Dərsliklərindən


Enolit dövrü - Daş dövründən Tunc dövrünə keçid



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə4/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   124

 
9
 
Enolit dövrü - Daş dövründən Tunc dövrünə keçid  
Eneolit (Mis Daş) dövrü  –  e.ə VI-IV minillikləri əhatə edir. Enolit dövrü - Daş dövründən Tunc dövrünə keçid  dövrü hüsab 
olunur. Bu dövrün yaşayış məskənləri Gəncə-Qazax, Mil-Qarabağ, Muğan, Maxçıvan bölgələrində, Urmiya gölü ətrafında  
Təbriz yaxınlığında tədqiq edilmişdir. Eneolit dövründə: 

 
İnsanlar ilk dəfə metalla tanış oldu (Bu metal mis olub, ondan əmək alətləri hazırlanırdı). 

 
Metaldan  istifadə  olunsa  da  daş  alətlər  yenə  də  təsərrüfat  və  məişətdə    üstün  yer  tuturdu.
  Yəni  bu  dövrdə  misdən  geniş 
istifadə olunmamışdır. Çünki mis yumşaq, kövrək olduğundan ondan hazırlanan alətlər tez sıradan çıxırdı. Həm də mis 
az tapılırdı. Ona görə də təsərrüfatda, məişətdə daş alətlər üstün yer tuturdu. 
 

 
Əhali artdı və daha geniş ərazilərdə məskunlaşdı. Yaşayış məskələri çay kənarında, əkinçilik və maldarlıq üçün əlverişli 
yerlərdə  salınırdı.  Yaşayış  binaları  və  təsərrüfat  tikililəri  çiy  kərpicdən  və  möhrədən  dairəvi  planda  inşa  olunurdu. 
Belə 
evlərdə  qoşa  nigaha  əsaslanan  ailələr  yaşayırdılar.  İcma  torpağında  birgə  çalışan  bu  ailələr  ümumi  məhsul  bölgüsündən 
aldıqları pay hesabına dolanırdılar.
 

 
Eneolit  dövründə  toxa  əkinçiliyi  daha  da  inkişaf  etdi.  Taxıl  kəsici  daş  lövhələrdən  hazırlanmış  oraqla  biçilirdi.  Taxıl 
ehtiyatı iri saxsı küplərdə saxlanılırdı.
 

 
 
Əhali əkinçilik, maldarlıq, balıqçılıqla yanaşı, dulusçuluq, daşişləmə, sümükişləmə, toxucululaq məşğul olurdu 

 
Taxıl daş lövhələrdən hazırlanan oraqla biçilir və taxıl ehtiyyatları iri saxsı qablarda saxlanılırdı 

 
Maldarlıq təsərrüfatı xeyli inkişaf etdi, bizə  məlum olan bütün ev heyvanları  əhilləşdirildi.
  Əhali  təsərrüfatlarda  qaramal 
və davar* saxlayırdılar.
 
Azərbaycanda  ilk  dəfə  atın  əhilləşdirilməsinə  başlanıldı  (Cəlilabad  rayonunda  –  Əliköməktəpə 
yaşayış yerindən e.ə V minilliyə aid tapılmış əhilləşdirilmiş at sümükləri bunu sübut edir) 

 
Ovçuluq və balıqçılıq əhalinin ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrildi. 

 
Sənətkarlıq  əhalinin  məşğuliyyətində  mühüüm    yer  tutdu.
  Sənətkarlar  gildən  saxsı  qablar,  daş,  sümük  və  misdən  əmək 
alətləri,  məişət  və  bəzək əşyaları hazırlayırdılar.  Sümükdən hazırlanmış iy* ucluqları qədim əhalinin toxuculuqla  məşğul 
olduğunu göstərir
 

 
İctimai həyatda ana hüququ, qadınların mövqeyi qalmaqda davam etdi (Bunu Eneolit dövrünə aid düşərgələrdən tapılmış 
qadın heykəlləri də sübut edir) 

 
Cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayırdı 

 
Dəfn adətlərində dəyişikliklər baş verdi - ölülər yaşayış məskənindəbinaların arasında və evlərin içərisində dəfn olunur, 
onların  üzərində  qan  rəmzi  sayılan  qırmızı  boya  –  orxa  səpilirdi.  Əhalinin    həyatında  müxtəlif  dini  ayinlər,  ovsun 
mərasimləri  müəyyən yer tutmuşdu (Bunu Qobustandakı dini mərasimləri əks etdirən qayaüstü rəsmlər təsdiq edir) 
 
QEYD:  Eneolit  dövrünün  son  mərhələsində  (e.ə  IV  minilliyin  birinci  yarısında)  mealişləmənin  inkişafının  yeni  dövrü 
başladı və  tunc dövrünə keçidin əsası qoyuldu. 
 
Eneolit dövründə dəfn adətlərində baş vermiş dəyişikliklər 
 
 
Ölülər yaşayış məskənində  binaların 
arasında evlərin içərisində dəfn 
olunurdu 
 
Ölülər üzərində qan rəmzi sayılan 
qırmızı boya – orxa səpilirdi 
 


 
10
 
 
 
 
 
Tunc və Erkən dəmir dövrü 
 
 
Tuncun əldə edilməsi 
 
 
Eneolit  dövründə  kəşf  olunan  misdən  hazırlanan  ələtlər  davamsız  və  tez  xarab  olduğundan  onun  davamlılığını  artırmaq 
məqsədilə  misin tərkibinə - mərgümüş, sürmə, nikel  qalay qarışdırılaraq tunc adlı yeni metal alındı. Beləliklə, əmək alətlərinin, 
silahların, məişət və bəzək əşyalarının çoxu tuncdan hazırlandığından bu dövr Tunc dövrü adlanır.  E.ə IV minilliyin II yarısında 
Eneolit dövrü Tunc  dövrü  ilə  əvəz  olundu.  Azərbaycanda  Tunc  dövrü  e.ə  II  minilliyə  qədər davam etmişdir. Tunc  dövrü ibtidai 
icma quruluşunun inkişaf tarixində çox mühüm yer tutur. Belə ki, Tunc dövründə: 

 
Ağır zəhmət tələb edən kişi əməyi ön plana keçdi 

 
Anaxqanlığı ataxaqanlığı ilə  əvəz olundu 

 
Əmlak və sosial bərabərsizlik meydana gəldi 

 
Böyük tayfa və  tayfa birləşmləri yarandı 
 
Tunc dövrününün özü də şərti olaraq üç dövrə bölünür: Erkən Tunc dövrü, Orta Tunc dövrü  Son Tunc dövrü
 
 
Erkən Tunc dövrü 
 
Erkən Tunc dövrü – e.ə IV minilliyin II yarsından - e.ə III minilliyin sonuna qədər davam etmişdir. Bu dövr Azərbaycanda 
Kür-Araz  mədəniyyəti  kimi  səciyyələnir.  Azərbaycanda  Erkən  Tunc  dövrü  insanlarının  həyatı  Qarabağda,  Naxçıvanda, 
Xaçmazda,  Qazaxda,  Şəmkirdə,  Qobustanda,  Urmiya  ərazisində  və.b  böldələrdə  tapılmış  zəngin  materiallar  əsasında 
öyrənilmişdir. Erkəm Tunc dövründə Azərbaycanda: 

 
Əhalinin sayı artdı, onlar dağətəyi və dağlıq zonalarda məskən saldılar 

 
Yaşayış məskənləri çay kənarlarında və düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salınırdı 

 
Yaşayış evləri dairəvi planda olur, bünövrəsi daşdan və divarları çiy kərpicdən tikilirdi 

 
Təsərrüfatda kişilərin rolu atrmağa başladı 
Əhali artdı və daha 
geniş ərazilərdə 
məskunlaşdı 
 
Yaşayış məskələri 
çay kənarında, 
salınırdı 
 
Qoşa nigaha 
əsaslanan ailələr 
yarandı 
 
İnsanlar ilk dəfə 
metalla tanış  
oldu
 
Eneolit 
dövrü 
 
Azərbaycanda ilk 
dəfə at  
əhilləşdirildi  
 
“Toxa əkinçiliyi” 
meydana gəldi
 
 
Sənətkarlıq əhalinin 
məşğuliyyətində əsas 
yer tutdu 
 
Ovçuluq, balıqçılıq II   
dərəcəli məşğuliyyət 
sahəsinə çevirildi 
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə