Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə11/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

25 

 

nəzarət edən gömrük orqanına, gömrük nəzarəti həyata keçirən gömrük orqanı  tərəfindən rəsmiləşdirilmiş 



gömrük bəyannaməsinin bu orqanı tərəfindən təsdiq edilmiş surətini təqdim etməlidir. 

Əgər mallar gömrük sərhədindən keçənədək iki və daha çox nəqliyyat növündən istifadə edilirsə, 

gömrük rəsmiləşdirilməsi malların doldurulub-boşaldıldığı son yerin fəaliyyət zonasına daxil olduğu gömrük 

orqanı tərəfindən həyata keçirilir. 

Əgər faktiki ixrac (idxal) dəniz nəqliyyatı ilə  həyata keçirilirsə, gömrük rəsmiləşdirilməsi dəniz 

nəqliyyatının yükləndiyi əraziyə nəzarət edən gömrük orqanı tərəfindən həyata keçirilməlidir. 

Mal və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirilən şəxslər, daşıyıcı, anbar sahibi, eləcə də mal 

və nəqliyyat vasitələrinə münasibətdə səlahiyyətlərə malik digər şəxslər gömrük rəsmiləşdirilməsi yerinə daxil 

olmaq hüququna malikdirlər. Gömrük orqanı onların iştirakını tələb etdikdə bu hüquq vəzifəyə çevrilir, belə ki, 

bu mərhələdə adı  çəkilən  şəxslər gömrük rəsmiləşdirilməsi zamanı bu orqanın vəzifəli  şəxslərinə kömək 

etməlidirlər.  

Gömrük rəsmiləşdirilməsi Azərbaycan dilində aparılır. Bununla belə Gömrük Məcəlləsinin 141-ci 

maddəsinin 3-cü bəndinə və 171-ci maddəsinin 3-cü bəndinə və 171-ci maddəsinin 5-ci bəndinə əsasən Dövlət 

Gömrük Komitəsinin icazəsi ilə rəsmiləşdirməni aparan gömrük orqanına bu orqanın vəzifəli şəxslərinin bildiyi 

xarici dildə tərtib edilmiş sənədlər təqdim oluna bilər. 

Bir dövlətin ərazisində verilmiş və hüquqi qüvvəsi olan sənədlər digər dövlətin ərazisində, beynəlxalq 

müqavilə və sazişlərdə başqa hal nəzərdə tutulmamışdırsa, yalnız müəyyən edilmiş qaydada təsdiq edildikdən 

(şəhadətləndirildikdən) sonra istifadə oluna bilər. Məsələn, Mülki, ailə-cinayət işləri üzrə hüquqi münasibətlər 

və hüquqi yardım barədə 22 yanvar 1993-cü ildə  qəbul edilmiş Beynəlxalq Konvensiyaya görə, bu 

konvensiyanın üzvü olan ölkələrin birinin ərazisində sənədlər ona verilmiş səlahiyyətlər daxilində və müəyyən 

edilmiş formada xüsusi səlahiyyətli orqan və ya təşkilat tərəfindən hazırlanmış, yaxud şəhadətləndirilməsi 

(leqallaşdırılması) tələb olunmur. Belə sənədlərə təkcə notarius təsdiqi yetərli olur. 

Təcrübədə xarici sənədlərin  şəhadətləndirilməsinin daha çox iki üsulunda istifadə edilir: konsul 

leqallaşdırılması, apostil qoyulması. 

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, baytarlıq fitosanitar, ekoloji və digər dövlət 

nəzarəti növlərinə  cəlb edilməsi gərəkən mal və  nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, yalnız belə 

keçirilməyə səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş icazənin gömrük orqanlarına təqdim edilməsindən 

sonra həyata keçirilə və bitirilə bilər. 

Gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin təşkili Azərbaycan Respublikasının qanunvericilik 

aktlarına uyğun olmalıdır.  

Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları Azərbaycan 

Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq olunmuşur. 30 mart 1998-ci il 

tarixli 691 saylı Fərmanla onun bəzi müddəaları dəqiqləşdirilmişdir.  

İxrac-idxal  əməliyyatlarının bu Qaydalarda nəzərdə tutulmayan digər formaları bütün rezidentlər 

tərəfindən sərbəst surətdə həyata keçirilir.  

 

 




26 

 

Mövzu 6. 



 

Xarici ticarət əməliyyatlarının  

Rəsmiləşdirilməsi 

 

Qaydalarda nəzərdə tutulan hallarda xarici ticarət  əməliyyatlarının rəsmiləşdirilməsi üçün Rezidentlər 



İqtisadi İnkişaf Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidirlər: 

İxrac əməliyyatları üzrə: 

- xarici şəxslərlə bağlanmış müqavilə; 

- istehsalçı və ixracatçı arasında bağlanmış müqavilə (istehsalçı ixrac etmədikdə); 

- ixrac qiymətini əsaslandırma arayışı; 

- Azərbaycan Respublikasına başqa ölkələrdən gətirilən mallar haqqında sənədlər. 

İdxal əməliyyatları üzrə: 

- xarici şəxslərlə bağlanmış müqavilə; 

- əməliyyatın maliyyələşdirilmə mənbəyi haqqında məlumat; 

- idxal qiymətini əsaslandırma arayışı. 

İqtisadi İnkişaf Nazirliyi müvafiq sənədlərin qəbul olunması barədə Rezidentlərə yazılı surətdə xəbərdar 

etməlidir. 

Bu Qaydalarda nəzərdə tutulmuş hallarda İqtisadi  İnkişaf Nazirliyində bağlanmış müqavilələrin 

ekspertizası keçirilərkən onların Azərbaycan Respublikasının Qanunvericiliyinə  və beynəlxalq hüquq 

qaydalarına uyğunluğu araşdırılmalı  və Azərbaycan Respublikasının iqtisadi maraqlarının gözlənilməsi 

yoxlanılmalıdır. 

Bu qaydalarda nəzərdə tutulan hallarda xarici ticarət  əməliyyatlarının rəsmiləşdirilməsi üçün 

Rezidentlər gömrük orqanlarına aşağıdakı sənədləri təqdim etməlidirlər: 

 

İxrac əməliyyatları üzrə: 



- hüquqi şəxsin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu

- xarici şəxslərlə bağlanmış müqavilə; 

- ixrac olunan malların mənşəyi haqqında sənədlər; 

- ixrac olunan malların haqqının qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə müvəkkil 

bankın sənədi; 

- bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı  və ya İqtisadi  İnkişaf 

Nazirliyinin müsbət rəyi; 

- gömrük yük bəyannaməsi. 

 

İdxal əməliyyatları üzrə: 



- bağlanmış müqavilə; 

- gömrük yük bəyannaməsi; 

- invoys - idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd; 

- yol-nəqliyyat sənədləri; 

- malın mənşəyini təsdiq edən sənəd

- malın keyfiyyət sertifikatı; 

- malın uyğunluq sertifikatı; 

- bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı  və ya İqtisadi  İnkişaf 

Nazirliyinin ekspertizasının müsbət rəyi. 

Lazımi sənədlər təqdim olunduqdan sonra müqavilələrin qeydiyyatı  İqtisadi  İnkişaf Nazirliyində 3 iş 

günü ərzində həyata keçirilir. 

İxrac və idxal əməliyyatları üzrə  tələb olunan sənədlər təqdim olunduqdan sonra gömrük orqanları 

həmin sənədləri rəsmiləşdirib 24 saat ərzində malların buraxılmasını təmin etməlidir. 

Rezidentlər təqdim etdikləri sənədlərin və  həmin sənədlərdə olan məlumatların həqiqiliyinə 

cavabdehdirlər. 

Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə  hər ay hesabat dövründən sonrakı ayın 

15-dən gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə,  İqtisadi  İnkişaf Nazirliyinə, Maliyyə 

Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Statistika Komitəsinə  və Milli Banka müəyyən edilmiş formada 

məlumat verir. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə