Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə12/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   124

 
26
 

 
Mannanın əhalisi, mal-qarası və at ilxılarının bir qismi qənimət kimi aparıldı 
  E.ə 650-ci ildə Ahşeri döyüşdə məğlub olduğuna görə əhali üsyan qaldıraraq onu öldürdü. 
 
Assuriya hökmdarlarının Mannaya yürüşləri 
 
Tarixi 
Hökmdarlar 
Məqsədi və ya səbəbi 
Nəticəsi 
E.ə VIII əsrin 
II yarısı 
 
III Tiqlatpalasar 
Manna  və  başqa  ölkələrdə  təsirini 
artırmaq 
Mannanın  Mazamua  vilayətini  tutaraq  Assuriyaya 
birləşdirdi,  Urmiya  gölü  hövzəsində  yaşayan  birsıra 
tayfaları başqa əraziyə köçürdü 
 
e.ə 716-cı il 
 
II Sarqon 
Ullusunun 
Mannanın 
Assuriya 
əsarətindən azad olmaq üçün Urartu 
ilə ittifaqa girməsi 
Azanın 
qatillərini 
cəzalandırdı, 
Ullusunu 
hakimiyyətdə  saxladı,  bütün  Manna  torpaqlarını 
Ullusuna  tabe  etdi,  Manna  Assuriyanın  siyasi 
ağalığını tanıdı  
 
e.ə 715-ci il 
 
II Sarqon 
Manna  canişini  Dayaukkunun  I 
Rusanın  fitnəsinə  uyaraq  mərkəzi 
hakimiyyətə qarşı qiyam qaldırması 
Mannanın Urartu tərəfindən işğal edilmiş torpaqlarını 
 geri qaytardı. Lakin ölkədə tam sabitlik  
yaranmadı, daxili çəkişmələr yenə də davam etdi 
 
e.ə 714-cü il 
 
II Sarqon 
Mannanı  Urartunun  təcavüzündən  
azad  etmək,  Mannada  Assuriyanın 
mövqeyini 
möhkəmləndirmək, 
Mannadan  Assuriyaya  vaxtlı-vaxtlı 
xərac göndərilməsini təmin etmək 
Urartu 
tərəfindən 
tutulmuş  Uişdiş  və  Subi 
vilayətlərini  azad  etdi.  Urartu  zəiflədi  və  bir  daha 
Mannanın  daxili  işlərinə  qarışa  bilmədi,  Manna 
qüdrətli dövlət oldu 
 
E.ə 650-ci il 
 
Aşşurbanipal 
Manna 
hökmdarı 
Ahşerinin 
Assuriya ilə ittifaqı pozması 
Manna  hökmdarı  Ahşerini  məğlub  etdi,  İzurtunu  və 
bir  çox  Manna  şəhərlərini  dağıtdı,  Mannanın 
əhalisini, mal-qarasını qənimət kimi apardı 
 
 
Uallinin hakimiyyəti (e.ə e.ə 650-630) 
Ahşeri  üsyançılar tərəfindən öldürüldükdən sonra hakimiyyətə onun oğlu Ualli gəldi. Uallinin hakimiyyəti dövründə: 

 
Aşşuriya ilə ittifaq bərpa olundu 

 
Manna Assuriya ilə ittifaqa sadiq qaldı 

 
Manna müstəqil dövlət kimi öz varlığını qoruyub saxladı 
  E.ə  616-cı  ildə  Assuriya  Midiya    Babilistan  ilə  mübarizə  apararkən  Mannanın  hərbi  dəstələri  ona  müttəfiq  kimi  kömək 
etdi. Qaynaqların məlumatına görə e.ə 593-cü ildə Manna müstəqil dövlət kimi öz varlığını qoruyub saxlayırdı. E.ə 590-cı ildə isə 
İranın  mərkəzində  yaranmış  Midiya  dövləti  tərfindən  süquta  uğradıldı  və  Mannanın  müstəqil  dövlətçiliyi  sona  çatdı.  VI  əsrin 
əvvəllərində Manna dövlətinin süqutunun əsas səbəbi aşağıdakı amillərlə bağlı  idi: 

 
Daxili çəkişmələr 

 
Arasıkəsilməz müharibələr  

 
Xarici hücumların güclənməsi 
 


 
27
 
Mannan ilə Assuriyanın ittifaq yartadaraq birlikdə mübarizə apradığı dövlətlər 
 
   
  Mannada idarəetmə sistemi 
 
  E.ə  III  minillikdə  Manna  ərazisində  dövlət  qurumlarının  meydana  gəlməsi  (Aratta,  Lullubi,  Kuti)  Mannada  dövlətçilik 
ənənəsinin qədim köklərə malik olduğunu göstərir. Mannanın idarəetmə sisteminə aiddir: 

 
Quldarlıq istehsal formasına əsaslanan dövlət olmuşdur 

 
Dövlətə türk mənşəli sülalə başçılıq edirdi 

 
Manna mərkəzləşmiş dövlət idi 

 
Dövləti qeyri-məhdud hakimiyyətə malik hökmdar idarə edirdi  

 
Vilayətləri mərkəzi hakimiyyətə tabe olan canişinlər idarə edirdi 

 
Hökmdardan asılı olan “ağsaqqallar şurası” fəaliyyət göstərirdi 

 
Dövlətin idarəsində hakim ailənin üzvləri iştirak edirdi 

 
E.ə VIII əsrin I yarısında hakimiyyət irsi olaraq atadan oğula keçməyə başladı 

 
Dövlətin idarə işində müxtəlif məmur və əyanlar çalışırdılar (Məmurlar mixi qaynaqlarda əyan, ağsaqqal, məsləhətçi, başçı 
 canişin adlandırılırdı). 
QEYD:  Lullubi  dövlət  qurumu  ilə  Manna  dövləti  oxşar  cəhətlərə  malik  idi.  Belə  ki  hər  iki  dövlət  Azərbaycanın  cənub 
hissəsində yaranmışdı, türk mənşəli sülalələr tərəfindən  idarə olunurdu, hakimiyyət hökmdara məxsus idi.  
 
 
 
 
 
 
Manna dövlətinin idarə sisteminin xüsusiyyətləri 
 
 
Dövləti hökmdar vilayətləri 
isə canişinlər idarə edirdi 
 
Mərkəzləşmiş və quldar 
dövlət idi 
 
Dövləti türk mənşəli sülalə 
idarə edirdi 
 
Hakim ailə üzvləri 
idarəetmədə iştirak edirdi 
 
Hakimiyyət irsi olaraq 
atadan oğula keçirdi 
 
“Ağsaqqallar şurası” 
fəaliyyət göstərirdi 
 
Midiya 
 
Urartu 
 
Babilistan 
 


 
28
 
 
    Kuti və Manna dövlətlərinin tarixi üçün ümumi cəhətlər 
 
 
 
 
Mannada sənətkarlıq 
Mannalıların təsərrüfat həyatında əkinçilik  maldarlıqla yanaşı sənətkarlıq da mühüm yer tuturdu. Mannada sənətkarlığın 
inkişafını  Cənubi  Azərbaycanda  yerləşən  qədim  Həsənli    Ziviyə  yaşayış  məskənləri  də  sübut  edir.  Mannada  sənətkarlığın 
metalişləmə, toxuculuq və boyaçılıq sahələri inkişaf etmişdir. Həsənli və Ziviyə tapıntıları Mannada metalişləmə sənətinin yüksək 
inkişaf etdiyini göstərir. Mannada metalişləmənin inkişafına aşağıdakı amillər kömək etmişdir: 

 
Mannanın ərazisinin dəmir filizi ilə zəngin olması 

 
Mannada qiymətli daş yataqlarının mövcud olması 
Mannanın  peşəkər  sənətkarlar  qızıl,  gümüş,  tunc  və  misdən  bəzək  əşyaları,  qab-qacaq  və.s  hazırlayırdılar.  Həsənli 
qazıntılarından  tapılan  müxtəlif  parça  qalıqları  toxuculuqda  qoyun  yunundan  və  keçi  qəzilindən  istifadə  edildiyini  göstərir. 
Ziviyədən  tapılmış  müxtəlif  daş  qəliblər  və  qızıl  cam  Mannanın  nadir  sənə  nümunələridir.  Manna  sənətkarları  əridilmiş  metalı 
həmin qəliblərə tökərək  - oraq, toxa, balta, xəncər, ox ucları, dəbilqə, bəzək əşyaları, qab-qacaq və.s hazırlayırdılar 
 
  E.ə VIII-VII əsrlərə aid Mannanın Ziviyə qalasından aşağıdakı zəngin sənətkarlıq nümunələri aşkar edilmişdir: 

 
Qızıl və gümüşdən hazırlanmış döşlük 

 
Dəmir qılınclar, qılınc qını və dəstəyinin hissələri 

 
Gümüş sini və buynuzvari qədəhlər 

 
At qoşqu ləvazimatı və.s 
 
  
Mannada sənətkarlıq 
 
  
   
 
Sənətkarlığın 
metalişləmə, 
toxuculuq və 
boyaçılıq sahələri 
inkişaf etmişdir 
 
Həsənli və Ziviyə 
məskənləri 
sənətkarlığın 
inkişafını sübut 
edir 
 
Sənətkarlar qızıl, 
gümüş, tunc və 
misdən bəzək 
əşyaları 
hazırlayırdılar 
 
Ziviyədən 
tapılmış daş 
qəliblər və qızıl 
camı nadir sənə 
nümunələridir
 
 
Toxuculuqda 
qoyun və keçi 
qəzilindən istifadə 
edilirdi 
 
Kuti  
və Manna 
dövləti  
 
Azərbaycanın cənub 
torpaqlarında yaranmışdılar 
 
Hökmdarlarına qarşı üsyan baş 
vermişdir 
 
Ay allahına, məhəbbət, 
məhsuldarlıq ilahəsinə sitayiş 
edirdilər 
 
Vilayətləri canişinlər 
idarə edirdilər 
 
Türk mənşəli 
hökmdarlar tərəfindən 
idarə edilirdilər 
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə