DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə63/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   59   60   61   62   63   64   65   66   67

_______Milli Kitabxana_______ 
 
190 
Müdafiə olunmuş  xərc maddələri – büdcə ili ərzində 
maliyyələşdirilməsinə sekvestr tətbiq olunmayan, qanunvericiliklə 
müəyyən edilmiş büdcə xərcləridir. Müdafiə olunan xərc maddələri 
dedikdə  əmək haqqı,  əmək haqqına üstəlik, pensiya, başqa sosial 
müavinətlər və ödənişlər, həmçinin dövlətin daxili və xarici 
borclarına xidmətlə bağlı  xərclər və  hər il üçün dövlət büdcəsi 
haqqında qanuna uyğun olaraq müdafiə olunması  zəruri sayılan 
digər maddələr üzrə xərclər nəzərdə tutulur. 
Müəssisə – müəssisələr sahibkarlıq fəaliyyətini həyata keçirən 
və bu cür fəaliyyət üçün Azərbaycan Respublikasının (sərbəst 
balansa, cari və ya digər hesablara malik olan filialları, struktur 
bölmələri və ya digər ayrıca bölmələri) və xarici dövlətlərin 
qanunvericiliyinə uyğun olaraq yaradılan hüquqi şəxslər 
(korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə 
onların filialları və ya daimi nümayəndəlikləri) hesab olunur. 
Nəqliyyat – Azərbaycan Respublikasının ərazisində müəyyən 
edilmiş qaydada dövlət qeydiyyatına alınmış yükləri və insanları 
daşıma vasitələridir, o cümlədən dəmir yolu, avtomobil, dəniz, daxili 
su, hava, şəhər və  şəhərətrafı elektrik, metropoliten, həmçinin 
Azərbaycan Respublikasının  ərazisində yerləşən magistral boru 
kəmərləri. 
Nəticəyə  hədəflənmiş büdcə metodu (budgeting)  
Beynəlxalq təcrübədə dövlət büdcəsinin məqsədli proqramlar 
səviyyəsində icrasını  təmin edən “nəticəyə  hədəflənmiş büdcə 
metodu”nu tətbiq edilir. Bu metodun aşağıdakı xüsusiyyətlərini 
vardır. 
Birincisi, bu proqramlar dövlətin iqtisadi inkişaf strategiyasına 
uyğun olmalıdır.  İnkişaf etmiş ölkələrdə, bir qayda olaraq, 
ortamüddətli indikativ planlar qəbul edilir və bu planlarda nəzərdə 
tutulmuş hədəflərə çatmaq üçün maliyyə mənbəyi dövlət büdcəsinin 
xərcləri olan və əsas istiqamətləri ölkənin sosial-iqtisadi hədəfləri ilə 
üst-üstə düşən məqsədli proqramlar qəbul edilir. 
İkincisi, büdcə maliyyələşdirilməsinin nəticələri orta və 
uzunmüddətli dövr üzrə müəyyənləşdiridiyi üçün məqsədli 
proqramların prinsiplərinin tam mənada tətbiqi ortamüddətli dövr 
üçün münasibdir. Buna görə  də qeyd olunan büdcə metodunun 


_______Milli Kitabxana_______ 
 
191 
tətbiqi paralel olaraq perspektiv büdcə planlaşdırılmasına keçidi 
şərtləndirir. Belə ki, məqsədli sosial-iqtisadi inkişaf proqramları orta 
müddətli büdcə proqnozları (bəzi hallarda orta müddətli büdcə 
planlaşdırılması və ya sadəcə orta müddətli büdcə plan-proqnozu) ilə 
əlaqəli şəkildə və onlara uyğun hazırlanır. 
Üçüncüsü, proqramlar çərçivəsində  xərclənən vəsaitlərin 
səmərəliliyinin qiymətləndirilməsi məqsədilə bu xərclər üzərində 
ciddi maliyyə  nəzarəti aparılır və hesabatlar təqdim olunur. Bu 
hesabatlarda xərclərin səmərəliliyini qiymətləndirmək məqsədilə 
xüsusi (kəmiyyət və keyfiyyət) göstəricilər sistemi öz əksini tapır. 
Hazırda ABŞ, Fransa, Norveç, Kanada, Yeni Zelandiya, 
Danimarka,  İsveç, Finlyandiya, Böyük Britaniya və Rusiya 
Federasiyası kimi ölkələrdə haqqında danışılan metodun bu və ya 
digər formaları tətbiq edilir.  
Məqsədli proqramlar səviyyəsində dövlət büdcəsinin icrası 
zamanı aşağıdakı prinsiplər əsas götürülməlidir: 

 
Maliyyə resurslarının maddələr üzrə deyil, proqramlar və 
ya strateji hədəflər üzrə icrasının təmin edilməsi; 

 
Dövlət qurumlarının məqsədi və strateji prioritetlərinin 
proqramlara uyğunlaşdırılması; 

 
Dövlət qurumlarının büdcə  vəsaitlərindən istifadəsi 
üzərində nəzarət mexanizminin qurulması; 

 
Büdcə prosesləri daha çox dövlət sektorunda olan 
müəssisə və təşkilatların fəaliyyəti ilə sıx bağlanır; 

 
Büdcə layihəsi müvafiq icra hakimiyyəti orqanlarına 
büdcə subyektlərinin fəaliyyətinin səmərəliliyini 
qiymətləndirmək imkanı verən göstəricilər sistemi 
əsasında təqdim edilir. 
Normativ hüquqi akt – səlahiyyətli dövlət orqanı tərəfindən 
qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq 
normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə 
tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir. 
Pensiya – müəyyən yaş  həddinə çatmasına,  əlilliyə, ailə 
vəziyyətinə, eləcə  də dövlət qarşısında  əməyinə  və xidmətinə görə 
vətəndaşlara mütəmadi qaydada ödənilən əvəzsiz ödəniş. 


_______Milli Kitabxana_______ 
 
192 
Proqnozlaşdırma – proqnozun irəli sürülməsi ilə bağlı 
istifadə olunan elmi-praktiki metodların məcmusu və ya hər hansı 
bir prosesinin, yaxud proseslər sisteminin inkişaf meyillərinə  və 
perspektivlərinə yönəlmiş elmi-tədqiqat. 
Rezident: 
-
 
təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən 
Azərbaycan Respublikasının ərazisində olan şəxslər; 
-
 
təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici 
ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində 
olan; 
-
 
yuxarıda göstərilən abzaslardakı  şərtlərə cavab vermirsə 
(yəni Azərbaycan Respublikasının  ərazisində  və xarici 
ölkədə fiziki şəxsin olma müddəti 182 gündən artıq 
olmadıqda), həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla 
göstərilən meyarlarla Azərbaycan Respublikasının 
rezidenti sayılır: 
1.daimi yaşayış yeri; 
2.həyati mənafelərinin mərkəzi
3.adətən yaşadığı yer; 
4. Azərbaycan Respublikasının vətəndaşlığı. 
Royalti  –  ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram 
təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər 
üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə 
hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, 
dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, 
kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, 
kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə 
hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir. 
Rüsum – hüquqi və fiziki şəxslər arasında, yaxud onlarla 
dövlət arasında xüsusi iqtisadi-hüquqi münasibətlərə görə bu 
münasibətlərin iştirakçılarından dövlət və  bələdiyyə orqanı 
tərəfindən alınan məcburi ödənişdir. 
Sahibkarlıq fəaliyyəti – vergi qanunvericiliyinə  əsasən 
sahibkarlıq fəaliyyəti  şəxsin müstəqil surətdə, öz riski ilə  həyata 
keçirdiyi,  əsas məqsədi  əmlak istifadəsindən, malların təqdim 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə