Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə2/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   124

 
5
 

 
Tədricən ətraf mühiti dərk etmiş, ibtidai dini təsəvvürlərə malik olmuşdu 

 
Tikinti vərdişlərinə yiyələnmişdi (Azıx mağarasında tikili qalığının tapılması bunu sübut edir) 

 
Sadə incəsənətlə də məşğul olmuşdular  
 
  Azıx  mağarasından  tapılmış  ayı  kəllələrinin  üzərində  müəyyən  işarələr  cızılması  –  onların  totemlərə  inamın  və  dini 
ayinlərin yaranmasını göstərir. 
 
 
 
 
Orta Paleolit dövrü 
 
Orta Paleolit dövrü – 100 min il bundan əvvəldən başlanmış, e.ə 40-cı minilliyə qədər davam etmişdir.  Orta Paleolit dövrü 
“Mustye  mədəniyyəti”  dövrü  adlanır  (Mustye  –  Fransada  yer  adıdır.  Orta  Paleolit  dövrünə  aid  əmək  alətləri  ilk  dəfə  buradan 
tapılmışdır). Alt Paleolit dövründə: 

 
Azərbaycanda  əhali  daha  geniş  əraziyə  yayıldı  -  onlar  Cənubi  Qafqazın  cənub-şərq  yamacında,  Qarabağ  (Tağlar), 
Qazax (Damcılı,) Naxçıxan (Qazma) bölgələrində məskən saldılar. Arxeoloqlar həmin ərazilərdən Otra Paleolit dövrünə 
aid zəngin maddi mədəniyyət nümunələri tapmışdılar 

 
Əhali  –  Qafqaz  maralı,  mağara  ayısı,  boz  ayı,  dağ  keçisi,  vəhşi  at  və.s  ovlamaqla  yanaşı,  həmçinin  yığıcılıqla 
(yemtoplamaqla) məşğul olurdu 

 
Yeni  insan  tipi  adlanan    -  “Neandertal  adam”  meydana  gəldi  (Neandertal  -  Almaniyada  yer  adıdır.  Buradan  ibtidai 
insanın kəllə sümüyü tapılmışdır) 

 
Dini təsəvvürlər inkişaf etdiaxirət dünyasına inam yarandı 

 
Təbiət qüvvələrinə, ovsun, totemlərə inamla bağlı dini təsəvvürlər genişləndi 

 
“Ulu icma” yavaş yavaş sıradan çıxdı və “qəbilə icması” yaranmağa başladı   
 
 
Orta Paleolit dövründə baş vermiş yeniliklər 
 
 
 
 
 
 
 
 
 
Azərbaycanda əhali daha 
geniş əraziyə yayıldı 
 
Axirət dünyasına inam 
yarandı, dini təsəvvürlər 
genişləndi 
 
 
Yeni insan tipi adlanan  - 
“Neandertal adam” 
meydana gəldi 
 
“Ulu icma” sıradan çıxdı 
və “qəbilə icması” 
yaranmağa başladı 
 
Azıx 
adamı 
 
Totemlərə inam mövcud idi 
 
Tikinti vərdişlərinə yiyələnmişdilər 
 
Sadə incəsənətlə məşğul olurdular 
 
İbtidai dini təsəvvürlərə malik idilər 
 


 
6
 
 
Üst Paleolit dövrü 

 
Üst  Paleolit  dövrü  –  40  min  il  bundan  əvvəl  başlanmış,  e.ə  12-ci  minilliyə  qədər  davam  etmişdir.  Üst  Paleolit  
dövrünün maddi qalıqlarına daha  çox Qarabağ  Qazax bölgələrində rast gəlinir. Üst Paleolit dövründə:  

 
İqlim mülayimləşdi, bitki və heyvanat aləmində, həmçinin ictimai həyatda xeyli dəyişikliklər baş verdi (100 min il əvvəl 
başlayan soyuqlaşmanı e.ə.13-cü minillikdə istiləşmə əvəz etdi) 

 
İnsanlar mağaralarda yaşayır və özlərini təbii təhlükələrdən qorumağa çalışırdılar 

 
Bir sıra heyvanların, xüsusilə nəhəng maralın və mağara ayısının kökü kəsildi 

 
İnsanlar ən çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və.s ovlayırdılar 

 
İnsanların istifadə etdikləri – qaşovlar, biz, gəzli  üçbucaq əmək alətləri geniş yayıldı 

 
Müasir insan tipi olan “Ağıllı insan”ın  (Homo Sapiyensin) yaranması prosesi başa çatdı 

 
İnsan fiziki- əqli inkişafın yüksək mərhələsinə çatdı, nitq  təfəkkür inkişaf etdi 

 
Əmək fəaliyyətinin artması, insanların şüurun inkişafı səsli nitqin inkişafına səbəb oldu, kinetik dil sıradan çıxdı  

 
Qadınların cəmiyyətdə rolu xeyli artdı - anaxaqanlıq meydana gəldi 

 
Ulu  icmanı  qəbilə  icması  əvəz  etdi.  Qəbilə  icması  özünəməxsus  xüsusiyyətlə  malik  idi.  Həmin  xüsusiyyətlər 
aşağıdakılardır: 
a)
 
Qəbilənin əsasını qan qohumu olan insanların  birliyi təşkil edirdi 
b)
 
Qəbilə icması nəsli qəbilə quruluşu adlanırdı 
c)
 
Qəbilənin həyatında qadınlar mühüm rol oynayırdı 
d)
 
Nəsli qəbilə dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşirdilər 
 
Nəsli  qəbilə  icması  -  anaxaqanlıq  (matriarxat)  adlanır.  Bunun  belə  adlandırılmasının  səbəbi  qadınların  əsas  işləri  görməsi 
idi. Anaxaqanlığı dövründə qəbilənin həyatında qadınların mühüm rol oynadığını aşağıdakı amillər sübut edir: 

 
Qadınların uşaqların qayğısına qalması 

 
Qadınların giləmeyvə və bitkiləri toplaması 

 
Qadınların odu qoruyub saxlaması  

 
Qadınların yemək hazırlaması və.s. 
 
 
Üst Paleolit dövründə baş vermiş yeniliklər 
 
 
 
 
     İnsan tipləri 
 
Neandertal adam 
(Orta Paleolit)
 
“Ağıllı insan”  
(Üst Paleolit)
 
“Bacarıqlı insan” 
(Alt Paleolit)
 
İqlim mülayimləşdi, 
nəhəng maralın, mağara 
ayısının kökü kəsildi 
 
 
Nitq və təfəkkür inkişaf 
etdi, kinetik dil sıradan 
çıxdı 
 
 
 
 
Ağıllı insanın yaranması 
prosesi başa çatdı, qəbilə 
icması yarandı 
 
Qadınların cəmiyyətdə 
rolu xeyli artdı - 
anaxaqanlıq yarandı 
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə