Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə20/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   124

 
45
 
 
 
 
 
 
 
Xronologiya 
 
e.ə VII-VI əsrlər 
Zərdüştlük dininin yaranması 
e.ə 330 
Makedoniyalı İsgəndər tərəfindən “Avestanın” ilkin variantının məhv edilməsi 
e.ə 328 
Makedoniyalı İsgəndərin Atropatı Midiya satraptı təyin etməsi  
e.ə IV əsr 
Azərbaycanın cənubunda Atropatena dövlətinin yaranması 
e.ə 321 
Perdikkinin ölümündən sonra Atropat Midiyasının müstəqil dövlətə çevrilməsi 
e.ə IV əsr 
Azərbaycanda vahid xalqın yaranması prosesinin başlanması 
e.ə 223 
Selevik hökmdarı III Antioxun Atropatenaya hücumu 
e.ə 223-190 
Artopatenanın Seleviklər dövlətindən asılı vəziyyətdə qalması 
e.ə 190 
Maqneziya döyüşü. Romalıların III Antioxu məğlubiyyətə uğratması 
e.ə I əsrin I yarısı 
Roma sərkərdəsi Lukkul və Pompeyin Şərqə yürüşü 
e.ə 53 
Parfiyalıların romalıları məğlubiyyətə uğratması 
e.ə I əsrin II yarısı 
Roma sərkərdəsi Antoninin başçılığı ilə romalıların Şərqə yürüşü 
e.ə 38 
 
 
Romalıların parfiyalıları məğlubiyyətə uğratması 
e.ə 38 
Antoninin Atropatenanın Fraaspa şəhərinə hücum etməsi. Fraaspa döyüşünün baş verməsi
 
e.ə 20 
Atropatenada hakimiyyətə gələn II Ariobarzanın on ilə qədər Romada yaşaması 
20 
Atropatenanın Parfiyanın  Arşakilər sülaləsinin hakimiyyəti altına düşməsi 
20-224 
Artopatenanın Parfiyanın (Arşakilər sülaləsinin) hakimiyyəti altında qalması 
227 
Atropatena torpaqlarının sasanilərin hakimiyyəti altına düşməsi 
II-III əsrlər 
Atropatenada quldarlıq quruluşunun böhran keçirməsi 
III-VII əsrlər 
Sasanilər dövründə “Avesta”nın yenidən toplanaraq yazıya alınması 
1771 
Anketil Düperronun ilk dəfə avropalıları “Avesta” ilə tanış etməsi 
 
Müxtəlif dövrlərdə Seleviklər, Parfiya və 
Romadan asılı vəziyyətə düşmüşdü 
 
 
 
 
 
 
 
Ən qədim pul İsgəndərin adından 
kəsilmişdi 
 
 
 
 
 
 
 
Perdikkinin ölümündən sonra müstəqil 
dövlətə çevrildi
 
 
 
 
 
 
Dövləti qeyri məhdud hakimiyyətə malik 
padşah idarə edirdi
 
 
 
 
Şimaldan hücum edən alan tayfalarının 
hücumuna məruz qalmışdı 
 
 
 
 
 
 
 
Maq tayfaları atəşpərəstlik dininin əsas 
icraçılar idi 
 
 
 
 
Hərbi məqsədlə “Midiya yağı” 
adlandırılan neftdən istifadə olunurdu 
 
 
 
 
Yaranması ilə Azərbaycanda vahid xalqın 
yaranması prosesi başlandı 
 
 
 
 
Əhalisi  təkallahlııq dini olan Zərdüştliyə 
inanırdı
 
 
 
 
 
Azərbaycanın cənub 
torpaqlarında yaranmışdı 
 
 
 
Ərazisində müq və kaspi 
tayfaları yaşayırdı 
 
Roma sərkərdəsi Antoninin yürüşünə 
məruz qalmışdı
 
 
 
 
 
 
 
 
 
Atropatena 
dövləti 
 


 
46
 
Albaniya dövləti 
 
  Albaniya dövlətinin yaranması 
  Azərbaycanın  cənub  bölgəsinə  nisbətən  şimalında  dövlət  qurumu  bir  qədər  gec  yaranmışdı.  Belə  ki,  e.ə  III  minillikdə 
Azərbaycanın  cənubunda  dövlət  qurumları  yarandığı  halda,  şimalında  e.ə  IV  əsrdə  yaranmışdı.  Makedoniyalı  İsgəndərin  Şərqə 
yürüşü zamanı e.ə 330-cu ildə Əhəmənilər imperiyasının dağılması nəticəsində müstəqil Albaniya dövləti (e.ə IV əsrin sonu – III 
əsrin əvvəllərində) yarandı. Albaniya dövlətinin ərazisinə aşağıdakı torpaqlar daxil idi: 

 
İndiki müstəqil Azərbaycan Respublikasının ərazisi 

 
Gürcüstanın Alazan vadisi və Dağıstanın cənub rayonları 

 
Qərbi Azərbaycan (indiki Ermənistan) torpaqları 

 
İberiya (Gürcüstan) ilə Xəzər dənizi arasındakı torpaqlar 
  Albaniyanın  sərhədləri  müxtəlif  vaxtlarda  dəyişilmişdir.  Albaniya  Şimalda  Qafqaz  dağları,  cənubda  Atropatena,  cənub-
qərbdə Ön Asiya, şərqdə Xəzər dənizi ilə həmsərhədd idi. 
  Albaniyanın  ərazisi  və  sərhədləri  haqqında  antik  müəlliflərin  əsərlərində    bir  çox  məlumatlar  verilmişdi.  Onlardan  yunan 
tarixçisi Strabon Kür çayının Albaniya  ərazisi ilə axaraq dənizə töküldüyünü və Kaspiana vilayətinin Albaniyanın tərkibinə daxil 
olduğunu qeyd edir. Kaspiana vilayəti Kür çayının aşağı axarında, dəniz sahilinə qədər olan ərazidə yerləşirdi. 
Albaniyanın ilk paytaxtı Qəbələ (Kabala) sonra isə Bərdə şəhəri olmuşdu. Albaniyanın yaşayış məntəqələrinin sayı İberiya və 
Atropatenadakı yaşayış məntəqələrinin ümumi miqdarından çox olmuşdur.  
 
Albaniya tayfaları 
Hələ  alban  tayfaları  Azərbaycan  Əhəmənilər  imperiyasının  tərkibində  olarkən  vahid  bir  ad  altında  birləşmişdilər. 
Qaynaqlara  görə  albanlar  26  dildə  danışan  tayfalardan  ibarət  olmuşdu.  Alban  tayfalarının  ən  böyüyü  alban  adı  daşımışdı.  Hətta 
Xəzər dənizinin qədim adlarından biri də Alban  dənizi olmuşdur. Mənbələrdə Albaniya ərazisində, kaspi, kadusi, leq, amard, uti 
  qarqarların  adı  çəkilir.  Onlar  Türkdilli,  Qafqazdilli    İrandilli  tayfalar  idi.  Qədim  alban  tayfalarının  soykökü  əsasən  türk 
mənşəli olmuşdu. Mənbələr bu tayfalar içərisində kaspi tayfaları haqqında daha geniş məlumat vermişdi. Yunan tarixçisi Heredot  
“Tarix” əsərində Əhəmənilər imperiyasına daxil olan xalqlardan bəhs edərkən Azərbaycanın şimalında yaşayan kaspi tayfalarının 
adını çəkir. O, kaspi tayfaları adı altında albanları nəzərdə tuturdu. Kaspilər e.ə V əsrin əvvəllərində İran şahı I Dara  Kserksin 
Yunanıstana  hərbi  yürüşlərində  iştirak  etmişdilər.  E.ə  331-ci  ildə  Qavqamela  döyüşündə  də  albanlar  İran  şahı  III  Daranın 
ordusunun  tərkibində  Makedoniyalı  İsgəndərə  qarşı  vuruşmuşlar.  Bu  gün  Qafqazdilli  tayfaların  nəslindən  olan  udilər    Qəbələ 
rayonunun  Nic  kəndində,  xınalıqlar  –  Quba  rayonunun  Xınalıq  kəndində,  buduqlar  –  Quba  rayonunun  Buduq  kəndində 
yaşamaqdadılar. 
Alban tayfaları 
 
 
 
 
Türkdilli tayfalar 
 
Qafqazdilli tayfalar 
 
İrandilli tayfalar 
 
1.
 
Kaspilər 
2.
 
Kadusilər 
3.
 
Qarqarlar 
4.
 
Amardlar 
 
1.
 
Udilər 
2.
 
Xınalıqlar 
3.
 
Buduqlar 
4.
 
Leqlər 
 
1.
 
Tatlar 
2.
 
Ləzgilər 
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə