Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   245

 
65
edərək fəhlələri bu elita üçün passiv material kimi qiymətləndirirdi. Veblenin ardıcılları – Skott, Akerman, cons, 
Benda belə bir fikri irəli sürürdülər ki, cəmiyyətin idarəolunmasını yüksək ixtisaslı texniki ziyalılardan ibarət 
olan texnokratiya həyata keçirməlidir. Veblenin «Mühəndislər və qiymətlər sistemi» adlı kitabında texniki 
mütəxəssislərin artması ilə əlaqədar onların sosial hakimiyyəti – «texnokratiya» reallaşdırılmalıdır. 
Elitizmi texnoloji əsasdan təhlil edən nəzəriyyəçilərdən biri də ceyms Bernhem özünün «Menecer 
inqilabı» adlı proqram əsərində nəinki təkcə istehsalatın, o cümlədən bütün ictimai həyatın idarəolunmasını yeni 
elitaya – menecerlərə verilməsini vacib hesab edir. Onun bu konsepsiyası kapitalizm sisteminin, inhisarçılığın 
əbədi olması ideyasına müəyyən zərbə vurmuş oldu. Belə ki, Bernhem ardıcılları – Elesko, Friş, Bouldinq bir-
birinin ardınca sübut etməyə çalışırdılar ki, «təşkilatçıların inqilabı» bir sıra Qərb ölkələrində baş vermiş kapita-
lizm köklü dəyişikliklərə məruz qalaraq yeni ictimai təbəqənin formalaşmasına səbəb olmuşdur. Bir çoxları bu-
nu menecerlik, bəziləri «xalq kapitalizmi» kimi qiymətləndirirdilər. 
Elita məsələsinə müxtəlif aspektlərdən yanaşan elitistlər öz nəzəriyyələrini tarixi analogiyalarının 
köməkliyi ilə əsaslandırmağa çalışırdılar. Bu nəzəriyyələrin nümayəndələri, müəllifləri öz fikir və ideyalarında 
ona istinad edirlər ki, xalq kütlələri cəmiyyətin idarə olunması  işindən kənarlaşdırılıb və bunu hakim sinfin 
inhisarçıları həyata keçirmişlər. İdeoloqların çoxu antaqonist formasiyalarda xalq kütlələrinin vəziyyətini heçə 
endirərək bunu ümumi ictimai-sosial qanun kimi izah etməyə çalışırlar.  
Fransız sosioloqu Lakrua öz fikrini belə  təsdiqləyir: «Tarix boyu cəmiyyət elitanın mövcudluğuna görə 
yaşamışdır… Elita anlayışı zaman, yer və məkana uyğun şəkildə müəyyənləşdirilibsə də, eyni formada mövcud 
olmuşdur». Elita bütün cəmiyyətlər üçün xasdır – bu fikir elitistlərin irəli sürdükləri  əsas ideyalardan biridir. 
Onlar elitanın müəyyən olunmasını  cəmiyyətin sosial, mədəni və psixoloji inkişafının immanent xassəsi kimi 
qiymətləndirərək onu sivilizasiyanın ayrılmaz atributu hesab edirlər. Elita hakimiyyətin zəifləməsi cəmiyyətin 
qorxulu xəstəliyinə çevrilərək sivilizasiyaya maneçilik törədir. 
Sözsüz ki, elitistlərin bir qismi antaqonist formasiyaların labüdlüyünü iddia etmək məqsədilə elitanı xalq 
kütlələrinin  əks qüvvəsi kimi qələmə verməyə çalışırlar. Çünki onlar tarixi yalnız  əzən və  əzilməz sinfi kimi 
təsəvvür edirlər. 
Ona görə  də bu nəzəriyyəçilərin fikrincə elita adi kütlədən tam surətdə  fərqlənən və seçilən hakim 
təbəqədir. Bu konsepsiyanı dəstəkləyən müəlliflər insanların sosial qeyri-bərabərliyini iddia etməklə yanaşı, bu 
qeyri-bərabərliyin fövqündə, həm də qarşı-qarşıya qoyulmuş düşmən münasibətlərin də olduğunu təsdiqləyirlər. 
Əlbəttə, elitistlərin bu nəzəriyyələri əsrlər boyu tarixdə mövcud olmuş və olan antaqonist cəmiyyət üçün haqq 
qazandıran və hakim siniflərin iddialarına cavab verən «mənəvi» stimul rolunu oynamışdır. 
Müxtəlif arqumentlərə  əsaslanan elitistlərin hamısı üçün ümumilikdə bir neçə xüsusiyyət xasdır. Bu 
xüsusiyətlər ilk növbədə ondan irəli gəlir ki, siyasi əlaqələr və siyasi hakimiyyət ictimi münasibətlərin əsas zə-
mini rolunu oynayır. cəmiyyət heç zaman idarəetmə funksiyası olmadan keçinə bilməz; və bu funksiya bütün 
cəmiyyət tərəfindən aparıla bilməz, bunu hansısa müəyyən azlıq yerinə yetirir. Bu azlığın özü – elitadır. Öz 
rəhbəredici funksiyasını yerinə yetirən elita ilk növbədə öz liderlik vəziyyətinin möhkələndirilməsi qayğısına 
qalaraq özünü hakim azlıq kimi təsdiqləməyə çalışır. Elitaya mənsubluq onun nümayəndələrinin bir sıra im-
tiyaz, güzəşt, sosial nüfuz və s. malik olmasını zəruri edir. Təbiidir ki, bunların qorunmasının təmini üçün elita 
kiçik kompakt bir qrupda birləşir. Alman elitisti L.Froynd yazır ki, hakimiyyəti, nüfuzu itirmək qorxusu elitanın 
bir-birinə möhkəm birləşməsini tələb edir. Elita öz üzvləri üçün müəyyən status işləyib hazırlayır, davranış 
normalarını müəyyən edir.  
Elitanın öz məqsədlərinə nail olmasının  əsas vasitəsi – dövlətdir. Dövlət orqanlarının bütün mühüm 
yerlərini elita nümayəndələri təmsil edir. Ona görə Mosk elitanı, həm də «dövlət sinfi» adlandırır. cəmiyyətin 
elita və kütlələrə  təbəqələşməsi sivilizasiyanın ilkin və  əsas  şərti hesab edilir. Bunsuz cəmiyyətin xəstəliyə – 
anarxiyaya düçar olması labüddür. 
Elitizmin  əsas meyarı – siyasi münasibətlərin mütləqləşdirilməsidir. R. Barkli qeyd edir ki, elita 
nəzəriyyəsi siyasi hakimiyyətə əsaslanır. Çünki siyasi hakimiyyət bütün sosial münasibətlərin tənzimləyicisidir. 
Siyasi hakimiyyətə malik olmayan təbəqəni, onun fikrincə, elita adlandırmaq olmaz. 
Beləliklə, tarixin müxtəlif dövr və  mərhələlərində irəli sürülən elitar nəzəriyyələrə, onların 
konsepsiyalarına nəzər yetirdikdən sonra belə bir ümumi nəticəyə  də  gəlmək olur ki, elitizmdə bir çox 
məqamlar, ideyalar, hətta antidemokratik xarakter də kəsb edir. Düzdür, uzun illər, xüsusilə, sosializmin dünya-
da geniş yayıldığı tarixi mərhələlərdə  hətta elitar nəzəriyyələr antiinsan, anticəmiyyət mövqeyindən «burjua 
ideologiyasının» ayrılmaz tərkib hissəsi kimi təhlil edilirdi. Bu təhlillərdə elitarizmin sırf antidemokratik 
mahiyyətə malik olduğu sübut olunmağa cəhd göstərilirdi və o antidemokratizmin nəzəri cəhətdən 
əsaslandırılması kimi qəbul edilirdi. 
Amma  əslində elitarizm ilə demokratiya nəzəriyyələri arasındakı ziddiyyət, xüsusilə, iki məsələyə olan 
münasibətdə çox aydın hiss olunur: birincisi, demokratiya insanların bərabər hüquqa malik olduğunu iddia et-
diyi halda, elitarizm insanların qeyri-bərabərliyini söyləyir; ikincisi, elitarizmin bünövrəsi tam hüquqa malik 
qüvvə – hakim sinif hesab edilirsə, bu da demokratiyada azlığın çoxluğa tabe olması prinsipinə yaddır. 
Elitaristlərin fikrincə demokratiya xalq tərəfindən bəyənilən, müdafiə olunan elitanın idarəetmə formasıdır. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə