Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə45/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   130

 

135 


-  Qrupun  tərkibi  çox  vaxt  müəllim  tərəfindən  müəyyən-

ləĢdirilir.  ġagirdlərin  bölgüsünü  əvvəlcədən  planlaĢdırmaq 

lazımdır. 

-  Qrupun  tərkibi  hər  cəhətdən  müxtəlif  ola  bilər.  Dostları 

ayırmaq yaxĢı olar. “YaxĢı” və “pis” qrupların yaranmasına yol 

vermək olmaz. 

-  Qrupun  tərkibi  tez-tez  dəyiĢir.  ġagirdlərin  daim  eyni 

tərkibdə iĢləməsi arzuolunmazdır. 

-  Qruplara  bölgü  üsulları  maraqlı  və  cəlbedici  olmalıdır. 

Kiçik  qruplarda  iĢ  üsulu  üzrə  dərsi  necə  planlaĢdırmalı?  Dərsə 

hazırlaĢarkən  aĢağıdakı  sual-məsələlər  üzərində  fikirləĢmək 

lazımdır: 

-  Məqsədlər  nədən  ibarətdir?  ġagirdlər  hansı  biliklərə, 

bacarıq və dəyərlərə yiyələnməlidirlər? 

- UĢaqların bunu öyrənməsi nə üçün vacibdir?  

PlanlaĢdırma: 

 - Paylama materialının hazırlanması. 

 - Sinif otağının əvvəlcədən lazımi vəziyyətə gətirilməsi. 

- Dəqiq tapĢırığın (təlimatın) verilməsi. 

- Diqqətin iĢləmək üçün ayrılmıĢ vaxta cəlb edilməsi. 

- Qrupun gördüyü iĢə dair hesabat formasının (təqdimatın) 

ĢərtləĢdirilməsi. 

Bir qayda olaraq, görülmüĢ iĢ qrupun iĢtirakçılarından biri 

tərəfindən  təqdim  edilir  (ya  Ģagirdlərdən  birinin  istəyi,  ya  da 

qrupun  seçimi  üzrə).  ĠĢin  davam  etdiyi  müddətdə  müəllim  hər 

bir qrupun necə çalıĢmasını müĢahidə edir: bütün qruplara bəra-

bər  diqqət  yetirir;  əgər  qrup  özü  xahiĢ  edərsə,  müzakirə  prose-

sinə  müdaxilə  edir.  ĠĢ  baĢa  çatdıqdan  sonra  müəllim  qrupların 

hər  birinin  əldə  olunmuĢ  nəticələri  təqdim  etməsini  xahiĢ  edir. 

Təqdimetmələr  bitdikdən  sonra  müəllim  görülmüĢ  iĢlərə  yekun 

vurur. Qrup davranıĢ qaydaları aĢağıdakı kimidir: 

- Qrupu təĢkil edən üzvlərin vəzifələrini düzgün müəyyən-

ləĢdirmək; 



 

136 


-  Qrup  liderini  seçmək;  -  Qrupun  hər  bir  üzvünün  fikirlə-

rinə hörmətlə yanaĢmaq və dinləmək; - Hər kəsin öz Ģəxsi fikrini 

söyləməsi üçün imkan yaratmaq

- Problemin həlli üçün birgə yollar axtarmaq

- Qrup iĢində fəallıq göstərmək

- Artıq hərəkətlərə yol vermədən müəllimin verdiyi mövzu 

ətrafında müzakirələrdə iĢtirak etmək; 

 - Söylənilən fərdi fikrin elmiliyinə diqqət yetirmək; 

         -  Digər  Ģagirdlərlə  ünsiyyətdə  yüksək  mədəniyyət  göstər-

mək. 


Azərbaycan  dili dərslərində fəal/ interaktiv təlim 

metodlarından istifadə 

 

Təlim  prosesi  uĢaqda  fəallığı,  məntiqi  düĢünməyi,  ətraf-

dakı  Ģeylərə  və  hadisələrə  tənqidi  yanaĢmağı,  müstəqil  bilik 

almağı  və fərdi inkiĢaf etmək bacarığını tərbiyə  etməlidir. Yəni 

Ģagirdin məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkiĢaf  etdirilmə-

lidir. Bu tələbləri nəzərə alaraq elə təlim metodlarından istifadə 

olunmalıdır ki, onlar özlərində aktiv, yaradıcı düĢünmə qabiliy-

yətini  və  yeni  biliklərə  sərbəst  yiyələnməyi  aĢılama  yollarını 

birləĢdirmiĢ  olsun.  Fəal/interaktiv  təlim  bu  deyilənləri  əhatə 

etmək  imkanına  malikdir.  “Fəal”,  “aktiv”  və  “interaktiv”  təlim 

metodları  anlayıĢları  eyni  məna  daĢıyaraq,  sinonim  kimi  iĢə-

lədilə  bilir.  Ġnteraktiv  təlim  müəllim  və  Ģagirdin  qarĢılıqlı  əla-

qəsi, ünsiyyət prosesidir. Bu zaman müəllim tərəfindən problem 

qoyulur,  problemin  həll  olunması  prosesində  Ģagirdlər  aktiv, 

tədqiqatçı mövqeyi tuturlar. 

Müəllim  tərəfindən  Ģagirdlər  üçün  yeni  olan  biliklərin 

müstəqil olaraq əldə olunması, mənimsənilməsi Ģəraiti yaradılır. 

Müəllimin  əsas  vəzifəsi  Ģagirdlərə  yol  göstərmək,  istiqamət 

vermək, müəyyən çətinlik meydana çıxarsa, onlara yardımçı ol-

maq, ən baĢlıcası isə “öyrənməyi öyrətməkdir”. Bu zaman müəl-

lim hər bir Ģagirdə hörmətlə yanaĢmalı, bilik səviyyəsindən asılı 

olmayaraq  inam  göstərməlidir.  QoyulmuĢ  problemin  həlli  üçün 

Ģagirdlərin hər bir cəhdinin qiymətləndiriləcəyinə, ciddi, obyek-



 

137 


tiv  və  səmimi  münasibətin  olacağına  inam  nəticənin  effektiv-

liyinə  zəmin  yaradır.  Bu  proses  zamanı  Ģagirdlərdə  öyrənməyə 

real maraq artır. Öyrənmə fəallığının artması, təfəkkürün inkiĢa-

fına xidmət edən müstəqil, produktiv metodların istifadəsi nəti-

cəsində təlimin səmərəliliyi  xeyli dərəcədə  yüksəlir. Bu cür  ya-

naĢma  zamanı,  təlim  Ģagirdlərin  yaddaĢının  yeni  biliklərlə  zən-

ginləĢməsinə  deyil,  düĢünmə  qabiliyyətinin  və  müstəqil  olaraq 

bilik əldə etmək bacarığının inkiĢafına xidmət edir. 

Fəal  təlim  metodlarından  istifadə  etməklə  dərs  prosesinə 

tədqiqat xarakteri verilir, Ģagird isə tədqiqatçıya, təlimin subyek-

tinə çevrilir. Yeni təlim metodlarının ən üstün cəhətlərindən biri 

də onların mütəhərrik və konservatizmdən uzaq olmasıdır. Bu da 

ən  zəif,  sakit,  utancaq,  melanxolik  tipli  Ģagirdlərin  aktivləĢmə-

sinə gətirib çıxarır. 

Ġnteraktiv  metodlar  yaradıcı  tədqiqata  əsaslanan  təlim 

prosesini  ehtiva  edir.  Burada  müəllim  biliklərin  əldə  edilməsi 

yolunun  bələdçisi,  Ģagird  isə  tədqiqatçı,  bilikləri  “kəĢf  edən”, 

təlimin  obyektindən  subyektinə  çevrilən  tərəf  kimi  çıxıĢ  edir. 

Ġnteraktiv  təlim  metodlarının  tətbiq  edildiyi  dərs  zamanı  təlim 

iki tərəfin (müəllim və Ģagird) də eyni zamanda fəal olduğu xa-

rakteri daĢıyır. Buna görə də interaktiv metodların bir neçə baĢ-

lıca  xüsusiyyətləri  vardır.  Onlar  əsasən  aĢağıdakılardan  ibarət-

dir: 



 



Müəllim  tərəfindən  dərsin  mahiyyətini  açmağa  atılan 

ilk addım olan problemli vəziyyətin yaradılması. 

 

 Problemli  vəziyyətin  həlli  zamanı  Ģagirdlərin  tədqi-



qatçılıq imkanlarının inkiĢafı üçün onların bu mövqeyinin təyini. 

 



 Müəllim  tərəfindən  verilən  yeni  biliklərin  Ģagirdlər 

tərəfindən  müstəqil  dərk  olunması,  onların  mənasının  açılması 

və mənimsənilməsi üçün Ģəraitin yaradılması. 

Azərbaycan  dili  dərslərində  fəal/interaktiv  təlim  metodları 

hər bir mövzunun xarakterinə uyğun tətbiq edilir və Azərbaycan  

dili  dərslərinin  maraqlı  keçməsində  müstəsna  rol  oynayır..  

Fəal/interaktiv təlimin müxtəlif adlarla aĢağıdakı üsulları  

 



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə