Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   245

 
62
mütləqləşdirilməsi, elmi-texniki inqilabda, elmi və menecer elitasının fəaliyyət və təfəkkürünün rolunun həddən 
artıq yüksəldilməsi məhsulu kimi qələmə verilmişdir. 
Müasir elitar plüralizm nəzəriyyəsinin əsas nəzəri köklərindən birini cəmiyyətin inkişaf amilləri ilə icti-
mai həyatın müxtəlif tərəflərinin – siyasət, iqtisadiyyat, mədəniyyət, din və s. mexaniki əlaqəsi ideyası tutur. 
Beləliklə, sosial inkişaf prosesində  əsrlər boyu hakim sinif kimi qiymətləndirilən dövlət adamları ilə, 
seçilmiş qrup və şəxsiyyətlərlə xalq kütlələri və siniflər arasındakı münasibətlər materialist və idealist baxışların 
mübarizəsi obyektinə çevrilmişdir. Bu təbəqələrdən biri cəmiyyətin üst hissəsini əhatə edən «elita», digəri isə 
yerdə qalan çoxluq – kütləni təşkil edirdi.  
Dünyanın irəliləməsində, tarixi inkişaf prosesində hər iki tərəfin özünəməxsus rolu olmasına baxmayaraq 
çox illər  ərzində «burjua ideologiyası», «kommunist ideologiyası» mövqelərindən çıxış edən müxtəlif 
nəzəriyyələr tarixdə birincilik rolunu da «elitaya», ya da xalq kütlələrinə verməyə cəhd göstərmişlər. Bu sadə 
fikirlərin üzərində müxtəlif nəzəri mövqe və cərəyanlar, təlim və nəzəriyyələr formalaşmışdır. 
Yuxarıda biz bu nəzəriyyələrin bəzilərini nəzərdən keçirməyə çalışdıq. Nəzərdən keçirdiyimiz nəzəri 
mənbələrdə «elitar», «kütləvi» termini ilə bağlı hadisələrə – mədəniyyətə, incəsənətə burjua cəmiyyətinin 
mənəvi həyatının mürtəce məqamı kimi yanaşılır. Məhz bu səbəbdən müəlliflərin hamısı kütləvilik və ya 
elitarlıqda yalnız neqativ xüsusiyyətləri görməyə çalışırlar. Lakin elitarizm nəzəriyyələrinin müəllifləri isə bura-
da yalnız müsbət keyfiyyətləri zəruriləşdirərək qiymətləndirirlər.  
Bu məqsədlə yenə tarixə müraciət edək. Antik fəlsəfə elitar dünyagörüşünün banisi Platon tərfindən 
formalaşdırılmışdır. Özünün «İdeal dövlət»ində Platon demokratiyanı demosa qarşı qoyaraq idarəetmənin 4 ti-
pini müəyyən edir: timokratiya (şöhrətpərəstlərin hakimiyyəti), oliqarxiya (varlıların hakimiyyəti), demokratiya 
(kütlələrin azadlığı), tiranlıq (birinin hamı üzərində hökmranlığı; bu tipi Platon demokratiyanın məhsulu hesab 
edir). 
Lakin Platonun bu «İdeal dövlət»indəki əsas humanist cəhət ondan ibarətdir ki, o, insanın qabiliyyət və 
bacarıqlarını hər şeydən üstün hesab edərək, məhz bu xüsusiyyətə görə insanların bir idarə tərəfindən digərlərinə 
keçmək imkanını qeyd edir. Platona görə bacarıqsız, qabiliyyətsiz hakim nümayəndələr ən aşağı kastalara layiq-
dir, və ya əksinə, aşağı kastaya mənsub olan nadir istedad və vərdişə malik olanlar ali təbəqəyə köçürülə bilər. 
Platonun bu nəzəri qaydasını  əsas götürərək Amerika elitar nəzəriyyələrin tədqiqatçıları olan K.Pryüit və A. 
Stoun onu elitanın dövriyyəsi nəzəriyyələrinin sələfi adlandırırlar. Platon nəzəriyyəsi təkcə elitarizm 
ideyalarının gözəl təsviri ilə deyil, həmçinin XX əsrin elitaristlərinə dərin təsiri ilə əhəmiyyət kəsb edir. Belə ki, 
Platonun sosial sistemin stabilləşməsində yaxşı idarə edən hakimin olmasının zəruri hesab edilməsi haqqındakı 
ideyası müasir elitar nəzəriyyələrin əksəriyyətində səslənir. 
Orta əsrlərdə kilsənin ilahi və dünyəvi iyerarxiyasını  təbliğ edən təlimlərdə kütlənin feodal hakimlərinə 
sözsüz təzimi və kilsənin aliliyi ideyası ön plana çəkilirdi.  İohan Solsberiyski dövləti insan orqanizmi ilə 
eyniləşdirərək bu «bədəndə» ruhanilik – mənəviyyatı, hökmranlıq – başı, kəndlilər isə, ayaqları ifadə edirlər. 
Orta əsrlərdə Allahpərəst kimi tanınan Foma Akvinski deyirdi ki, kütlələr heç bir tərəddüd etmədən «Al-
lah tərfindən seçilmiş» hakimlərinə tabe olmalıdırlar. Özü də, bu müəllif onu da qeyd edir ki, tabe olmanı bədən 
hərəkətləri ilə həyata keçirtmək lazımdır. Mənəviyyatın ruhi hərəkətləri isə yalnız Allaha tabe olmaları vacibdir. 
Foma Akvinski feodal sistemin aşağıdakı iyerarxik pilləkən  əsasında təsəvvür edirdi: «insanlar – mələklər – 
müqəddəslər – Allah». 
Hakimlər və tabe olunanlar münasibətləri problemlərinə dair baxışlarda Nikolo Makiavellinin 
dünyagörüşü ziddiyyətlidir. O, bir tərəfdən  İtaliyanın inkişafını  ləngidən feodallara qarşı  çıxış edirsə, digər 
tərəfdən kütlələrin etirazlarına səbəb olan buntlardan ehtiyat edirdi. O, hakimlərin xalq arasında optimal uyğun-
luq və  əlaqə yaratmasının tərəfdarı olub, möhkəm, güclü hakimiyyəti bunda görür. Makiavelli hökmdarların 
tiranlıq hakimiyyətlərini kütlələrin buna dözərək «ikiüzlülüyə» çevrilməsinə görə məzəmmət edir. O, qeyd edir 
ki, hökmranlıq etmək üçün dövlət adamı insan fəaliyyətinin  əsas amillərini bilməli, kütlənin maraq, zövq, 
meyllərini öyrənməli, onlara uyğun hərəkət edərək xalqı özünə tabe etdirməlidir. Tabe edilənlər isə öz 
hakimlərindən qorxmalı, onlara təzim etməli, vergilərini ödəməlidirlər. 
C.Lokkun fikrinə görə isə dövlət çoxluğun iradəsinə müvafiq hərəkət etməlidir. O, dövlətin bölünməsi 
təlimini inkişaf etdirib. 
XVIII əsrin fransız maarifçi və materialistləri tiranlıq və despotizmi amansızcasına tənqid edərək xalqın 
maraqlarının tapdandığını, onların feodal hakimləri tərəfindən  ən zəruri hüquqlarının  əlindən alınmasını ifadə 
edirdilər.  
Helvetsi yazırdı ki, «Aristokratiya hakimiyyətin bütün formalarını  qəsb edərək» xalqı kölə  vəziyyətinə 
gətirib çıxarır. XVIII əsrin fransız materialistləri öz ideyalarında ikili mövqe tuturdular. Bir tərəfdən, xalqın 
qabaqcıl nümayəndələri ilə birgə kütlə Bastiliyanı  ələ keçirirlərsə, digər tərəfdən, bu ideya sahibləri istismarçı 
mövqe tutaraq xalq kütlələrindən qorxurlar. Bu qorxu xalq kütlələrinin ictimai həyatı müstəqil formada idarə edə 
bilməyəcəyi inamında təzahür edirdi. Bu materialistlərin fikrinə görə, kütlələr maariflənmiş siniflərdən çıxmış 
liderlərin arxasınca getməlidirlər. İctimai həyatın şərhində sırf idealist mövqe tutan fransız materialistləri belə bir 
nəticəyə gəlirlər ki, tarixin yaradıcıları «ağıllı, zəkalı qanunverici şəxslər»… maariflənmiş hakimlərdir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə