17
Lullubi tayfa ittifaqı
E.ə III minilliyin II yarısında Lullubi tayfa ittifaqı (birliyi) yaranmışdır.
Lullubi tayfa birliyinə - lullubi, su və
turukki
tayfaları daxil idi. Lullubi tayfa birliyi:
•
Ön Asiyada
igid, döyüşkən və
cəsur tayfa birliyi kimi tanınırdı
•
Əsasən
maldarlıqla məşğul
olurdular
•
Mesopotomiya ilə ticarət əlaqələri saxlayır, mal-qaranı taxıla dəyişirdilər
•
Assuriyanın Nuzu şəhərində məskunlaşmış və buranın
hurri tayfaları ilə yaxın əlaqədə olmuşdular
•
Hurri və het dövlət idarələrində işə cəlb olunur, muzdlu döyüşçü kimi
orduda xidmət edirdilər
•
Hurrilər
nullu –
“özgə, yadelli” adlandırırdılar
•
Səma allahlarına (Günəş, Ay və s) və
məhəbbət, məhsuldarlıq ilahələrinə sitayiş edirdilər
QEYD: Gərgər tayfaları haqqında mənbələr geniş məlumat vermişdi. Həmin mənbələrə görə Araz çayının ətrafındakı ərazilərin
hökmüdarları
gərgər tayfasından olmuşdur.
E.ə 836-cı ildə III Salmanasar qələbə çala çala gərgər ölkəsinə gəlib çıxması,
e.ə 716-cı
ildə II Sarqonun Mannaya hücumu və onun qala və istehkamlarını ələ keçirdiyini mənblərər qeyd edir. Gərgərlər zaman keçdikcə
Araz çayının sağ və sol sahilində sakin olmuş,
kuti, lullubi tayfa ittifaqı və
Mesopatamiya ilə iqtisadi və mədəni əlaqələr yaratmışlar.
Lullubi tayfa ittifaqına (birliyinə) daxil olan tayfalar
Erkən dövlət qurumları
Azərbaycanın Cənubunda erkən dövlət qurumlarının meydana gəlməsi
E.ə III minillikdə Azərbaycanın Cənubunda Aratta, Lullubi və Kuti dövlət qurumları meydana gəlmişdi.
E.ə III minillikdə
dövlət qurumlarının meydana gəlməsi
Azərbaycanın dövlətçilik ənənələrinin qədim köklərə malik olmasını sübut edir.
Həmin dövlət
qurumlarının
Mesopotomiyanın şəhər-dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələri var idi. Azərbaycanın cənub, xüsusilə cənub-
qərb torpaqları
Mesopatomiyanın quldar cəmiyyətinə yaxın olduğu üçün Mesopotomiyada baş vermiş dəyişikliklər buraya da təsir
göstərmişdi. Beləliklə, erkən dövlət qurumlarının Azərbaycanın cənubunda yaranması
Mesopotamiyanın quldar cəmiyyətinə yaxın
olması ilə bağlı olmuşdur.
Erkən dövlət qurumları
Lullubi
Aratta
Kuti
su
lullubi
turukki
18
Aratta dövlət qurumu
Aratta dövlət qurumu:
•
Azərbaycan ərazisində yaranmış türk mənşəli ilk dövlət qurumu idi
•
E.ə III miilliyin I yarısında mövcud olmuşdur
•
Mesopatomiya ilə iqtisadi, siyasi və mədəni əlaqələr saxlayırdı
•
Ölkəni
en (ensi) rütbəsi daşıyan türk mənşəli
hökmdar idarə edirdi
•
Dini idarələrə
maşmaş adlanan kahin başçılıq edirdi
•
“En Merkar və Aratta hökmüdarı” dastanında Arratda ilə Şumer arasında əlaqələr barədə məlumat verilir
•
Çoxallahlılıq mövcud idi (əhali Şumerdə məhəbbət və bərəkət ilahəsi olan İnannaya və.b tanrılara sitayiş edirdilər).
Lullubi dövlət qurumu
Lullubilər dövlət qurumu yaratmadan əvvəl tayfa birliyi yaratmışdılar. Lullubi tayfa birliyində hakimlər (padşahlar) mövcud idi.
Lullubi dövlət qurumuna aiddir:
•
E.ə III minilliyin II yarısında mövcud olmuş türk mənşəli dövlət qurumu idi.
•
E.ə XXIII əsrdə,
Azərbaycanın cənubunda lullubi, su, turukki tayfa birliyi tərəfindən yaradılmışdı.
•
Yazılı mənbələrdə Lullubi hökmdarını «padşahlar padşahı» adlandırırdılar.
•
Lullubilər ölkəsi
inzibati cəhətdən vilayətlərə bölünürdü və bu vilayətləri
hakimlər idarə edirdi.
•
Hökmdar
Anubaninin dövründə daha da qüvvətlənmiş və
ölkənin ərazisi daha da genişlənmişdi.
•
Ərazisi şimaldan Urmiya gölü, cənubdan Diyala çayına qədər çatırdı.
•
İkiçayarası (Mesopotamiya) ilə
ticarət əlaqələri saxlayırdı.
•
İkiçayarasının
Nuzi şəhəri ilə mal mübadiləsi edir, mal-qaranı taxıla dəyişirdilər.
Akkad dövlətinin işğalçılıq siyasətinə qarşı
ittifaq yaratmışdı
•
İkiçayarası mədəniyyətinin lullubilərə böyük təsiri olmuşdu. Onlar İkiçayarası əhalisindən mixi yazı sistemini
mənimsəmişdilər
•
E.ə. III minilliyin sonlarında Lullubi dövlət qurumu xırda vilayətlərə parçalandı.
Anubaninin uğurları
“Daş sütun” üzərində
mixi yazılarla həkk olunmuşdur
. “Daş sütun” Lullubi
abidəsi göstərir ki, Lullubi
əhalisi içərisində abidə yonan ustalar, mixi yazıları bilən mirzələr olmuşdur. Lullubilər
Səma, Bərəkət, Məhəbbət, Ay,
Günəş tanrılarına sitayiş edirdilər.
Kuti dövlət qurumu
Kuti dövlət qurumu:
•
E.ə III minilliyin II yarısında, Urmiya gölünün
cənub-qərbində meydana gəlmişdi.
•
Türk mənşəli olub, sərhədləri
şimalda Urmiya gölünün qərbindən, cənubda İran körfəzinə çatırdı.
•
Mesopatamiyada türk mənşəli şumerlərlə dostluq münasibəti saxlayır, akkadlarla rəqabət aparırdılar.
•
Akkad dövləti ilə hərbi münaqişəyə girərək ordusunu məğlub etmişdi
•
E.ə XXII əsrdə Mesopotomiyaya hücumları nəticəsində Akkad dövlətini süquta uğratmışdı
•
Mesopotamiyada
100 ilədək kalimiyyətdə olmuşdu.
Kuti ölkəsində hakimiyyətə gələn hökmdar, eyni zamanda
İkiçayarasını da idarə edirdi.
Kutilərin Mesopotamiyada 100 ilədək kalimiyyəti dövründə:
a)
Şəhərlərarası toqquşmalara son qoyuldu.