135
- Qrupun tərkibi çox vaxt müəllim tərəfindən müəyyən-
ləĢdirilir. ġagirdlərin bölgüsünü əvvəlcədən planlaĢdırmaq
lazımdır.
- Qrupun tərkibi hər cəhətdən müxtəlif ola bilər. Dostları
ayırmaq yaxĢı olar. “YaxĢı” və “pis” qrupların yaranmasına yol
vermək olmaz.
- Qrupun tərkibi tez-tez dəyiĢir. ġagirdlərin daim eyni
tərkibdə iĢləməsi arzuolunmazdır.
- Qruplara bölgü üsulları maraqlı və cəlbedici olmalıdır.
Kiçik qruplarda iĢ üsulu üzrə dərsi necə planlaĢdırmalı? Dərsə
hazırlaĢarkən aĢağıdakı sual-məsələlər üzərində fikirləĢmək
lazımdır:
- Məqsədlər nədən ibarətdir? ġagirdlər hansı biliklərə,
bacarıq və dəyərlərə yiyələnməlidirlər?
- UĢaqların bunu öyrənməsi nə üçün vacibdir?
PlanlaĢdırma:
- Paylama materialının hazırlanması.
- Sinif otağının əvvəlcədən lazımi vəziyyətə gətirilməsi.
- Dəqiq tapĢırığın (təlimatın) verilməsi.
- Diqqətin iĢləmək üçün ayrılmıĢ vaxta cəlb edilməsi.
- Qrupun gördüyü iĢə dair hesabat formasının (təqdimatın)
ĢərtləĢdirilməsi.
Bir qayda olaraq, görülmüĢ iĢ qrupun iĢtirakçılarından biri
tərəfindən təqdim edilir (ya Ģagirdlərdən birinin istəyi, ya da
qrupun seçimi üzrə). ĠĢin davam etdiyi müddətdə müəllim hər
bir qrupun necə çalıĢmasını müĢahidə edir: bütün qruplara bəra-
bər diqqət yetirir; əgər qrup özü xahiĢ edərsə, müzakirə prose-
sinə müdaxilə edir. ĠĢ baĢa çatdıqdan sonra müəllim qrupların
hər birinin əldə olunmuĢ nəticələri təqdim etməsini xahiĢ edir.
Təqdimetmələr bitdikdən sonra müəllim görülmüĢ iĢlərə yekun
vurur. Qrup davranıĢ qaydaları aĢağıdakı kimidir:
- Qrupu təĢkil edən üzvlərin vəzifələrini düzgün müəyyən-
ləĢdirmək;
136
- Qrup liderini seçmək; - Qrupun hər bir üzvünün fikirlə-
rinə hörmətlə yanaĢmaq və dinləmək; - Hər kəsin öz Ģəxsi fikrini
söyləməsi üçün imkan yaratmaq;
- Problemin həlli üçün birgə yollar axtarmaq;
- Qrup iĢində fəallıq göstərmək;
- Artıq hərəkətlərə yol vermədən müəllimin verdiyi mövzu
ətrafında müzakirələrdə iĢtirak etmək;
- Söylənilən fərdi fikrin elmiliyinə diqqət yetirmək;
- Digər Ģagirdlərlə ünsiyyətdə yüksək mədəniyyət göstər-
mək.
Azərbaycan dili dərslərində fəal/ interaktiv təlim
metodlarından istifadə
Təlim prosesi uĢaqda fəallığı, məntiqi düĢünməyi, ətraf-
dakı Ģeylərə və hadisələrə tənqidi yanaĢmağı, müstəqil bilik
almağı və fərdi inkiĢaf etmək bacarığını tərbiyə etməlidir. Yəni
Ģagirdin məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkiĢaf etdirilmə-
lidir. Bu tələbləri nəzərə alaraq elə təlim metodlarından istifadə
olunmalıdır ki, onlar özlərində aktiv, yaradıcı düĢünmə qabiliy-
yətini və yeni biliklərə sərbəst yiyələnməyi aĢılama yollarını
birləĢdirmiĢ olsun. Fəal/interaktiv təlim bu deyilənləri əhatə
etmək imkanına malikdir. “Fəal”, “aktiv” və “interaktiv” təlim
metodları anlayıĢları eyni məna daĢıyaraq, sinonim kimi iĢə-
lədilə bilir. Ġnteraktiv təlim müəllim və Ģagirdin qarĢılıqlı əla-
qəsi, ünsiyyət prosesidir. Bu zaman müəllim tərəfindən problem
qoyulur, problemin həll olunması prosesində Ģagirdlər aktiv,
tədqiqatçı mövqeyi tuturlar.
Müəllim tərəfindən Ģagirdlər üçün yeni olan biliklərin
müstəqil olaraq əldə olunması, mənimsənilməsi Ģəraiti yaradılır.
Müəllimin əsas vəzifəsi Ģagirdlərə yol göstərmək, istiqamət
vermək, müəyyən çətinlik meydana çıxarsa, onlara yardımçı ol-
maq, ən baĢlıcası isə “öyrənməyi öyrətməkdir”. Bu zaman müəl-
lim hər bir Ģagirdə hörmətlə yanaĢmalı, bilik səviyyəsindən asılı
olmayaraq inam göstərməlidir. QoyulmuĢ problemin həlli üçün
Ģagirdlərin hər bir cəhdinin qiymətləndiriləcəyinə, ciddi, obyek-
137
tiv və səmimi münasibətin olacağına inam nəticənin effektiv-
liyinə zəmin yaradır. Bu proses zamanı Ģagirdlərdə öyrənməyə
real maraq artır. Öyrənmə fəallığının artması, təfəkkürün inkiĢa-
fına xidmət edən müstəqil, produktiv metodların istifadəsi nəti-
cəsində təlimin səmərəliliyi xeyli dərəcədə yüksəlir. Bu cür ya-
naĢma zamanı, təlim Ģagirdlərin yaddaĢının yeni biliklərlə zən-
ginləĢməsinə deyil, düĢünmə qabiliyyətinin və müstəqil olaraq
bilik əldə etmək bacarığının inkiĢafına xidmət edir.
Fəal təlim metodlarından istifadə etməklə dərs prosesinə
tədqiqat xarakteri verilir, Ģagird isə tədqiqatçıya, təlimin subyek-
tinə çevrilir. Yeni təlim metodlarının ən üstün cəhətlərindən biri
də onların mütəhərrik və konservatizmdən uzaq olmasıdır. Bu da
ən zəif, sakit, utancaq, melanxolik tipli Ģagirdlərin aktivləĢmə-
sinə gətirib çıxarır.
Ġnteraktiv metodlar yaradıcı tədqiqata əsaslanan təlim
prosesini ehtiva edir. Burada müəllim biliklərin əldə edilməsi
yolunun bələdçisi, Ģagird isə tədqiqatçı, bilikləri “kəĢf edən”,
təlimin obyektindən subyektinə çevrilən tərəf kimi çıxıĢ edir.
Ġnteraktiv təlim metodlarının tətbiq edildiyi dərs zamanı təlim
iki tərəfin (müəllim və Ģagird) də eyni zamanda fəal olduğu xa-
rakteri daĢıyır. Buna görə də interaktiv metodların bir neçə baĢ-
lıca xüsusiyyətləri vardır. Onlar əsasən aĢağıdakılardan ibarət-
dir:
Müəllim tərəfindən dərsin mahiyyətini açmağa atılan
ilk addım olan problemli vəziyyətin yaradılması.
Problemli vəziyyətin həlli zamanı Ģagirdlərin tədqi-
qatçılıq imkanlarının inkiĢafı üçün onların bu mövqeyinin təyini.
Müəllim tərəfindən verilən yeni biliklərin Ģagirdlər
tərəfindən müstəqil dərk olunması, onların mənasının açılması
və mənimsənilməsi üçün Ģəraitin yaradılması.
Azərbaycan dili dərslərində fəal/interaktiv təlim metodları
hər bir mövzunun xarakterinə uyğun tətbiq edilir və Azərbaycan
dili dərslərinin maraqlı keçməsində müstəsna rol oynayır..
Fəal/interaktiv təlimin müxtəlif adlarla aĢağıdakı üsulları
Dostları ilə paylaş: |