Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə3/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   124

 
7
 
Mezolit (Orta Daş) dövrü 
Mezolit (Orta Daş) dövrü – e.ə XII milillikdən - e.ə VIII minilliyə qədər davam etmişdir. Mezolit dövrünə aiddir: 

 
Bu dövrdə də insanlar hələ qəbilə halında yaşayır, mənimsəmə təsərrüfatı ilə məşğul olurdular. 

 
İnsanların əsas məşğuliyyəti əsasən yığıcılıq, ovçuluq  balıqçılıq idi. 

 
Əsas əmək alətləri daş, dəvəgözü  sümükdən hazırlanırdı. 

 
İnsanlar sümükdən bizox ucu və balıqçılıqda istifadə edilən alətlər düzəldirdilər. 

 
Mikrolit (kiçik daş alətlər) əmək alətləri meydana gəldi. 

 
Ox  kaman ixtira edildi. Ox və kamanın ixtira edilməsi nəticəsində: 
a)
 
İnsanlar heyvanları daha uzaq məsafələrdən ovlaya bildilər. 
b)
 
Qida ehtiyyatları xeyli artdı, heyvanların əhilləşdirilməsinə başlanıldı. 

 
Mezolit dövründə insanlar heyvanları əhliləşdirməyi öyrəndilər. Əhliləşdirilən ilk heyvan it olmuşdu. Sonralar insanlar 
başqa heyvanları da əhliləşdirdilər və bəsləyərək çoxaltdılar. Bununla da  ibtidai maldarlığın əsası qoyuldu.
 

 
İlk  əkinçilik  vərdişlərinin  meydana  gəlməsi  üçün şərait  yarandı  -  İbtidai  əkinçiliyin  əsası qoyuldu (İnsanlar toplanmış 
yabanı bitki toxumlarının bir hissəsini ehtiyyat üçün saxlayırdılar. Bu  isə ibtidai əkinçiliyin meydana gəlməsinə şərait 
yaratdı). 

 
İbtidai  maldarlığın və  əkinçiliyin  əsasının qoyulması ilə  -  mənimsəmə  təsərrüfatından  –  istehsal  təsərrüfatına  keçidin 
əsası  qoyuldu  (Əvvəllər  təbiətdən  hazır  məhsullardan  istifadə  edən  insanlar  indi  onları  bilavasitə  istehsal  etməyə 
başladılar.  Yəni  Mezolit  dövründə  istehsal  əsas  təsərrüfat  sahəsinə  çevrildi)  İstehsal  təsərrüfatına  keçid  Mezolit 
dövründə başladı və Neolit dövründə sona çatdı. 

 
ilkin toxuculuq yarandı.
 

 
İbtidai incəsənət xeyli inkişaf etdi (Qobustan qayaüstü təsvirləri Mezolit dövründə ibtidai incəsənətin inkişaf etməsini 
sübut edir). 

 
Axirət dünyasına inam artdı, dəfn zamanı ölülərin yanına məişət əşyaları qoyulmağa başlanıldı 
 
Azərbaycanda  Mezolit  dövrü  əhalisinin  yaşayışı  və  məşğuliyyəti  Qobustanda  -  Firuz  və  Qazaxda  –  Damcılı  mağaraları 
əsasənda öyrənilmişdir. Qobustanda yaşamış ibtidai insanlar: 

 
Ovçuluq, yığıcılıq  balıqçılıqla məşğul olmuşdu. 

 
Çaxmaqdaşı  sümükdən hazırlanmış əmək alətlərindən istifadə edirdi. 

 
Çox kiçik ölçülü – mikrolit, hənəsi, gəzli, üçkünc, kəsici və.s alətlərdən istifadə edirdi. 

 
Axirət dünyasına inanmış, ölüləri əfin edərkən qəbirlərə əşya qoymuşdular. 

 
Qobustan qayalarında rəsmlər çəkirdlilər (Qobustan qayalarında insanların çəkdiyi rəsmlər bu dövrdə ibtidai incəsənətin 
xeyli  inkişaf  etdiyini  göstərir).  Qobustanın  bu  dövr  sakinlərinin  qayaüstü  rəsimlərində  əsasən  aşağıdakı  mövzular  əks 
olunmuşdur: 
a)   ovsun-totem inamları 
b)   qadın və heyvan səhnləri 
 c)   dini ayinlər və ov səhnələri 
  Qobustan düşərgəsindən başqa, Qazaxda – Damcılı mağarası da Azərbaycanın mezolit dövrünə aid yaşayış məskənləri aşkar 
olunmuş, buradan da mezolit dövrünə aid kiçik ölçülü ox ucları, cilalanmış daş lövhələr tapılmışdır. 
QEYD: Əmək alətlərinin daşdan hazırlanması Paleolit və Mezolit dövrünə aid ümumi cəhət təşkil edir. 
 
Mezolit dövründə əmək alətlərinin hazırlandığı materiallar 


 
8
 
 
 
Azərbaycanın mezolit dövrünə aid yaşayış məskənləri 
 
 
 
 
Neolit dövrü 
Neolit (Yeni Daş) dövrü – e.ə VII minilliyi əhatə edir. Neolit dövrü  ibtidai icma quruluşunun ən az davam etmiş dövrü kimi 
xarakterizə olunur.   

 
İstehsal  təsərrüfatı  meydana  gəldi  və  formalaşdı  (Yəni  insanlar  təbiətin  asılılığınan  azad  olaraq  özlərinə  lazım  olan 
məhsulların istehsalına başladılar). İstehsal təsərrüfatına keçilməsi ilə oturaq həyata keçildi 

 
İnsanların məşğuliyyət sahələri içərisində maldarlıq və əkinçilik əsas yer tutmağa başladı 

 
Əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluq  balıqçılıqla məşğul olmağa başladı 

 
Əmək alətləri əsasən çaxmaqdaşıdan  obsidiandan (vulkanin şüşə - dəvəgözündən) hazırlanırdı 

 
Daş toxalar, oraq, çəkic, balta və bıçaqvari lövhələrdən ibarət əmək alətlərindən istifadə edilirdi 

 
İnsanlar ilk dəfə  saxsı  qalar  hazırladı,  daş  alətləri  cilalamağı  və  deşməyi öyrəndilər,  toxuculuqla  meydana  gəldi. Bu 
yeniliklər bəşər tarixində Neolit inqilabı adlanır.  
 
 
 
 
 
 
 
 
 
 
 
İnsanların daş alətləri cilalamağı 
və deşməyi öyrənməsi 
 
Neolit inqilabı 
 
Dulusçuluğun 
meydana gəlməsi 
Toxuculuğun 
meydana gəlməsi 
 
E.ə  12  minilliyə  aid  olub,  burada  insanlar 
ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuş, 
çaxmaqdaşı  və  sümükdən  əmək  alətləri 
hazırlamışdılar 
 
 
Buradan  mezolit  dövrünə  aid  kiçik  ölçülü 
ox 
ucları, 
cilalanmış 
daş 
lövhələr 
tapılmışdır
 
Qobustanda Firuz düşərgəsi 
 
Qazaxda Damçılı mağarası 
 
dəvəgözü 
 
daş 
 
sümük
 
 
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə