Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə11/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   124

 
24
 

 
Urartunun kömək göstərdiyi 
mərkəzdən ayrılmaq istəyən qüvvələr fəallaşdı
 

 
E.ə 716-cı ildə sui-qəsd nəticəsində öldürüldü 
 
Ullusun hakimiyyəti (e.ə 716-680) 
Azanın  vəfatından  sonra  Ullusun  hökmdar  oldu.  Mixi  yazılarındakı  məlumata  görə  onun  hakimiyyətə  gəlməsində  Urartu 
hökmdarı I Rusa kömək etmiş və bunun qarşılığında Ullusundan 22 Manna qalasını almışdı. Ullusunun hakimiyyəti dövründə: 

 
Hakimiyyətə gələrkən Assuriya ilə ittifaqdan üz döndərdi 

 
Assuriya əsarətindən azad olmaq üçün Urartu ilə ittifaqa girdi 

 
Manna Urartu ilə Assuriya arasında mübarizə meydanına çevrildi 

 
Ölkədə tam sabitlik yaranmadı, daxili çəkişmələr yenə davam etdi 

 
Manna  Assuriya hökmdarı II Sarqonun hücumuna məruz qaldı 

 
Manna Assuriyanın siyasi ağalığını yenidən tanıdı 
 
II Sarqonun Mannaya e.ə 716-cı il yürüşü 
Ullusunun  hakimiyyəti  dövründə  Mannanın  Assuriya  əsarətindən  azad  olmaq  üçün  Urartu  ilə  ittifaqa  girməsi  Assuriya 
hökmdarı II Sarqonu qəzəbləndirdi. Odurki, II Sarqon e.ə 716-cı ildə Mannaya yürüş etdi. II Sarqonun bu yürüşü nəticəsində: 

 
Sarqon paytaxt İzurtunu və bir neçə Manna şəhərini tutaraq yandırdı, Ullusun dağlara qaçdı 

 
II Sarqon Azanın qatillərindən birini tutaraq cəzalandırdı 

 
Ullusun II Sarqonun yanına gələrək ondan mərhəmət diləməsi qarşılığında hakimiyyətdə qaldı 

 
Ullusu Assuriyanın siyasi ağalığını tanıdı və II 
Sarqonun şərəfinə yazılı abidə qoydurdu 

 
II Sarqon bütün Manna torpaqlarını Ullusuna tabe etdi 
 
  II Sarqonun Mannaya e.ə 715-ci il yürüşü 
  II Sarqonun e.ə 716-cı il yürüşündən sonra Urartu hökmdarı I Rusa Mannaya qarşı təcavüzdən yenə də əl çəkməyərək onun 
bəzi canişinləri ilə əlaqəyə girdi. Manna canişini Dayaukku I Rusanın fitnəsinə uyaraq mərkəzi hakimiyyətə tabelilikdən çıxdı. Belə 
olduqda, II Sarqon Ullusunu ilə ittifaqa sadiq qalaraq e.ə 715-ci ildə Manna canişini Dayaukkuya və  I Rusaya qarşı yürüşə çıxdı. I 
Rusa ordu toplayaraq II Sarqonu qarşıladı. E.ə 715-ci ildə II Sarqonla I Rusa arasında baş vermiş döyüş nəticəsində: 

 
Urartu hökmdarı məğlub olaraq döyüş meydanından qaçdı 

 
II Sarqon döyüşdə qalib gəldi 
 
 Beləliklə, II Sarqonun e.ə 715-ci il yürüşü nəticəsində Mannanın Urartu tərəfindən işğal edilmiş torpaqları geri qaytarıldı. 
Lakin ölkədə tam sabitlik yaranmadı, daxili çəkişmələr yenə də davam etdi. 
QEYD: Mərkəzi hakimiyyətə qarşı qiyam baş verməsi Manna dövlətinin e.ə 719-ci və 715-cı illər tarixi üçün oxşar cəhət 
təşkil edir. 
 
II Sarqonun Mannaya e.ə 714-cü il yürüşü 
E.ə 714-cü ildə II Sarqon Manna, Midiya və başqa ölkələrə böyük yürüş təşkil etdi. Böyük yürüş zamanı II Sarqonun Manna ilə 
əlaqədar üç məqsədi var idi: 
1.
 
Mannanı Urartunun təcavüzündən tamamilə azad etmək. 
2.
 
Mannada Assuriyanın mövqeyini möhkəmləndirmək. 
3.
 
Mannadan Assuriyaya vaxtlı-vaxtlı xərac göndərilməsini təmin etmək. 


 
25
 
  E.ə  714-cü  ildə  yürüş  zamanı  Ullusunu  ilə  II  Sarqon  arasında    Sirdakka  şəhərində  sövdələşmə  oldu  –  Ullusunu  Sarqondan  
Urartu  hökmüdarı  I  Rusanı  məğlub  etməsini  və  başqa  ərazilərdəki  mannalıları  öz  ərazilərinə  qaytarmasını  istədi.  Sarqon  da  öz 
növbəsində  bu diləyi yerinə yetirəcəyinə söz verdi.  
  II Sarqonun E.ə 714-cü ildə baş vermiş böyük yürüşünə aiddir: 

 
Yürüş zamanı Ullusun II Sarqonu təmtəraqla qarşıladı, ordusunu ərzaqla təchiz etdi və ona xərac verdi 

 
Ullusun II Sarqonun şərəfinə yazılı abidə qoydurdu 

 
II Sarqon xərac toplaya toplaya Mannadan cənubda yerləşən Parsua vilayətinə gəldi 

 
Midiya və bir çox başqa ölkələr II Sarqona vergi verdilər 

 
Urmiyanın  cənubunda  yerləşən  və  Urartu  tərəfindən  tutulan  Mannanın  Uişdiş  vilayəti  yaxınlığında  döyüşdə  I  Rusa  və 
onun köməyinə gəlmiş Manna canişinləri məğlub oldu 

 
II Sarqon döyüşdən sonra yürüşü davam etdirərək Urartu ərazisinə daxil oldu və bir çox vilayətləri ələ keçirərək talan etdi, I 
Rusa isə müqavimət göstərə bilməyərək özünü öldürdü 

 
II Sarqon “düşmənin ayağını Mannadan kəsdi” 
 
Beləliklə, II Sarqonun e.ə 714-cü il yürüşü nəticəsində: 

 
II Sarqon Urartu tərəfindən tutulmuş Uişdiş və Subi vilayətlərini azad edərək verdiyi vədinə əməl etdi 

 
Bundan sonra Urartu zəiflədi və bir daha Mannanın daxili işlərinə qarışa bilmədi, Manna qüdrətli dövlət oldu 
 
 
 
 
Ahşerinin hakimiyyəti (e.ə e.ə 675-650) 
Ahşerinin hakimiyyəti dövründə: 

 
Manna kimmer, skif və sak tayfalarına arxalanaraq Assuriya ilə olan ittifaqı pozdu 

 
Manna müstəqil xarici siyasət yürütməyə başladı 

 
Manna Assuriya tabeliyindən çıxdı və tam müstəqil oldu. 

 
Assuriya hökmdarı Aşşurbanipal Mannaya qarətçi yürüş etdi 
 
E.ə  VII  əsrin  I  rübündə  kimmer,  skif  və  sak  tayfaları  Qara  dəniz  sahillərindən  hərəkət  edərək  Mannanın  şimal-qərb  və 
cənub-qərb vilayətlərində məskunlaşdılar. Həmin tayfaların gəlişi ilə Assuriya sərhədlərində böyük təhlükə yarandı. E.ə VII əsrin I 
rübündə kimmer, skif və sak tayfalarının Mannada məskənlər salmasından istifadə edən Manna dövləti Assuriya tabeliyindən çıxdı 
və tam müstəqil oldu
  VII əsrin ortalarında Assuriya ilə ittifaqı pozduğuna görə Assuriya hökmdarı Aşşurbanipal (e.ə 668-626) Mannaya hücum 
etdi. E.ə 650-ci ildə tərəflər arasında baş vermiş döyüş nəticəsində: 

 
Manna hökmdarı Ahşeri məğlub oldu 

 
Aşşurbanipal İzurtunu və bir çox Manna şəhərlərini tutaraq dağıtdı 
E.ə  
714-cü il 
 
II Sarqon Manna, Midiya və başqa 
ölkələrə böyük yürüş təşkil etdi 
 
Ullusunu II Sarqonla Sirdakka 
şəhərində sövdələşmə imzaladı 
 
Uişdiş yaxınlığında II Sarqonla I Rusa 
arasında döyüş baş verdi 
 
Urartu tərəfindən tutulmuş Uişdiş və 
Subi vilayətləri geri qaytarıldı 
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə