5
–
Tədricən ətraf mühiti dərk etmiş, ibtidai dini təsəvvürlərə malik olmuşdu
–
Tikinti vərdişlərinə yiyələnmişdi (Azıx mağarasında tikili qalığının tapılması bunu sübut edir)
–
Sadə incəsənətlə də məşğul olmuşdular
Azıx mağarasından tapılmış
ayı kəllələrinin üzərində müəyyən işarələr cızılması – onların totemlərə inamın və dini
ayinlərin yaranmasını göstərir.
Orta Paleolit dövrü
Orta Paleolit dövrü – 100 min il bundan əvvəldən başlanmış, e.ə 40-cı minilliyə qədər davam etmişdir.
Orta Paleolit dövrü
“Mustye mədəniyyəti” dövrü adlanır (Mustye – Fransada yer adıdır. Orta Paleolit dövrünə aid əmək alətləri ilk dəfə buradan
tapılmışdır). Alt Paleolit dövründə:
•
Azərbaycanda əhali daha geniş əraziyə yayıldı - onlar
Cənubi Qafqazın cənub-şərq yamacında,
Qarabağ (Tağlar),
Qazax (Damcılı,) Naxçıxan (Qazma) bölgələrində məskən saldılar. Arxeoloqlar həmin ərazilərdən Otra Paleolit
dövrünə
aid zəngin maddi mədəniyyət nümunələri tapmışdılar
•
Əhali – Qafqaz maralı, mağara ayısı, boz ayı, dağ keçisi, vəhşi at və.s ovlamaqla yanaşı, həmçinin
yığıcılıqla
(yemtoplamaqla) məşğul olurdu
•
Yeni insan tipi adlanan -
“Neandertal adam” meydana gəldi (Neandertal - Almaniyada yer adıdır. Buradan ibtidai
insanın kəllə sümüyü tapılmışdır)
•
Dini
təsəvvürlər inkişaf etdi,
axirət dünyasına inam yarandı
•
Təbiət qüvvələrinə, ovsun, totemlərə inamla bağlı dini təsəvvürlər genişləndi
•
“Ulu icma” yavaş yavaş sıradan çıxdı və “
qəbilə icması” yaranmağa başladı
Orta Paleolit dövründə baş vermiş yeniliklər
Azərbaycanda əhali daha
geniş əraziyə yayıldı
Axirət dünyasına inam
yarandı, dini təsəvvürlər
genişləndi
Yeni insan tipi adlanan -
“Neandertal adam”
meydana gəldi
“Ulu icma” sıradan çıxdı
və “qəbilə icması”
yaranmağa başladı
Azıx
adamı
Totemlərə inam mövcud idi
Tikinti vərdişlərinə yiyələnmişdilər
Sadə incəsənətlə məşğul
olurdular
İbtidai dini təsəvvürlərə malik idilər
6
Üst Paleolit dövrü
•
Üst Paleolit dövrü – 40 min il bundan əvvəl başlanmış, e.ə 12-ci minilliyə qədər davam etmişdir.
Üst Paleolit
dövrünün maddi qalıqlarına daha çox
Qarabağ və
Qazax bölgələrində rast gəlinir. Üst Paleolit dövründə:
•
İqlim mülayimləşdi, bitki və heyvanat aləmində, həmçinin ictimai həyatda xeyli dəyişikliklər baş verdi (
100 min il əvvəl
başlayan soyuqlaşmanı e.ə.13-cü minillikdə istiləşmə əvəz etdi)
•
İnsanlar mağaralarda yaşayır və özlərini təbii təhlükələrdən qorumağa çalışırdılar
•
Bir sıra heyvanların, xüsusilə
nəhəng maralın və
mağara ayısının kökü kəsildi
•
İnsanlar ən çox
Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və.s ovlayırdılar
•
İnsanların istifadə etdikləri –
qaşovlar, biz, gəzli və
üçbucaq əmək alətləri geniş yayıldı
•
Müasir insan tipi olan
“Ağıllı insan”ın (Homo Sapiyensin) yaranması prosesi başa çatdı
•
İnsan fiziki- əqli inkişafın yüksək mərhələsinə çatdı,
nitq və
təfəkkür inkişaf etdi
•
Əmək fəaliyyətinin artması, insanların şüurun inkişafı
səsli nitqin inkişafına səbəb oldu, kinetik dil sıradan çıxdı
•
Qadınların cəmiyyətdə rolu xeyli artdı -
anaxaqanlıq meydana gəldi
•
Ulu icmanı
qəbilə icması əvəz etdi. Qəbilə icması özünəməxsus xüsusiyyətlə malik idi. Həmin xüsusiyyətlər
aşağıdakılardır:
a)
Qəbilənin əsasını qan qohumu olan insanların birliyi təşkil edirdi
b)
Qəbilə icması nəsli qəbilə quruluşu adlanırdı
c)
Qəbilənin həyatında qadınlar mühüm rol oynayırdı
d)
Nəsli qəbilə dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşirdilər
Nəsli qəbilə icması -
anaxaqanlıq (matriarxat) adlanır. Bunun belə adlandırılmasının səbəbi qadınların əsas işləri görməsi
idi. Anaxaqanlığı dövründə qəbilənin həyatında qadınların mühüm rol oynadığını aşağıdakı amillər sübut edir:
–
Qadınların uşaqların qayğısına qalması
–
Qadınların giləmeyvə və bitkiləri toplaması
–
Qadınların odu qoruyub saxlaması
–
Qadınların yemək hazırlaması və.s.
Üst Paleolit dövründə baş vermiş yeniliklər
İnsan tipləri
Neandertal adam
(Orta Paleolit)
“Ağıllı insan”
(Üst Paleolit)
“Bacarıqlı insan”
(Alt Paleolit)
İqlim mülayimləşdi,
nəhəng maralın, mağara
ayısının kökü kəsildi
Nitq və təfəkkür inkişaf
etdi, kinetik dil sıradan
çıxdı
Ağıllı insanın yaranması
prosesi başa çatdı, qəbilə
icması yarandı
Qadınların cəmiyyətdə
rolu xeyli artdı -
anaxaqanlıq yarandı