Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə218/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   214   215   216   217   218   219   220   221   ...   245

 
316
milli teatrı avstraliyalı İ.Heft, bank binasını fransalı Qalleron və B.Kosen tikib. Rumın memarlarından isə Sovo-
bevski poçt binası, A.Oresko universitet binasını tikmişdilər. 
Ədəbiyyat.  1848-ci il inqilabından sonra Dunay knyazlığının  ədəbiyyatı müəyyən müddətə  qədər təsir 
altında qalmışdı. Bu dövrün yazıçıları, xüsusən də mühacirət həyatı keçirənlər inqilab dövrünün qanunlarına 
daxil edilən bir çox ideyaları dəqiqləşdirmək və aydınlaşdırmağa çalışırdılar. 1850-ci ildə Belçeski (1819-1852) 
xaricdə «Rumın tarixində inqilabi hərəkat» və «Dunay knyazlığının iqtisadi problemi» əsərini çıxarır. Eyni ildə 
Parisdə fransızca Alek Russonun (1819-1859) məşhur «Rumın mahnıları» əsəri çıxır.  
İnqilabın məğlubiyyətindən sonra Dunay knyazlığında ictimai-siyasi atmosfer dəyişir. 
Tarixi hadisələrə yeni münasibəti daha çox Boqdan Petriçeyku Xaşdeunun yaradıcılığında görmək olar. 
Yazıçının vəkil atası gimnaziyada dərs deməklə yanaşı, həm də  ədəbiyyatçı idi. Atasının yolu ilə gedən oğlu 
Xarkov Universitetini bitirməmiş rus ordusunda qulluq etdi, 1857-ci ildə istefaya çıxıb Dunay knyazlığında 
yaşamağa gedir və elə o andan ədəbiyyatla fəal məşğul olur. Yazıçı, tarixçi və dilçi Xaşdeu özünün hərtərəfli 
fəaliyyətində nəinki mədəni inkişafın müxtəlif meyllərinin inqilabdan sonrakı fərqini, həm də «həyəcanlı fikir 
və hissləri», inqilabın müvəffəqiyyətsizliyini əsərlərində əks etdirir.  
Aleksandr Odobeski incəsənəti ictimai həyatın aparıcı rolu sayır. O daxili, mənəvi birliyin yaranmasına və 
ya inqilabın məğlubiyyəti ilə bağlı yatmış hisslərin oyanmasına kömək etməlidir: «incəsənət xalq hisslərinin 
ifadə vasitəsidir». Yazıçının fikrinə görə, incəsənət ictimai həyatda  əsas rol oynayır və  şairlə  vətən arasında 
əlaqəni dəyişir.  
İnqilabdan  əvvəlki poeziya bütünlükdə  vətənlə bağlı idi ki. Onun keçmişi, bu günü, sabahı milli 
problemlər  ətrafında cəmləşmişdi. «Düşüncə» (1850) şerində Konstantin Ariçeski (1823-1886) ilk dəfə  həyat 
haqqında fəlsəfi sualları önə  çəkir: bəşəriyyətin inkişaf tarixi, bir-birinin ardınca yaranan dövlətlər və dahi 
şəxsiyyətlər.  Şair bu düşüncəyə dalaraq belə  nəticəyə  gəlir ki, «Hər  şey yox olur, insanlar da, təbiət də». Bu 
problemi və həyatın mənasını romantiklər inqilabdan sonrakı dövrdə daim açmağa çalışacaqlar. 
Dmitri Bolintinyan (1819/25-1872) inqilabın fəal üzvlərindəndir. 1867-ci ildə «Konrad» poemasını nəşr 
etdirir. Onun da qəhrəmanının düşüncələri Ariçeski kimidir, lakin Bolintinyan lirik qəhrəmanına vətən haqda və 
müasirlik haqda düşüncələrini əlavə edir.  
İnqilabdan sonra şair Emineskinin yaradıcılığında dünyaya münasibət problemləri cəmlənir. Fəlsəfəyə, 
humanitar elmlərə maraq onun bədii təfəkküründə iz buraxır. Sağlığında bitirə  və  nəşr etdirə bilmədiyi «Mo-
mento mori» poemasında Ariçeskonun başladığı həyat haqqında düşüncələrdən danışılır. Böyük imperiyanın və 
dövlətin zəifləməsini əks etdirməklə Emineski bu xətti müasir dövrə gətirmək istəyir. «Mələk və iblis» (1873) 
poemasında sosial həyata, «İmperiya və proletar» (1874) poemasında Paris kommunasının məğlubiyyətindən 
sonra mövcud olan qanunlara qarşı çıxır. 
Emineski üçün dünya yalnız sosial problemlər ətrafında fırlanır. Bununla yanaşı poeziyasında məhəbbət 
problemi («Venera və Madonna») və rəssam yaradıcılığının cəmiyyətdə yeri sualı onu daim narahat edir. 
O, «Göndərilmiş» (Poslannıy) silsiləsində elmi fikirlər, poeziya, sevgi və gözəlliyi burjua cəmiyyətinə 
zidd sayır. Bu əsərdə Emineski kompozisiyada «heliosentirk sistem» yaradaraq mərkəzdə günəş kimi xalqı və 
onun  ətrafında «burjua cəmiyyətinin həbsxana və  dəlixanaları»nı yaradır. Emineski əlbəttə ki, sosial 
konfliktlərin real tarixi yolunu görmür burjua cəmiyyətinə qarşı bədii yollarla çıxırdı. 
Rumın ədəbiyyatında «filoloji oçerk» adlandırılan realizmin ilk impulslarını XIX əsrin 40-cı illərində ro-
mantik yazıçılar sayılan V.Aleksandr, A.Russo, M.Koqelniçan, K.Neqrutsi və b. yaradıcılığında görmək olar. 
Bu dövrdə inkişaf prosesi keçən məhz bu janra rumın ədəbiyyatında ehtiyac vardı. 
Ruhani ailəsindən çıxan Nikola Fihmon (1819-1865) kilsə ilə bağlı idi. O, öz əsərlərində burjua 
cəmiyyətinin eybəcərliyini gülüş hədəfinə çevirmişdi və pulla savadsız insanların rütbələr tutmasını açıq-aydın 
təsvir etmişdi. Belə əsərlər ölkədə tənqidi realizmin, komediya janrının formalaşmasına gətirmişdi. 
İctimai-siyasi komediyaya Vasili Aleksandrın əsərləri daxildir. O, Parisə oxumağa göndərilir, lakin teatra, 
poeziyaya böyük ehtiras onun həyat yolunu dəyişir. İnqilabdan sonra o, komediyalar yaradır («Xadim Kiritsa 
Yassaxda», 1850; «Kiritsa ədəbiyyatda», 1852). Sonralar o, psixoloji dram - «Ovidi» və siyasi komediya - «Sin-
zyana və Pepelya» əsərlərini yaradır. 
Komediya sənəti ilə tənqidi realizm İona Luki Karadjale (1852-1912) yaradıcılığında birləşdirir. Məişət 
janrından başlayaraq «Həyəcanlı gecə» məhəbbət komediyasını  və 1884-cü ildə  «İtmiş  məktub»  şah  əsərini 
yaradır. 1890-cı ildə Karadjale psixoloji dram olan «Böhran» əsərində milli kəndli xarakterini yaradır ki, bu xətt 
İon Kpyanqenin yaradıcılığında davam edir.  
İon Kpyanqe (1839-1889) ədəbiyyata hekayəçi kimi gəlir. Yaradıcılığına nağıl, bir neçə hekayə və avto-
bioqrafik «Uşaqlıq xatirələri» povesti daxildir. Bu əsərdə «Baba İon Roat və knyazlığın birləşməsi» (1880), 
«Baba İon Roat və Kuzə» (1883) hekayələri daxildir. Rum ədəbiyyatında Kpyange yaradıcılığı romantizmdən 
realizmə keçid dövrünü əks etdirir. 
XIX  əsrin II yarısında  ədəbiyyat mədəni dirçəliş dövrü keçir. Əgər knyazlığın birləşməsinə  qədər rumın 
mədəniyyəti və  ədəbiyyatının üç inkişaf mərkəzi – Valaxiy, Moldova və Transilbaniya knyazlığı idisə, 
birləşmədən sonra ədəbiyyat milli dirçəlişə Karadjale, Emineski, Kpyanqe, Koşvunun yaradıcılığı ilə başlayır. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə