Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə10/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   124

 
22
 
Manna hökmdarlarının ilk vaxtlarda vahid mərkəzləşdirilmiş dövlət yarada bilməməsinin səbəbləri
 
 
 
 
Mannaya qarşı Assuriya və Urartunun işğalçılıq siyasəti 
  Manna  zaman-zaman  Assuriyanın,  Urartunun    Midiyanın  işğalçı  hücumularına  məruz  qalmışdı.  Manna  hökmdarları 
ölkəni  vahid  mərkəzdə  birləşdirib  xarici  hücumların  qarşısını  almağa  çalışsalar  da,  buna  uzun  müddət  nail  ola  bilməmişdilər. 
Bundan istifadə edən Assuriya Mannaya qarşı müntəzəm hücumlar təşkil edirdi. Urartu dövləti də Mannaya qarşı daimi işğalçılıq  
ya təcavüzkarlıq siyasəti yürüdürdü. Odur ki, e.ə IX-VIII əsrlərdə Manna dövləti özünü qorumaq üçün Assuriya və Urartuya qarşı 
mübarizə aparırdı. 
  E.ə  VIII  əsrin  II  yarısında Assuriya hökmdarı III  Tiqlatpalasar Manna və başqa ölkələrdə təsirini artırmaq üçün Urartu ilə 
vuruşdu. III Tiqlatpalasarın Mannaya yürüşü nəticəsində: 

 
Mannanın Mazamua vilayəti tutuldu və Assuriyaya birləşdirildi 

 
Urmiya gölü hövzəsində yaşayan birsıra tayfalar başqa əraziyə köçürüldü 
 
Lakin, III Tiqlatpalasar Mannanın başqa vilayətlərinə toxunmadı. O, əsasən Urartu  Midiya ilə müharibələr apardı. Bu zaman 
Manna  Assuriyaya  müttəfiq  kimi  baxırdı.  Manna  hökmdarları  gah  Assuriya  və  digər  dövlət  arasında  çəkişmə  meydanında  qalarkən 
müəyyən mövqe tutmağa çalışırdılar. 
 
 
 
 
İranzunun hakimiyyəti (e.ə 740-719) 
  Manna hökmdarı İranzunun hakimiyyəti dövründə: 

 
Assuriya ordusunun Urartuya qarşı uğurlu müharibələrindən istifadə edərək mərkəzləşmə siyasəti yürütdü 

 
Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı və Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi  

 
Ölkədə canişinlik sistemi yaratdı və canişinləri mərkəzi hakimiyyətdən asılı vəziyyətə saldı 

 
Xarici siyasətdə Assuriya ilə ittifaqa və müttəfiqliyə meyl edərək onun siyasi üstünlüyünü tanıdı 

 
Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevrildiİzurtu paytaxt şəhəri oldu 

 
Mannanın ərazisi şimalda Araz çayına, cənubda  cənub şərqdə Kassi ölkəsi, Parsua və Midiya ilə həmsərhədd oldu 
VIII əsrdə  Mannanın xarici siyasətində iki meyil var idi: 
Ahşeri  
(e.ə 675-650) 
 
Aza 
(e.ə 718-716) 
 
Ualli 
(e.ə 650-630) 
 
İranzu 
(e.ə 740-719) 
 
Ullusunu 
(e.ə 716-680) 
 
 
Manna hökmdarları 
Assuriyanın aramsız hücumları 
Urartunun işğalçılıq siyasəti 
 


 
23
 

 
Birinci qurup - Assuriya ilə ittifaqa meyil göstərməklə Manna torpaqlarının bütövlüyünü qoruyub saxlamağa çalışırdı. Bu 
siyasətə  başçılıq  edən  İranzu  Urartu  hücumlarına  qarşı  mübarizə  aparmaq  və  Mannada  əminamanlığa  nail  olmaq  üçün 
Assuriyaya qarşı müttəfiq kimi baxır və onun siyasi üstünlüyünü tanıyırdı. 

 
İkinci qurup - Urartu ilə ittifaqın tərəfdarı olub, onların siyasəti Manna vilayətlərinin mərkəzi dövlət ətrafında birləşməsinə 
mane olur, ölkənin parçalanmasına, torpaqların isə Urartu tərəfindən işğalına şətait yaradırdı. 
 
  
 
 
Mannada İranzuya qarşı üsyan baş verməsi (e.ə 719-cu il) 
Mannanın  Assuriyaya  olan  meyili  ölkəni  Urartu  işğalından  xilas  etmiş  və  onun  birləşməsi  üçün  şərait  yaratmışdı.  Lakin, 
İranzunun  mərkəzləşdirmə  siyasəti  Mannanın  bəzi  urartumeyilli  hakim  və  canişinlərinin  xoşuna  gəlmirdi.  Eyni  zamanda  da  Urartu 
Mannanın daxili işlərinə qarışır, canişinləri mərkəzi hakimiyyətə qarşı qaldırırdı. Belə ki, Urartu hökmdarı I Rusa belə bir işğalçılıq 
siyasətini  həyata  keçirmək  məqsədi ilə Mannanın  Zikurtu  vilayətinin  canişini  və bir sıra şəhərlər  ilə ittifaqa  girdi.   E.ə  719-cu  ildə 
Mannanın  Şuandahul  və  Durdukka  şəhərlərinin  əhalisi  İranzuya  qarşı  üsyan  qaldırdı.  E.ə  719-cu  ildə  İranzuya  qarşı  üsyan  baş 
verərkən Assuriya hökmdarı II Sarqon (e.ə 722-706) Manna ilə ittifaqa sadiq qalaraq üsyanı yatırtdı. 
QEYD: Lullubi hökmdarı Anubani və Manna hökmüdarı İranzunun hakimiyyəti dövrünə aid oxşar cəhəti  onların dövründə 
ölkələrində hakimiyyətin daha da qüvvətlənməsi olmuşdur. 
 
   E.ə 719-cu ildə İranzuya qarşı üsyan qaldırmış Manna şəhərlər 
 
 
 
 
Azanın hakimiyyəti (e.ə 718-716) 
 
İranzunun vəfatından sonra onun oğlu Aza hakimiyyətə gəldi. Azanın hakimiyyəti dövründə: 

 
Mannada daxili çəkişmələr yenidən gücləndi 

 
Dövlətin parçalanmaq qorxusu yarandı 
Şuandahul
 
Durdukka
 
 
İranzunun 
hakimiyyəti  
dövrü 
 
Manna vilayətlərini mərkəzi hakimiyyətə 
tabe etdi 
 
 
Urartunun işğal etdiyi Manna torpaqlarını 
geri qaytardı 
 
 
Manna Urmiya gölü hövzəsində qüdrətli 
dövlətə çevirildi 
 
 
 
Mərkəzləşmə siyasəti yürütdü 
 
Şuandahul və Durdukka şəhərlərinin əhalisi 
üsyan qaldırdı 
 
Assuriyanın siyasi üstünlüyünü tanıdı 
 
İzurtu Manna dövlətinin paytaxt şəhəri oldu 
 
Xarici siyasətdə Assuriya  
ilə ittifaqa meyl etdi  
 
I Rusa Mannaya qarşı işğalçılıq siyasətini 
həyata keçirdi 
Ölkədə canişinlik 
sistemi yaratdı 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə