19
İnsan qruplarının
inteqrasiyası funksiyası, dünyəvi, bəşəri sivilizasiyaların zənginliyinin yaradılmasına
xidmət edən milli mədəniyyətlərin qarşılıqlı zənginləşməyə xidmətini nəzərdə tutur.
Mədəniyyət millətlərin
differensiasiyasının mühüm amili olmaqla yanaşı, həm də insan qruplarının birləşməsi, zənginləşməsi meyarı
kimi də çıxış edir. Millətlərarası mübadilə prosesi inkarı – inkar kimi dialektik qanunun müddəalarına uyğun
müxtəlif tarixi dövr və mərhələlərin, xalq və millətlərin qarşılıqlı əlaqəsini yaratmaqla, onların «simfonik»
vəhdətini formalaşdırır. Dediklərimizin ən mühüm sübutlarından biri müasir mədəniyyətin nəhəng elmi-texniki
tərəqqisinin təzahürüdür.
Sosiallaşdırma (humanistləşmə) funksiyası – mədəniyyətin müəyyən şəxsiyyət tipinin
formalaşdırılması ilə izah edilir. Bu formalaşma cəmiyyətin maraqlarına uyğundur. Orta əsrlərdə bu tip
cəngavər, sosializm quruluşunda isə, kommunizm qurucusu sayılan fəal mübariz idi. Bundan belə bir nəticə
çıxır ki, mahiyyətcə bu funksiya cəmiyyətin yeganə və əsas vəzifələrinin yerinə yetirilməsinə xidmət edir.
Beləliklə, cəmiyyət insanı bioloji varlıqdan şüurlu, ağıllı ictimai adama çevirir. Ona görə də insanın
sosiallaşması prosesi fərd tərəfindən müəyyən edilən bilik, norma və dəyərlərin
mənimsənilməsini praktiki
fəaliyyətdə tətbiqini nəzərdə tutulur. Ona görə də mədəniyyətin humanistləşmə funksiyası iki mühüm proseslə
müşayiət olunur: sosiallaşma prosesi (yəni ictimai münasibətlərin mənimsənilməsi) və fərdiləşmə prosesi (yəni
bu münasibətlərin fərdi formada, təkrarolunmaz şəkildə mənimsənilməsi).
İctimai inkişafda ideal vəziyyət kollektiv və şəxslər, fərdlər arasında mütənasibliyin mövcudluğu ilə izah
edilir.
Beləliklə, cəmiyyətdə mədəniyyətin yuxarıda sadalanan funksiyaları şərti məzmun kəsb etsə də, hər halda
onları məhdudlaşdırmaq və ya nəzərə almamaq da qeyri-mümkündür. Belə ki, onlar bir-birilə sıx vəhdət təşkil
edərək vahid bir prosesin əsas meyarları rolunu oynayırlar.
1.8. Mədəniyyətdə milli və beynəlmiləl cəhətlər.
Mədəniyyətin inkişafında varislik qanunu
Mədəniyyətin sadədən mürəkkəbə doğru inkişaf tarixi «varislik» deyilən ənənə üzərində mümkün
olmuşdur. Bu, bəşəriyyətin daş çapacaqdan başlamış müasir kompüterə, qayaüstü rəsmlərdən başlamış məşhur
təsviri sənət nümunələrinin yaranmasına, yaxud primitiv
insan sürülərinin düşünülmüş, sistemli dövlət
quruluşunadək keçdiyi tarixi mədəni inkişaf yoludur ki, bunun da əsasını varislik təşkil edir. Geniş mənada va-
rislik yeni keyfiyyət və xüsusiyyətlər əlavə etməklə mədəniyyətin zamandan-zamana ötürülməsi deməkdir. Bu
ötürülmə prosesi mənəvi və maddi sərvətlərin mexaniki surətdə istifadə edilərək çatdırılması deyil, onların
nəsillər tərəfindən qiymətləndirilərək, yeni təcrübələr əlavə etməklə yeniləşdirilərək, təkmilləşdirilməsi
formasında ötürülməsi deməkdir. Varislik əcdadlarımızın irsi dəyərlərinin tənqidi təhlili, yaradıcı dəyişdirilməsi
formasında çatdırılması deməkdir.
Mənəvi sahədə varislik, ilk növbədə, dil və digər işarə sistemləri, o cümlədən
bəşəriyyətin mövcud olduğu
ilk mərhələlərdən təşəkkül tapan zəngin ikonoqrafiya (rəsm, şəkil, sxem və s.) ilə təmin edilir. Maddi
mədəniyyətdə varislik bir çox nəsillərin hazırladığı əşyalar və mexanizmlərin ayrı-ayrı nümunələri vasitəsilə
reallaşdırılır. Bir çox minilliklər bu varisliyin ötürülməsinə xidmət edən sosial institutlar fəaliyyət göstərmişdir.
Müasir günümüzdə belə mədəniyyət müəssisələri məktəb, universitet, elmi-tədqiqat mərkəzləri, muzey, kitab-
xana və s.-dir. Onlar həm də mədəni dəyərlərin qoruyucusu və ötürücüləridir.
Varisliyin ən çox yayılmış vasitəsi tərbiyə və təhsil müəssisələri hesab edilir. Buraya həmin müəssisələrin
bütün səviyyələrindən olan növlər daxildir.
Varisliyin ənənəvi məsələlərindən birini də mədəni irs anlayışı təşkil edir. Mədəni irsə bütün dəyər və
normalar, o cümlədən müəyyən mərhələdə mədəni nailiyyətlərin bütün növləri daxildir. Burada bir məqama
diqqət yetirmək yerinə düşərdi. Tarixdə elə mədəni nailiyyətlər əldə edilib ki, öz cəmiyyətində rədd olunub, la-
kin sonrakı tarixi dövrlərdə özünə layiqli yer tutub.
Mədəni irs və varislik vəhdətdə olan iki kateqoriya kimi bir sıra ümumi cəhətlərə malikdir. Bunlar
aşağıdakılardır:
1.
Mədəniyyətin inkişafının ən ilkin çağlarında onun sinkretizmi, təsnif olunmaması, onların «elmlərin elmi»
sayılan
fəlsəfəyə aidliyi;
2.
Müxtəlif dövr və xalqlarda, böyük mübahisəyə səbəb olan əbədi mövzuların (materializm ilə idealizmin
mübarizəsi, şüurun həyata münasibəti, sosial ədalətlilik ideyaları və s.) nəsildən nəslə ötürülməsi;
3.
Mədəni irsin ardıcıl toplanması və beynəlmiləlləşməsi. Onun təzahürü hər bir nəslin mədəni irsə yeni nəyinsə
əlavə edilməsi ilə müəyyənləşir. Bu irs yazı, kitab nəşri, mətbuat, nəqliyyat və kütləvi informasiya vasitələrinin
inkişafı nəticəsində ümumbəşəri xarakter kəsb edir;
4.
Bəşəriyyətin son yüzilliklərdə kommunikasiya imkanlarının sürətli artımı əldə edilən mədəni irsin varisliyini
daha da inkişaf etdirir. Məsələn, fotoqrafiyanın, video, audio, kino və s. köməkliyi ilə ötən tarixi dövrlərin
mədəniyyəti, mədəni irsi haqqında ətraflı məlumat
və bilik əldə etmək olur;
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
20
5.
Varislikdən danışarkən onu da qeyd etmək lazımdır ki, mədəniyyətin incəsənət və elm kimi sahələrində varislik
müxtəlif cür həyata keçirilir. İncəsənətdə hər bir müəllif əsərinə nəticə verərək tamamlayır. Bu, rəsm, kitab,
mahnı və s. ola bilər. Bunların hər biri ayrıca sənət nümunəsi olduğuna görə varislik özünəməxsus məzmun kəsb
edir. Elm və texnikada isə, varislik bir başqa cür məzmuna malikdir. Məsələn, amerikalı alim Norbert Vinerin
(1894-1964) hesablama texnikası haqqındakı nəzəriyyəsi «kibernetika» adlı elmin yaranmasına səbəb oldu.
Beləliklə, mədəniyyətdə varislik özünü bu formada da nümayiş etdirir.
6.
Elm və incəsənətdə varisliyi fərqləndirən iki əsas məqam haqqında da danışmağa dəyər; elmdə edilən hər bir
dövri kəşf özündən əvvəlkilər üzərində çevriliş xarakteri kəsb edir; incəsənət əsərləri isə, əbədi yaşardır.
Mədəniyyətin hərəkətverici amili kimi varislik iki formada – pozitiv və neqativ formada mövcuddur.
Pozitiv formanın mahiyyətini əvvəl yaradılmış mənəvi dəyərlərin qorunması təşkil edir: 2500 il əvvəl yaradılan
Pifaqor teoremi, Mikelancelonun heykəltəraşlıq nümunələri və s.
Lakin tərəqqi yalnız əldə edilən nailiyyətlər üzərində deyil, həm də öz vaxtını keçirmiş,
ötürmüş
təcrübədən də yan keçmir. Bu da varisliyin mənfi formasını yaradır.
Varisliklə əlaqədar mədəniyyətin əbədi problemlərindən biri də ənənə və novatorluq arasında əlaqənin
yaradılmasıdır. Əslində varisliyin iki əsas tərəfi – ənənə və novatorluq mövcuddur. Ənənə və novatorluq
arasında bərabərlik qorunur. Birincinin üstünlüyü konservatizmə, ikincinin üstünlüyü isə dağıdıcı nihilizmə
gətirib çıxarır.
İncəsənətdə ənənə və novatorluq məsələsi daha özünəməxsus məzmun kəsb edir. Ədəbiyyatda ənənə ilə
novatorluq arasındakı mütənasibliyin qayəsini onun kommunikativlik funksiyası, rəngkarlıqda vizual-estetik,
memarlıqda funksionallıq, musiqidə xüsusilə emosionallıq və s. təşkil edir. Əgər bu sənət nümayəndələrindən
hər hansı biri öz ilkin təyinatını itirmişsə, deməli, onun bədiiliyindən danışmaq düzgün olmazdı.
Varisliyin əsas aparıcı qüvvəsi nəsildir. Bu fikirdə əslində çox böyük elmi məna mövcuddur. Həqiqətən
də, mədəniyyətin bir vəziyyətdən digərinə keçməsi birdən-birə baş verən hadisə deyil, o uzun tarixi bir prosesin
nəticəsi hesab edilməlidir. Çünki mədəniyyətin yeni forma kəsb etməsi üçün cəmiyyətin strukturunda ciddi
dəyişikliklərin olması qanunauyğundur. Bu dəyişikliklər isə, bir neçə nəslin yaradıcılığının məhsuludur.
Ümumiyyətlə «nəsil» anlayışı ümumi ideallar, məqsədlər uğrunda birləşən insan qruplarıdır. Tarix belə
nəsillərlə zəngindir. Bu zaman sinfi, təbəqə, zümrə, professional və digər fərqlər arxa plana keçir.
Aparılan hesablamalara görə «həyatın sahibləri» hesab edilən nəsillər hər 30 ildən bir yetişir.
Gənc nəsil
daim irəliyə can atır, daha doğrusu, ata-babaların qoyub getdiyi irsi daha da inkişaf etdirərək yeni-yeni cizgi və
əlavələr edərək onu təkmilləşdirir. Bu da mədəniyyətin dinamikasının bir qanunauyğunluğudur.
1.9. Mənəvi mədəniyyətin tərkib hissələri
Mənəvi dəyər əqli və bədii fəaliyyətin növləri ilə təzahür edir. Sözsüz ki, hər yaradıcılıq nümunəsini
mənəvi dəyər kimi qiymətləndirmək düzgün olmazdı. Burada əsas meyar mədəni məhsulun ictimai əhəmiyyəti
ilə ölçülür. Məsələn, adi qabiliyyətsiz rəssam tərəfindən təsvir olunan tablo və ya rəsmi sənət əsəri hesab etmək
düzgün deyil. Ona görə də mədəniyyət xəzinəsinin mənəvi dəyərləri aşağıdakı əlamətlərə görə özünün
məzmununa və vüsətinə görə müəyyən olunur.
Məzmununa görə mənəvi dəyərlər üç əsas sahəyə ayrılır: 1)elm; 2)mənəviyyat, əxlaq; 3)incəsənət.
Elmi sərvətlər – milli və sinfi nəzərə alınmadan obyektiv insani biliklər sistemidir. Düzdür, sovet
cəmiyyəti dövründə elmdə «burjua», «yalan, böhtançı» elmi mühazirələr adı altında fikirlər söylənilsə də, sonra-
lar tarixin axarında onlar aradan qaldırıldı. Bu məqamda rus yazıçısı, dramaturq A.P.Çexovun aşağıdakı qeydi
məntiqə müvafiqdir; «Milli elm yoxdur, əgər varsa da, o, elm deyildir.» Lakin
elmi dəyərlərin bir çoxlu
məqamları da mövcuddur. Belə ki, insan əqli və zəkası ilə yaradılan elmi düsturlar, kəşflər, sonralar bəşəriyyətin
məhvinə doğru yönəlir. Məsələn, atom bombasının hazırlanması buna çox aydın misaldır.
Mənəvi-əxlaqi dəyərlər kəmiyyətcə elmi dəyərlərdən fərqlənir. Əgər elmin vəzifəsi mövcud reallıqları in-
sanlara öyrətmək, dərk etdirməkdirsə, mənəviyyatın vəzifəsi insanın digər insanlarla münasibətlərini
aydınlaşdırmaq, təkmilləşdirməkdir. Bütün bunlar əxlaqi norma, adət və ənənələrdə, qanunlarda öz əksini tapır.
Lakin məlum olduğu kimi, tarixin bəzi mərhələlərində qanun və adətlər, ənənələr əxlaqsız, mənəviyyatsız
da ola
bilər.
Beləliklə, son nəticədə o münasibətlər əxlaqi cəhətdən düzgün hesab edilir ki, insan həyatında başlıca meyar
rolunu oynasın.
Bədii dəyərlər və sənət dəyərləri – mənəvi fəaliyyətin o sahəsidir ki, burada insanın bütün psixi gücü -
hissləri və əqli «çalışır». Hələ vaxtilə Kant söyləmişdir ki, incəsənət «maraq dairəsində olmayan zövqdür.» Məhz
bu cəhətə görə incəsənət, elm, əxlaq, mənəviyyatdan fərqlənir. İncəsənətin predmeti təkcə insanın zahiri aləmi,
insanlarla münasibətlər deyil, həmçinin şəxsiyyətin daxili aləmidir. Bədii dəyərlərin yaradılması zamanı insan il-
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir