Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə13/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   124

 
29
 
 
Memarlıq və incəsənət 
  Manna memarlığına aiddir: 

 
Əcdadlarının qədim memarlıq ənənələrini davam və inkişaf etdirmişdilər 

 
Yadellilərin hücumlarının qarşısını almaq üçün müdafiə qalaları və qala şəhərlər tikilirdi 

 
Paytaxt İzurtu və başqa şəhərlər möhtəşəm qala divarları ilə əhatə olunmuşdur 

 
Həsənli qala-şəhərində iki-üç mərtəbəli binalar, məbədlər tikilmişdir 
 
Mannada  incəsənət  də  inkişaf  etmişdir.  Arxeoloji  qazıntılar  zamanı  tapılmış  əşyalar  üzərindəki  şəkil    naxışlar  Manna 
təsviri sənətinin gözəl nümunələrindəndir. Ümumiyyətlə, Mannada təsviri sənətinin iki gözəl nümunəsi aşkarlanmışdır: 
1.
 
Ziviyədən tapılmış qızıl və gümüş qədəhlər – ritonlar 
2.
 
Həsənlidən tapılmış qızıl cam 
 
Zivyə  abidəsindən  tapılmış  müxtəlif  əşyaların  üzərində“  Həyat  ağacı”nın  ətrafında  keçi  və  qanadlı  öküz,  şiri  yaralayan 
hökmdar, dizi bükülmüş maral və dağ qoçu  və.s təsvir olunmuşdur.  
 
 
Mannada din və əfsanələr 
 
Mannalıların  dini  görüşləri  üçün  çoxallahlılıq  səciyyəvi  idi.  Onlar  Günəş,  Ay,  külək-yağış  və.b  tanrılara  sitayiş  edirdilər. 
Mannada məbədlərdə allahlara heykəl qoyulurdu. Müxtəlif əşyalar üzərində Manna əfsanələri əsasında səhnələr təsvir olunmuşdur. 
Manna əsatirlərində iki əfsanəvi varlıq mühüm yer tuturdu: 
1.
 
Qrifon – şir bədənli, qartal qanadlı, şir və ya qartal başlı əfsanəvi heyvan. 
2.
 
Sfinks – şir bədənli, insan başlı əfsanəvi varlıq. 
 
Həsənlidən  tapılmış  qızıl  camın  üzərindəki  təsvirlər  mannalıların  dini  dörüşləri  ilə  ilə  bağlı  idi.  Camın  yuxarı  hissəsində 
döyüş arabası üstündə üç Allah – Günəş, Ay külək-yağış allahları təsvir edilmişdir. 
QEYD:  Həsənli  abidəsindən  tapılan  qızıl  camdan  başqa,  burada  iki-üç  mərtəbəli  binalar,  məbəd  qalıqları,  müxtəlif  parça 
qalıqları və.s aşkar edilmişdir. 
 
Mannada yazı və dil 
E.ə  III  minillikdə  Azərbaycanın  cənubunda  əhali  mixi  yazı  ilə  tanış  idi.  Mannada  yerli  yazı  növü  də  olmuşdur.  Ziviyədən 
tapılmış  gümüş  sini  üzərində  həkk  edilmiş  işarələr  Mannada  yerli  yazı  növünün  olduğunu  və  onların  heroqlif  yazıdan  istifadə 
etdiyini göstərir. Heroqlif işarələrinin çoxluğu və müxtəlifliyi göstərir ki,  bunların müəyyən oxunuşu olmuşdur. Bəzi işarələr rəqəm 
bildirmişdir. Mannada türk, hürri, iran  dillərinin işləndiyi söylənilir. Əhalinin əsas dili isə türk dili olmuşdur. Manna ilə bağlı yer 
və şəxs adları burada türk tayfalarının yaşadığını sübut edir. Manna hökmdarlarının adları da türk sözləri ilə izah olunur. Məsələn, 
Aza adı– “böyük qardaş”, Ullusunu – “ən böyük”, “ulu adam” mənasını daşımışdır. 
 
Mannada işlədilən dillər 
 
 
 
 
 
hürri
 
türk
 
 
iran
 
 


 
30
 
Erkən dövlət qurumları və Manna əhalisinin dini dünyagörüşləri 
 
 
 
 
 
Xronologiya 
 
e.ə III minillik 
Manna ərazisində ilk dövlət qurumlarının meydana gəlməsi 
e.ə II minillik 
Manna ərazisində yerli  türkdilli etnosların yaşaması 
e.ə I minilliyin əvvəlləri  Urmiya gölü ətrafında mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün əlverişli şəraitin yaranması 
e.ə 843 
III Salmanasarın mixi yazılı kitabəsində ilk dəfə Manna adına rast gəlinməsi 
e.ə IX əsrin əvvəlləri 
Manna vilayətlərinin ayrı ayrı hakimlər tərəfindən idarə olunması 
e.ə IX əsr  
Urmiya gölü ətrafında mərkəzləşmiş Manna dövlətinin yaranması 
e.ə IX-VIII əsrlər 
Urmiya gölü ətrafında Mannanın güclü dövlətə çevrilməsi 
e.ə VIII əsrin II yarısı  III Tiqlatpalasarın Mannanın Mazamua vilayətini tutaraq Assuriyaya birləşdirməsi 
e.ə 740-719 
İranzunun hakimiyyəti. Mannanın Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevrilməsi 
e.ə 719 
Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisinin İranzuya qarşı üsyan qaldırması 
e.ə 718-716 
Azanın hakimiyyəti 
e.ə 716 
Azanın sui-qəsd nəticəsində öldürülməsi 
e.ə 716-680 
Ullusunun hakimiyyəti 
e.ə 716 
II Sarqonun Mannaya ilk yürüşü 
e.ə 715 
 
Manna canişini Dayaukkunun qiyam qaldıraraq mərkəzi hakimiyyətə qarşı çıxması 
e.ə 715 
 
II Sarqonun Mannaya ikinci yürüşü 
e.ə 715 
 
II Sarqonla I Rusa arasında döyüş baş verməsi 
e.ə 714 
 
II Sarqonun Manna, Midiya və başqa ölkələrə “böyük yürüşü” 
e.ə 714 
Ullusunu ilə II Sarqon arasında  Sirdakka şəhərində sövdələşmə imzalanması 
e.ə 714 
 
Mannanın Uişdiş vilayəti yaxınlığında döyüş 
e.ə VIII əsrin I yarısı 
Mannada hakimiyyətin irsi olaraq atadan oğula keçməyə başlaması 
e.ə VII əsrin I rübü 
Kimmer, skif və sak tayfalarının Mannada məskən salması 
e.ə 675-650 
Ahşerinin hakimiyyəti 
e.ə 650 
Assuriya hökmdarı Aşşurbanipalın Mannaya hücumu 
e.ə 650 
Aşheriyə qarşı Mannada üsyan baş verməsi 
e.ə 650-630 
Uallinin hakimiyyəti 
e.ə 616 
Midiya və Babilistan ilə mübarizədə Mannanın hərbi dəstələrinin Assuriyaya kömək etməsi 
e.ə 590 
Mannanın Midiya dövləti tərəfindən süquta uğradılması 
 
Arratta
 
Şumerdə məhəbbət və bərəkət ilahəsi olan İnannaya sitayiş edirdilər
 
Ay allahına, məhəbbət, bərəkət və məhsuldarlıq ilahəsinə sitayiş edirdilər
 
Səma (Günəş, Ay), məhəbbət, məhsuldarlıq ilahəsinə sitayiş edirdilər 
 
Səma (Günəş, Ay), külək, yağış və.b tanrılara sitayiş edirdilər
 
Kutilər
 
Lullubilər
 
Mannalılar
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə