Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə48/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   130

 

144 


verilən problemin  səbəblərini  aĢkara çıxarsınlar və bu səbəbləri 

kağız zolaqlarına yazsınlar. 

4.  Qruplar  yazıb  qurtarandan  sonra  müəllim  onlara  deyir 

ki,  kağız  zolaqlarını  onlara  verilən  iri  kağız  üzərində  yerləĢ-

dirsinlər. 

5.  Qruplar  iĢini  qurtardıqdan  sonra  müəllim  onlara 

yazdıqlarını oxumağı söyləyir. 

6.  Növbəti  mərhələdə  müəllim  Ģagirdlərə  baĢqa  rəngdə 

olan  daha  6  kağız  zolağı  paylayır.  ġagirdlər  burada  problemin 

həlli üçün nə etməli olduqlarını yazırlar. Bu zolaqlar da iri kağız 

üzərində yerləĢdirilir. 

7. Qrupların iĢini qrup liderləri təqdim edirlər. 

8. Növbəti mərhələdə müəllim Ģagirdlərə yapıĢqanlı  vərəq 

paylayır  və  onlardan  xahiĢ  edir  ki,  problemin  həlli  üçün  nə 

etdiklərini və nə etməyə hazır olduqlarını həmin vərəqin üzərin-

də yazsınlar. ġagirdlər vərəqlərini oxuyur və həmin vərəqləri öz 

qruplarının xalısı üzərinə yapıĢdırırlar. 

9.  ĠĢin  sonunda  müəllim  onlarla  kiçik  müzakirə  keçirir  və 

problemin həlli üçün ən səmərəli yolu seçməyi onlara təklif edir. 

10.  Bu  üsulda  qrupların  iĢinin  tərtibatı  da  çox  əhəmiy-

yətlidir.  Öz  fantaziyalarından  istifadə  edərək  Ģagirdlər  sanki 

rəngarəng kağızlardan “ideyalar xalısı” yaradırlar. 



Qərarlar  ağacı-  bu  üsul  o  zaman  tətbiq  olunur  ki,  oxu 

materialında  təqdim  olunan  problemin  bir  neçə  həlli  var  və 

onların  hamısı  liderlik  təĢkil  edir.  ġagird  bunun  hamısını  seçə  

bilmir. Bu üsul aĢağıdakı kimi tətbiq olunur: 

 

Əvvəlcə, müəllim təhlil ediləcək problemi və onun həlli 



yollarının  bir  neçə  variantını  müəyyənləĢdirir.  Təklif  olunan 

variantların  hamısı  eyni  dərəcədə  real  və  bərabər  əhəmiyyətli 

olmalıdır ki, onların arasında “lider” variant olmasın. 

 



Təhlil  olunacaq  problem  iri  kağızda  aĢağıdakı  formada 

təqdim olunur: 

 

 



 

145 


PROBLEM 

Problemin həlli yol-

larının  “+”  və  “-“ 

tərəfləri 

           Problemin həlli yolu 

I yol 


II yol 

III yol 


 



Qərar: 


 

Müəllim Ģagirdləri 4-6 nəfərlik qruplara bölür. 



 

Müəllim qruplara tapĢırığı izah edir. Hər qrupa bu cədvəl 



çəkilmiĢ kağız və marker verilir, tapĢırığın yerinə yetirilməsi 

üçün vaxt təyin olunur. 

 

Qruplar iĢ zamanı problemin həlli yollarını təhlil edir



hər variantın müsbət və mənfi cəhətlərini müəyyənləĢdirir və 

müvafiq xanaları doldururlar. Bütün variantlar təhlil edildikdən 

sonra qərar qəbul olunur və variantlardan yalnız biri seçilir: 

 



qrup  qərarı  yazdıqdan  sonra  müəllim  qərarın  üzərini 

bağlayır; 

 

 təqdimat  zamanı  qrup  nümayəndələri  yazıları  oxuyur, 



lakin  qərarı  bildirmir.  Müəllim  digər  qruplardan  xahiĢ  edir  ki, 

qrupun qeyd etdiyi müsbət və mənfi cəhətləri nəzərə alaraq onun 

hansı variantı seçdiyini tapsınlar. ġagirdlərin fikirlərindən sonra 

qərar xanası açılır; 

 

bütün  qruplar  öz  iĢlərini  təqdim  etdikdən  sonra  müəl-



lim  alınmıĢ nəticələrin müqayisəsi  və qəbul  olunmuĢ qərarların 

əsaslı  olması  istiqamətində  kiçik  müzakirə  aparır.  ġagirdlərin 

diqqətini bu tapĢırığın düĢünülmüĢ qərarının qəbul olunmasında 

kömək etdiklərinə yönəltmək çox vacibdir. 



Təqdimat (prezentasiya)- Ģagirdlərin tədqiqat fəaliyyətinin 

nəticələrinin təqdim edilməsidir. Təqdimat Ģifahi, yazılı, vizual, 

rollu  və  s.  formalarda  ola  bilər.  ġagirdlər  təqdimatı  fərdi  və  ya 

qrup Ģəklində edə bilərlər. 

Oxu  materiallarının  tədrisində    yaxĢı  təĢkil  olunmuĢ  təq-

dimat onun növündən asılı olmayaraq Ģagirdlərin biliklərinin və 

əqli vərdiĢlərinin yüksək səviyyəsini göstərir. 



 

146 


Vəziyyət  (situasiya)  üzrə  praktikum.  Bu  üsul  hər  hansı 

oxu  materialını  öyrəndikdən    sonra  tətbiq  edilən  üsuldur.  Gös-

tərilən üsul Ģagirdlərdə öyrənilən material üzrə müəyyən bilik və 

təcrübənin  olmasını  nəzərdə  tutur.  Üsulu  aĢağıdakı  kimi  tətbiq 

etmək olar: 

 



Müəllim dərsdə müzakirə olunacaq problem və sualları 

əvvəlcədən müəyyən edir və onları müxtəlif vəziyyətlər Ģəklində 

tərtib edir. 

 



Vəziyyətlər ayrı-ayrı iĢ vərəqlərində yazılır. Hər vəziy-

yətə  dair  suallar  və  tapĢırıqlar  qoyulur.  Bunların  sayı  2-dən  5-

dək ola bilər. 

 



ġagirdlər cütlüklərə, qruplara bölünürlər. Hər qrupa bir 

və ya bir neçə vəziyyəti təsvir edən iĢ vərəqi verilir. 

 

TapĢırıqları yerinə yetirdikdən sonra qruplar öz iĢlərini 



təqdim edirlər. 

 



Qrupların təqdimatından sonra müzakirə keçirilir. 

Qar  topası  üsulu.  Bu  üsul  hər  bir  Ģagirdə  ümumi  iĢə  öz 

töhvəsini  vermək  imkanı  yaradır.  Qar  topası  üsulu  Ģagirdlərə 

öyrənilən  mətn  ilə  bağlı  öz  baxıĢlarını  formalaĢdırmağı,  onu 

söyləməyi və müdafiə etməyi, birgə qərar qəbul etməyi, güzəĢtə 

getməyi öyrədir. Üsul bir neçə mərhələdən ibarətdir: 

I mərhələ. ġagirdlərin fərdi iĢi. 

II mərhələ. Qruplarla iĢ. 

III  mərhələ.  ÜmumiləĢdirmə  və  qərarın  hazırlanmasında 

bütün sinfin iĢtirak etməsi. 

Bu üsul aĢağıdakı kimi tətbiq olunur: 

-  Müəllim  Ģagirdlərin  qarĢısında  Azərbaycan  dili  dərslə-

rində  problem  və  ya  sual  qoyur  və  hər  bir  Ģagirddən  xahiĢ  edir 

ki, qısa müddət ərzində suala cavab versin. ġagirdlər cavablarını 

kağız vərəqdə yazırlar. 

- Sinif qruplara bölünür. Tədqiq ediləcək sual əvvəlki ola-

raq qalır. Hər bir qrup bütün üzvlərinin fərdi iĢlərindən istifadə 

etməklə öz qərarını hazırlayır və vatman kağıza yazır. 

-

 



Qruplar öz iĢlərini təqdim edirlər. 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə