11
I İmperiya dövründə Fransanın kənd təsərrü-
fatında yeni bitkilərin, o cümlədən kartofun əkini
genişləndirildi. Proteksionist siyasət və qitə bloka-
dası ölkənin sənaye inkişafına güclü təkan verdi.
Qalibiyyətli müharibələr məğlub ölkələrdən alınan
iri məbləğdə təzminatların və müsadirə olunmuş
maddi sərvətlərin Fransaya axınına səbəb oldu.
İmperator müstəqil düşüncəli hər hansı davra-
nışa dözümsüzlük nümayiş etdirir, ətrafına şəxsi
iradələrindən məhrum yaltaqları toplayırdı. 1814-cü
ildə düşmən orduları Parisə daxil olan zaman I Na-
poleona ilk xəyanət edənlər də məhz onlar oldular.
Fransa yeni siyasi sistemin axtarışında.
1814-cü ildə xarici qüvvələrin yardımı ilə Fransa-
da Burbonlar sülaləsinin hakimiyyəti bərpa olun-
du. Lakin Burbonlar inqilabdan əvvəlki qaydaları
bərqərar etməyə çalışırdılar. Onların hakimiyyətinə
son qoyan inqilab nəticəsində yaradılmış
İyul mo-
narxiyası (1830–1848) da xalqın ümidlərini doğ-
rultmadı. 1848-ci ildə Fransada baş verən növbəti
inqilabdan sonra yenidən respublika quruldu.
Lui
Napoleon Bonapart Fransanın ilk prezidenti seçil-
di. Hakimiyyətdə təmsil olunmuş respublikaçıların
arasında gedən çəkişmələr əhalidə yeni quruluşa
qarşı inamsızlıq yaratdı. O, monarxiyanı bərpa et-
mək məqsədilə üç il sonra dövlət çevrilişi edərək siyasi rəqiblərini aradan götürdü. Daha
sonra
III Napoleon adı ilə Fransanın imperatoru
(1852–1870) elan olundu.
II imperi-
ya dövründə Fransanın iqtisadi inkişafı sürətləndi. III Napoleon azad ticarət siyasətinin
tərəfdarı idi. Paris şəhərində geniş abadlıq işləri aparıldı. Əvvəlcə ölkədə sərt qaydalar
tətbiq edildi, bir sıra azadlıqlar məhdudlaşdırıldı. Sonra isə III
Napoleon liberal islahatlar
keçirməklə hakimiyyətini möhkəmlətməyə çalışdı. Lakin ölkədə narazılıq getdikcə güc-
lənməkdə idi. Çıxış yolunu qalibiyyətli müharibədə görən və bu məqsədlə Prussiyaya
müharibə elan edən imperator alman dövlətlərinin güclü ittifaqı ilə qarşılaşdı. Onun hərbi
məğlubiyyətləri Fransada yeni inqilaba səbəb oldu. 1870-ci ilin sentyabrında ölkədə ye-
nidən respublika elan edildi. Lakin XIX əsrin 80–90-cı illərində baş vermiş bir sıra siyasi
və maliyyə qalmaqalları respublikanın varlığına ciddi təhlükə yaratdı.
XX əsrin əvvəllərində Fransada sənayenin inkişafı yeni mərhələyə qədəm qoydu.
Aviasiya və avtomobil istehsalı xeyli artdı. Sürətlə silahlanma hərbi sənayenin inkişa-
fına zəmin yaratdı. Geniş müstəmləkə işğalları sənayeni ucuz xammal və satış bazarı
ilə təmin etdi. Bu zaman hakimiyyətdə olan Radikal Respublikaçılar Partiyası geniş
islahatlar həyata keçirdilər: qocalığa görə təqaüd, işsizliyə və xəstəliyə görə sığorta
tətbiq edildi, işçilərə həftədə bir gün istirahət günü verildi və s.
1. ABŞ-da Vətəndaş müharibəsi dövründə həyata keçirilmiş aqrar islahatın əhəmiyyətini
müəyyən edin.
2. XX əsrin əvvəllərində ABŞ-da hansı islahatlar keçirildi?
3. XIX əsr – XX əsrin əvvəllərində Böyük Britaniyada liberallar və mühafizəkarlar partiya-
larının parlament islahatlarını keçirmələrinin səbəbi nə idi?
4. Kraliça Viktoriya haqqında araşdırma aparıb təqdimat hazırlayın.
5. Konsulluq və I İmperiya dövrlərində Fransada həyata keçirilmiş tədbirləri təhlil edin.
6. XIX əsrin 80–90-cı illərində Fransada baş vermiş siyasi və maliyyə qalmaqalları res-
publika quruluşu üçün niyə təhlükə yaradırdı?
SUAL VƏ TAPŞIRIQLAR
"1805-ci ildə I Napoleon Bulon
şəhərindəki hərbi düşərgədə ikən
ona xəbər verdilər ki, əsirlikdə
olan iki ingilis hərbi dənizçisi
düzəltdikləri kiçik qayıqla La
Manş boğazını üzüb keçməyə cəhd
etmişlər. İmperator həmin əsirlərlə
görüşü zamanı bu faktın doğru ol-
duğuna şübhə ilə yanaşdıqda əsirlər
bunu onun üçün təkrar etməyə hazır
olduqlarını bildirdilər. I Napoleon
isə cavabında cəsur insanlara
böyük rəğbət göstərdiyini deyərək
onların öz həyatlarını təhlükə altına
atmalarına razı olmadığını qeyd
etdi. İmperatorun göstərişi ilə həmin
əsirlər dərhal azad edilərək ingilis
gəmisinə göndərildilər".
Horatsi Vernye. Napoleonun
tarixi. Moskva, 1997
I Napoleonun əsirlərə münasi-
bətini necə dəyərləndirirsiniz?
?
LAYİHƏ
12
Almaniya XIX əsrin I yarısında.
XIX əsrin əvvəllərində yüzlərlə dövlətdən ibarət Alma-
niya ərazisində ən güclüləri Prussiya krallığı və Avstriya imperiyası idi. I Napoleon Almani-
ya hüdudlarında Prussiyaya və Avstriyaya qarşı digər alman dövlətlərini gücləndirir, bura-
da yeni dövlətlər (Berq hersoqluğu, Vestfal krallığı) yaradırdı. Prussiya ilə Fransa arasında
bağlanmış Tilzit müqaviləsi (1807) ilə krallıq öz ərazisinin yarısını itirdi. Bir qədər sonra
Avstriya da ərazisinin bir hissəsini Fransaya verməli oldu. Fransız qoşunlarının işğalı altına
düşmüş Almaniya ərazilərində müsadirələr ilə yanaşı, həm də feodal qaydalarını və kilsə-
nin qüdrətini sarsıdan mütərəqqi sosial-iqtisadi tədbirlər də həyata keçirildi. 1813-cü ildə
Almaniyada I Napoleonun zülmünə qarşı genişlənən milli azadlıq müharibəsi qalibiyyətlə
nəticələndi. Lakin Vyana konqresinin
*
qərarı ilə Almaniya yenə də siyasi dağınıqlığa məh-
kum edildi. Burada yaradılan Almaniya İttifaqı 34 dövlət və 4 azad şəhərdən ibarət idi.
Siyasi pərakəndəlik, feodal qaydalarının mövcud olması Almaniyanın iqtisadi inkişafı-
na ciddi maneələr yaradırdı. Torpaqların əksəriyyəti feodalların mülkiyyətində idi. Onların
bir hissəsi təsərrüfatlarında
muzdlu əməkdən istifadə edir,
emal müəssisələri qururdular.
Almaniyanın qərbində və cə-
nub-qərbində yerləşən dövlət-
lərdə, həmçinin Prussiyanın
Reynboyu əyalətində feodal
mükəlləfiyyətləri ləğv olun-
muşdu. XIX əsrin I yarısında
Almaniyada sənaye inqilabı
başladı. Həmin dövrdə ölkədə
dağ-mədən və kimya sənaye-
si sürətlə inkişaf edirdi. Xüsu-
silə Reyn-Vestfaliya, Saksoni-
ya və Sileziyada sə na ye daha
çox tərəqqi etmişdi. Almaniya
daxilində ticarət əlaqələrini
genişləndirmək
məqsədilə
1834-cü ildə Prussiyanın baş-
çılığı altında 18 alman dövləti-
*
Bax: səhifə 34-ə.
I Napoleonun Almaniyada həyata keçirdiyi siyasətin müsbət tərəflərini müəyyən edin.
!
▪ Prussiya krallığı
▪ “Gənc Almaniya”
▪ Otto fon Bismark
▪ Pyemont krallığı
▪ karbonarilər
▪ Kamillo Kavur
ALMANİYA VƏ İTALİYA
2
XIX əsrə siyasi cəhətdən dağınıq ölkələr kimi daxil olan
Almaniya və İtaliya inqilablar və müharibələrdən keçərək
əsrin ikinci yarısında monarxiya idarəçiliyində öz milli va-
hid dövlətlərini yaratmağa müvəffəq oldular. Bu, ölkələrin
sosial-iqtisadi inkişafına güclü təkan verdi. Almaniya daha
böyük uğurlar qazandı.
AÇAR SÖZLƏR
Almaniya imperiyası 1871–1918-ci illərdə
LAYİHƏ