Dərsliklərindən


ATROPATENA VƏ ALBANİYA DÖVLƏTİ



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə17/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   124

 
39
 
 
ATROPATENA VƏ ALBANİYA DÖVLƏTİ 
 
Atropatena dövləti 
 
Atropatena dövlətinin yaranması 
E.ə  323-cü  ildə  Makedoniyalı  İsgəndərin  ölümündən  sonra  onun  yaratdığı  imperiya  ayrı  ayrı  dövlətlərə  parçalandı, 
Azərbaycanın cənubunda Atropatena dövlətişimalında isə Albaniya dövləti yarandı. Atropatenanın ilk hökmdarı Atropat olmuş 
və dövlət onun adıyla adlandırılmışdı. 
E.ə 328-ci ildə Makedoniyalı İsgəndər Atropatı Midiyanın satraptı (canişini) təyin etmişdi. Atropat İsgəndərə qarşı baş vermiş 
Barikas  üsyanını  yatırmış,  öz  qızının  İsgəndərin  nüfuzlu  sərkərdəsi  Perdikkiyə  ərə  verərək  mövqeyini  daha  da  gücləndirmişdi. 
İsgəndərin  ölümündən  sonra  onun  imperiyasını  müvəqqəti  idarə  etmək  üçün  Perdikkiyə  tapşırılmışdı.  Perdikki  ilə  qohunluq 
Atropatın mövqeyini daha da möhkəmləndirdi və o, Midiya satraptı vəzifəsində qaldı. E.ə 321-ci ildə Perdikkinin ölümündən sonra 
Atropatena müstəqil dövlətə çevrildi. E.ə IV əsrin 20-ci illərində Artopat yeni müstəqil dövlətin hökmdarı oldu.  
  Atropatena  quldar  dövlət  idi.  Dövləri  qeyri  məhdud  hakimiyyətə  malik  padşah  idarə  edirdi.  Padşah  həmdə  ordunun  baş 
komandanı idi. Atropatenada cəmiyyətin yuxarı təbəqəsini nəsli zadəganlar, varlı quldarlar və dövlət məmurları təşkil edirdi.  
 
Atropatın Makedoniyalı İsgəndərin rəğbətini qazanmasına kömək etmiş amillər 
 
 
 
Atropatenanın ərazisi 
Atropatenanın  ərazisini  əsasən  indiki  Cənubi  Azərbaycan    Azərbaycan  Respublikasının  bəzi  cənub  rayonlarını  əhatə 
etmişdir. Atropaenanın mərkəzi Qazaka şəhəri idi. Atropatenanın coğrafi şəraiti aşağıdakı kimi idi: 

 
Ölkənin qərbində Zaqros dağ silsiləsi uzanırdı 

 
Ən böyük düzənlik ərazisi Urmiya gölündən cənubda idi 

 
Şimalda Qaradağ silsiləsi yerləşirdi 

 
Dağların çoxu sıx meşələrlə örtülmüşdü 
Qədim qaynaqlarda Azərbaycanın ilkin adı onun cənubu ilə bağlı olan Atropatena,  Aturpatakan,  Artabazan,  Adirbacan və.s 
kimi işlənmişdi. Azərbaycan coğrafi adının yaranması Atropatena ilə  bağlayırlar.  Azərbaycan adının ilkin forması  – Azərbayqan 
kimi işlənmişdi.  Bu torpağın  Atropatena  adlanması  –  Midiya  satraptı (canişini)  Atropatın  adı  ilə  bağlı olmuşdur. Yalnız  VII  əsrdə 
ərəb  mənbələrində  bu  ərazi  Azərbaycan  adlandırılmağa  başlanmışdı.  Bu  zaman  Azərbaycan  adı  onun  həm  şimalına,  həm  də 
cənubuna  aid edilirdi. Hər bir xalq  müəyyən  tarixi  ərazidə  yaranmışdı.  Azərbaycan  qədim  əhalisinin  məskunlaşdığı  ərazi  –  şimalda 
İranda Makedoniyalılara qarşı baş 
vermiş Barikasın üsyanını yatırması 
 
Öz qızını İsgəndərin nüfuzlu sərkərdəsi 
Perdikkiyə ərə verməsi 
 
 
IV  BÖLMƏ 


 
40
 
Dərbənddən,  cənubda  Zəncan  və  Qəzvin  bölgəsi  daxil  olmaqla,  şərqdə  Xəzər  dənizinə  qədər,  qərbdə  Tiflis,  İrəvan  və  Urmiya 
gölünün qərb sahilini əhatə edirdi. 
 
 
Atropatenanın əhalisi 
  Atropatenanın  əhalisi  müxtəlif    tayfalardan  ibarət  olmuşdu.  Antik  dövr  müəlliflərinə  görə  e.ə  IV-I  əsrlərdə  Atropatenada 
kaspi, kadusi, müq, azəri və.b tayfalar yaşamışdılar. Kaspi  müq tayfaları həm Cənubi Azərbaycanda - Atropatenada, həm də 
Şimali  Azərbaycanda  -  Albaniyada  yaşamışdılar.  Kadusilər  döyüşə  20  min  piyada  və  8  min  atdan  ibarət  hərbi  qüvvə  çıxara 
bilirdilər. Ərəbdilli qaynaqlar Atropatena  əhalisinin bir hissəsinin azərilər olduğunu qeyd edir. Yerli  əhaliyə qohum olan etnoslar 
(kimmer, iskit, sak,  hun və səlcuqlar) buraya sonralar gəlmişdilər. Atropatenada yaşayan maq tayfaları isə Midiya tayfaları hesab 
olunur. Onlar Midiya tayfaları arasında xüsusi yet tutmuşdu. Atropatenada maqlar atəşpərəstlik dini ayinlərinin əsas icraçısı kimi 
böyük  nüfuza  malik  idilər.  Atəşpərəstlik  dininin  kahini  də  maq  adlanırdı.  Atropadena  dövlətində  əhalinin  sayının  artmasına 
ərazisinin təbii zənginliyi və münbit torpaqların bolluğu şərait yaratmışdı: 
E.ə  IV  əsrdə  Atropatena  və  Albaniya  dövlətlərinin  meydana  gəlməsindən  sonra  Azərbaycanda  vahid  xalqın  yaranması 
prosesi  başladı.  Ərəblər  dövründə  isə    Azərbaycan  ərazisinin  vahid  dövlətdə  birləşdirilməsi  vahid  xalqın  formalaşması  prosesi 
sürətləndirdi.  XI əsrdə Səlcuqların yürüşü nəticəsində isə vahid Azərbaycan xalqının formalaşması prosesi başa çatdı.  
 
 
 
 
  Atropatenanın Seleviklər dövlətindən asılı vəziyyətə düşməsi (e.ə 223-190) 
  Makedoniyalı İsgəndərin imperiyası dağıldıqdan sonra onun imperiyası Misir, Makedoniya  Seleviklər (Suriya) dövlətinə 
parçalandı.  Seleviklər  dövləti  qısa  zamanda  Mesopotamiya,  İran,  Mərkəzi  Asiya    Qafqazı  özünə  birləşdirməyə  başladı. 
Seleviklər dövlətində hakimiyyətə III Antiox gəldikdən sonra e.ə 223-cü ildə Atropatenaya hücum etdi. III Antioxun Atropatenaya 
hücumu nəticəsində: 

 
Atropatena hökmdarı Artabazan məğlub oldu 

 
Atropatena Seleviklərdən asılı vəziyyətə düşdü 
  Atropatenanın Seleviklər dövlətindən asılılığı cəmi  33  il  çəkdi. Belə ki,  Aralıq dənizi hövzəsində qüdrətli dövlətə çevrilən 
Roma dövləti e.ə 190-cı ildə Maqneziya döyüşündə Selevik hökmüdarı III Antioxu məğlub etdi. Maqneziya döyüşü nəticəsində: 

 
Seleviklər dövləti məğlub oldu və  parçalanması gücləndi 

 
Atropatena dövləti yenidən müstəqil oldu 
 
 
 
 
 
Atropatena tayfaları 
 
Kaspi
 
Kadusi
 
Azəri 
 
Müq
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə