202
Telefonda dedin ki, daha şeylərindən yaxşı muğayat olursan. Buna
şadam, çünki sən tanıdığım ən səliqəsiz insansan. Son söhbətimizdən
sonra cəmi bir dəfə on kron itirdiyini dedin. Pulunu tapmaq üçün
əlimdən gələni edəcəyəm. Uzaqda olmağıma baxmayaraq, orada mənə
kömək etməyə
hazır olan dost əli həmişə var. (Pulu tapsam, sənin ad günü hədiyyənin
içinə qoyacağam.)
Səni sevən, evə dönmək üzrə olan atan”.
Sofi açıqcanı oxuyub qurtaran kimi zəng vuruldu, sonuncu dərs
qurtardı. Fikirləri yenə həngamə qoparır, ağlından eyni anda yüzlərlə
fikir keçirdi.
Həmişə kimi, məktəbin həyətində Coanna ilə görüşdü. Evə tərəf
gedəndə Sofi çantasını açıb açıqcanı çıxardı və Coannaya göstərdi.
Nə vaxt möhürlənib? - Coanna soruşdu.
Yəqin “15 iyun”da.
Yox, bax, ... yazılıb: 5.30.90.
Dünənki tarix... Yəni Livanda mayorun ölümündən bir gün sonra.
İnanmıram ki, Livandan Norveçə bir günə məktub çata, - Coanna
dedi, - hələ bu xüsusi ünvana baxsaq: “Sofi Amundsen vasitəsilə Hilde
Moller Knaqa, Furulia liseyi"...
Səncə, bu poçtla gəlib? Müəllim də sadəcə onu sənin dəftərinin
arasına qoyub?
Bilmirəm. Heç bilmirəm, soruşmağa cürətim çatarmı?
Açıqca mövzusu beləcə bağlandı.
24 iyunda bağçamızda böyük şənlik keçirəcəyəm, - Sofi dedi.
Sinifdən oğlanları da çağıracaqsan?
Sofi çiyinlərini çəkdi:
Çox sarsaqları çağırmasaq da olar.
Bəs Ceremini çağıracaqsan?
İstəsən, hə. Yeri gəlmişkən, Alberto Knoksu da çağırmaq istəyirəm.
Ağlını itirmisən!
Bilirəm.
Supermarketin yanında bu sözlərlə ayrıldılar... Sofi evə çatan kimi
downloaded from KitabYurdu.org
203
tez bağa baxdı ki, görsün Hermes oradadırmı. Bəli, orada idi, alma
ağaclarının arasında gəzib ətrafı iyləyirdi.
Hermes!
İt bir anlıq hərəkətsiz dayandı. Sofi həmin an nə baş verdiyini dəqiq
bilirdi: it Sofinin səsini eşitmiş, səsi tanımış və bunun doğrudan da Sofi
olub-olmadığını bilmək üçün səsin gəldiyi tərəfə baxmaq qərarına
gəlmişdi. Baxanda haqlı olduğunu anlayıb ona tərəf qaçmağa
başlamışdı. Nəhayət, baraban çubuqları kimi səs çıxararaq, sürətlə
dördayaq qaçıb ona çatdı. Bir saniyədə nə çox şey ola bilir!
O, iki ayağı üstündə qalxdı, quyruğunu möhkəm oynatdı və Sofinin
üzünü yalamaq üçün tullandı.
Hermes, ağıllı oğlan! Düş, düş... Ayy.. Məni yalama. Otur. Ay sağ
ol, bax belə.
Sofi özünü evə atdı. Həyətdəki yad heyvandan duyuq düşən Şerekan
da kolların arasından çıxıb Sofiylə birlikdə evə girmişdi. Sofi pişiyinin
qarşısına yemək, quşların qabına yem, tısbağa üçün kahı yarpağı, anası
üçünsə bir kağız yazıb qoydu. Kağızda Hermesi evlərinə apardığını,
axşam saat yeddiyə qədər evə gələcəyini yazmışdı.
Onlar şəhərin bir ucundan o biri ucuna keçdilər. Sofi bu dəfə yanında
pul götürmüşdü. Bir ara fikrindən Hermeslə
avtobusa minib getmək keçdi, amma tez də fikrindən daşındı, əvvəl bu
barədə Albertodan icazə almaq qərarına gəldi.
Hermes qabaqda, o arxada gedərkən heyvanları düşündü. İtlə insan
arasındakı fərq nədir? Aristotelin sözlərini xatırladı. O deyirdi ki,
insanlarla heyvanlar arasında bir çox ümumi cəhətlər var. Lakin
insanlar və heyvanlar arasında bir əsas fərq var ki, bu da insana xas olan
ağıldır. Heyvanlarda ağıl olmadığını necə belə əminliklə deyə bilərdi?
Demokritsə heyvanlarla insanların çox oxşar olduğunu, çünki hər
ikisinin atomlardan yaradıldığını deyirdi. Nə heyvanların, nə də
insanların ölməz ruhu var. Onun fikrincə, ruh da atomlardan əmələ gəlir
və bədən öləndə ruh atomları da dağılıb ətrafa səpələnir. O, insan
ruhunun beyinlə ayrılmaz surətdə bağlı olduğunu düşünürdü.
Bəs ruh atomlardan necə yaradıla bilərdi? Ruh bədənin başqa yerləri
downloaded from KitabYurdu.org
204
kimi toxunula bilən bir şey deyil axı. Ağzımızda “ruh” deyirik.
Onlaradıq Baş meydanı keçmiş, şəhərin qədimi hissəsinə
yaxınlaşmışdılar. On kronu tapdığı səkiyə çatanda Sofi özündən asılı
olmadan asfalta baxdı. Və orada, bir neçə gün
əvvəl on kronu tapdığı o yerdə bu dəfə şəkilli tərəfi üstə düşmüş bir
açıqca vardı. Şəkildə portağal və palma ağaclarıyla dolu bir bağ vardı.
Sofi əyilib onu götürdü. Bu vaxt Hermes mırıldamağa başladı, sanki
Sofinin açıqcanı götürməsindən xoşu gəlməmişdi.
Açıqcada bu sözlər yazılmışdı:
“Əziz Hilde,
Həyat təsadüflərdən ibarət uzun bir zəncirdir. İtirdiyin on kron düz
burada rastına çıxa bilər. Çünki bəlkə də onu Lillesanddan
Kristiansanda gedən yaşlı bir qadın avtobus gözləyəndə tapıb. Bu qadın
sonra Kristiansandda qatara minib, nəvələrini görməyə gəlib, on kronu
da burada - Yeni meydanda itirib. Sonra ola bilsin ki, bu pulu evə gedə
bilmək üçün on krona çox ehtiyacı olan bir qız tapıb. Bilinmir, bəlkə
doğrudan da belə olub və əgər bütün bunlar ola bilirsə, adamın ağlına
sual gəlir: bütün bunların arxasında Tanrı əli varmı?
İmza: Səni sevən, gəmiyə minib evə - Lillesanda dönmək üzrə olan
atan.
Qeyd: On kronunu tapmaqda sənə kömək edəcəyimi demişdim axı”.
Ünvan yerində isə yazılmışdı: “Yoldan keçən adam vasitəsilə Hilde
Moller Knaqa”. Açıqca 15 iyun, 1990 tarixində möhürlənmişdi.
Sofi Hermesin dalınca iri addımlarla pilləkən boyu qaçdı. Alberto
qapını açan kimi Sofi dedi:
Çəkil, poçtalyona yol ver.
Qıcıqlanmaq üçün əsası olduğunu düşünürdü. Alberto Sofiyə yol
verdi ki, keçsin. Hermes ötən dəfəki kimi asılqanın alt gözündə özünə
yer elədi.
Məmin balam, deyəsən, yenə mayordan xəbər var, hə?
Sofi başını qaldırıb Albertoya baxdı. Bu dəfə o, başqa bir kostyum
geyinmişdi. Başına qıvrım parik qoymuş, çoxlu krujevalı, enli paltar
geyinmişdi. Boğazına dəbdəbəli ipək lent taxmış və kostyumun
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |