Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə16/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   124

 
37
 

 
Darik adlanan vahid pul sistemi yaratdı 

 
Güclü nizami ordu yaratdı 

 
İşğal edilmiş ölkələri 20 satraplığa (canişinliyə) böldü, hər bir çanişinlik, o cümlədən Azərbaycan müəyyən vergi 
dairəsinə daxil edildi (Azərbaycan Əhəməni imperiyasının satraplığından biri oldu.) 

 
E.ə 522-521-ci illərdə imperiyada baş vermiş üsyanlar yatırtdı və dövlətin əvvəlki sərhədlərini bərpa etdi 

 
Hindistanın şimal-qərbini, Egey dənizi hövzəsini və Qara dənizin cənub sahillərini işğal etdi 

 
Əhəmənilər imperiyasını çox böyük ərazini əhatə edən güclü imperiyaya çevirdi 

 
İskit tayfaları üzərinə hücum edərək onları məğlun etdi 

 
Yunan-İran müharibələrində müvəffəqiyyətsizliyə uğradı 
QEYD: Yunan-İran müharibələri (e.ə 500-e.ə 449) zamanı Azərbaycan Azərbaycan Əhəmənilərə vergi verir və onun ordusunu 
müharibə  zamanı  hərbi  dəstələrlə  təmin  edirdi.  Odur  ki,  Yunan-İran  müharibələri  zamanı  Azərbaycan  döyüşçüləri  Əhəmənilər 
tərəfindən iştirak edirdilər.  
 
III Daranın hakimiyyəti (e.ə 339-330) 
  III Daranın hakimiyyəti dövründə Makedoniyalı İsgəndər Şərqə işğalçı yürüş edərək Əhəməni imperiyasına dağıdıcı zərbələr 
vurdu. Bu zaman III Dara güclü orduya malik olsa da, İsgəndərə ciddi müqavimət göstərə bilmədi.  
 
E.ə 331-ci ildə Qavqamela vuruşmasında III Dara İsgəndərə məğlub oldu və yeni qüvvə toplamaq ümidi ilə ölkənin Şərq 
hissəsinə qaçdı. E.ə 330-cu ildə III Dara qaçarkən yolda öz adamı Bes tərəfindən öldürüldükdən sonra Əhəmənilər imperiyası süqut 
etdi.  Beləliklə.  İsgəndərin  Şərqə  yürüşü  nəticəsində  Əhəmənilər  imperiyası  dağıldı.  (M.İsgəndər  Əhəməni  imperiyasına  son 
qoydu.)  III  Dara  da  Midiya  hökmüdarı  Astiaq  kimi  öz  dövlətinin  sonuncu  hökmüdarı  kimi  tarixə  düşdü.  Bundan  sonra  İsgəndər 
Mərkəzi Asiyaya yürüş etdi. İsgəndərin hərbi yürüşü Hindistanda başa çatdı. Makedoniyalı İsgəndərin vaxtında onun imperiyasının 
torpaqları Balkan yarmadasından Hindistanadək uzanırdı. Azərbaycanın cənubu da İsgəndərin imperiyasının tərkibinə daxil idi. 
 
 
 
I Dara (e.ə 522-486) 
 
Dövlətin sərhədləri Misirdən  Hindistana, İran körfəzi və Hind okeanından Böyük Qafqaz dağlarına qədər çatdı 
 
II Kambis (e.ə 530-522) 
 
Midiya, Babilistan, Lidiya və Anadoluda yunan koloniyalarını ələ keçirdi 
 
II Kir (e.ə 550-530) 
 
Hindistanın simal–qərbini, Egey dənizi hövzəsindaki və Qara dənizin cənub sahillərindəki yunan koloniyalarını ələ keçirdi 
 


 
38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xronologiya 
 
e.ə IX əsr 
İlk dəfə Midiya adının Assuriya hökmdarı III Salmanasar tərəfindən işlədilməsi 
e.ə IX əsrin II yarısı  Assuriyanın Midiyaya qarətçi yürüşlər edərək xırda hökmdarları özündən asılı vəziyyətə salması 
e.ə VIII əsrin II yarısı Assuriyanın Midiya ərazisinə yürüşlərinin çoxalması. II Sarqonun Midiyanı işğal etməsi 
e.ə VIII-VII əsrlər 
Qara dənizin sahillərində, Krım və Şimali Qafqazda kimmer, skif və sak tayflarının yaşaması 
e.ə VII əsrin əvvəlləri  Kimmer, skif və sak tayflarının Ön Asiyaya yürüşlər edərək Azərbycan ərazilərində məskunlaşması 
e.ə VII əsrin ortaları  Urmiya gömünün şimal-qərbində, Manna ilə Urartu dövlətləri arasında İskit padişahlığının yaranması 
e.ə VII əsrin I yarısı  Deyok tərəfindən Midiya tayfalarının birləşdirilməsi 
e.ə 673-672 
Deyokun hakimiyyəti 
e.ə 672-653 
Midiya hökmdarı Kaştaritinin kakimiyyəti. 
e.ə VI əsrin 50-ci illəri Kaştaritinin Assuriyaya qarşı yürüşlər təşkil etməsi 
e.ə 653-625 
Midiyada 28 illik iskit ağalığı dövrü 
e.ə 625-585 
Midiya hökmdarı Kiaskarin kakimiyyəti 
e.ə 616-612 
Midiya və Babilistanın  Assuriyanın – Aşşur, Arbela, Kalat və Nineviya şəhərlərini tutması 
e.ə 605 
Assuriya dövlətinin  süqut etməsi və torpaqlarının Midiya ilə Babilistan arasında bölüşdürülməsi 
e.ə VI əsrin əvvəlləri  Manna dövləti və İskit padişahlığının süqut etməsi 
e.ə 590-585 
Kiaskarın Lidiya çarlığı ilə müharibə etməsi 
e.ə 585-550 
Midiya hökmdarı Astiaqın hakimiyyəti 
e.ə 550 
Astiqala fars hakimi II Kir arasında müharibə baş verməsi 
e.ə 550 
II Kir tərəfindən Əhəmənilər dövlətinin əsasının qoyulması 
e.ə 550-330 
Əhəmənilər dövlətinin mövcud olması 
e.ə 550-530 
 II Kirin hakimiyyəti 
e.ə 547 
 
II Kirin Lidiya çarlığını işğal etməsi 
e.ə 539 
 
II Kirin Babilistan dövlətini  işğal etməsi 
e.ə 530 
Araz çayı yaxınlığında döyüş. II Kirin massaget çarı Tomris tərəfindən döyüşdə öldürülməsi 
e.ə 522 
Qaumata üsyanı. Qaumatanın əhəməni taxt-tacını ələ keçirməsi 
e.ə 522-486 
I Daranın hakimiyyəti 
e.ə 331 
Qavqamela döyüşü. Makedoniyalı İsgəndərin III Daranı məğlub etməsi 
e.ə 330 
III  Daranın  öz  adamı  Bess  tərəfindən  öldürülməsi.    Əhəmənilər  dövlətinin  süqut  etməsi  və 
ərzailərinin Makedoniyalı İsgəndər tərəfindən tutulması 
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə