Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə7/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   124

 
15
 

 
Daha güclü tayfa birlikləri əlverişli təbii şəraiti, münbit torpağı olan ərazilərə yiyələndilər 

 
Tayfalar  daxilində  güclü  təbəqələşmə  getdi,  güclü  ailələr,  tayfa  başçıları,  hərbçi  və  kahinlər  çoxlu  var-dövlətə  sahib 
oldular (Onlar təsərrüfatlarında əlavə işçi qüvvəsindən istifaə edirdilər) 

 
İcmanın  daha  münbit  əkin  sahələrini,  əsas  otlaqlarını,  mal-qarasını  varlı  ailələr  ələ  keçirirdi  (Gəncə  yaxınlığında   
Qarabağda belə varlı ailələrin yaşayış binalarının qalıqları aşkar edilmişdir) 

 
Tayfa başçıları ilahiləşdirildi. İbtidai icma quruluşunun sonlarında Tayfa başçılarının ilahiləşdirilməsinə gətirib çıxarmış 
amillər bunlar idi: 
1)
 
Tayfa başçılarının hakimiyyətinin qüvvətlənməsi 
2)
 
Dini və hərbi rəhbərliyin tayfa ağsaqqallarının əlində cəmləşməsi 

 
Cəmiyyətin həyatında hərbi iş mühüm yer tutdu (Qəbirlərdən tapılmış silahlar bunu sübut edir) 

 
İncəsənət yüksək inkişaf etdi 
QEYD:  Cənubi  Azərbaycanın  Yaxın  Şərqin  mədəniyyət  ocaqları  ilə  sıx  əlaqədə  olması  burada  ibtidai  icma  quruluşunun 
şimala  nisbətən  daha  tez  dağılmasına  və  daha  erkən  quldar  dövlətlər  yaranmasına  səbəb  oldu.  E.ə  II  minilliyin  axırı  –  I 
minilliyin əvvəllərində  isə Azərbaycanın şimalında da ibtidai icma quruluşu dağılmağa başladı.  
 
 
 
 
 
 
Xronologiya 
 
2-3 milyon il b.ə 
Dünyada ilk dəfə olaraq Şərqi Afrikada ilk insan dəstəsinin meydana gəlməsi
 
1,5 milyon il b.ə 
Azərbaycanda ilk insan dəstəsinin meydana gəlməsi 
700 min il b.ə 
Azıx mağarasından ocaq izlərinin tapılması 
350-400 min il b.ə 
Azıx adamının – “Azıxantrop”un yaşaması  
100 min il b.ə  
Yer üzündə soyuqlaşmanın başlaması 
100 min il b.ə 
Alt Paleolit dövrü 
e.ə.100-40 min il b.ə 
Orta Paleolit dövrü 
e.ə 40-12-ci minilliklər 
 Üst Paleolit dövrü 
e.ə.13-cü minillik 
Yer üzündə soyuqlaşmanın  istiləşmə ilə əvəz olunması 
e.ə XII-VIII  minilliklər 
Mezolit (Orta Daş) dövrü 
e.ə VII-VI minilliklər 
Neolit (Yeni Daş) dövrü 
e.ə IV-IV minilliklər 
Eniolit (Mis-daş) dövrü 
e.ə V minillik 
Cəlilabad rayonunda  Əliköməktəpə yaşayış yerindən əhilləşdirilmiş at sümükləri aşkar edilməsi 
e.ə IV-III minilliklər 
Erkən Tunc dövrü 
e.ə III-II minilliklər 
Orta Tunc dövrü 
3500 il bundan əvvəl 
Naxçıvan şəhərinin əsasının qoyulması 
e.ə II m.sonu – I m.əvvəli 
Azərbaycanın şimalında ibtidai icma quruluşunun dağılmasının sürətlənməsi 
e.ə XIV- VIII əsrlər 
Son Tunc və Erkən Dəmir dövrü 
e.ə VII əsr 
Azərbaycanda dəmirdən geniş istifadə olunmağa başlanılması 
 


 
16
 
 
İLK TAYFA BİRLİKLƏRİ, DÖVLƏT QURUMLARI VƏ DÖVLƏTLƏR
 
 
İlk tayfa birlikləri 
 
İlk tayfa birliklərinin meydana gəlməsi 
Azərbaycanın  ayrı-ayrı  bölgələrində  bir-biri  ilə  qohum  olan  qədim  tayfalar  yaşayırdı.  Urmiya,  Naxçıvan,  Gəncəçay  və.b 
ərazilərdə  kiçik  tayfalar  vahid  mərkəz  ətrafında  birləşərək  iri  tayfa  ittifaqı  yaratmışlar.  Həmin  tayfa  ittifaqları  qala  şəhərləri 
salmışdılar.  Urmiyada  –  Göytəpə,  Həsənli,  Naxçıvanda  II  Kültəpə,  Şahtaxtı,  Oğlanqala,  Sədərək,  Qarabağda  Üzərliktəpə, 
Qaraköpəktəpə belə qədim qala şəhərlərindən olmuşdur. 
 
E.ə III-II minillikdə, Tunc dövründə Azərbaycanda meydana gəlmiş qədim tayfa və tayfa birliklərinə aiddir: 

 
Nisbətən zəif tayfalara basqınlar edərək özünə birləşdirir, iri tayfa ittifaqları yaradırdı. 

 
Təsərrüfatında əkinçilik və maldarlıq mühüm yer tuturdu. 

 
Əkinçi tayfalar məhsuldar çay vadilərində, maldar tayfalar isə dağlıq  dağətəyi ərazilərdə məskunlaşmışdı. 

 
Aralarında yeni otlaq sahələri ələ keçirmək uğrunda mübarizə gedirdi. 

 
Mesopatomiya ilə sıx mədəni-iqtisadi əlaqədə saxlayırdılar. 
QEYD:  E.ə  III-II  minillikdə  yaşamış  qədim  Azərbaycan  tayfaları  haqqında  ilk  yazılı  məlumat  şumer  dastanlarında  və  mixi 
yazılarında verilmişdir.  
 
  E.ə III-II minilliklərdə yaşamış Azərbaycan türk tayfaları 
  E.ə  III-II  minilliklərdə  türk  tayfaları  Azərbaycanın  əsas  yerli  sakinləri  olmuşdu.  Bu  dövrdə    yaşamış  həmin  tayfaları 
aşağıdakılar idi: 

 
Kuti - Urmiya gölünün qərbində məskunlaşmışdılar. 

 
Lullubi - Urmiya gölünün cənubunda məskunlaşmışdılar. 

 
Turukki - Urmiya gölünün cənubunda məskunlaşmışdılar. 

 
Su - Urmiya gölünün cənubunda məskunlaşmışdılar. 

 
Naxç  - Naxçıvan və Mil-Qarabağda yaşayırdılar. 

 
Gərgər - Naxçıvan və Mil-Qarabağda yaşayırdılar. 
 
E.ə III-II minilliklərdə Urmiya gölü ətrafında yaşayan türk tayfaları 
 
 
 
 
 
 
turruki
 
 
kuti
 
su 
 
lullubi
 
 
 
II  BÖLMƏ 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə