9
Enolit dövrü - Daş dövründən Tunc dövrünə keçid
Eneolit (Mis Daş) dövrü
– e.ə VI-IV minillikləri əhatə edir. Enolit dövrü -
Daş dövründən Tunc dövrünə keçid dövrü hüsab
olunur. Bu dövrün yaşayış məskənləri
Gəncə-Qazax, Mil-Qarabağ, Muğan, Maxçıvan bölgələrində, Urmiya gölü ətrafında və
Təbriz yaxınlığında tədqiq edilmişdir. Eneolit dövründə
:
•
İnsanlar ilk dəfə metalla tanış oldu (Bu metal
mis olub, ondan əmək alətləri hazırlanırdı).
•
Metaldan istifadə olunsa da
daş alətlər yenə də təsərrüfat və məişətdə üstün yer tuturdu.
Yəni bu dövrdə misdən geniş
istifadə olunmamışdır. Çünki mis yumşaq, kövrək olduğundan ondan hazırlanan alətlər tez sıradan çıxırdı. Həm də mis
az tapılırdı. Ona görə də təsərrüfatda, məişətdə daş alətlər üstün yer tuturdu.
•
Əhali artdı və daha
geniş ərazilərdə məskunlaşdı. Yaşayış məskələri
çay kənarında, əkinçilik və maldarlıq üçün əlverişli
yerlərdə salınırdı. Yaşayış binaları və təsərrüfat tikililəri
çiy kərpicdən və
möhrədən dairəvi planda inşa olunurdu.
Belə
evlərdə
qoşa nigaha əsaslanan ailələr yaşayırdılar. İcma torpağında birgə çalışan bu ailələr ümumi məhsul bölgüsündən
aldıqları pay hesabına dolanırdılar.
•
Eneolit dövründə toxa əkinçiliyi daha da inkişaf etdi. Taxıl kəsici daş lövhələrdən hazırlanmış oraqla biçilirdi. Taxıl
ehtiyatı iri
saxsı küplərdə saxlanılırdı.
•
Əhali əkinçilik, maldarlıq, balıqçılıqla yanaşı,
dulusçuluq, daşişləmə, sümükişləmə, toxucululaq məşğul
olurdu
•
Taxıl
daş lövhələrdən hazırlanan
oraqla biçilir və taxıl ehtiyyatları iri
saxsı qablarda saxlanılırdı
•
Maldarlıq təsərrüfatı xeyli inkişaf etdi, bizə məlum olan bütün ev heyvanları əhilləşdirildi.
Əhali təsərrüfatlarda qaramal
və
davar* saxlayırdılar.
Azərbaycanda ilk dəfə
atın əhilləşdirilməsinə başlanıldı (Cəlilabad rayonunda –
Əliköməktəpə
yaşayış yerindən
e.ə V minilliyə aid tapılmış əhilləşdirilmiş at sümükləri bunu sübut edir)
•
Ovçuluq və
balıqçılıq əhalinin
ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrildi.
•
Sənətkarlıq əhalinin məşğuliyyətində mühüüm yer tutdu.
Sənətkarlar gildən saxsı qablar, daş, sümük və misdən əmək
alətləri, məişət və bəzək əşyaları hazırlayırdılar. Sümükdən hazırlanmış
iy* ucluqları qədim əhalinin toxuculuqla məşğul
olduğunu göstərir
•
İctimai həyatda ana hüququ, qadınların mövqeyi qalmaqda davam etdi (Bunu Eneolit dövrünə aid düşərgələrdən tapılmış
qadın heykəlləri də sübut edir)
•
Cəmiyyətin həyatında
icma ağsaqqalları şurası mühüm rol oynayırdı
•
Dəfn adətlərində dəyişikliklər baş verdi - ölülər
yaşayış məskənində,
binaların arasında və
evlərin içərisində dəfn olunur,
onların üzərində qan rəmzi sayılan
qırmızı boya –
orxa səpilirdi. Əhalinin həyatında müxtəlif dini ayinlər, ovsun
mərasimləri müəyyən yer tutmuşdu (Bunu
Qobustandakı dini mərasimləri əks etdirən qayaüstü rəsmlər təsdiq edir)
QEYD: Eneolit dövrünün
son mərhələsində (e.ə IV minilliyin birinci yarısında) mealişləmənin inkişafının yeni dövrü
başladı və
tunc dövrünə keçidin əsası qoyuldu.
Eneolit dövründə dəfn adətlərində baş vermiş dəyişikliklər
Ölülər yaşayış məskənində binaların
arasında evlərin içərisində dəfn
olunurdu
Ölülər üzərində qan rəmzi sayılan
qırmızı boya – orxa səpilirdi
10
Tunc və Erkən dəmir dövrü
Tuncun əldə edilməsi
Eneolit dövründə kəşf olunan misdən hazırlanan ələtlər
davamsız və tez xarab olduğundan onun davamlılığını artırmaq
məqsədilə misin tərkibinə -
mərgümüş, sürmə, nikel və
qalay qarışdırılaraq
tunc adlı yeni metal alındı. Beləliklə, əmək alətlərinin,
silahların, məişət və bəzək əşyalarının çoxu tuncdan hazırlandığından bu dövr
Tunc dövrü adlanır.
E.ə IV minilliyin II yarısında
Eneolit dövrü Tunc dövrü ilə əvəz olundu. Azərbaycanda Tunc dövrü
e.ə II minilliyə qədər davam etmişdir. Tunc dövrü ibtidai
icma quruluşunun inkişaf tarixində çox mühüm yer tutur. Belə ki, Tunc dövründə:
•
Ağır zəhmət tələb edən kişi əməyi
ön plana keçdi
•
Anaxqanlığı ataxaqanlığı ilə əvəz olundu
•
Əmlak və sosial bərabərsizlik meydana gəldi
•
Böyük tayfa və tayfa birləşmləri yarandı
Tunc dövrününün özü də şərti olaraq üç dövrə bölünür:
Erkən Tunc dövrü, Orta Tunc dövrü və
Son Tunc dövrü.
Erkən Tunc dövrü
Erkən Tunc dövrü
– e.ə IV minilliyin II yarsından - e.ə III minilliyin sonuna qədər davam etmişdir. Bu dövr Azərbaycanda
Kür-Araz mədəniyyəti kimi səciyyələnir. Azərbaycanda Erkən Tunc dövrü insanlarının həyatı
Qarabağda, Naxçıvanda,
Xaçmazda, Qazaxda, Şəmkirdə, Qobustanda, Urmiya ərazisində və.b böldələrdə tapılmış zəngin materiallar əsasında
öyrənilmişdir. Erkəm Tunc dövründə Azərbaycanda:
•
Əhalinin sayı artdı, onlar dağətəyi və dağlıq zonalarda məskən saldılar
•
Yaşayış məskənləri çay kənarlarında və düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salınırdı
•
Yaşayış evləri dairəvi planda olur, bünövrəsi daşdan və divarları çiy kərpicdən tikilirdi
•
Təsərrüfatda kişilərin rolu atrmağa başladı
Əhali artdı
və daha
geniş ərazilərdə
məskunlaşdı
Yaşayış məskələri
çay kənarında,
salınırdı
Qoşa nigaha
əsaslanan ailələr
yarandı
İnsanlar ilk dəfə
metalla tanış
oldu
Eneolit
dövrü
Azərbaycanda ilk
dəfə at
əhilləşdirildi
“Toxa əkinçiliyi”
meydana gəldi
Sənətkarlıq əhalinin
məşğuliyyətində əsas
yer tutdu
Ovçuluq, balıqçılıq II
dərəcəli məşğuliyyət
sahəsinə çevirildi