Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

37 

 

BYD kitabçası, 4 səhifəli üz qabığından, kəsilməyən (qoparılmayan) 1/2 nömrəli sarı vərəqdən və 1/2 



nömrəli kötükdən, 1 nömrəli (kəsilən) vərəqlərdən və 1 nömrəli kötüklərdən (ağ  rəngli), 2 nömrəli kəsilən 

vərəqlərdən və 2 nömrəli kötüklərdən (yaşıl rəngli) və yol nəqliyyat hadisəsinə dair protokollardan (sarı rəngli) 

ibarətdir. 

Kəsilən vərəqlərin və onların kötüklərinin (1 və 2) birləşməsi (kombinasiyası) bir qayda olaraq hər bir 

ölkədə (göndərilmə ölkəsində və giriş gömrükxanalarında), 2 nömrəli kəsilən vərəq və 2 nömrəli kötük isə çıxış 

və təyinat gömrükxanalarında istifadə olunmaq üçün nəzərdə tutulmuşlar. 

Hal-hazırda istifadə edilən BYD kitabçaları 14 və ya 20 vərəqdən (yəni 7 və ya 10 komplektdən) 

ibarətdir və müvafiq olaraq 7 və ya 10 dövlətin ərazisindən keçməklə daşıma üçün nəzərdə tutulmuşdur. 

BYD kitabçasına çoxnövlü (qarışıq) daşımalar (nəqletmə  əməliyyatı bir neçə  nəqliyyat növündən 

istifadə edilməklə  həyata keçirilən zaman) nəzərdə tutulmuş xüsusi vərəq  əlavə edilə bilər. Göstərilən vərəq 

müstəsna olaraq daşıyıcıların ehtiyacları üçün nəzərdə tutulmuşdur, gömrük orqanları tərəfindən doldurulmur və 

ona nəzarət edilmir, ancaq onlar tərəfindən əlavə məlumat almaq məqsədilə, zəruri olduqda, istifadə edilir. 

BYD prosedurasına  əməl olunmaqla daşınmanı  həyata keçirməyə yalnız BYD kitabçasının sahibinin 

hüququ vardır. BYD kitabçaları 1975-ci il BYD Konvensiyasının iştirakçı dövlətlərinin zəmanət birlikləri 

tərəfindən verilir. 

Azərbaycan Respublikasında BYD kitabçaları ABADA tərəfindən verilir. Bu cür kitabçalar ingilis və 

rus dillərində çap olunan, birinci kəsilməyən sarı vərəqi çıxmaq şərti ilə, fransız dilində çap olunur. 

BYD kitabçasında pozmalara və  ləkələmələrə yol verilmir. Bütün düzəlişlər yanlış  məlumatların 

üstündən xətt çəkilməsi yolu ilə aparılır. Düzgün məlumatlar yuxarıdan yazılır və müvafiq olaraq BYD 

kitabçasının sahibi (gömrük rəsmiləşdirməsinədək), yaxud da gömrükxana tərəfindən təsdiq edilir. 

Zəmanət birliyi BYD kitabçasının etibarlıq müddətini müəyyən edir və üz qabığının birinci səhifəsində 

birinci qrafada göstərilir. Bu müddət bitdikdən sonra BYD kitabçası göndərilmə gömrükxanası  tərəfindən 

rəsmiləşdirmə üçün qəbul edilə bilməz. Əgər BYD kitabçası, onun etibarlılıq müddətinin sonuncu günü və ya 

tarixədək göndərilmə gömrükxanası  tərəfindən rəsmiləşdirmə üçün qəbul edilmişsə, onda BYD kitabçası 

proseduraya  əməl edilməklə daşıma başa çatanadək etibarlıdır. BYD kitabçasının etibarlılıq müddəti yalnız 

BYD kitabçalarını verən zəmanət birlikləri tərəfindən uzadıla bilər. Müddətin uzadılmasına dair məlumatlar 

BYD kitabçasının birinci qrafasında göstərilir və zəmanət birliyinin möhürü ilə təsdiqlənir.  

BYD kitabçaları qeyd-şərtlərlə və qeyd-şərtlərsiz rəsmiləşdirilə bilər. Qeyd-şərtlər BYD prosedurasına 

əməl edilməklə malların çatdırılmasını  və tranziti zamanı qayda pozuntularına aid olmalıdırlar. Qeyd-şərtlər 

kəsilən vərəqin 27-ci qrafasında və BYD kitabçasının, kötüyünün 5-ci qrarfasında göstərilir. Bu zaman həmin 

qrafalarda “R” simvolu qoyulur və qayda pozulmasının rus dilində qısa təsviri verilir. 

BYD kitabçası qeyd-şərtsiz rəsmiləşdirilmişsə, həyata keçirilmiş gömrük rəsmiləşdirilməsinə dair 

şəhadətnamə qeyri-qanuni və ya aldatma yolu ilə alındığı və ya malların təyinat gömrükxanalarına və ya çıxış 

gömrükxanalarına çatdırılmadığı hallar istisna olunmaqla, gömrük orqanları  zəmanət birliyindən gömrük 

rüsumları və vergilərinin ödənilməsini tələb edə bilməzlər. 

Azərbaycan Respublikasına gətirilən BYD kitabçalarının blankları gömrük rüsumsları  və vergilərinin 

ödənməsindən azad edilir və gətirilmə və ya aparılma zamanı hər hansı bir məhdudiyyətə məruz qalmırlar. 

BYD prosedurasına  əməl olunmaqla malların gömrük nəzarəti altında Azərbaycan Respublikasına 

çatdırılması  və tranziti zamanı  zəmanət assosiasiyası - Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları 

Assosiasiyasıdır (ABADA). Zaminlik barədə müqaviləyə uyğun olaraq ABADA, Azərbaycan Respublikasının 

Qanunvericiliyi pozulduğu halda daşıyıcılar tərəfindən ödənilməli olan gömrük rüsum və ya vergilərini 

ödəməlidir. ABADA-nın məsuliyyəti, BYD kitabçasının hansı maddi zəmanət assosiasiyası  tərəfindən 

verilməsindən asılı olmayaraq, BYD prosedurasına  əməl edilməklə malları Azərbaycan Respublikası  ərazisi 

üzrə daşıyan həm Azərbaycan, həm də əcnəbi daşıyıcılarına şamil edilir. 

ABADA, BYD kitabçası sahibi və  həmin tədiyyələri ödəməli olan, daşımanın yerinə yetirilməsin də 

iştirak edən digər  şəxslərlə birlikdə  əsasnamə ilə müəyyən edilmiş  sənədlər təqdim edildikdən sonra, gömrük 

rüsum və vergilərinin ödənilməsini təmin edir. 

Hər bir BYD kitabçası üçün 50.000 (əlli min) ABŞ dolları  həddində gömrük rüsumlarının və 

vergilərinin ödənilməsinə  təminat verilir. Göstərilən məbləğ Milli Bankın ödəmə günündən  əvvəlki gündə 

qüvvədə olan məzənnəsi üzrə manatla ödənilir. Hər bir BYD kitabçası üzrə  ən yüksək məbləğin 

məhdudlaşdırılması Əsasnamənin birinci bölməsində göstərilən alkoqollu içkilər və tütün məmulatlarına şamil 

edilmir. 

BYD prosedurası ilə hər daşıma əməliyyatı üzrə ABADA-nın məsuliyyəti göndərilmə gömrükxanasında 

(gömrükxanalarında) BYD kitabçası üzrə  məsuliyyəti üzərinə götürdüyü andan başlanır və  təyinat 

gömrükxanasında (gömrükxanalarında) gömrük plomblarının çıxarıldığı və ya digər rejimin müəyyən edildiyi 

anda sona çatır. 




38 

 

ABADA təkcə BYD kitabçasında sadalanan mallar üçün yox, həm də kitabçada sadalanmayan, lakin 



yol nəqliyyat vasitəsinin plomblanmış yük bölməsində  və ya plomblanmış konteynerdə olan istənilən mallar 

üçün də məsuliyyət daşıyır. 

Yol nəqliyyat vasitələri və konteynerlər BYD konvensiyasının texniki tələblərinə uyğun olmalıdırlar. 

Yəni, yol nəqliyyat vasitələri buraxılış (icazə)  şəhadətnaməsi ilə müşayiət olunmalıdır, konteynerlərdə isə 

buraxılışa icazə verilməsi barədə lövhəciklər olmalıdır. Buraxılmaya (icazə verilməsinə) dair şəhadətnamə 

gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının müvafiq gömrükxanasına təqdim edilir. 

Azərbaycan nəqliyyat vasitələrinə icazə verilməsinə dair şəhadətnamələr mütləq qaydada Azərbaycan 

Respublikasının göndərilmə gömrükxanasına təqdim olunur. Digər hallarda icazəyə dair şəhadətnamələr təqdim 

olunmaya bilər, buna baxmayaraq yol nəqliyyat vasitələri (konteynerlər) BYD Konvensiyasının texniki 

tələblərinə uyğun olmalıdır və  nəqliyyat vasitələrinin (konteynerlərin) gömrük möhür və plombları altında 

daşımaya bir dəfə üçün verilmiş icazə prosedurasından keçməlidirlər. Belə icazə barədə qeyd BYD kitabçasının 

“Xidməti istifadə üçün” qrafasında edilir. 

İcazəyə dair şəhadətnamələr, həmçinin, ağırçəkili və ya irihəcmli malların daşınması halında da təqdim 

edilmir. 

 

 

Azərbaycan Respublikasının ərazisinə 



gətirilərkən gömrük rəsmiləşdirilməsi 

qaydası  

 

Giriş gömrükxanasına aşağıdakı sənədlər təqdim olunmalıdır:  



- göndərilmə ölkələrinin və tranzit ölkələrin gömrük orqanları  tərəfindən doldurulmuş  və 

rəsmiləşdirilmiş BYD kitabçası;  

- icazəyə dair şəhadətnamə;  

- yük və əmtəə nəqliyyat sənədləri.  

Giriş gömrük xidmətlərinin vəzifəli  şəxsləri BYD kitabçasının doldurulmasının müəyyən olunmuş 

qaydalara uyğunluğunu yoxlayır.  

BYD kitabçası rəsmiləşdirilərkən aşağıdakılara xüsusi diqqət yetirilir:  

- yük manifestinin doldurulmasına (yük manifestinə daxil edilmiş  məlumatlar yük və malı müşayiət 

edən sənədlər göstərilən məlumatlara uyğun olmalıdır);  

- BYD kitabçalarının kötüyündə göndərilmə gömrükxanasının və aralıq gömrükxanaların gömrük 

ştamplarının olmasına;  

Gömrükxananın vəzifəli şəxsləri BYD kitabçasının oğurlanmış kimi nəzarətdə olmadığına və malların 

daşınmasının BYD kitabçasının kəsilməyən (qoparılmayan) vərəqinin 4-cü və üz qabığının 3-cü qrafasının 

düzgün doldurulduğuna əmin olmalıdırlar.  

Giriş gömrükxanaları: nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrinin texniki vəziyyətini, 

konteynerlərdə icazə (buraxılma)  şəhadətnamələrinin və buraxılma (icazə) lövhəciklərinin olmasını, nəqliyyat 

vasitələrinin və ya konteynerlərin yük bölmələrində gömrük möhür və plomblarının vəziyyətini yoxlayırlar, 

müstəsna hallarda yük bölmələrinə və ya konteynerlərə baxış keçirirlər.  

BYD prosedurasında hər hansı qayda pozuntusu aşkar edildikdə, giriş gömrükxanası malları  və 

nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tranzit gömrük rejimi və ya 

çatdırılma prosedurası altına sala bilər.  

Əgər sənədli və faktiki nəzarət nəticəsində BYD prosedurasının hər hansı bir pozuntusu aşkar 

edilməmişsə, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisi ilə bu proseduraya uyğun 

olaraq hərəkətinin mümkünlüyü barədə qərar qəbul edilir.  

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisi üzrə BYD prosedurasına uyğun 

olaraq hərəkət edə bilməsinin mümkünlüyü barədə qərar qəbul edildikdən sonra zəruri olduqda, əlavə gömrük 

təminatları qoyulur və bu barədə hər iki kəsilən vərəqdə “Xidməti  istifadə üçün” qrafasında qeydiyyat aparılır, 

həmçinin malların gömrük dəyəri müəyyən edilir.  

Malların gömrük dəyərinin müəyyən edilməsi üçün hesab-qaimələrdən, nəqliyyat və  sığorta 

sənədlərindən, göndərilmə ölkələrinin gömrük bəyannamələrindən, qablaşdırma vərəqlərindən, malı müşayiət 

edən digər sənədlərdən istifadə olunur. Gömrük dəyəri hər iki kəsilən vərəqin “Rəsmi istifadə üçün” qrafasında 

kontrakt valyutası ilə göstərilir. Gömrük dəyərini müəyyən etmək üçün mümkün olmadıqda, bu qrafada “Dəyər 

müəyyən olunmayıb” qeydi edilir. 

Hər iki kəsilən vərəqin 10-cu qrafasında daşınan malların verilməsi, itirilməsi və çatdırılmaması 

hallarında, onların identifikasiyası (eyniləşdirilməsi) üçün kifayət edəcək qədər müfəssəl təsviri verilir; 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə