Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə27/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

57 

 

Mövzu 13. 



 

Gömrük brokeri və 

gömrük daşıyıcısı 

 

Bazar iqtisadiyyatına keçid dövrünün müasir mərhələsində peşəkar vasitəçilik fəaliyyəti ilə məşğul olan 



fiziki və hüquqi şəxslərin maraq göstərdiyi sahələrdən biri də gömrük işi sahəsində özünəməxsus yer tutan 

gömrük brokeri peşəsidir. Mövcud qanunvericiliyə uyğun olaraq yaradılmış və DGK-dən lisenziya almış hüquqi 

şəxslər gömrük brokeri ola bilərlər. 

Gömrük brokeri ilə onun təmsil etdiyi şəxs arasındakı qarşılıqlı münasibətləp, notarius tərəfindən təsdiq 

edilmiş müqavilə ilə  tənzimlənir. Belə müqavilələr ikitərəfli olub, konsensual müqavilə növünə aid edilir və 

ödəniş xarakterlidir. 

Broker xidməti üzrə müqaviləyə görə gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığı və onun hesabına öz 

adından gömrük rəsmiləşdirilməsi üzrə istənilən əməliyyatı və digər vasitəçilik əməliyyatları apara bilər. 

Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi əməliyyatları zamanı, o, malların əsil sahibi qədər onun 

vəzifələrini yerinə yetirir və məsuliyyət daşıyır. 

Nəzərə alaq ki, gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığını yerinə yetirərkən təmsilçinin deyil, öz 

adından çıxış edir, bu halda broker xidməti göstərilməsi barədə müqavilədən doğan üç növ hüquqi 

münasibətlərin şahidi olmuş oluruq: 

1) gömrük brokeri ilə təmsil etdiyi şəxs arasında; 

2) gömrük brokeri ilə üçüncü şəxslər arasında; 

3) təmsil olunan şəxslə üçüncü şəxslər arasında (məsələn, broker lisenziyasının fəaliyyəti 

dayandırıldıqda). 

Gömrük brokerinin gömrük orqanları qarşısında hüquqları, vəzifələri və məsuliyyəti təmsil etdiyi şəxslə 

bağladığı müqavilə ilə məhdudlaşmır. 

Gömrük brokerinin fəaliyyəti lisenziyalaşdırılır. Brokerlik lisenziyası almaq istəyən hüquqi şəxs 

Gömrük Məcəlləsinin 156-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan tələblərə cavab verməlidir. 

Gömrük brokeri fəaliyyəti ilə  məşğul olmaq üçün lisenziyanın verilmə qaydasını Azərbaycan 

Respublikasının Nazirlər Kabineti müəyyən edir. Lisenziya verilməsi məsələsini DGK həll edir və onun 

fəaliyyət müddətini müəyyənləşdirir. Gömrük Məcəlləsi broker lisenziyasının geri çağırılması və ləğv edilməsi 

hallarını müəyyən edir. 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 1998-ci il tarixli 101 saylı qərarı ilə Gömrük 

brokeri haqqında Əsasnamə və gömrük brokeri fəaliyyətinə lisenziya verilməsi Qaydaları təsdiq edilmişdir. 

Lisenziyanın ləğv edilməsi qərarı lisenziyanın verilməsi tarixindən başlanan fəaliyyətə  şamil edilir. 

Lisenziyanın geri alınma qərarı qəbul edildiyi gündən qüvvəyə minir. 

Ləğvetmə və gerialma lisenziyanın fəaliyyətinə xitam verir. Bununla belə onlar lisenziya sahibini yeni 

lisenziya almaq hüququndan məhrum etmir. 

Lisenziya verilməsi barədə təkrar müraciətə DGK tərəfindən ləğvetmə, yaxud geriçağırma qərarı verilən 

vaxtdan iki il keçdikdən sonra bu qərarı meydana çıxaran səbəblərin aradan qaldırılması şərti ilə baxıla bilər. 

Bundan başqa gömrük orqanları, brokerin vəzifəsindən sui-istifadə etdiyini güman etməyə kifayət qədər 

əsas olduqda, lisenziyanın fəaliyyətini üç ay müddətinə dayandıra bilər. 

Dövlət Gömrük Komitəsi gömrük brokerinin reyestrini aparır və bu reyestrin nəşrini təmin edir. 

 

 

Gömrük daşıyıcısı anlayışı və hüquqi statusu 



 

Gömrük daşıyıcısı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq yaradılan, Dövlət Gömrük 

Komitəsi tərəfindən gömrük nəzarəti altındakı yüklərin daşınması üçün lisenztya verilmiş hüquqi şəxsdir. Qeyd 

etmək lazımdır ki, o malları gömrük müşayiəti olmadan və gömrük ödənişləri ödəmədən daşıyır. 

Gömrük daşıyıcısından istifadə həm könüllü, həm də məcburi ola bilər. Gömrük daşıyıcısından könüllü 

istifadə o zaman olur ki, marağı olan şəxs gömrük daşıyıcısının xidmətindən gömrük orqanını xəbərdar etməklə 

şəxsi təşəbbüsü əsasında istifadə etsin. 

Gömrük orqanının vəzifəli  şəxsi daşınan malların xarakteri və statusu barədə  məlumata  əsaslanaraq, 

gömrük qanunvericiliyinin pozulmasının mümkündüyünü güman etdikdə, daşınmanın spesifikasını  nəzərə 

alaraq gömrük rəsmiləşdirilməsi mərhələsində  həmin malların gömrük daşıyıcısı  tərəfindən daşınması barədə 

qərar qəbul edə bilər. Belə daşınma məcburi xarakter daşıyır, çünki mal üzərində sərəncam vermək hüququ olan 

şəxs gömrük orqanının qəbul etdiyi qərara etinasız qala bilməz. 




58 

 

Gömrük orqanının gömrük daşıyıcısından istifadə edilməsi barədə  qərarı  həm daşıyıcı, həm 



malgöndərən və malalan, həm də gömrük daşıyıcısının özü üçün məcburidir. Belə  qərar adi daşıyıcının, mal 

göndərən və malalanın tərəfindən gömrük daşıyıcısının istifadəsi ilə meydana çıxmış xərclərinin ödənməsi üçün 

əsas ola bilər. 

Aşağıdakı mallar barədə gömrük orqanı, hətta gömrük ödənişlərinin ödənməsinin təminatı olduqda belə, 

gömrük daşıyıcısından istifadə edilməsi üçün qərar verə bilər: 

a) Azərbaycan Respublikası  ərazisinə  gətirilməsi və ölkədən çıxarılması qadağan olunmuş mallar 

(gömrük orqanları arasında daşınması zərurəti yarandıqda); 

b) Lisenziyalaşdırılmalı, sertifikatlaşdırılmalı  və digər orqanların nəzarətinə  cəlb edilməli (əgər belə 

nəzarət həyata keçirilməmişsə) mallar. 

BYD kitabçaları tətbiq edilməklə və gömrük müşayiəti ilə yük daşınması zamanı gömrük daşıyıcısından 

istifadə edilməsi məcburiyyəti tətbiq edilmir. 

Gömrük daşıyıcısı ödəmə qabiliyyətli olmalıdır. Onun maliyyə imkanları  tələb olunan bütün gömrük 

ödənişlərinin təxirəsalınmadan ödəniləcəyinə  zəmanət verməlidir. Gömrük daşıyıcısı öz fəaliyyətini 

sığortalamaq üçün müvafiq müqavilə bağlamalıdır. 

Texniki tələblərə  gəlincə, gömrük daşıyıcısının nəqliyyat vasitələri gömrük orqanları  tərəfindən 

müəyyən edilmiş “Gömrük möhür və plombları altında malların daşınması üçün nəqliyyat vasitələrinin təchiz 

edilməsi və onların yük daşınmasına buraxılması qaydalarına” uyğun olmalıdır. 

Malgöndərən və gömrük daşıyıcısı arasındakı münasibətlər müqavilə  əsasında qurulur. Bağlanmış 

müqavilədə digər müddəalarla bərabər, gömrük nəzarəti altında malların daşınması ilə bağlı gömrük 

daşıyıcısının xərclərinin ödənilməsi də  tənzimlənir. Müqavilə ilə  təsbit edilmiş hüquq və  vəzifələrdən başqa 

gömrük daşıyıcısı aşağıdakı öhdəlikləri də yerinə yetirməlidir: 

1) malları təyinat gömrükxanasına onların tarası və ya mövcud halı dəyişilmədən çatdırılmalı; 

2) gömrük orqanları tərəfindən müəyyən edilmiş çatdırılma müddətlərinə və hərəkət marşrutuna riayət 

etməli; 


3) malları və sənədləri təyinat gömrükxanasına yetirməli, lazım gəldikdə təqdim etməli

4) gömrük nəzarəti altında olan mallarla birgə digər mallar daşımamalı; 

5) gömrük nəzarəti altındakı daşımaların uçotunu aparmalı, gömrük orqanlarına müvafiq hesabat 

verməli; 

6) mal göndərəndən alınmış kommersiya, bank, qanunla qorunan digər sirləri açıqlamamalı; 

7) malları  təyinat gömrükxanasına çatdırdıqdan sonra, onları  nəzarətsiz qoymamalı, dayanacaq yerini 

dəyişdirməməli, malları boşaltmamalı  və başqa nəqliyyat növünə yükləməməli, qablaşdırılmanı pozmamalı, 

gömrük eyniləşdirmə vasitələrini qoparmamalı, yaxud məhv etməməlidir. 

Bu öhdəliklərin pozulmasına görə o zaman məsuliyyət müəyyən olunmur ki, gömrük daşıyıcısı 

nəqliyyat vasitəsi ekipajının həyatı və sağlamlığı üçün, həmçinin, mal və nəqliyyat vasitəsinin məhv edilməsinə 

görə real təhlükə yarandığını sübut etmiş olsun. 

Gömrük daşıyıcısı malların çatdırıldığı yerdə müvəqqəti saxlanca və ya mallara görə səlahiyyətli şəxsə 

verilənə qədər gömrük ödənişlərinin ödənilməsinə məsuliyyət daşıyır. Əgər gömrük daşıyıcısı malları gömrük 

orqanının icazəsi olmadan vermişsə, gömrük ödənişlərinin ödənməsi sərbəst dövriyyə üçün buraxılış və ya ixrac 

gömrük rejimində (məbləğ ondan az deyilsə) tələb olunan məbləğdə gömrük daşıyıcısına həvalə olunur. 

 

 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə