Dərsliklərindən


İskitlər (Skiflər)  və Azərbaycan



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə14/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   124

 
31
 
İskitlər (Skiflər)  və Azərbaycan 
 
Kimmer, iskit və sak tayfalarının yürüşləri 
E.ə  VII  əsrin  əvvəllərindən  başlayaraq  türk  mənşəli  –  kimmer,  iskit  və  sak  tayfaları  əvvəlcə  Ön  Asiyaya  sonra  isə 
Azərbaycan ərazisinə yürüşlər etdilər. 
Kimmerlərə aiddir: 

 
İlkin məskəni Şimali Qafqazın qərb hissəsi idi 

 
E.ə VIII əsrdə Qara dənizin şimalında  Krım yarımadasında yaşayırdılar 

 
E.ə VII əsrdə Azərbaycan ərazisində məskunlaşmışdılar 

 
Mannanın şimal-qərbində məskunlaşaraq onunla ittifaqa girmişdilər 

 
Azərbaycanda onlarla bağlı Qımır, Qımırlı, Kəmərli  Qəmərli adlı yer adları qalmışdır 
  Saklara  aiddir: 

 
E.ə VII əsrin əvvəllərindən başlayaraq Urmiya gölünün şimalında məskunlaşmışdılar (mənbələr onları “şişpapak” 
saklar adlandırmışdı)  

 
Sakların Arazla Kürün qovuşduğu yerdə yaşadığına görə orta əsr qaynaqları buranı “Balasakan” (Sak düzü) 
adlandırmışdı 

 
İndiki Bərdədən Qafqaz dağlarına qədər uzanan ərazidə “saka bənzərlər” (sakasinlər) yaşamışdılar 

 
Onlara massagetlər də deyirdilər 
  İskitlərə (skiflərə) aiddir: 

 
Mannanın hüdudlarında məskunlaşaraq onunla ittifaqa girmişdilər 

 
Skif adı mixi qaynaqlarda işquz, aşquz kimi qeyd edilmişdir 
 
E.ə VII əsrdə kimmer, iskit və sak tayfalarının  məskunlaşdığı ərazilər 
 
 
 
Azərbaycanda İskit (Skif) padşahlığının yaranması 
E.ə VII əsrdə iskitlər öz dövlətlərini yaratdılar. Azərbaycanda mövcud olmuş İskit padişahlığı: 

 
E.ə VII əsrin ortalarında yaranmışdı  

 
Manna ilə Urartu arasında yerləşirdi  

 
Əsasını  kimmer, iskit  sak  tayfaları qoymuşdu 

 
Midiya qoşunlarının hərbi yürüşünə məruz qalmışdı 

 
E.ə VII əsrin ortalarında hakimiyyətdə olmuş hökmdarı Tuqdamme “sak və kuti hökmdarı” rütbəsinini daşıyırdı 

 
E.ə VI əsrin əvvəllərində, Manna dövləti süqut edən dövürdə tənəzzülə uğramışdı (İskit padişahlığının tənəzzülə 
uğramasının səbəbi Midiya dövləti ilə rəqabət apara bilməməsi olmuşdur) 
Azərbaycan
 
Ön Asiya
 


 
32
 
QEYD: Ümumiyyətlə, Manna, Skif padişahlığı və Urartu Midiya tərəfindən işğal edilərək süquta uğradılmış dövlətlər 
olmuşdur. Bu amil onlar arasında oxşar cəhət təşkil edir. 
 
 
İskitlərdə hərbi iş, sənətkarlıq, incəsənət və din 
 
Azərbaycanın aşağıdakı ərazilərində kimmer, iskit və sak tayfalarına aid maddi mədəniyyət qalıqları tapılmışdır: 

 
Zaqatalada (Saktalada) 

 
Şəki və Mingəçevirdə  

 
Kür-Araz çayları vadisində, Qarabağda 

 
Urmiya gölünün şimal-qərb və cənub-qərbində 
 
Kimmer, iskit və sak tayfaları hərb tarixinə müəyyən töhfələr vermişdilər. Bu tayfaların cəsur, süvari və piyada döyüşçüləri 
var idi. Onlar zireh geyinir, xəncər, ox  yayla silahlanırdılar. İki və üç tilli ox ucları tunc və dəmirdən hazırlanmışdir (iskit və sak 
tipli belə ox ucları Qarabağda - Xocalı, Mingəçevir, Gədəbəy abidələrindən tapılmışdır.) Döyüş zamanı ikitəkərli hərbi arabalardan 
istifadə edilirdi.  
  İskitlərdə  incəsənət  yüksək  inkişaf  etmişdir.  Onlar  daş  heykəllər,  zoomorf  fiqurlar  hazırlamışdılar.  İskit  incəsənəti  Manna 
sənətkarlığına böyük təsir göstərmişdir. İskit mədəniyyətinin Manna mədəniyyətinə təsirini aşağıdakı tapıntılar sübut edir: 

 
Qılınc dəstləri, qın hissələri və kəmər 

 
Gümüş sini, qızıl və gümüş ritonlar 
  Eyni  dini  inam  və  adətlərə  malik  olan  kimmer,  iskit,  sak  tayfalarında  Mannada  olduğu  kimi  çoxallahlılıq  mövcud  idi. 
Kimmer, iskit, sak tayfaları torpağı və suyu müqəddəs sayırdılar. Bu tayfaların dəfn adətində kurqanlar ((torpaq qəbirlər) səciyyəvi 
idi. Belə kurqanlar əsasən iskit əyanları dəfn olunurdu. Kurqanlara məişət avadanlıqları, silahlar, bəzək əşyaları qoyulurdu.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
33
 
 
AZƏRBAYCAN MİDİYA VƏ ƏHƏMNİ İMPERİYALARININ TƏRKİBİNDƏ 
 
Azərbaycan Midiya imperiyasının tərkibində 
 
  Midiya dövlətinin yaranması 
  Midiya  dövləti  İranın  mərkəzində  meydana  gəlmişdir.  Midiya  Mannadan  cənub-şərqdə,  yerləşirdi.  Mannanın  Gizilbunda 
vilayəti hər iki dövlətin sərhəddini təşkil edirdi. Mixi yazılarında Midiyanın adı - Maday, Matay, Amaday,  yunan mənbələrində isə  
Midiya şəklində işlənmişdir. Midiya ölkəsi haqqına ilk məlumatlar e.ə IX əsrə aiddir. İlk dəfə Midiya adını e.ə 843-cü ildə,  Assur 
hökmdarı III Salmanasar işlətmişdi.  
 
Midiya  tayfaları  içərisində  maqlar  xüsusi  yer  tuturdu.  Midiya  tayfaları  haqqında  geniş  məlumatı  yunan  tarixçisi  Heredot 
“Tarix” əsərində vermişdir. O, Midiya ərazisində altı qəbilənin yaşadığını qeyd edir. Onlardan mataylar türk mənşəli tayfa idi. 
E.ə  IX-VIII  əsrlərdə    Midiya  ərazisi  xırda  vilayət  hakimləri  tərəfindən  idarə  olunurdu.  E.ə  IX  əsrin  ikinci  yarısında 
Assuriya  hökmdarları  Midiya  ərazisinə  yürüşlər  edib  ölkəni  qarət  edərək,  xırda  hökmdarları  özündən  asılı  vəziyyətə  saldılar. 
Nəticədə ayrı-ayrı Midiya vilayətləri xərac verməyə məcbur oldu. 
E.ə  VIII  əsrin  ikinci  yarısında  Assuriyanın  Midiya  ərazisinə  yürüşləri  nisbətən  çoxaldı.  Bu  dövrdə  Assuriya  hökmdarı  II 
Sarqon  Midiya  ərazisini  işğal  etmişdi.  Bu  zaman  Midiya  canişini  Mannaya  tabe  idi.  E.ə  VIII  əsrin  sonunda  Midiyada  vahid 
dövlətin yaradılmasına təşəbbüs göstərilmişdir. Bu təşəbbüsün müəllifi Deyok idi. Deyok hakimiyyəti dövründə: 

 
Midiya tayfalarını birləşdirərək vahid dövlət yaratdı 

 
Ekbatan (Həmədan) şəhərini saldıraraq Midiyanın paytaxtı elan etdi  
 
Deyokdan  sonra  Midiyada  hakimiyyətdə  Kaştariti,  Kiaksar  və  onun  oğlu  Astiaq  hökmdar  olmuşdu.  İskitlərin  Ön  Asiyaya 
hücumları zamanı Midiya Assuriyaya qarşı mübarizəyə başladı və e.ə 672-ci ildə tam müstəqil oldu. 
 
     Manna və Midiya dövlətlərinin tarixinə aid ümumi cəhətləri 
 
 
 
 
 
 
 
Manna və 
Midiya 
dövlətləri 
Ərazisi ilk vaxtlar xırda vilayət 
hakimləri tərəfindən idarə olunurdu 
 
Assur hökmdarı II Sarqonun 
yürüşlərinə məruz qalmışdı 
 
 
İlk dəfə  onların adını Assur hökmdarı 
III Salmanasar işlətmişdi 
 
Eyni əsrdə (e.ə VI əsrdə) süqut 
etmişdilər
 
 
 
III  BÖLMƏ 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə