Dərsliklərindən


Alan tayfalarının Azərbaycana yürüşləri



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə22/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   124

 
49
 
 
Alan tayfalarının Azərbaycana yürüşləri 
Böyük  Qafqaz  dağlarından  şimalda  yaşayan  tayfalar,  o  cümlədən  alanlar  qənimət  əld  etmək  məqsədi  ilə  Dərbənd  keçidi 
vasitəsilə  Cənubi  Qafqaza  –  Albaniyaya  və  Ön  Asiyaya  dəfələrlə  yürüşlər  etmişdilər.  Bu  zaman  Xəzər  dənizinin  qərb  sahili  və 
Dərbənd keçidi şimal ölkələri ilə Ön Asiya arasında körpü rolunu  oynayırdı. 
 
  Alan tayfalarının Azərbaycana yürüşləri eramızın I-III əsrlərində başlamış və müntəzəm xarakter almışdı. Alan tayfalarının 
Azərbaycana ən böyük yürüşlərindən biri eramızın 72-74-cü illərində olmuşdur. Bu yürüş zamanı onlar qənimət əldə etmək üçün 
cənuba  doğru  üz  tutmuş,  yol  boyu  bir  çox  ölkələri  qarət  edərək  Atropatenaya  daxil  olmuşlar.  Bu  yürüş  nəticəsində  alanlar 
Atropatenanın bir-sıra ərazilərini qarət etmiş, Atropatena padşahı Pakor öz ölkəsini başsız qoyaraq təhlükəsiz yerə qaçmış, ailəsi isə 
alanlara əsir düşmüşdü. Sonra, o, çoxlu pul verərək, ailə üzvlərini geri almışdı. Mədəni inkişaf səviyyəsinə görə albanlardan aşağı 
olan alanların Azərbaycana yürüşləri sonrakı əsrlərdə də davam etmişdir. Alan tayfalarının Azərbaycana yürüşlərini onlara məxsus 
katakomba  qəbirləri  (yeraltı  sərdabələr)  də  sübut  edir.  Albaniya  ərazisində  alan  tayfaları  ilə  əlaqələndirilən  həmin  katakomba 
qəbrləri  Mingəçevirdə və Qəbələdə öyrənilmişdir. Bu abidələr eramızın I-III əsrlərinə aiddir. 
 
QEYD: Karakomba qəbirlərində ölülər iri küplərdə və ya taxta qutularda dəfn edilirdi. Belə qəbrlərə alanlara məxsus silahlar 
(ox ucları, xəncər, qılınc), məişət əşyaları, əmək alətləri və bəzək əşyaları qoyulmuşdur. Arxoloji materiallara əsasən məlum olur ki, 
Albanlar şimal tayfalarına, o cümlədən alan tayfalarına güclü mədəni təsir etmişlər. 
 
 
Albaniyanın ictimai və dövlət quruluşu 
 
Albaniyada  əhali  arasında  əmlak  bərabərsizliyi  var  idi.  Albaniyanın  ictimai  quruluşu  və  əhalisi  arasında  əmlak 
bərabərsizliyinin mövcud olmasını aşağıdakı faktlar sübut edir: 

 
Arxeoloji qazıntılar zamanı aşkar edilmiş yaşayış binalarındakı fərqlər 

 
Qəbir abidələrindən tapılmış əşyalar 

 
Yunan və Roma nüəlliflərinin əsərləri 
  Bəzi yaşayış binaları geniş olub, tikintisində çiy və bişmiş kərpicdən, yonulmuş daşdan istifadə olunurdu. Varlıların evlərinin 
üstü  kirəmitlə  örtülürdü. Yoxsulların evləri isə  çiy  kərpicdən    möhrədən  (qat-qat  qoyulan palçıqdan) tikilimiş, damı torpaq və 
qamışla  örtülmüşdü.  Albaniyada  varlı  və  yoxsul  qəbirlərini  də  oradan  tapılmış  geyim,  qab-qacaq,  əmək  alətləri,  silah,  bəzək 
əşyalarına əsasən bir-birindən asan fərqləndirmək olur. 
 
Albaniyada  dövlətə  Atropatenada  olduğu  kimi  padşah  başçılıq  edirdi.  Strabon  da  bunu  təsdiq  edir.  Əvvəllər  hər  tayfanın 
başında  bir  padşah  var  idi.  Albaniyada  padşahdan  sonra  ən  hörmətli  adam  Ay  məbədinin  kahini  hesab  olunurdu.  Ay  məbədinin 
kahini - əhalisi sıx olan müqəddəs əyalətə başçılıq edirdi. Məbəd qulları da onun ixtiyarında idi.  
 
Albaniyada əhali təbəqələri 
 
Albaniyada əhali dörd təbəqəyə bölünürdü: 

 
Birinci təbəqəyə - padşah, ordu başçısı  hakim daxil idi. 

 
İkinci təbəqəyə - din xadimləri (kahinlər) daxil idi. 

 
Üçüncü təbəqəyə - hərbçilər  əkinçilər daxil idi. 

 
Dördüncü təbəqəyə - təsərrüfatda işləyən adi adamlar daxil idi. 
  Albaniyada azad adamlar əsasən kənd təsərrüfatı, sənətkarlıq   ticarətlə məşğul olurdular. Azad adamlar ölkədə maddi və 
mənəvi  nemətlərinin  yaradıcıları  hesab  olunurdu.  Atropatenada  və  Albaniyada  qul  əməyindən  istifadə  olunsa  da  qədim  Şərqin 
quldar dövlətlərinidəki qədər geniş istifadə olunmamışdı. Ölkədə qul əməyindən aşağıdakı sahələrdə istifadə olunurdu: 

 
Kənd təsərrüfatında 


 
50
 

 
Sənətkarlığın bəzi sahələrində 

 
Padşah mülklərində və malikanələrində 

 
Yuxarı təbəqələrini təsərrüfat sahələrində 
    
 
Albaniya ordusu 
 
Albanlar  cəsur  döyüşçülər  hesab  olunurdular.    Vətən  təhlükədə  olarkən  əli  silah  tutan  bütün  kişilər  müdafiəyə  qalxırdı. 
Albanlar döyüş vaxtı zirehli paltar geyir, dəbilqə qoyur, nizə, ox  mizraqla silahlanır, qalxanlardan istifadə edirdilər. Arxeoloji 
qazıntılar  zamanı  çoxlu  belə  silah  nümunələri  tapılmışdır.  Antik  müəlliflər  qeyd  edirki,  Roma  sərkərdəsi  Pompeyin  Albaniyaya 
yürüşü zamanı albanlar romalılara qarşı 60 min piyada, 22 min atlı döyüşçü çıxarmışdılar.Albanlar hərbi işdə istifadə etmək üçün 
çoxlu at ilxıları saxlayırdılar. Mənbələr qeyd edirdi ki, albanlar öz qonşusu olan iberlərdən daha böyük ordu təşkil edə bilirdilər. 
 
 
 
 
 
Albaniyanın təsərrüfatı 
 
Yunan-Roma müəllifləri Albaniya torpaqlarının çox bərəkətli olduğunu yazırlar. Düzənlikdəki əkin sahələri yaxşı suvarılırdı. 
Ümuniyyətlə, qədim Albaniya təsərüfatına aiddir: 

 
Əkinçiliklə,  maldarlıqla,  bağçılıqla, üzümçülüklə məşğul olur, buğda, arpa və darı yetişdirirdilər 

 
Taxılı  dəmir  oraqla  biçir  və  xırmanda  ağac  vəllə  döyür,  sonra  iri  xüsusi  quyularda  və  saxsı  küplərdə  saxlayırdılar 
(Qəbələ, Mingəçevir və Şamaxıda belə taxıl quyuları və dəmir oraqlar aşkar olunmuşdu) 

 
Eramızın ilk əsrlərində su dəyirmanlarından istifadə edirdilər 

 
Bağçılıq və bostançılıq inkişaf etmiş, təsərrüfatda üzümçülük  şərabçılıq xüsusi yer tutmuşdu (Qəbələ  Şamaxıdan 
arxeoloji qazıntılar zamanı aşkarlanmış şərab istehsalı emalatxanalarının qalıqları və şərab saxlamaq üçün istifadə edilən 
iri küplər bunu təsdiq edir) 

 
Ölkədə maldarlığın inkişafı üçün əlverişli şərait var idi (albanlar at ilxıları, ağ keçi və dəvə saxlayırdılar) 

 
Balıqçılıq da təsərrüfatda mühüm yet tutmuşdu (yunan müəllifi Elian albanların balıq piyindən sürtkü yağı, içalatından 
isə yapışqan hazırlamasını qeyd etmişdir) 
 
 
 
Alban ordusuna aid xüsusiyyətlər 
 
 
 
 
 
 
 
 
Öz qonşusu olan iberlərdən daha böyük ordu 
təşkil edə bilirdilər 
 
 
 
 
 
 
 
 
 
Döyüş vaxtı zirehli paltar geyir, qalxanlardan 
istifadə edirdilər 
 
 
 
 
 
 
 
 
Döyüşdə dəbilqə qoyur, nizə, ox və mizraqla 
silahlanırdılar 
 
 
 
 
 
 
 
 
Hərbi işdə istifadə etmək üçün çoxlu at ilxıları 
saxlayırdılar
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə