Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə19/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

41 

 

Göstərilən gömrük xidmətinin vəzifəli  şəxsləri birinci göndərilmə gömrükxanasının möhür və 



plomblarını  çıxarırlar, yüklənmiş malların adlarını  və sayını BYD kitabçasının bütün kəsilən vərəqlərində 

göstərirlər, BYD kitabçasının kəsilən vərəqlərinin hamısının 16-cı qrafasında gömrük möhür və plombları 

barədə qeydlərin üstündən xətt çəkirlər, doldurulmuş  kəsilən vərəqlərin 16-cı qrafasında və komplektin 1 

nömrəli kötüyündə yenidən vurulmuş gömük möhürləri və qoyulmuş gömrük plombları haqqında qeydiyyatlar 

aparırlar. 

Malların qismən boşaldılmasına nəzarət edən gömrük xidməti bu bənddə göstərilən xüsusiyyətlər 

(öhdəliklər) istisna edilməklə, malların rəsmiləşdirilməsini həyata keçirir. 

Göstərilən gömrük xidmətinin vəzifəli  şəxsləri  əvvəlki gömrükxanaları gömrük təminatlarını  çıxarır, 

BYD kitabçasının doldurulmuş  kəsilən vərəqlərinin hamısında boşaldılmış malların adlarının və sayının 

üstündən xətt çəkirlər və boşaldılmış mallar barədə qeydiyyatlar aparırlar, BYD kitabçasının 16-cı qrafasında 

gömrük təminatları barədə qeydlərin üstündən xətt çəkirlər, doldurulmuş  kəsilən vərəqlərin hamısının 16-cı 

qrafasında və komplektin 1 nömrəli kötüyündə yenidən qoyulmuş gömrük təminatları barədə qeydiyyatlar 

aparırlar. 

 

 



Ağırçəkili və irihəcmli malların gömrük 

rəsmiləşdirilməsinin xüsusiyyətləri 

 

Ölçüləri və xarakterləri ilə bağlı  nəqliyyat vasitələrinin ploblanmış yük bölmələrində  və ya 



konteynerlərdə daşınması mümkün olmayan malları açıq nəqliyyat vasitələrində daşınarkən BYD kitabçasının 

üz qabığında bütün vərəqlərində ingilis və ya fransız dilində “Ağırçəkili və  İrihəcmli Mallar” sözləri 

yazılmalıdır. (“HEAVYOR BULKY GOODS”). 

Göndərilmə gömrükxanası BYD kitabçasına fotoşəkillər, qablaşdırma vərəqləri, çertyojlar (cizgilər) və 

daşınan malların eyniləşdirilməsi üçün zəruri olan digər sənədlər  əlavə edilməsini tələb edə bilər. Bu cür 

sənədlər göndərilmə gömrükxanası tərəfindən təsdiq olunur və BYD kitabçasının hər bir vərəqinə bərkidilir. Bu 

zaman vərəqlərin hamısının 8-ci qrafasında bu cür sənədlərin olmasına dair qeydlər edilir. Bu cür mallar 

Azərbaycan Respublikasının  ərazisi ilə  hərəkət edərkən gömrük xidmətləri:  əsasnamənin tələblərinə  əməl 

olunmasını izləməli, mallar Azərbaycan Respublikasına gətirilərkən, zərurət olduqda əlavə gömrük 

eyniləşdirilməsi vasitələri qoymalı, gətirilmə (aparılma) zamanı BYD kitabçasının yük manifestində  bəyan 

edilməmiş malların daşınması hallarını aşkar etmək məqsədi ilə mallara baxış keçirilməlidir. 

Aksiz vergisinə cəlb olunan bəzi malların  

gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri 

 

Mallar BYD prosedurasına  əməl edilməklə daşınma üçün yüksək zəmanət həddi olan BYD kitabçası 



təqdim olunduqda rəsmiləşdirilir. Bu cür kitabçaların üz qabığında və  kəsilən vərəqlərində aydın “Tütün 

Məmulatları”, yaxud “Alkoqollu İçkilər” yazılmalıdır. Bu cür kitabçanın örnəyi (nümunəsi) həmin  əlavədə 

verilmişdir. Bundan başqa, bu cür kitabçalarla daşınan malların müfəssəl adları və XİFƏN  kodları göstərilmiş 

əlavə vərəq qoşulmalıdır. 

Əlavə  vərəq BYD kitabçasına bərkidilir və göndərilmə gömrükxanasının vəzifəli  şəxsinin  ştampı ilə 

təsdiqlənməlidir. 

Bu cür BYD kitabçaları üzrə zəmanət 200.000 (iki yüz min) ABŞ dolları təşkil edir. 

 

 



Malların çatdırılmasına nəzarət 

 

Giriş gömrükxanası və ya təyinat gömrükxanası arasında, tranzit zamanı - giriş gömrükxanası və çıxış 



gömrükxanası arasında və müəyyən gömrük rejimləri başa çatdıqdan sonra, göndərilmə gömrükxanası və çıxış 

gömrükxanası arasında BYD prosedurasına əməl edilməklə daşınan malların çatdırılmasına nəzarət, Azərbaycan 

Respublikası DGK-nin bu bölmədə göstərilən xüsusiyyətlər istisna olmaqla, müvafiq olaraq tranzit və gömrük 

nəzarəti altında malların çatdırılması gömrük rejiminin tətbiqinə dair normativ aktlarında nəzərdə tutulmuş 

qaydada həyata keçirilir. 

BYD prosedurasına əməl edilməklə malların daşınmasının uçotu müəyyən edilmiş jurnallarda aparılır. 

Giriş gömrükxanaları  və ya göndərilmə gömrükxanası malların çatdırılmasına nəzarət üçün giriş 

gömrükxanasında və ya göndərilmə gömrükxanasında qalan BYD kitabçasının kəsilən nəzarət vərəqinin surətini 

poçtla çıxış gömrükxanasına göndərir. 

Təyinat gömrükxanası  və ya çıxış gömrükxanası bir sutka ərzində giriş gömrükxanasına və ya 

göndərilmə gömrükxanasına müəyyən rabitə kanalları ilə malların adı, sayı, BYD kitabçasının nömrəsi, 



42 

 

daşıyıcının adı, malların daxilolma tarixləri göstərilməklə malların daxil olması barədə  məlumatlar göndərir. 



Giriş gömrükxanasına və ya göndərilmə gömrükxanasına 5 (beş) sutka müddətində malların çatdırılması barədə 

operativ məlumat daxil olmadığı  təqdirdə giriş  və göndərilmə gömrükxanaları qanunla müəyyən olunmuş 

qaydada tədbirlər görür. 

BYD prosedurasına  əməl edilməklə daşıma başa çatdıqdan sonra BYD kitabçası  təyinat 

gömrükxanasının və ya çıxış gömrükxanasının müvafiq möhürləri ilə daşıyıcıya qaytarılır və BYD 

prosedurasının lazımi qaydada başa çatmasının məqsədinə xidmət edir. 

Əgər gömrük rəsmiləşdirilməsi qeyd-şərtlərlə həyata keçirilmişsə (yəni gömrük qaydalarının pozulması 

halı olmuşsa), BYD kitabçasının kötüklərində və kəsilən vərəqlərində qeyd-şərtlər edilir. 

 

Yol-nəqliyyat hadisələri 



 

BYD zamanı  nəqliyyat vasitələrinin yük bölmələrinin və gömrük möhür plomblarının zədələnməsinə 

səbəb olmuş təsadüfi hallar yol-nəqliyyat hadisələri (YNH) hesab olunur. 

Daşıyıcı  nəqliyyat vasitələrinin yük bölmələrinin və ya gömrük möhür və plomblarının pozulması 

barədə müraciət edərkən, fəaliyyət zonasında bu YNH baş vermiş gömrükxana YNH-nin hallarına dair 

daşıyıcıdan müfəssəl izahat almalı, BYD prosedurasına  əməl edilməklə malların sonrakı daşınmasının 

mümkünlüyü barədə qərar qəbul etməli, YNH-nə dair protokolu doldurmalı  və ya protokol Dövlət Yol Polisi 

orqanları tərəfindən doldurulmuşsa, onu təsdiq etməlidir. 

BYD prosedurasına  əməl edilməklə YNH barədə bir sutka ərzində yazılı surətdə operativ rabitə 

kanalları ilə giriş gömrükxanasına və ya göndərilmə gömrükxanasına məlumat verilməsi zəruridir. 

YNH-dən sonra mallar üzərində bütün əməliyyatlar barədə  təyinat gömrükxanasına və ya göndərilmə 

gömrükxanasına məlumat verilməsi zəruridir. 

YNH-dən sonra mallar üzərində bütün əməliyyatlar gömrükxananın nəzarəti altında həyata 

keçirilməlidir. 

Nəqliyyat vasitəsinin yük bölməsinin zədələnməsi və ya eyniləşdirmə vasitələrinin pozulması YNH-nin 

nəticəsində baş vermədiyi təqdirdə, gömrük qaydalarının pozulmasına dair protokol tərtib olunur və  kəsilən 

vərəqlərin müvafiq qrafalarında və ya BYD kitabçasının kötüklərində qeydlər edilir. 

YNH-dən sonra mallar boşaldılıb başqa yol-nəqliyyat vasitəsinə  və ya konteynerə yüklənə  və BYD 

prosedurasına əməl edilməklə təyinatı üzrə göndərilə bilər. BYD prosedurasına əməl edilməklə daşıma mümkün 

olmadığı halda, mallar təyinat gömrükxanasına malların gömrük nəzarəti altında çatdırılması prosedurasına 

müvafiq olaraq göndərilə bilər. 

 

 



Daşıyıcının və zəmanət 

birliyinin məsuliyyəti 

 

BYD prosedurası üzrə malların daşıyıcısı. Əsasnamənin müddəalarının pozulması halında Azərbaycan 



Respublikası Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. 

Malların gömrük orqanının icazəsi olmadan verilməsi, təyinat gömrükxanasına çatdırılmaması halında, 

fəaliyyət zonasında bu hüquq pozuntusu aşkar edilmiş gömrük orqanı müəyyən olunmuş qaydada gömrük 

qaydalarının pozulmasına dair iş açır və ona baxıldıqdan sonra tənbeh qoyulmasına dair qərar çıxarır. Malların 

gömrük orqanlarının icazəsi olmadan verilməsinə, itirilməsinə  və çatdırılmamasına dair işlər bir qayda olaraq 

aşağıdakı gömrük xidmətləri tərəfindən araşdırılır: 

- mallar Azərbaycan Respublikasına gətirilərkən giriş-gömrük xidməti; 

- malların Azərbaycan Respublikası ərazisindən tranziti zamanı giriş-gömrük xidməti; 

- mallar Azərbaycan Respublikasından aparılarkən göndərilmə gömrük xidməti. 

Gömrük qaydalarının pozulmasına dair işlər Azərbaycan Respublikası  ərazisi ilə gömrük nəzarəti 

altında daşınmasının başladığı gömrük xidmətlərindən daxil olmuş  sənədlər yoxlanıldıqdan və  təyinat 

gömrükxanasında və ya çıxış gömrükxanasında malların çatdırılmaması faktı təsdiq edildikdən sonra açılır. 

Gömrük qaydalarının pozulmasına dair protokolda və tənbeh qoyulmasına dair qərarda daşımanın BYD 

prosedurası üzrə həyata keçirildiyi və BYD kitabçasının nömrəsi göstərilir. 

Malların icazəsiz verilməsi, itirilməsi və çatdırılmaması üçün tutulmalı olan gömrük rüsumları  və 

vergiləri, daşıyıcı və ya zəmanət birliyindən Azərbaycan Respublikasının gömrük qanunveiciliyinə uyğun olaraq 

tutulur. Malların gömrük orqanının icazəsi olmadan verilməsinin, itirilməsinin və ya çatdırılmamasının gömrük 

rüsumlarının və vergilərinin mübahisəsiz tutulmasına səbəb olan hər bir halına dair Azərbaycan Respublikası 

Qanunvericiliyinə uyğun olaraq akt tərtib olunur. Mübahisəsiz qaydada tutulmalı olan gömrük rüsumlarının və 

vergilərinin məbləği Azərbaycan Respublikasının “Gömrük Tarifi” haqqında Qanuna uyğun olaraq gömrük 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə