Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə5/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   124

 
11
 

 
Birinci ictimai əmək bölgüsünün nəticəsində - əkinçilik maldarlıqdan ayrılaraq müstəqil peşəyə çevrildi 

 
Əkinçilik sahəsində bir çox dəyişikliklər baş verdi: toxa əkinçiliyi məhsuldarlığı xeyli yüksəldən xış əkinçiliyi ilə əvəz 
olundu, əkin sahələri genişləndi, süni suvarma yarandı 

 
Atdan istifadə  və davarların  sayının artması nəticəsində  maldarlığın  yeni sahəsi – köçmə  (yaylaq) maldarlığı  meydana 
gəldi 

 
Əhali sənətkarlığın dulusçuluq, metalişləmə, toxuculuq və.s sahələri ilə məşğul oldu, dulusçuluq daha çox inkişaf etdi, 
hazırlanan saxsı qab nümunələrinin forma və bədii tərtibatına xüsusi diqqət yetrildi, qoyunçuluğun inkişafı toxuculuğu 
genişləndirdi 

 
Dəfn adətində bir çox dəyişikliklər baş verdi – ölülər yaşayış məskənindən kənarda dəfn edilir, bəzi qəbirlərin üzərində 
kurqanlar (torpaq təpələr) qurulur, ölüyandırma və kollektiv dəfnetmə adəti meydana gəldi, dini ayinlərin icrası üçün 
ibadətgahlar tikildi (Xaçmaz rayonunda Sərkərtəpə, Qazax rayonunda Babadərviş   Naxçıvan yaxınlığında I Kültəpə 
yaşayış yerlərində belə mehrabı olan ibadət evləri aşkar edilmişdir). 
 
 
Erkən Tunc dövründə dairəvi planda ibadət evləri aşkar edilmiş  düşərgələr 
 
 
Erkən Tunc dövründə cəmiyyətdə baş vermiş dəyişikliklər 
 
 
 
 
 
 
 
 
 
Əhalinin yaşayışında baş 
vermiş dəyişikliklər 
 
Əhalinin təsərrüfatında baş 
vermiş dəyişikliklər
 
Əhalinin dini baxışlarında 
baş vermiş dəyişikliklər
 
Əhalinin sayı artdı, onlar dağətəyi  və  dağlıq zonalarda  məskən saldılar, evlər  çay 
kənarlarında  və  düşməndən  müdafiə  olunmaq  üçün  əlverişli  yerlərdə  salındı, 
yaşayış evləri dairəvi planda, bünövrəsi daşdan və divarları çiy kərpicdən tikilirdi 
 
Əkinçilik  maldarlıqdan  ayrılaraq  müstəqil  peşəyə  çevrildi,  toxa  əkinçiliyi  xış 
əkinçiliyi  ilə  əvəz  olundu,  əkin  sahələri  genişləndi,  süni  suvarma  yarandı,  Atdan 
istifadə nəticəsində köçmə (yaylaq) maldarlığı meydana gəldi 
 
Ölünü  yaşayış  məskənlərinin  kənarında  dəfn  edilirdi,  ölüyandırma  və  kollektiv 
dəfnetmə adəti yarandı, bəzi qəbirlər üzərində kurqanlar qurulurdu 
 
Sərkərtəpə (Xaçmazda) 
 
Babadərviş (Qazaxda) 
 
I Kültəpə (Naxçıvanda)
 
 


 
12
 
Eneolit və Tunc dövründə dövründə yaşayış binaları səciyyəvi cəhətlər 
 
Eneolit dövrü 
Tunc dövrü 

 
Əhali artdı və daha geniş ərazilərdə məskunlaşdı  

 
Yaşayış  məskələri  çay  kənarında,  əkinçilik  və 
maldarlıq üçün əlverişli yerlərdə salınırdı 

 
Yaşayış binaları və təsərrüfat tikililəri çiy kərpicdən 
və möhrədən dairəvi planda tikilirdi 

 
Evləri qızdırmaq və yemək hazırlamaq üçün evin 
ortasında və ya divarında ocaq qurulurdu 

 
Əhali artdı və daha geniş ərazilərdə məskunlaşdı 

 
Əhali dağətəyi və dağlıq zonalarda məskən saldılar 

 
Evlər  çay  kənarlarında  və  düşməndən  müdafiə 
olunmaq üçün əlverişli yerlərdə salınırdı 

 
Yaşayış  evləri  dairəvi  planda,  bünövrəsi  daşdan  və 
divarları çiy kərpicdən tikilirdi 
 
 
 
Orta Tunc dövrü 
 
Orta Tunc dövrü – e.ə III minilliyin sonları və e.ə II minilliyin əvvəllərində başlamış – II minilliyin ortalarına qədər davam 
etmişdir. Orta Tunc dövründə: 

 
Sosial və əmlak bərabərsizliyi artdı, tayfalararası əlaqələr genişləndi 

 
Kənd tipli yaşayış məskənləri ilə yanaşı iri yaşayış məskənləri - ilkin şəhər mərkəzləri yarandı   

 
Naxçıvan  və  Urmiya  bölgəsindəki  bəzi  yaşayış  məskənləri  Qədim  Şərqin  ilkin  şəhər    mərkəzləri  səviyyəsinə  qədər 
yüksəldi.  Naxçıvanda  II  Kültəpə,  Oğlanqala,  Urmiya  sahilində  Göytəpə,  Qarabağda  Üzərliktəpə  düşərgələrində  ilkin 
şəhər tipli yaşayış məskənləri aşkar edilmişdi 

 
Qədim Naxçıvan şəhəri yarandı (e.ə 3500 il bundan əvvəl) 

 
Bağçılıq  bostançılıq kimi yeni təsərrüfat sahələriüzümçülük  şərabçılıq meydana gəldi 

 
Maldarlığın inkişafı tayfalararası ticarətin artmasına şərait yaratdı, mübadilə yarandı 

 
İkinci  ictimai  əmək  bölgüsü  nəticəsində  sənətkarlıq  başqa  istehsal  sahələrindən  (maldarlıq  və  əkinçilikdən)  ayrılaraq 
müstəqil sahəyə çevrildi (Bu dövrdə sənətkarlığın müstəqil sahəyə çevrildiyini Naxçıvan yaxınlığındakı II Kültəpədən 
tapılmış dulusçuluq məhəlləsi və dulus sobaları da təsdiq edir) 

 
Dulusçuluqda  müəyyən  dəyişikliklər  baş  verdi  –  dulusçular  davamlı  və  rəngli  –  boyalı  saxsı  qablar  hazırlamağa 
başladılar (Ona görə də bu dövrdə Azərbaycan Yaxın Şərqdə Boyalı qablar mədəniyyəti ilə tanınırdı) 

 
Metalişləmə  sahəsində  xeyli  yeniliklər  və  irəlləyişlər  baş  verdi  –  sənətkarlar  əridilmiş  metalı  xüsusi  qəliblərə  tökərək  
müxtəlif əmək alətləri, silah, bəzək əşyaları hazırlamağa başladılar 

 
Metaldan geniş istifadə olunsada, daşişləmə sənəti müəyyən qədər öz mövqeyini saxladı (bunu sənətkarların dəvəgözü  
çaxmaqdaşından oraq və baltalar düzəltməyi sübut edir) 

 
Ovçuluq  balıqçılıq köməkçi məşğuliyyət sahələrinə  çevrildi 

 
Qəbilə  və  tayfalar  böyük  tayfa  ittifaqlarında  birləşdi,  soykökü  etibarı  ilə  bir-birinə  yaxın  olan  kiçik  tayfalar  varlı  və 
güclü tayfaların ətrafında birləşməyə başladılar 

 
Tayfanın  varlı  üzvləri  və  tayfa  başçıları  icmaya  məxsus  əmlakın  çox  hissəsini  mənimsəməyə,  ölərkən  isə  zəngin  ev 
əşyaları və silahları ilə birlikdə dəfn olunmağa başlanıldı (yoxsul tayfa üzvlərinin qəbirlərinə isə az miqdarda avadanlıq 
qoyulurdu) 
 
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə