198
sənin sevgilin var, atamdan, məndən gizlədirsən? Və sair və sair...
Mənim də çoxlu suallarım var, gördüyün kimi.
Məncə, biz danışmalıyıq.
Ola bilər. Amma indi elə yorğunam ki, yatmalıyam. Üstəlik, aybaşı
olmuşam.
Sofi bunu deyib boğazında düyünlənən göz yaşları ilə otağına
yüyürdü.
Vanna otağından çıxıb mələfənin altına girmişdi ki, anası gəldi.
Sofi anasının inanmayacağını bilsə də, özünü yuxuluğa vurdu. Sofi
yaxşı bilirdi ki, anası nəinki onun yatdığına inanmır, Sofinin buna
inanmadığını da bilir. Buna baxmayaraq, anası özünü Sofinin yatdığına
inanmış kimi apardı. Çarpayının kənarında oturdu və onun saçlarını
sığallamağa başladı.
Sofi iki həyatı eyni zamanda yaşamağın necə də dolaşıq olduğunu
düşünürdü. Fəlsəfə kursunun bitməsini dörd gözlə gözləməyə başladı.
Bəlkə də onun ad gününə, yaxud 24 iyuna qədər bitəcək. Hildenin atası
da Livandan 23-24 iyunda qayıtmalıdır-
istəyirəm, ad günümdə şənlik keçirim, - birdən dedi.
Əla. Kimi dəvət edəcəksən?
Çox adamı... Olar?
Əlbəttə. Böyük bağımız var. Ümid edirəm, havalar da belə xoş
olmağa davam edəcək.
Amma mən ad günümü 24 iyunda keçirmək istəyirəm. Yaxşı, elə də
edərik.
Çox vacib gündü.
Son günlər böyüdüyümü hiss edirəm.
Yaxşı hissdi, yox?
Bilmirəm.
Sofi başını yastığın altına soxub danışırdı. Bu dəfə isə anası dedi:
Sofi, əzizim, axır günlər niyə belə olduğunu mənə danışmalısan.
On beş yaşın olanda sən belə olmamısan?
Yəqin ki. Amma nəyi nəzərdə tutduğumu bilirsən.
Sofi birdən üzünü anasına çevirdi və dedi:
downloaded from KitabYurdu.org
199
İtin adı Hermesdi. O, Alberto adlı adamındı.
A-ha.
O, şəhərin köhnə tərəfində yaşayır.
Sən iti o uzunluqda yolu apardın?
Hə. Bunda təhlükəli bir şey yoxdu.
Sən demişdin ki, it bura tez-tez gəlir.
Demişəm?
İndi o, fikirləşməli idi. O, anasına mümkün qədər çox şey demək
istəyirdi, amma hər şeyi də danışa bilməzdi.
Sən evdə tapılmırsan, - o, riskə getdi.
Razıyam, sadəcə çox məşğulam.
Alberto və Hermes bura çox gəliblər.
Nəyə görə? Evin içinə də giriblər?
Bir-bir soruşa bilərsən? Evdə olmayıblar. Amma tez-tez meşəyə
gəzməyə gəlirlər və bizim evin yanından keçirlər. Bu da qəribədi,
səncə?
Yox, qətiyyən.
Hamı meşəyə gəzməyə gedəndə bizim evin yanından keçir. Bir dəfə
məktəbdən gələndə Hermesi gördüm. Albertonu da Hermes vasitəsilə
tanıdım.
Bəs ağ dovşan-zad nə idi?
Ağ dovşanı Alberto danışıb mənə. O, əsl filosofdu. Mənə bütün
filosoflar haqda danışıb.
Elə durduğu yerdə, çəpərdən?
Əslində mənə məktublar da yazıb, çoxlu məktublar. Bəzən onları
poçtla göndərib, bəzi vaxtlarda isə məktubları gəzməyə gedəndə poçt
qutusuna salıb.
Deməli, “eşq məktubu” dediyimiz odur.
“Eşq məktubu” sözü düzgün deyil, onlar eşq məktubu deyil.
O, elə ancaq fəlsəfədən yazır?
Bəli! Ondan səkkiz il məktəbdə öyrəndiyimdən daha çox şey
öyrənmişəm. Məsələn, 1600-cü ildə yandırılmış Cordano Bruno haqda
eşitmisən? Nyutonun Ümumdünya cazibə qanunu haqda necə?
downloaded from KitabYurdu.org
200
Yox, bilmədiyim çox şey var.
Mərc gəlirəm ki, sən heç Yerin Günəş ətrafında necə dövrə
vurduğunu da bilmirsən, özü də bu sənin öz planetindi.
Onun neçə yaşı olar?
Nə bilim, təxminən əlli.
Bəs onun Livanla nə əlaqəsi var?
Ən çətin sual bu idi. Sofinin fikrindən çoxlu cavab variantları keçdi.
Axırda dedi:
Albertonun qardaşı BMT batalyonunda mayordu. O, Lillesandlıdı.
Nə vaxtsa mayor evində yaşayan adam da odu.
Alberto bir az qəribə addı, yox?
Bəlkə də.
İtalyan adına oxşayır.
Onsuz da bütün vacib şeylər ya Yunanıstandan, ya da İtaliyadan
çıxıb.
Amma o, Norveç dilini bilir, hə?
Hə! Özü də səlis!
Bilirsən, Sofi, mən belə fikirləşirəm ki, sən Albertonu bir gün evə
dəvət etsən yaxşıdı. Heç vaxt əsl filosof görməmişəm.
Baxarıq.
Bəlkə onu ad günü şənliyinə dəvət edək? Bir neçə nəslin bir yerdə
olması - nəslləri qovuşdurmaq əla olardı. Məni dəvət
edirsən, yox? Ən azı yeməkləri masaya gətirib-aparmağa kömək
edərəm. Nə fikirləşirsən?
Əgər o gəlmək istəsə. Hər halda onunla söhbət bizim sinifdəki
oğlanlarla söhbətdən qat-qat maraqlıdı. Sadəcə...
Nə?
Birdən onlar Albertonun sənin yeni sevgilin olduğunu fikirləşərlər...
Onda onlara elə olmadığını deyərsən.
Yaxşı, baxaq görək.
Yaxşı. Birdə... Sofi, onu doğru deyirsən ki, atanla mənim aramda
həmişə hər şey yaxşı getmir. Amma heç vaxt həyatımda atandan
başqası olmayıb...
downloaded from KitabYurdu.org
201
İndi yatmalıyam. Qarnım da ağrıyır!
Parasetamol istəyirsən?
Hə, zəhmət olmasa.
Anası həb və bir stəkan suyla qayıdanda Sofi artıq yuxuya getmişdi.
Mayın 31-i cümə axşamı gününə düşürdü. Sofi axırıncı dərslərin
keçməsinə güclə dözmüşdü. Fəlsəfə kursuna başlayandan bəzi fənlərdə
işi yaxşı gedirdi. Adətən bir çox fənlərdən yaxşı qiymətlər alırdı, amma
son vaxtlar qiymətləri daha da yaxşılaşmışdı. Riyaziyyatda isə
vəziyyəti yaxşı deyildi.
Sonuncu dərsdə yenə inşa yazdılar. Sofi “İnsan və texnika”
mövzusunu seçdi. İnşasında Renessans və elmi tərəqqidən, yeni təbiət
anlayışından, “bilik gücdür” deyən Frensis Bekondan və yeni elmi
metoddan söz açdı. Təcrübə metodunun yeni elmi kəşflərə əsas verməsi
üzərində xeyli dayandı. Sonra texnologiyanın ziyanlı tərəfləri haqda
düşündüklərini yazdı. Sözünün yekununda isə insanların etdiyi hər
şeyin həm xeyir, həm də şər üçün istifadə oluna biləcəyini göstərdi.
Xeyir və şər eyni bir ipi əmələ gətirən ağ və qara tellərdi,- yazdı. Bu iki
tel bəzən bir-birinə elə dolaşır ki, onları açıb aralamaq mümkün olmur.
Müəllim dəftərləri yoxlayıb yenidən şagirdlərə paylayanda Sofiyə
baxıb göz vurdu.
Sofi dəftərini açıb gördü ki, müəllim yazıb: “Məqbul! Bütün bunları
haradan bilirsən?” Sofi müəllimin sualının altına böyük hərflərlə yazdı:
“FƏLSƏFƏ OXUYURAM”.
Dəftərini bağlayanda arasından nə isə düşdü. Bu, Livandan açıqca
idi:
“Əziz Hilde,
Sən bu məktubu oxuyanda biz artıq burada baş vermiş faciəvi ölüm
haqda telefonda danışmış olacağıq. Bəzən öz- özümə deyirəm, insanlar
bir az çox düşünə bilsəydilər, bəlkə bu ölümlər, müharibələr olmazdı.
Müharibəyə və zorakılığa qarşı ən yaxşı çarə qısa bir fəlsəfə kursu ola
bilər bəlkə də! “BMT-nin fəlsəfə kitabı” adlı bir kitab olsaydı, dünyaya
gələn hər yeni insan onu öz ana dilində əldə etsəydi, necə olardı! Bunu
BMT Baş Assambleyasına təklif edəcəyəm.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |