29
Azərbayjan nağıl və əfsanələrində insandan başqa, çoxlu janlı iştirak edir: ilan, qurd,
simurq quşu, at,
əcdaha, div və s. bu obrazlarda təbiət və insan bir- birinə keçir, həm də bu obrazlarda insan öz düşünjəsini
rəmzləşdidir. İlan xeyirxahlığın, div şərin rəmzidir. İnsana məxsus hərəkət və keyfiyyətlərin janlılar və təbiət
üzərinə keçirilməsit təbiətin özünə dini- mənəvi, hətta sirli- magik münasibətdir. Təbiət, onun hadisə və janlıları
insaniləşdirilir, rəmzləşdirilir.
İnsan təbiətə münasibətdə daima öz janlılığı və fəallığı ilə fərqlənir. Bu münasibət yaradıjı xarakter
daşıyır. Bu jür yaradıjı praktiki münasibət konkret gerçəkliyini əməkdə tapmışdır. Adətən, nağıl və
əfsanələrdəki şər qüvvələr daxilən eybəjər olmaqla yanaşı çox kobud və eybəjərdirlər. Məsələn, div, güpəgirən
qarı, zalım, xəsis
və qəddar kosa, ədalətsiz padşah və bu kimi şər qüvvələrit təmsil edən obrazların zahiri
formaları onların məzmununu ifadə edirdi. Eybəjər sifət, yöndəmsiz bədən, pis gülüş, bij, kəmfürsətlik, jır-
jındır geyim və bu kimi əlamətlər qabaqjadan xarakterik keyfiyyət kimi çıxış edir. Deməli,
estetik
mədəniyyətinin yaranışının ilk anından belə məzmun və forma vəhdəti əsas keyfiyyət kimi özünü göstərir.
Qeyd etdiyimiz kimi, həm bədii mədəniyyətin, həm də bütövlükdə estetik mədəniyyətin ən yüksəklik
dərəjəsi xalq injəsənətidir. Onun əsas növləri bunlardır: maddi- təsviri, mərasim- oyun və şifahi- poetik,
injəsənət, yaxud folklor. Xalq injəsənətində bəşəriyyətin qəbilə kollektiv təjrübəsi ümumiləşdirilmiş rəmzi for-
mada akkumulyasiya olur və onun ətraf təbii mühitlə, torpaqla əzəli və qədim əlaqəsi şəraitində inkişaf edir.
1
Xalq injəsənətinin estetik sərvətlərinin ümumbəşəriliyi də bundadır. Eyni zamanda insanın
torpaqla əlaqəsini
bilavasitə- sadədil formada ifadə edən xalq injəsənəti onun regional- etnik təjrübəsi ilə bitir. Bu təjrübə onun
obrazlı quruluşundan, dilində, simvolikasında saxlanılır və milli spesifikasının xüsusiyyətlərini müəyyənləşdirir.
Xalq injəsənətinin mənəvi sərvətlərinin qarşılıqlı təsiri və mübadilə edilməsi hazırda dünya xalqlarının
əlaqəsinin, qarşılıqlı anlaşmasının onların mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinin çox mühüm
kanallarıdır. Xalq injəsənəti xalqın həyat ənənələrinin və ideallarının qoruyujusu və tükənməz mənbəyidir (Biz
bu barədə sonrakı fəsillərdə daha ətraflı danışajağıq).
Professional sənətin mühüm xüsusiyyət təşkil edən əlavəsi bədii özfəaliyyətdir. O, eyni zamanda estetik
mədəniyyətin müstəqil funksional elementidir. Estetik mədəniyyət sistemində bədii özfəaliyyət iki funksiya
yerinə yetirir. O, bir tərəfdən insanların yüksək professonal sənətə jəlb edilməsinin mühüm vasitəsidir.
Təsadüfi
deyil ki, özfəaliyyət kollektivlərinin repertuarına çox vaxt hətta professional kollektivlərin heç də həmişə jürət
etmədikləri yüksək klassik əsərlər salınır. Bədii özfəaliyyət xalq sənəti ilə professional sənətin arasında əlaqə
funksiyasını yerinə yetirir. O, professonal injəsənət üçün xalq istedadlarının mənbəyidir və eyni zamanda pro-
fessional sənətdən ötrü injəsənəti başa düşən və ondan zövq alan adamlar formalaşdırır.
Bədii özfəaliyyətin ənənəvi formalarına hazırda injəsənətin texniki növləri ilə əlaqədar özfəaliyyət (kino
həvəskarları, foto həvəskarları və s.) getdikjə genişlənir.
Dünyanın estetik jəhətdən qavranılması əşya və insanın mürəkkəb qarşılıqlı əlaqəsindən ibarətdir.
Əşyadan alınan estetik hiss olmadan gerçəkliyi hərtərəfl dərk etmək qeyri- mümkün olur. Yalnız zövqlə, sakit
və xoş bir nəşə ilə müəyyən etmək olur ki, əşya gözəldir.
İnkişaf edən jəmiyyətin estetik mədəniyyətinin mühüm ünsürü vahid estetik tərbiyə sisteminin
mövjudluğudur. Hər hansı bir estetik mədəniyyətin subyekti olmazdan əvvəl
insan estetik tərbiyə, ənənə, yaranmış
ijtimai fikir sistemi vasitəsilə reallaşan, daha dəqiq desək, həyata keçirilən təsir obyekti olur. Azərbayjan jə-
miyyətinin estetik mədəniyyəti böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu sübut etməkdən məhrumdur. Bunu
injəsənətin əksər növlərində müşahidə etmək mümkündür. Bu vəziyyətin aradan qaldırılması olduqja vajibdir. La-
kin insanların estetik mədəniyyətinin formalaşması mütəşəkkil və məqsədyönlü prosesdir. Eyni zamanda onu da
qeyd etmək lazımdır ki, estetik tərbiyəni mədəni- maarif vəzifələri isə məhdudlaşdırmaq həmçinin normal, mədəni
inkişaf etmiş şəxsiyyətin formalaşmasında onun rolunu mütəlqləşdirmək ağlabatan olmazdı. İdeya- siyasi, əmək,
mənəvi, estetik və fiziki tərbiyə və bütün təhsil sisteminin fəaliyyəti bu ümumi məqsədə yönəldilməlidir.
Bizdə isə
çox vaxt hər işi tərsinə edirlər. Ali məktəb proqramlarından estetika, kulturologiya dərsləri çıxarılır, humanitar
fənnlərin yükü azaldılır. Nətijədə isə uduzan gənj nəsil olur. Ümumiyyətlə, tərbiyənin digər tərəfləri ilə üzvi
surətdə bağlı olan estetik tərbiyə insanın ideya- mənəvi yüksəlişinə, onda yüksək mənəvi keyfiyyətlərin inkişafına
kömək edir.
İnsanların dünyaya olan estetik münasibətləri onların ağlı ilə əlaqədar olsa da,
hər şeydən əvvəl, emosion-
al münasibətlərdir. Estetik münasibətlər məhz bu jəhətdən fəlsəfi, praktiki, elmi və s. münasibətlərdən fərqlənir.
Həm varlığın gerçək hadisələri, həm də bizim onlardan zövq almağımızın xarakteri
gözəllik sahəsində böyük rol
oynayır. Gözəllik haqqındakı mühakimə qavrayışın obyektiv və subyektiv tərəflərinin iştirak etməsi nətijəsində
yaranır. Əşyanın insana və insanın əşyaya münasibətindən ibarət olan bu vəhdətdən xarijdə gözəlliyin nə demək
olduğunu başa düşmək olmaz. Bu məsələnin, müxtəlif tərəflərinin bütün mürəkkəb dialektik əlaqəsini nəzərə
almadan birtərəfli izah edilməsi jəhdləri bəsitliyə və əsassız nətijələrə səbəb olmuşdur.
1
Бах: Некрасова М.А. Народное искусство как часть культуры М., 1983.