Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə8/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   124

 
17
 
 
Lullubi tayfa ittifaqı 
 
E.ə  III  minilliyin  II  yarısında  Lullubi  tayfa  ittifaqı  (birliyi)  yaranmışdır.  Lullubi  tayfa  birliyinə  -  lullubi,  su    turukki 
tayfaları daxil idi. Lullubi tayfa birliyi: 

 
Ön Asiyada igid, döyüşkən və cəsur tayfa  birliyi kimi tanınırdı 

 
Əsasən maldarlıqla məşğul olurdular 

 
Mesopotomiya ilə ticarət əlaqələri saxlayır, mal-qaranı taxıla dəyişirdilər 

 
Assuriyanın Nuzu şəhərində məskunlaşmış və buranın hurri tayfaları ilə yaxın əlaqədə olmuşdular 

 
Hurri və het dövlət idarələrində işə cəlb olunur, muzdlu döyüşçü kimi orduda xidmət edirdilər 

 
Hurrilər nullu – “özgə, yadelli” adlandırırdılar 

 
Səma allahlarına (Günəş, Ay və s) və məhəbbət, məhsuldarlıq ilahələrinə sitayiş edirdilər 
 
QEYD: Gərgər tayfaları haqqında mənbələr geniş məlumat vermişdi. Həmin mənbələrə görə Araz çayının ətrafındakı ərazilərin 
hökmüdarları gərgər tayfasından olmuşdur. E.ə 836-cı ildə III Salmanasar qələbə çala çala gərgər ölkəsinə gəlib çıxması, e.ə 716-cı 
ildə  II  Sarqonun  Mannaya  hücumu  və  onun  qala  və  istehkamlarını  ələ  keçirdiyini  mənblərər  qeyd  edir.  Gərgərlər  zaman  keçdikcə 
Araz çayının sağ və sol sahilində sakin olmuş, kuti, lullubi tayfa ittifaqı və Mesopatamiya ilə iqtisadi və mədəni əlaqələr yaratmışlar.  
 
Lullubi tayfa ittifaqına (birliyinə) daxil olan tayfalar 
 
 
 
Erkən dövlət qurumları 
 
Azərbaycanın Cənubunda erkən dövlət qurumlarının meydana gəlməsi 
  E.ə III minillikdə Azərbaycanın Cənubunda Aratta, Lullubi və Kuti dövlət qurumları meydana gəlmişdi. E.ə III minillikdə 
dövlət qurumlarının meydana gəlməsi Azərbaycanın dövlətçilik ənənələrinin qədim köklərə malik olmasını sübut edir. Həmin dövlət 
qurumlarının Mesopotomiyanın şəhər-dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələri var idi. Azərbaycanın cənub, xüsusilə cənub-
qərb torpaqları Mesopatomiyanın  quldar cəmiyyətinə yaxın olduğu üçün Mesopotomiyada baş vermiş dəyişikliklər buraya da təsir 
göstərmişdi.  Beləliklə,  erkən  dövlət  qurumlarının  Azərbaycanın  cənubunda  yaranması  Mesopotamiyanın  quldar  cəmiyyətinə  yaxın 
olması ilə bağlı olmuşdur. 
 
Erkən dövlət qurumları 
 
 
 
Lullubi 
 
Aratta 
 
Kuti  
 
 
su 
 
lullubi 
 
turukki
 
 


 
18
 
Aratta dövlət qurumu 
Aratta dövlət qurumu: 

 
Azərbaycan ərazisində yaranmış türk mənşəli ilk dövlət qurumu idi 

 
E.ə III miilliyin I yarısında mövcud olmuşdur 

 
Mesopatomiya ilə iqtisadi, siyasi və  mədəni əlaqələr saxlayırdı 

 
Ölkəni en (ensi) rütbəsi daşıyan türk mənşəli hökmdar idarə edirdi 

 
Dini idarələrə maşmaş adlanan kahin başçılıq edirdi 

 
En Merkar və Aratta hökmüdarı” dastanında Arratda ilə Şumer arasında əlaqələr barədə məlumat verilir 

 
Çoxallahlılıq mövcud idi (əhali Şumerdə məhəbbət və bərəkət ilahəsi olan İnannaya və.b tanrılara sitayiş edirdilər). 
 
Lullubi dövlət qurumu 
Lullubilər dövlət qurumu yaratmadan əvvəl tayfa birliyi yaratmışdılar. Lullubi tayfa birliyində hakimlər (padşahlar) mövcud idi.  
Lullubi dövlət qurumuna aiddir:
 

 
E.ə III minilliyin II yarısında mövcud olmuş türk mənşəli dövlət qurumu idi. 

 
E.ə XXIII əsrdə,  
Azərbaycanın cənubunda lullubi, su, turukki tayfa birliyi tərəfindən yaradılmışdı.
 

 
Yazılı mənbələrdə Lullubi hökmdarını «padşahlar padşahı» adlandırırdılar.
 

 
Lullubilər ölkəsi inzibati cəhətdən vilayətlərə bölünürdü və bu vilayətləri hakimlər idarə edirdi.
 

 
Hökmdar Anubaninin dövründə daha da qüvvətlənmiş və
 ölkənin ərazisi daha da genişlənmişdi.
 

 
Ərazisi şimaldan Urmiya gölü, cənubdan Diyala çayına qədər çatırdı. 
 

 
İkiçayarası (Mesopotamiya)  ilə 
ticarət əlaqələri saxlayırdı. 

 
İkiçayarasının Nuzi şəhəri ilə mal mübadiləsi edir, mal-qaranı taxıla dəyişirdilər.  
Akkad dövlətinin işğalçılıq siyasətinə qarşı ittifaq yaratmışdı 

 
İkiçayarası mədəniyyətinin lullubilərə böyük təsiri olmuşdu. Onlar İkiçayarası əhalisindən mixi yazı sistemini 
mənimsəmişdilər
 

 
E.ə. III minilliyin sonlarında Lullubi dövlət qurumu xırda vilayətlərə parçalandı.  
Anubaninin uğurları “Daş sütun” üzərində mixi yazılarla həkk olunmuşdur
. “Daş sütun” Lullubi abidəsi göstərir ki, Lullubi 
əhalisi içərisində abidə yonan ustalar, mixi yazıları bilən mirzələr olmuşdur. Lullubilər Səma, Bərəkət, Məhəbbət, Ay, 
Günəş tanrılarına sitayiş edirdilər.  
 
 
 
Kuti dövlət qurumu 
Kuti dövlət qurumu: 

 
E.ə III minilliyin II yarısında, Urmiya gölünün cənub-qərbində meydana gəlmişdi. 

 
Türk mənşəli olub, sərhədləri şimalda Urmiya gölünün qərbindən, cənubda İran körfəzinə çatırdı. 

 
Mesopatamiyada türk mənşəli şumerlərlə dostluq münasibəti saxlayır, akkadlarla rəqabət aparırdılar. 

 
Akkad dövləti ilə hərbi münaqişəyə girərək ordusunu məğlub etmişdi 

 
E.ə XXII əsrdə Mesopotomiyaya hücumları nəticəsində Akkad dövlətini süquta uğratmışdı 

 
Mesopotamiyada  100  ilədək  kalimiyyətdə  olmuşdu. 
Kuti  ölkəsində  hakimiyyətə  gələn  hökmdar,  eyni  zamanda 
İkiçayarasını da idarə edirdi. 
Kutilərin Mesopotamiyada 100 ilədək kalimiyyəti dövründə: 
a)
 
Şəhərlərarası toqquşmalara son qoyuldu. 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə