237
Axının qradiyenti
L
H
H
I
2
1
−
=
İndi
tutaq ki, elektrikkeçirici materialdan hər hansı bir
model hazırlanmışdır . Buna uyğun olaraq, Om qanunu yazaq:
F
L
U
U
c
F
L
U
U
R
U
I
)
(
2
1
2
1
−
=
−
=
=
ρ
, (47)
burada:
c - elektrikkeçiricilik əmsalı,
L – cərəyan keçən hissənin
uzunluğudur.
Modeldə elektrik cərəyanını ölçdükdə eyniqiymətli çoxlu
nöqtələr alınır. Bu nöqtələri xətlərlə birləşdirdikdə bərabər
potensiallar səthi (və ya ekvipotensial səth) alınır. Yəni:
U(x,y,z)= const .
İzotrop materialda ekvipotensial səthi göstərən xətlər
elektrik cərəyanı xətləri ilə düzbucaq altında kəsişir ki, bu da
bərabər təzyiqlər xəttinin analoqu olur. Elektrik cərəyanı xətləri
isə yeraltı axının istiqamətini göstərir. Bu fiziki oxşarlığın
alınması çoxdan məlumdur. Lakin onun geniş yayılması,
nəzəri
əsaslandırılması və tətbiqi N.N.Pavlovskinin apardığı
tədqiqatlardan sonra mümkün olmuşudr.
İlk dəfə N.N.Pavlovski elektrohidrodinamik analogiyanı
(EHDA) hidrotexniki qurğulara tətbiq etmiş və müsbət nəticələr
almışdır.
Hazırda EHDA üsulu yeraltı suların qərarlaşmış hərə-kətini
öyrənmək üçün geniş tətbiq olunur. Bunun üçün elek-trikkeçirici
kağızlardan istifadə olunur.
EHDA cihazının sxemi 20 - ci şəkildə göstərilmişdir.
EHDA cihazının sxeminin aşağı hissəsində süzən massivin
sərhədlərinin formasına uyğun gələn metal plastin (11) yerləşir;
onun yuxarı hissəsi elektrik cərəyanını bəndin yuxarı və aşağı
238
byeflərində qrunt ilə suyun təmas sərhədinə uyğun olan (1)
sahəsindən (2) sahəsinə ötürən paylaşdırıcı şəbəkə
kimi özünü
büruzə verir.
(10) təmas iynəsinin kömyi ilə plastinlərdə eyni poten-siala
malik nöqtələri tapıb, onları düz xətlərlə birləşdirirlər ki, bu da
ekvipotensialları əks etdirir. Sonra alınan xətlərə normal
istiqamətdə müəyyən intervallarda cərəyan xətlərini elə
keçirirlər ki, eyniölçülü düzbucaqlı və ya
kvadratlardan ibarət
şəbəkə alınsın. Alınmış belə şəbəkə bəndin altından baş verən
süzülmə axınının hidrodinamik şəbəkəsi kimi özünü büruzə verir.
Şəkil 20. Hidrotexniki qurğunun altından süzülmənin EHDA
üsulu ilə öyrənilməsi üçün istifadə olunan cihazın sxemi:
1 və 2 - su ilə qruntun toxunma sərhədlərinə uyğun gələn
əlaqə səthləri; 3 - mis şinlər; 4 - məftil; 5 - ampermetr; 6 -
akkumulyator; 7 - rubilnik (elektrik cərəyanını kəsən açar); 8 - səyyar
təmas; 9 - qalvonometr; 10 - təmas iynəsi; 11 - kartona yapışdırılmış
elektrikkeçirici materialdan hazırlanmış plastin; 12 - aqometr
Elektrikkeçirici kağızlardan istifadə edərkən sahənin
hazırlanmış modeli aşağıdakı şərtləri mütləq ödəməlidir:
1) Eynicinslilik;
2) Elektrik
xüsusiyyətinin sabitliyi;
3) Elektrik sahəsini pozan əlavə proseslərin olmaması;
4) Xüsusi müqavimətin optimal olması.
Elektrikkeçirici kağız hazırda geniş yayılmış materialdır.
Bu kağız qrafitin hislə örtülməsi yolu ilə hazırlanır və müxtəlif
239
dərəcəli xüsusi müqavimətə malik olur (100 – 10000 Om/sm
2
) .
Hidrogeoloji tədqiqatlar zamanı modelləşdirmənin dəqiqliyi
üçün aşağıdakı məlumatların olması zəruridir:
1) Geoloji - litoloji, geomorfoloji və hidrogeoloji xəritə-lər;
2) Eroziya proseslərinin dərinliyini və intensivliyini, çay
şəbəkələrini, atmosfer çöküntülərinin miqdarını, çayların
rejimini
və qidalanmasını göstərən bütün materiallar;
3) Təcrübə – suçəkmə və laboratoriya işlərinin nəticə-
lərinin (süzülmə əmsalı, sukeçiricilik, suvericilik və s.) xəritə
üzərində göstərilməsi;
4) Hidroizogips və hidroizopyez xəritələri;
5) Xəritə üzərində qeyd olunmuş su mənbələri
üzrə
aparılan rejim – müşahidə məlumatları;
6) Yeraltı suların təzyiqli və təzyiqsiz laylarda
minerallaşma və hidrokimyəvi xəritəsi və bu xəritələr üzərində
göstərilən ayrı – ayrı komponentlərin dəyişmə dərəcəsi;
7) Tədqiqat rayonunda fəaliyyətdə olan hidrotexniki
qurğuların təsiri ;
8) Qrup şəklində olan quyulardan suçəkmənin
nəticəsi və
onların düzgün şərhi.
Aparılmış çöl tədqiqatları əsasında tərtib olunmuş
sukeçiricilik xəritəsinə əsasən elektrikkeçirici kağızda sahənin
modeli qurulur.
Müxtəlif sukeçiriciliyə malik sahələr müxtəlif dərəcəli
xüsusi müqavimətə malik kağızla əvəz olunur. Bu əvəzetmə
mütləq aşağıdakı şərti ödəməlidir:
,
const
km
c
km
R
=
=
α
δ
ρ
δ
const
km
km
=
=
=
...
)
(
)
(
2
2
1
1
ρ
ρ
, (48)
burada:
km - horizontun sukeçiriciliyi, m
2
/sut;
c - kağızın
xüsusi
elektrikkeçiriciliyi, 1/Om
.
sm;
δ
- kağızın qalınlığı, sm ;
ρ
-
kağızın xüsusi müqaviməti, Om
.
sm ;
R
α
- müqavimət
miqyasıdır, Om/sut.
Modeli hazırlayarkən kağızları yapışdırmaq üçün elek-