Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə20/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

43 

 

dəyəri  əsasında hesablanır. Gömrük rüsumları  və vergiləri faktiki olaraq tutulduqdan sonra mübahisəsiz 



tutulmaya dair aktda göstərilmiş məbləğ, onun gömrük orqanının hesabına daxil olması tarixi və bank sənədinin 

tarixi göstərilir. 

Gömrük rüsumları və vergilərinin daşıyıcıdan mübahisəsiz qaydada tutulması mümkün olmadığı halda, 

ödəmə barədə tələb aktında bir ay ərzində mübahisəsiz tutulacağı göstərilir. Həmin aktda gömrük rüsumlarının 

və vergilərinin tutulmasını mümkünsüz edən səbəblər də göstərilir. 

Göstərilən qeydi olan akt, gömrük qaydalarının pozulmasına dair protokolun, tənbeh qoyulmasına dair 

qərarın və BYD kitabçasının kəsilən vərəqinin surətləri ilə birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük 

Komitəsinin Gömrük nəzarətinin təşkili Baş  İdarəsinə  və Maliyyə-tarif və valyuta nəzarəti Baş  İdarəsinə 

göndərilir. Akta imkan daxilində  tələb olunan məbləğlərin ödənilməsinin mümkünlüyü barədə bankın və ya 

digər kredit idarəsinin təsdiqedici sənədi də əlavə edilməlidir. 

Gömrük rüsumlarının və vergilərinin qismən ödənildiyi halda da, yuxarıda sadalanan bütün sənədlər 

Azərbaycan Respublikası DGK-nin GNTBİ-nə və MT və VNBİ-nə göndərilir. Bu zaman mübahisəsiz tutulma 

barədə aktda məbləğ göstərilir və ödəmə tapşırığının surəti əlavə edilir. 

GNTBİ, QGQPMBİ  və BMT və VNİ alınmış materiallar əsasında gömrük rüsum və vergilərinin 

ödənilməsinə dair tələbnamələr hazırlanır və göstərilən sənədlər alındıqdan 5 gün sonra, bu tələbnaməni BYD 

kitabçasının kəsilən vərəqinin surəti və digəp zəruri sənədlərlə birlikdə ABADA-ya təqdim edilir. 

GNTBİ, QGQPMBİ BYD Konvensiyası ilə müəyyən olunmuş ödəmə barədə  tələbnamələr baxılması 

müddətlərinə əməl olunmasına, MT və VNBİ gömrük rüsum və vergilərinin Azərbaycan Respublikası DGK-nin 

hesabına daxil olmasına nəzarət edirlər. 

 

 



Gömrük möhür və plombları altında malların  

daşınması üçün nəqliyyat vasitələrinin təchiz  

edilməsinə tələblər və onların yüklərin 

daşınmasına buraxılması qaydaları 

 

Bir qayda olaraq, gömrük rəsmiləşdirilməsi mərhələsində yüklər bağlı  nəqliyyat vasitələri ilə 



daşınmalıdır. Ağırçəkili və iriqabaritli yüklər və topa daşınan (qum, çınqıl və s.) yüklər açıq nəqliyyat 

vasitələrində daşına bilər. Belə hallarda gömrük orqanı bu malların dəyişdirilməsinə imkan verməmək üçün 

lazımi tədbirlər görməlidir. 

Gömrük qanunvericiliyi malların gömrük təminatları altında daşındığı  nəqliyyat vasitələrinə bir tələb 

irəli sürür - texniki təchizat normalarına uyğun gəlmək. Bu texniki normativlər “Gömrük möhürləri və plombları 

ilə yüklərin daşınmasından ötrü nəqliyyat vasitələrinin (konteynerlərin) təchizatı Qaydaları”nda (Komitə 

sədrinin 8 sentyabr 1997-ci il tarixli 825 saylı  əmri ilə  təsdiq edilmişdir) öz əksini tapmışdır. Bu Qaydalarda 

nəqliyyat vasitələrinin konstruksiyalarına texniki tələblər ifadə olunur: 

a) nəqliyyat vasitələrinin yük bölmələri; 

b) brezentlə örtülmüş nəqliyyat vasitələrinin yük bölmələri; 

c) konteynerlər (brezentlə örtülmüş konteynerlər də daxil olmaqla). 

Müəyyən olunmuş qaydada təchiz edilmiş  nəqliyyat vasitəsi dedikdə elə  nəqliyyat vasitələri başa 

düşülür ki, onların yük bölmələri aşağıda göstərilən kimi olsun: 

a) malların möhürlənmiş yük bölmələrindən götürülməsi, yaxud oraya yığılması, gömrük təminatlarının 

gözlə görünən qırılması və ya zədələnməsi olmadan mümkün olmasın; 

b) gömrük təminatları asan və etibarlı vurula bilsin; 

c) orada malların gizlədilməsi üçün naməlum yerlər olmasın; 

ç) malların yerləşə biləcəyi yerlər gömrük baxışı üçün asan olsun. 

Nəqliyyat vasitələrinin yük bölmələrinin konstruksiyası (konteynerlərin konstruksiyası) bu Qaydalarla 

müəyyən edilmiş texniki tələblərə müvafiq olmalıdır: 

a) yük bölməsinin tərkib elementləri (divarları, döşəməsi, qapıları, damı, dayaqları, çərçivəsi, köndələn 

elementləri və s.) elə bir mexanizmin vasitəsilə birləşdirilməlidir ki, onları gözlə görünən izlərə yol vermədən 

bayır tərəfdən açıb çıxarmaq və yenə də yerinə qoymaq mümkün olmasın, ya da elə üsullarla birlşdirilməlidir ki, 

həmin konstruksiyada zahiri izlərə yol vermədən dəyişikliklər etmək mümkün olmasın. Divarlar, döşəmə, 

qapılar və dam müxtəlif elementlərdən hazırlandığı hallarda da onlar həmin tələblərə cavab verməli və lazımi 

qədər möhkəm olmalıdırlar; 

b) qapıların və digər qapama sistemlərinin (bağlayıcı kranları, baca qapaqları, flanslar və s. daxil 

olmaqla) elə mexanizmi olmalıdır ki, onların üzərinə gömrük möhürləri və plomblarını vurmaq mümkün olsun. 

Həmin mexanizm elə olmalıdır ki, onu zahiri izlərə yol vermədən bayır tərəfdən açıb çıxarmaq və yenə  də 

yerinə qoymaq, gömrük möhürlərinin və plomblarının zədələnməsinə yol vermədən qapıları  və qapayıcı 




44 

 

qurğuları açmaq mümkün olmasın. Gömrük möhürləri və plombları müvafiq tərzdə mühafizə olunmalıdır. 



Açılan qapaqların (lyukların) düzəldilməsinə icazə verilir; 

c) ventilyasiya və drenaj deşikləri yük bölməsinə daxil olmağa imkan verməyən qurğularla təchiz 

edilməlidir. Həmin qurğunun elə konstruksiyası olmalıdır ki, onu gözlə görünən izlərə yol vermədən bayır 

tərəfdən çıxarmaq və yenə də yerinə qoymaq mümkün olmasın. 

Yük bölməsinin tərkib elementlərinə praktik baxımdan içərisi boş sahələrin (məsələn, divarın tərkib 

hissələri arasında) daxil edilməsinə icazə verilir. Həmin sahələrdən malların gizlədilməsi məqsədi ilə istifadə 

etməyin mümkün olmamasından ötrü: 

- daxili örtük yük bölməsinin bütün hündürlüyü boyunca, döşəmədən tavana qədər bürüdüyü hallarda

yaxud örtük ilə zahiri divar arasındakı sahə bütünlüklə bağlı olduğu hallarda, daxili örtük elə bərkidilməlidir ki, 

gözlə aşkar görünən izlərə yol vermədən onu sökmək və yenə də yerinə bərkitmək mümkün olmasın; 

- örtük yük bölməsini bütün hündürlüyü boyunca, bürümədiyi və örtük ilə zahiri divar aarsındakı sahə 

bütünlüklə bağlı olmadığı hallarda, yük bölməsinin konstruksiyasında içiboş sahələrin olduğu bütün digər 

hallarda, göstərilən sahələrin miqdarı mümkün qədər az və həmin sahələr gömrük nəzarətindən ötrü çox asan 

olsun. 


Pəncərələrin qurulmasına bu şərtlə icazə verilir ki, onlar möhkəm materiallardan düzəldilmiş olsun və 

aşkar görünən izlərə yol vermədən onları bayır tərəfdən çıxarmaq və yenidən yerinə  bərpa etmək mümkün 

olmasın. Şüşə salmağa yol verilə bilər, lakin bu zaman pəncərənin bayır tərəfdən çıxarılması mümkün olmayan 

möhkəm metaldan hazırlanmış qəfəsi olmalıdır; qəfəsin dəliklərinin ölçüləri 10 mm-dənq çox olmamalıdır. 

Döşəmədə yağlama, xidmət göstərmək, qumqabını doldurmaq kimi texniki məqsədlər üçün düzəldilən 

dəliklərə, elə şərtlə yol verilər bilər ki, onların qapaqları olsun və bu qapaqlar elə düzəldilsin ki, bayır tərəfdən 

yük bölməsinə daxil olmaq mümkün olmasın. 

Nəqliyyat vasitələri aşağıdakı tələblərə də cavab verməlidir. 

Brezent ya möhkəm qalın kətandan, ya da üzünə plastik kütlə  çəkilmiş, yaxud rezinləşdirilmiş, 

dartıldıqda uzanmayan, çox möhkəm parçadan (qumaşdan) hazırlanmalıdır. Brezent saz vəziyyətdə olmalıdır və 

elə hazırlanmalıdır ki, qapayıcı mexanizmlə  bərkidildikdən sonra gözə görünən izlərə yol vermədən, yük 

bölməsinə keçmək mümkün olmasın. 

Brezent bir neçə parçadan ibarət olduqda, həmin parçaların ucları bir-birinin üstünə qatlanır və ən azı 

bir-birindən 15 mm aralı olan cüt tikişlə bir-birinə sırınır. Həmin tikişlərdən birisi yalnız isəridən görünməlidir 

və bu tikiş üçün seçilən sapın rəngi həm brezentin, həm də digər tikiş üçün seçilən sapın rəngindən 

fərqlənməlidir. Bütün tikişlər mexaniki üsulla sırınmalıdır. 

Əgər brezent plastik kütlə ilə örtülmüş bir neçə parça qumaşdan tərtib edilmişsə, həmin parçalar 

lehimləmə üsulu ilə bir-birinə birləşdirilməlidir. Hər parçanın kənarları digər parçanın kənarlarının üstünü ən azı 

15 mm örtməlidir. Parçaların birləşdirilməsi həmin enlikdə bütünlüklə aparılmalıdır. Birləşmənin bayır tərəfdəki 

kənarı elə  həmin lehim üsulu ilə  ən azı 7 mm enlikdə plastik kütlə zolağı ilə örtülməlidir. Həmin zolağın 

üzərinə, habelə onun hər tərəfinə ən azı 3 mm enlikdə dəqiq birtipli relyef vurulmalıdır. Lehimləmə elə yerinə 

yetirilir ki, gözlə görünən izləri yol vermədən həmin parçaları bir-birindən ayırmaq və yenə  də bir-birinə 

birləşdirmək mümkün olmasın. 

Gömrük möhürləri və plombları altında beynəlxalq yük daşınmasına yalnız aşağıdakı  şəkildə 

hazırlanmış və təchiz edilmiş konteynerlər buraxıla bilər: 

a) yükləri konteynerlərin möhürlənmiş hissəsindən çəkib çıxarmaq mümkün olmasın və ya qırılmasın, 

gömrük möhürlərinin, plomblarının zədələnməsinin zahiri izi qalmadan oraya yükləmə mümkün olmasın; 

b) gömrük möhürləri və plomblarını adi və möhkəm vurmaq mümkün olsun; 

c) onlarda yük gizlətmək üçün gizli yerlər olmasın; 

ç) yüklər gömrük nəzarətini həyata keçirməyə imkan verən yerlərdə yerləşdirilsin. 

Konteynerlərin tərkib hissələri (divarlar, döşəmə, qapılar, dam, dayaqlar, çərçivələr, göndələn 

elementlər və s.) ya xaricdən çıxartmaq mümkün olmayan qurğu vasitəsilə, yaxud da zahiri izlər qoyulmadan 

dəyişdirilməsi mümkün olmayan konstruksiyanı təmin edən üsulların köməyi ilə birləşdirilməlidir. 

Qapılar və başqa bağlanan sistemlərdə gömrük möhürü və plombları vurmaq mümkün olan qurtular 

olmalıdır: 

Ventilyasiya və drenaj deşikləri konteynerlərə daxil olmağa mane olan qurğu ilə təmin olunmalıdır. Bu 

qurğu elə olmalıdır ki, onu xaricdən zahiri iz qoymadan çıxartmaq, sonra isə yerinə qoymaq mümkün olmasın. 

Qatlanan və sökülən konteynerlər bu qaydalarda göstərilən tələblərə cavab verməlidir. 

Yığılmış konteynerlərin bayır tərəfində olan cəmləşdirici qurğular elə konstruksiyaya malik olmalıdır ki, 

onların üzərinə gömrük plombu və möhürü vurmaq mümkün olsun. 

Nəqliyyat vasitələri texniki normativlərin tələblərinə uyğun olduqda, onlar malların gömrük təminatları 

altında daşınmasına buraxıla bilər. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə