Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə9/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   124

 
19
 
b)
 
 ticarət yollarında əmin-amanlıq yarandı. 
c)
 
Xarici hücumların arası kəsildi. 
d)
 
Dövlət quruluşunda əsaslı dəyişikliklər etməyərək, ölkəni əsasən yerli şumer və akkad nümayəndələrindən təyin edilmiş 
canişinlər vasitəsilə idarə edirdilər. 
 
 
Kuti və Lullubi dövlət qurumlarına aid oxşar cəhətləri 
 
 
 
Turukki və Assuriya savaşları 
E.ə.  XXII  əsrin  axırlarında  Mesopotamiyada  kutilərin  hakimiyyətinə  son  qoyuldu.  Onlar  ölkədən  çıxarıldılar. E.ə.  III 
minilliyin sonunda Kuti dövlət qurumu süquta uğrayıb, xırda vilayətlərə parçalandı.  
E.ə  III  minilliyin  sonunda  Kuti  və  Lullubi  dövlət  qurumlarının  tərkibinə  turukkilər  daxil  idi. 
Lullubi və  Kuti  dövlət 
qurumları  süquta  uğradıqdan  sonra  bu  qurumların  tərkibinə  daxil  olan  su  və  turukki  tayfaları  müstəqillik  qazandılar.  
Bu  zaman 
Mesopotamiyanın şimalında yaranmış Assuriya dövləti turukkilərin ərazisini işğal etmək istəyirdi. 
Turukkilər müqavimət göstərib öz 
torpaqlarını vermədilər. Əksinə, Aşşurun nəzarəti altında olan bir sıra vilayətləri tutdular və tədricən Babilistan ərazisinə yayıldılar. 
 
 
 
 
Assuriyanın Azərbaycan torpaqlarına yürüşləri 
E.ə  XIV  əsrin  sonundan  Assuriyanın  qüdrəti  yenidən  artdı  və  qədim  Azərbaycan  tayfaları  onun  təsiri  altına  düşdü.  E.ə  II 
minillikdə qədim Azərbaycan tayfaları olan turrukilərlullubilər, kutilər  şubarlar Assuriyanın işğalçılıq siyasətinə qarşı çıxaraq 
üsyan qaldırmış və müstəqillik uğrunda mübarizə aparmışdılar. Lakin, E.ə II minillikdə qədim Azərbaycan etnoslarının, tayfa başçıları 
və xırda hakimlərin vahd dövlət halında birləşə bilməmələri Assuriyaya qarşı ciddi müqavimət göstərə bilməməsinə səbəb olmuşdu. 
Lakin müharibələr qədim Azərbaycan tayfaları yenidən  dövlət halında birləşməsini zəruri edirdi. E.ə II minilliyin sonu – I minilliyin 
əvvəlində Azərbaycanda dövlətlərin meydana gəlməsi ərəfəsində idi. 
Kuti və Lullubi dövlət qurumları süquta uğradıqdan sonra turruki tayfaları 
 
Turruki 
tayfaları 
Müstəqil siyasət yeritməyə başladılar 
 
Assuriya işğalına qarşı müqavimət  
göstərərək öz torpaqlarını qorudular 
 
Assuriyalıların siyasi mərkəzi olan Şuşarra 
vilayətini tutdular 
 
Zaqroş dağ keçidi vasitəsilə İkiçayarasına 
daxil oldular 
 
Erkən 
dövlət 
qurumları 
 
Azərbaycan ərazisində yaranmışdı 
 
e.ə III minilliyin sonunda süqut etmişdi 
 
İlk dövlət qurumları idi 
 
Mesopotamiya ilə əlaqə yaratmışdılar 
 
Türk mənşəli sülalələr idarə edirdi 
 
e.ə III minillikdə mövcud olmuşdu 
 


 
20
 
 
 
E.ə II minillikdə Assuriyanın işğalçılıq siyasətinə qarşı çıxaraq üsyan qaldırmış Azərbaycan tayfaları 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xronologiya 
 
e.ə III minillik 
Azərbaycanın cənubunda erkən dövlət qurumlarının meydana gəlməsi 
e.ə III minilliyin I yarısı 
Aratta dövlət qurumunun mövcud olması 
e.ə III minilliyin II yarısı 
Lullubi tayfa ittifaqının mövcud olması. Lullubilərin Akkad dövlətinin işğalçı siyasətinə qarşı  
 
ittifaq yaratması 
e.ə XXIII– XXII əsrlər 
Urmiya gölünün cənubunda Lullubi dövlət qurumlarının meydana gəlməsi 
e.ə III minilliyin II yarısı 
Urmiya gölünün cənub-qərbində Kuti dövlət qurumunun meydana gəlməsi 
e.ə XXII əsr 
Kutilərin  Mesopotamiyaya  hücumu.  Akkad  dövlətinin  süquta  uğradılması  və  kutilərin 
Mesopotamiyada 100 illik  hakimiyyətinin başlanması 
e.ə XXII əsrin sonları  
Kuti hökmdarı Tirikana qarşı üsyan baş verməsi. Kutilərin Mesopotamiyada 100 hakimiyyətinə son 
qoyulması  və Mesopotamiyada III Ur Şumer sülaləsinin hökmüranlığının  bərqərar olması 
e.ə III minilliyin sonu 
Kuti və Lullubi dövlət qurumlarının süquta uğrayaraq xırda vilayətlərə parçalanması 
e.ə III minilliyin sonu 
Turukki tayfalarının Şuşarra vilayətini tutması 
e.ə 2003 
Su tayfalarının III Ur sülaləsini devirməsi və Su ölkəsinin müstəqil olması 
e.ə II minilliyin əvvəli 
Kuti, lullubi və turikkilərin yeni tayfa birliyi yaratması 
e.ə II minillik 
Turukki, lullubi, kuti və şubar tayfalarının Assuriyaya qarşı üsyan qaldırması 
 
 
turruki
 
 
kuti
 
 
şubarlar
 
lullubi
 
 


 
21
 
Manna dövləti 
 
Manna dövlətinin təbiəti, əhalisi və təsərrüfarı 
  E.ə I minilliyin əvvəllərində Urmiya gölü ətrafında mərkəzləşmiş Manna dövləti yarandı. Mannanın təbiətinə aiddir: 

 
Dağlıq ölkə olub, burada müxtəlif böyüklüklərdə suvarma üçün çoxlu çaylar var idi 

 
Urmiya gölünün suyu çox duzlu olduğu üçün suvarmaya yaramırdı 

 
Çay vadiləri çox məhsuldar olduğundan əhali burada sıx məskunlaşmışdı 

 
Ölkə faydalı qazıntılarla zəngin olub, dəmir, mis, gümüş, qızıl, qurğuşun yataqlarına malik idi 
Mannanın əhalisi: 

 
Əsasən türk mənşəli tayfalardan ibarət idi 

 
Oturaq həyat sürürdü 

 
Düzən və dağətəyi yerlərdə yaşayanlar əkinçiliklə məşğul olurdu 
Mannanın təsərrüfatına aiddir: 

 
Torpağı dəmir toxa  xışla şumlayır, taxılı dəmir oraqla biçirdilər 

 
Bağçılıq və üzümçülük inkişaf etmiş, üzümdən şərab hazırlayırdılar 

 
Təsərrüfatda dəvədən istifadə edirdilər 

 
Dövlətə,  yaxut  hökmdara  məxsus  taxıl  anbarları  var  idi  (quraqlıq,  yaxut  aclıq  vaxtı  dövlət  anbarlarından  əhaliyə  taxıl 
paylanılırdı) 

 
Təsərrüfatda atçılıq mühüm yer tutmuş və geniş yayılmışdı (məsələn, Mannanın Subi vilayəti öz at ilxıları ilə fərqlərirdi, 
Bara (Sanqibuti) vilayətində isə hökmdar sürüləri saxlanılırdı). 
 
Mannada xırda dövlət birləşmələri 
  E.ə  IX  əsrdə  Manna  ərazisində  müstəqil  siyasət  yürüdən  –  Zamua,  Gilzan,  Alateye,  Surikaş,  Gizilbunda,  Uişdiş,  Zikirtu, 
Andia vilayətləri meydana gəlmişdi. Mannanın ən böyük vilayətlərindən biri Zamua vilayəti idi. Zamua vilayəti: 

 
Mannanın əsas hissəsini təşkil edirdi 

 
Urmiya gölünün cənubunda yerləşirdi 

 
Əvvəllər lullubilərin ölkəsi olmuşdur 

 
E.ə IX əsrdə ayrı ayrı hakimlər tərəfindən idarə edilirdi 
QEYD:    E.ə  IX  əsrdə  Zamua  vilayətinin  ayrı  ayrı  hakimlər  tərəfindən  idarə  edilməsi  nəticəsində  buraya  xarici  hücumların 
qarşısını almaq mümkün olmurdu. Ümumiyyətlə, bu dövrdə Manna vilayətlərinin hər biri Assuriya ordusuna qarşı təkbaşına 
mübarizə aparmalı olur, yaxut xərac göndərməklə Assuriya ilə müstəqil siyasi əlaqə yaradırdılar. 
 
Manna dövlətinin yaranması 
  E.ə  I  minilliyin  başlanğıcında Azərbaycanın cənubunda  – Urmiya  gölü  ətrafında  mərkəzləşmiş dövlətin  meydana  gəlməsi 
üçün  əlverişli  şərait  meydana  gəlmişdi.  E.ə  IX  əsrdə  burada  (Urmiya  gölü  ətrafında)  Manna  dövləti  yaranmışdı.  Lakin  həmin 
dövrdə  Manna  hələ  bütün  Cənubi  Azərbaycan  torpaqlarını  əhatə  edə  bilməmişdir.  Manna  adına  ilk  dəfə  e.ə  843-cü  ildə,    III 
Salmanasarın mixi yazılı kitabəsində rast gəlinmişdir. Manna - Azərbaycanın ilk qədim dövləti idi. E.ə IX-VIII əsrlərdə Manna 
güclü bir dövlətə çevrildi. 
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə