Dərsliklərindən


Orta Tunc dövründə meydana gələn yeni təsərrüfat sahələri



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə6/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   124

 
13
 
Orta Tunc dövründə meydana gələn yeni təsərrüfat sahələri 
 
 
 
Orta Tunc dövründə şərqin ilkin yaşayış mərkəzləri səviyyəsinə qədər yüksəlmiş yaşayış mərkəzləri 
 
 
 
 
Son Tunc və Erkən Dəmir dövrü   
 
Son Tunc dövrü  e.ə XIV –XII əsrləri əhatə edir. Son Tunc dövründə cəmiyyətin həyatında yaranmış mühüm yeniliklər e.ə 
XI  –  VIII  əsrləri  əhatə  edən  Erkən  Dəmir  dövründə  daha  güclü  şəkildə  inkişaf  etdi.  Buna  görə  də  Azərbaycanda  Son  Tunc  və 
Erkən Dəmir dövrü bir yerdə öyrənilmişdir. Tunca nisbətən daha möhkəm keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri 
və silahlar yeni yüksəlişə səbəb oldu. Son Tunc və Erkən Dəmir dövründə:  

 
Müdafiə tikililəri hesab olunan siklopik qalalar meydana gəldi 

 
Daha  davamlı  yaşayış  və  təsərrüfat  binaları  tikilir,  binaların  bünövrəsi  çaydaşıları  və  ya  qaya  parçalarından  qoyulur, 
divarları  isə  çiy  kərpicdən  hörülür,  düşmən  hücumundan  qorunmaq  üçün  yaşayış  məskənlərinin  ətrafına  qalın  müdafiə 
divarları çəkilirdi 

 
Atdan  minik  və  qoşqu    vasitəsi,  dəvədən  minik  vasitəsi  və  yük  daşınmasında  geniş  istifadə  edildi,  at  insanların  həyatında 
böyük rol oynadığı üçün  ata sitayiş ayini meydana gəldi 

 
Əkinçilikdə  buğda,  arpa,  darı  və.s  bitkilərin  bir  neçə  növü  becərilir,  taxıl  tunc  və  dəmir  oraqlarla  biçilir, dən  daşları  ilə 
üyüdülür, iri küplərdə və quyularda saxlanılırdı 

 
Süni suvarma sayəsində bağçılıq, bostançılıq, üzümçülük  şərabçılıq daha da inkişaf etdi 

 
Dlusçuluq xüsusi yer tutdu, saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə olundu  

 
Üçüncü  ictimai  əmək  bölgüsü  nəticəsində  -  sənətkarların  içərisindən  sənətkar-tacirlər  qrupu  ayrılaraq  sonralar  hazır 
məhsulların satışı ilə məşğul olan peşəkar tacirlərə çevrildilər 

 
Tayfa  başçılarının  hakimiyyətinin  qüvvətlənməsi,  dini  və  hərbi  rəhbərliyin  onların  əlində  cəmləşməsi  –  bu  şəxslərin 
ilahiləşdirilməsinə gətirib çıxartdı 

 
Dini  etiqadlar  və  mərasimlər  içərisində  oda,  suya,  dağa,  meşələrə  və  heyvanlara  inam  geniş  yayıldı  və  səma  cisimlərinə 
(Günəşə, Aya, ulduza) inam dərin kök saldı 

 
Tayfalar qonşu ölkələrlə  xammal  və  hazır  məhsullarla  geniş ticarət apardı (Ölkənin zəngin  filiz  yataqları,  cins at  növləti, 
sənətkarlıq nümunələri ticarətdə böyük rol oynayırdı) 

 
Azərbaycan Ön Asiya, Yaxın Şərq, xüsusilə Assuriya ilə quru və su yolları (Kür-Araz çayları və Xəzər dənizi) vasitəsi ilə 
geniş  ticarət  əlaqələri  saxlayırdı.  Azərbaycandan  tapılmış  Assuriya  istehsalı  olan  şirli  gil  qablar,  möhürlər,  silahlar   
 
Urmiya (Göytəpə
 
Naxçıvan  
(II Kültəpə, Oğlanqala) 
 
 
Qarabağ (Üzərliktəpə) 
 
Bağçılıq  
 
Bostançılıq 
 
 
Üzümçülük 
 
Şərabçılıq 
 


 
14
 
bəzək  əşyaları  Azərbaycanın  Assuriya  ilə  ticarət  əlaqələrini  sübut  edir.  Onladan  biri  də  Xocalıdan  tapılan,  üzərində  mixi 
xətlə  Assuriya  padşahı  Adadnirarinin  adı  yazılmış  muncuqdur.  Qobustan  qayaları  üzərində  həkk  edilmiş  müxtəlif    gəmi 
təsvirləri də Azərbaycanın ticarət əlaqələrini əyani sübut edir. 

 
İbtidai icma quruluşu dağılmağa başladı 
QEYD: E.ə VII ərdən başlayaraq Azərbaycanda dəmirdən geniş istifadə olundu. Tunc və dəmir alətlərdən istifadə 
ibtidai icma quruluşunun dağılmasını sürətləndirmişdi. 
 
 
 
Azərbaycan ərazisində ibtidai  icma dövrünün ilk insan məskənləri və abidələri 
 
Paleolit 
Qarabağda – Azıx və Tağlar Kəlbəcərdə - Zar Naxçıvanda – Qazma Qazaxda – Daşsalahlı 
və Damcılı Lerikdə - Buzeyir mağarası 
Mezolit 
Qobustanda - Firuz və Qazaxda – Damcılı mağaraları 
 
Neolit 
Bu  dövrün  yaşayış  məskənləri  Təbriz  yaxınlığında,  Gəncə,  Qazax  və  Qobustanda  tədqiq 
edilmişir 
Enolit 
Qobustan vəCəlilabadda  Əliköməktəpə abidələri. Gəncə-Qazax, Mil-Qarabağ, Muğan, 
Maxçıvan bölgələrində, Urmiya gölü ətrafında və Təbriz yaxınlığında tədqiq edilmişdir 
Erkən Tunc dövrü  Xaçmaz rayonunda Sərkərtəpə, Qazax rayonunda Babadərviş və Naxçıvan yaxınlığında 
 I Kültəpə yaşayış yerləri 
Orta Tunc dövrü 
Naxçıvanda II Kültəpə, Oğlanqala, Urmiya sahilində Göytəpə, Qarabağda Üzərliktəpə
 
 
 
 
Azərbaycanda ibtidai icma quruluşunun dağılması 
E.ə  II  minilliyin  axırı  –  I  minilliyin  əvvəllərində    ibtidai  icma  quruluşunun  dağılması  sürətləndi.  Bu  dövrdə  yəni,  ibtidai 
icma quruluşunun sonlarında Azərbaycanda: 

 
Əhalinin yoxsullara və varlılar ayrılması daha da artdı 

 
Cənub ərazisində dövlət qurumları olduğu halda, şimal hissəsində  iri tayfa ittifaqları mövcud idi 
Siklopik qalalar 
meydana gəldi 
 
Ata sitayiş ayini 
meydana gəldi 
 
Azərbaycan Ön Asiya, 
Yaxın Şərq, xüsusilə 
Assuriya ticarət əlaqələri 
saxlayırdı
 
Son Tunc və  
Erkən Dəmir 
dövrü 
 
Ayaqla hərəkətə 
gətirilən dulus çarxı 
ixtra olundu 
 
Səma cisimlərinə 
(Günəşə, Aya, ulduza) 
inam dərin kök saldı 
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə