus tarixi cəmiyyəti yaradılır. cəmiyyətin başlıca vəzifəsi qədim rus mənəvi 
sərvətlərinin toplanması idi. 1800-cü ildə XII əsrin yadigarı olan «İqor polku haqqında dastan» tapılaraq nəşr 
olundu. 1818-ci ildə 3 min nüsxə tirajla N.M.Karamzinin (1766-1826) «Rus dövləti tarixi» arxiv materialları 
əsasında nəşr olunur. Karamzinin tarixi konsepsiyasını bu əsərdə Rus Dövlət idarəetmə formasında mütləqiy-
yətin başlıca yer tutması haqqındakı ideyası aparıcı yer tuturdu ki, bu, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən 
müxtəlif əks-sədaya səbəb oldu. Bu fikri dəstəkləyənlər də, onu rədd edənlər də oldu. Ümumiyyətlə, Karamzinin 
bu fikri qədim rus tarixi haqqında mənbə rolunu oynayırdı. A.S.Puşkin onun haqqında belə bir ifadə işlətmişdi 
ki, Kolumb Amerikanı kəşf etdiyi kimi, Karamzin də Rusiyanı kəşf etmişdi. 
XIX  əsrdəki ictimai həyat, reallıqlar bu dövrün ədəbiyyatında da əks etdirilirdi. Ədəbiyyatda başlıca 
istiqamətlər klassisizm, sentimentalizm, romantizm idi. Realizm bunların içərisində daha qabarıq təzahür edirdi. 
Sentimentalizmin görkəmli nümayəndəsi yazıçı və tarixçi haqqında yuxarıda söhbət açdığımız N.M.Karamzin 
idi. 
1812-ci il müharibəsinin qəhrəmanlıq hadisələri romantizmin təşəkkülü üçün başlıca meyar oldu. Onun 
yaradıcısı V.A.Jukovski (1783-1852) hesab edilir. Onun poeziyası melanxolik arzularla, romantik duyğularla 
ifadə olunur. Bu səpkidə müəllifin «Lyudmila», «Svetlana» balladalarını göstərmək olar. 
Romantizmin digər istiqamətini – ictimai-vətəndaş inqilabi romantizm təşkil edirdi ki, bunun da 
nümayəndəsi K.F.Rıleyev (1795-1826) idi. Onun lirikası siyasi assosiasiyalar ilə  zəngindir. Onun «Duma», 
«Voynarovski», «Nalivayko» əsərlərində bunu aydın hiss etmək olur. 
K.Küxelbekerin (1797-1846) oda və poemalarında isə, mütləqiyyətçi, təhkimçi qaydalarına güclü etiraz 
hiss olunur. 
Rus realizminin banisi dahi A.S.Puşkin (1799-1837) hesab edilir. Rus ədəbiyyatının qızıl əsri, məhz onun 
adı ilə bağlıdır. O, rus ədəbiyyatında yeni istiqamətin, abı-havanın müəllifidir. Rus mədəniyyəti dünya 
sivilizasiyasına məhz Puşkinin adı ilə daxil olmuşdur. O, həm də müasir rus ədəbi dilinin müəllifi hesab edilir. 
Puşkin yaradıcılığı elə bir fenomendir ki, məhz onun təsiri ilə incəsənətin digər sahələri – təsviri sənət, musiqi, 
teatr inkişaf edərək təkmilləşmiş, yeni-yeni sənətkarların meydana gəlməsinə  şərait yaratmışdır. Bu fikrin 
təsdiqi kimi digər rus yazıçısı Qoqolun İtaliyada olarkən şairin ölümü xəbərindən sarsılaraq ifadə etdiyi cümləni 
sübut kimi qeyd etmək olar. Qoqol yazırdı: «... Həyatımın bütün zövqü-səfası, ən ali hisslərim onunla birgə itdi. 
Ondan məsləhətsiz mən heç bir qərar qəbul etmirdim. Onu təxəyyülümdə hiss etməyincə bir sətir belə yaza bil-
mirdim...» Puşkini qüdrətli sənətkar kimi yetişdirən ətrafı, yaşadığı ictimai-tarixi şərait idi. O, həm nəsr, həm də 
poeziyada rus həqiqət və reallıqlarını çox gözəl yaratmışdır: «Yevgeni Onegin» şer-romanı, «Boris Qodunov» 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə