21
iqtisadiyyatı böhran keçirirdi. Bu, Avropada baş verən böhranın nəticəsi idi. Rusiyaya
qoyulan xarici kapitalın azalması bir çox fabrik və zavodun fəaliyyətini dayandırmasına
səbəb olmuşdu. İşsizlik artmış, bu isə tətil və nümayişlərin baş verməsi ilə nəticələn-
mişdi. Rusiya əhalisinin yarıdan çoxu qeyri-ruslar idi. Onların, xüsusən də türk-müsəl-
man xalqların siyasi, iqtisadi və mədəni hüquqları məhdudlaşdırılmışdı. Bu siyasət
milli azadlıq hərəkatının yüksəlməsinə səbəb oldu. Ölkənin daxili və xarici vəziyyəti
pisləşdi. 1904–1905-ci il müharibə-
sində Rusiyanın Yaponiyaya məğlub
olması ölkənin beynəlxalq nüfuzuna
mənfi təsir göstərməklə yanaşı, daxili
vəziyyəti daha da pisləşdirdi. Mövcud
sosial-iqtisadi böhran dərinləşdi. Bu,
Rusiyada ilk inqilabın başlanmasına
təkan verdi.
1905–1907-ci illər inqilabı.
1905-
ci ilin yanvarında Peterburqda nüma-
yişçilərin gülləbaran edilməsi ilə baş-
lanan inqilab bütün ölkəni bürüdü.
Əhalinin bütün təbəqələri islahat-
lar keçirilməsini tələb edirdi. Bundan
sonra müstəmləkə xalqlarının da milli
azadlıq hərəkatı genişləndi. Çar hakim dairələri prosesin qarşısını almaq üçün milli və dini
münaqişələr törədirdilər. Ölkəni bürüyən tətil hərakatı hökuməti güzəştə getməyə məcbur
etdi.
1905-ci ilin oktyabrında çar söz, mətbuat, təşkilat qurmaq, yığıncaq azadlığı və
məhdud qanunverici səlahiyyətlə Dövlət Dumasının çağırılması haqqında bəyannamə
elan etdi. 1907-ci ildə inqilab məğlubiyyətlə başa çatsa da, qonşu ölkələrə də təsir göstər-
di. Osmanlı
və Qacarlar dövlətlərində, Çində də bir-birinin ardınca inqilablar baş verdi.
Stolıpin islahatları.
1906-cı ildə çar tərəfindən Baş nazir təyin edilən Pyotr Stolıpin
narazılıqların qarşısını almaq üçün siyasi və iqtisadi islahatlar keçirdi. Dövlət Duma-
sına seçkilərdə milli azlıqların hüquqlarını məhdudlaşdıran dəyişiklik edildi. Stolıpinin
mühüm tədbirlərindən biri də
torpaq islahatının keçirilməsi oldu. Bu islahat icma tor-
paqlarının kəndlilər arasında bölüşdürülməsini nəzərdə tuturdu. Torpaqsız kəndlilər
Sibirə, Qafqaza, Mərkəzi Asiya və Uzaq Şərqə köçürüldü. İnqilabın başa çatmasından
sonra yenidən Rusiyaya xarici kapital qoyuluşu artdı. 1909-cu ildən Rusiya iqtisadiyya-
tında baş verən canlanma siyasi vəziyyətin də normallaşmasına səbəb oldu.
1. Napoleonun Rusiyaya yürüşünün uğursuzluğunun səbəbləri nə idi?
2. XIX əsrin ikinci yarısında təhkimçiliyin ləğv edilməsini hansı amillər zəruri edirdi?
3. XIX əsrin ikinci yarısında Rusiya hansı əraziləri işğal etmişdi?
4. Rusiyada ilk inqilabın başlanmasına hansı amillər təkan verdi?
5. 1905–1907-ci il inqilabının hansı nəticələri oldu?
6. Stolıpinin torpaq islahatı nəyi nəzərdə tuturdu?
7. XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiya iqtisadiyyatındakı böhranın səbəb və nəti-
cələrini təhlil edin.
8. Rusiya iqtisadiyyatında 1909-cu ildən baş verən canlanmanın səbəb və nəticələrini şərh
edin.
SUAL VƏ TAPŞIRIQLAR
Peterburqda nümayişçilərin
gülləbaran edilməsi. Rəssam V.Makovski
LAYİHƏ
22
▪ Yeniçəri
▪ Tənzimat
▪ Xətti-şərif
▪ “İttihad və
Tərəqqi”
▪ “Gənc türklər”
▪ Ədirnə sülhü
▪ "Yeni
Osmanlılar"
▪ Midhət paşa
AÇAR SÖZLƏR
İctimai və siyasi vəziyyət.
XIX əsrin əvvəllərində Osmanlı dövlətinin əsasını təşkil
edən mərkəzi idarəetmə sistemi ölkənin geniş ərazilərini nəzarətdə saxlaya bilmirdi.
Əyalətlərdə hakimiyyət varlanmış yerli əyanların və canişinlərin əlində cəmləşmişdi. Misir-
də məmlüklərin hakimiyyəti güclənmiş, Afrikanın digər şimal vilayətlərində müs tə qillik me-
yilləri artmışdı. Çoxsaylı müharibə xərcləri əsas vergi verənlərin – kəndlilərin çi yinlərinə
ağır yük kimi düşmüşdü. Bu da onları müflisləşdirirdi. Kəndlilər təsərrüfatın dirçəldilməsin-
də elə də maraqlı deyildilər. Çünki torpaq sahibləri və məmurlar məh sulun çox böyük
hissəsini onların əllərindən alırdı. Hərbi len sis-
temi olan
timar və
zi yamət böhran yaşayırdı.
Bir çox timar sahibləri müflisləşdiklərindən tor-
paqlarını hissələrə bölərək satırdılar. Bu yolla da onlar vəzifə borclarını lazımi qaydada
yerinə yetirə bilmir, orduya döyüşçü verməkdə çətinlik çəkirdilər. Ordunun zərbə qüvvəsi-
ni təşkil edən yeniçərilər döyüş qabiliyyətlərini və nizam-intizamı itirsələr də, hakimiyyətə
təsir etməyə cəhd göstərirdilər.
İmperiyanın geniş ərazilərində tabe edilmiş xalqların mübarizəsi get-gedə güclənir-
di. Bunda Osmanlı dövlətindən pay qopartmağa çalışan böyük dövlətlərin də rolu az
deyildi. Rusiya slavyan xalqlarının mübarizəsinə dəstək verdiyi halda ingilislər Misirdə,
fransızlar Əlcəzairdə mövqelərini möhkəmləndirirdilər. XIX əsrin ilk onillikləri Balkan
xalqlarının azadlıq mübarizəsinin güclənməsi kimi yadda qaldı. Serblərin üsyanları,
yunanların 1821–1829-cu illərdə müstəqillik uğrunda apardıqları mübarizə, 1828–
1829-cu illəri əhatə edən rus-türk müharibəsi Osmanlı dövlətinə növbəti zərbəni vurdu.
Müharibənin yekunu olaraq Ədirnə sülhü imzalandı və bu sülhlə Yunanıstanın müstəqil-
liyi, Serb knyazlığının isə muxtariyyət hüququ tanındı.
İlk əməli islahatlar.
Bütün bunlar mərkəzi hakimiyyəti imperiyanı möhkəmləndir-
mək üçün yeni addımlar atmağa sövq edirdi. Bu yöndə ən mühüm addımlar sultan
II Mahmudun dövründə (1808–1839) atıldı. 1826-cı ildə yeni piyada korpusunun yara-
dılması haqqında əmrin verilməsindən sonra yeniçərilərin qiyamı baş qaldırdı. Bu qi-
Ölkənin sosial-ictimai həyatı onun siyasi vəziyyətinə nə kimi təsir göstərə bilərdi?
?
Timar sahibkarlığını dövr baxımından qiymətləndirin.
!
XIX əsrin I yarısında Osmanlı dövlətinin beynəlxalq münasibətlər sistemində mövqeyini
necə qiymətləndirmək olar?
?
Bir zamanlar öz əzəməti ilə seçilən, Avropanı lərzəyə salan Os-
manlı imperiyası XIX əsrin sonları – XX əsrin əvvəllərində bir
qədər də zəifləyərək Avropa dövlətlərindən yarımasılı vəziyyətə
düşdü. Ölkədə baş verən bütün narazılıqların səbəbini sultan
hakimiyyətində görən gənc türklər hakimiyyəti ələ alsalar da,
onların yeritdiyi siyasət imperiyanın tamamilə məhvinə gətirib
çıxardı.
OSMANLI İMPERİYASI
4
Hərbi len sistemi – torpaqların hərbi xid-
mət mü qa bilində paylanmasına deyilirdi.
LAYİHƏ