Dərsliklərindən


Kaştaritinin hakimiyyəti (e.ə 672-653)



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə15/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   124

 
34
 
 
Kaştaritinin hakimiyyəti (e.ə 672-653)  
Midiya hökmdarı Kaştariti (Fraorta ):   

 
Assuriya ağalığına qarşı mübarizəyə başçılıq etmişdi 

 
E.ə 672-ci ildə Midiyanı Assuriya tabeçiliyindən qurtararaq onu mustəqil dövlətə çevirdi 

 
E.ə VII əsrin 50-ci illərində Assuriyaya qarşı yürüşlər təşkil etdi 

 
Assuriya təsarətini ləğv etmişdi 

 
İskitlərlə döyüşdə məğlub oldu 
  İskitlərlə döyüşdə Kaştaritinin həlak olmasından sonra Midiya İskitlərin hakimiyyəti altına düşdü. Bundan sonra Midiyada 
28 illik İskit ağalığı dövrü (e.ə 653-625) başladı. 
 
 
 
 
Kiaksarın hakimiyyəti (e.ə 625-585)  
 
Midiya hökmdarı Kiaksar: 

 
Midiyada İskit ağalığına son qoydu 

 
Xırda vilayət hakimlərini dövlətə tabe etdi və daxili qüvvələri birləşdirdi 

 
Assuriyaya qarşı müharibəyə hazırlaşmaq üçün Midiya ordusunu yenidən təşkil edərək, onları silah növünə uyğun olaraq 
nizəçi  oxçu dəstələrinə böldü, süvariləri dəstəsini piyadalardan ayırdı 

 
E.ə 616-612-ci illərdə Babilistan  dövləti ilə ittifaqa girərək Assuriyanın – Aşşur, Arbela, Kalat və Nineviya şəhərlərini 
tutaraq dağıtdı 

 
E.ə  605-ci  ildə  Assuriya dövlətini  süquta  urğadaraq onun  varlığına son qoydu,  Assuriyanın torpaqlarını isə Midiya və 
Babilistan arasında bölüşdürdü 

 
E.ə 590-585-ci illərdə Egey dənizinin sahillərinə çıxmaq məqsədilə Lidiya dövləti ilə müharibə apardı 

 
E.ə 590-cı ildə Urartu və Manna dövlətinin müstəqilliyinə son qoyaraq onların ərazisini Midiyanın tərkibinə daxil etdi 
QEYD:  Manna  ərazisi  Midiyanın  ən  çox  inkişaf  etmiş  vilayəti  olduğundan  Midiyanın  ictimai-iqtisadi  həyatına  və 
mədəniyyətinə böyük təsir göstərmişdir. 
Midiyanı müstəqil 
dövlətə çevirmişdi 
 
Assuriya tabeçiliyini 
(əsarətini) ləğv 
etmişdi 
 
Assuriya əleyhinə 
mübarizəyə başçılıq 
etmişdi 
 
Assuriyaya qarşı 
yürüşlər təşkil 
etmişdi 
 
Kaştariti (Fraotra) 
 
İskitlərlə döyüşdə 
məğlub olmuşdu 
 
Midiya hökmdarları 
Kaştariti  
(e.ə 672-653) 
 
Kiaksar  
(e.ə 625-585) 
 
Astiaq 
(e.ə 585-550) 
 
Deyok  
(e.ə 673-672) 
 


 
35
 
 
Midiya hökmdarı Kiaskar tərəfindən varlığına son qoyulan dövlətlə
 
 
   
Astiaqın hakimiyyəti (e.ə 585-550)  
  Kiaksarın  vəfatından  sonra  hakimiyyətə  onun  oğlu  Astiaq  gəldi.  Astiaq  Midiyanın  sonuncu  hökmüdarı  oldu.  Astiaqın 
hakimiyyəti dövründə: 

 
Daxili çəkişmələr artdı, Midiya sarayında gizli fəaliyyət göstərən farsmeyilli qüvvələr fəallaşdı 

 
Zadəganların  hüququnu  məhdudlaşdırmaq  siyasət  yürütməsi  onunla  əyanalar  arasındakı  ziddiyyətlərin  və  narazılığın 
yaranmasına səbəb oldu 

 
Fars əyalətinin hakimi II Kir ilə uğursuz müharibə apardı 

 
Midiya dövləti süquta uğradı 
QEYD: Midiya sarayında bir qurup əyan fars vilayətinin hakimi  II Kir ilə gizli sazişə girərək Astiaq ilə müharibəyə başladı. 
E.ə 553-550-ci illərdə Astiaqla II Kir arasında üç il davam edən müharibə nəticəsinə: 

 
II Kir qələbə qazanaraq Midiyanın paytaxtı Ekbatan şəhərini tutdu 

 
II Kir Midiya dövlətinin varlığına son qoydu 

 
İran Əhəməni (fars) dövlətinin tərkibinə qatıldı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kiaskar 
Urartu 
 
Assuriya 
 
Manna 
 
İskit (Skif) 
 


 
36
 
Azərbaycan Əhəmənilər imperiyasının tərkibində 
 
  Əhəmənilər dövlətinin yaranması 
  E.ə 550-ci ildə Əhəmənilər sülaləsinin nümayəndəsi, fars hakimi II Kir Əhəmənilər dövlətinin əsasını qoydu. İranın cənub-
şərqində hökmranlığa başlayan Əhəmənilər sülaləsinin banisi Əhəmən olmuşdur. Ona görə də sülalənin və dövlətin adı Əhəmənilər 
adlanırdı.  Keçmiş  Midiya  dövlətinin  ərazisində  yaranmış  Əhəmənilər  dövlətinin  paytaxtı  Ekbatan  şəhəri  idi.  Farslar  Midiya 
mədəniyyətini  və  dövlət  idarə  quruluşunu  mənimsəmişdilər.  Əhəmənilər  dövləti  e.ə  550-330-cu  illərdə  mövcud  olmuşdur.  Bu 
müddətdə Əhəmənilər dövlətini II Kir, II Kambis, I Dara  III Dara kimi tanınmış hökmdarlar idarə etmişdir.  
 
II Kirin hakimiyyəti (e.ə 550-530) 
II Kirin hakimiyyəti dövrünə aiddir: 

 
Midiya dövlətini süquta uğratdı 

 
Əhəmənilər dövlətinin əsasını qoydu 

 
Anadoluda Lidiya (e.ə 547) və Babilistan dövlətini (e.ə 539) işğal etdi 

 
Misirə qədər Qərb ölkələrini könüllü Əhəmənilər dövlətinə tabe etdi 

 
Massagetlərlə döyüşdə məğlub oldu 
 
QEYD:  E.ə  530-cu  ildə  Araz  çayı  yaxınlığında  döyüşdə  II  Kir,  Tomrisin  başçılığ  etdiyi  massaget  tayfaları  ilə  döyüşdə 
məğlub edilərək öldürüldü. Ondan sonra hakimiyyətə onun oğlu II Kambis gəldi 
 
II Kambisin hakimiyyəti (e.ə 530-522)  
II Kambisin hakimiyyəti dövrünə aiddir: 

 
Cənubi Qafqazı Əhəmənilər imperiyasının tərkibinə qatdı 

 
E.ə 525-ci ildə Pelusiya döyüşü nəticəsində Misir dövlətini işğal edərək özünü firon elan etdi 

 
İmperiyanın ərazisi Hind okeanından Misirə və Qafqazdan İranadək genişləndirdi 

 
Misirə səfəri zamanı Əhəmənilər dövlətində dövlət çevrilişi baş verdi 
  II Kambis Misirdə olarkən  E.ə 522-ci ildə Qaumata (əsil adı Bardi) adlı bir maq (kahin) özünü II Kirin oğlu kimi qələmə 
verərək  dövlət  çevrilişi  etdi  və  Əhəməni  taxt-tacını  ələ  keçirdi.  Əhəməni  taxt-tacını  ələ  keçirdikdən  sonra  Qaumata  aşağıdakı  iki 
mühüm siyasəti həyata çeçirməyə başladı: 
1.
 
Xalq kütlələrinin ağır vəziyyətini yaxşılaşdırmaq 
2.
 
Əyanların hüquqlarını məhdudlaşdırmaq 
 
Qaumatanın yeddi aylıq hakimiyyəti dövründə: 

 
Bütün ölkədə onun hakimiyyəti qəbul edildi 

 
Əhali üç il müddətində vergilərdən azad edildi 

 
Ölkədə heç bir üsyan baş vermədi 
Lakin I Dara Qaumata üsyanını yatırtdı. Qaumataya isə suiqəsd təşkil edilərək öldürdülər. 
 
 
I Daranın hakimiyyəti (e.ə 522-486)  
   
  Qaumata üsyanını yatrdıqdan sonra I Dara İranda hakimiyyəti ələ aldı. I Daranın hakimiyyəti dövrünə aiddir: 

 
Ölkəni möhkəmlətmək üçün aşağıdakı islahatları həyata keçirdi: 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə