Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə20/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
59 
Heyrət, ey büt, surətin gördükdə lal eylər məni
Surəti-halım görən surət xəyal eylər məni. (39, 215) 
Gözəllik qarşısında heyrətdə olduğunu bildirmək istəyən  şair 
aşiqin ani vəziyyətini canlı bənzətmə və mübaliğə ilə verməyə nail 
olur, eyni zamanda, “surət” sözündən bir cinas kimi istifadə edir, [y, 
t, l, m, n] səslərindən isə alliterasiya mövqeyində  məharətlə  bəh-
rələnir, mənaya gözəl don biçir. Məzmunun özü müvafiq formanı 
doğurur, onun müvəffəq həlli isə yüksək sənət göstəricisini yaradır. 
Fars-tacik  ədəbiyyatının böyük klassiklərindən biri, Nizami 
ədəbi məktəbinin  ən istedadlı nümayəndələrindən olan Əbdürrəh-
man Cami ona dünya şöhrəti bəxş edən poemalarından  ən yad-
daqalanı “Yusif və Züleyxa” mənzum romanının müqəddiməsində 
əsərin yazılma səbəbindən danışarkən bu xüsusda yazır: 
Yalanı sənətlə bəzəsən əgər, 
Onun çırağına nur verər hünər
Çirkinin əyninə atlas biçmə gəl, 
İpək donla çirkin görünməz gözəl, 
Gözəl ola bilməz ipəklə çirkin. 
Çirkin qiymətini salar ipəyin. 
Ənliyi gül üzə sürtəsən gərək, 
Gözəlin hüsnünü artırar bəzək. 
Ənlik yaxılsa da, çirkin bir üzə, 
Baxanda çirkinlik dəyəcək gözə. (19, 11) 
[Farscadan çevirəni M.Əlizadədir.] 
Verilən sitatdan da bəlli olur ki, müəllif gözəl məzmuna uy-
ğun, ona yaraşan, mövzunun həlli, ideyanın çatdırılması üçün daha 
kamil və müvafiq formanın vacibliyini vurğulayır. Çünki sənətkarın 
əsas məharəti də ondadır ki, yalanı da həqiqət kimi təqdim edə 
bilsin. 
Şərq intibahının  ən orijinal simalarından biri, özünəməxsus 
şeir, sənət, əxlaq və dövlət konsepsiyaları ilə dünya ədəbiyyatında iz 
qoyan Nizami Gəncəvi də  məhz bu məqsədlə  “İskəndərnamə” 
poemasının “Rum və Çin nəqqaşlarının yarışı” hissəsində Mani adlı 
rəssamdan söhbət açır, sənətdə bədii yalan müddəasını əsaslandırır. 


Əzizağa Nəcəfov 
 
 
60 
[Məlumat üçün bax: 91, 291] Şairin fikrincə, istər gözəllik, istərsə 
də çirkinlik mahir təqdimatda yüksək sənət göstəricisi kimi dərk 
oluna bilər, burada əsas  şərt uydurmanın inandırıcı  təsvirinə nail 
olmaq, onun həqiqət kimi anlaşılmasına  şərait yaratmaqdır.  Şeirdə 
bunun tətbiqini  əyaniləşdirmək üçün yenə  də Füzuli qəzəllərinə 
müraciət edək: 
Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur, 
Rövşən etmiş onu kim, xurşiddəndir ayə nur. 
Bərqi-ahim göy üzün tutmuş, sirişkim yer üzün, 
Söhbətimdən həm vühuş etmiş tənəffür, həm tuyur. (39, 82) 
Verilən nümunənin ikinci beytinə  nəzər salsaq, şairin meta-
forik dillə təqdim etdiyi kədərin bu şiddətli anının qeyri-real olduğu 
aydınlaşar. Ahının odundan göydə quşların, gözünün yaşından yer-
də  yırtıcı heyvanların təngə  gəldiyini söyləyən Füzuli psixoloji 
halını ifadə etmək və emosiyalarını oxucuya çatdırmaq istəyərkən 
bədii yalandan faydalanır, lakin fikrin bu ifadə tərzi mövcud fiziki 
qanunlara  əsaslandığından real görünür və inandırıcı  səslənir. 
Məlumdur ki, konveksiya qanununa əsasən, isti hava kütlələri yün-
gül olduğundan yuxarı qalxır, buxarın aqreqat halını dəyişərək maye 
vəziyyətinə düşmüş forması isə hava kütlələrindən ağır olduğu üçün 
aşağı meyilli olur. Bu baxımdan ahın odundan quşların, gözün 
yaşından yerdəkilərin təngə gəlməsi təbiidir, inandırıcıdır. 
Burada, irəlidə  təqdim olunan şeir nümunələrində olduğu 
kimi, Füzuli üslubuna xas bir alt qatın da olduğu beytdə istifadə 
olunan sufi terminləri ilə  aşkarlanır. Bu isə Füzuli ecazkarlığının 
sirridir. Nəsib Göyüşovun “Təsəvvüf anlamları  və  dərvişlik rəmz-
ləri” adlı lüğətində müraciət etdiyimiz beytdəki bəzi sufi terminləri 
belə izah olunur: “bərq” - şimşək parıltısı, təriqətin başlanğıcında 
salikin qəlbinə ani olaraq saçılan işıq, Tanrıya doğru seyr məqamı, 
eşq,  şövq və  vəcd qığılcımı; “ah” - Tanrı sevgisinin rəmzi, həqiqi 
eşqin kamillik dərəcəsi, onun əsas xüsusiyyəti həmişə yerdən göyə 
yüksəlməsidir, “Allah” sözünün baş və son hərfi ilə yaranır; “sirişk” 
- yağış damlası  mənasına gələn bu söz rəhmət yağışı  və ariflərin 
qəlbinə  təravət bəxş edən Haqq nurudur. (Bax: 43, 40; 43, 169) 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
61 
Göründüyü kimi, bu izahlar nümunədə verilən beytin təsəvvüfi 
məqsədini də açmağa kömək edir. 
Füzulinin epik irsində  də, konkret olaraq “Leyli və  Məcnun” 
poemasında şair özündən əvvəlki müəlliflərdən fərqli olaraq, baş qəh-
rəmanlardan birinə yalan danışdırmalı olduğu anda sözlərdən elə mə-
harətlə istifadə edir ki, unikal dühası sayəsində yalan da həqiqət libası 
geyinir. Leylinin İbni Səlama xitabında işlədilən pəri, cin sözlərinin 
məcaziliyi baş qəhrəmana həqiqəti üstüörtülü söyləməyə imkan verir: 
Mən məktəbə getdiyim zamanlar, 
Hifzi-səbəq etdiyim zamanlar, 
Bir şəxs mənə göründü, nagah. 
Oldum pəri olduğundan agah. 
Cinnilər içində ol pərizad 
Ülfət mənim ilə qıldı bünyad. (40, 117) 
Həmin hissədə bir az sonra Leyli sanki dediklərinin real 
olduğuna da işarə edir: 
Sən həm ki, bizim diyarə yetdin
Əlbəttə, bu qissəni eşitdin. (40, 118) 
Beləliklə, şair sözün xalq dilindəki məna çalarına söykənərək 
eşqinə sadiq, nikahlı  əri qarşısında isə  səmimi qadın obrazı yarat-
mağa nail olur. Füzuli yaradıcılığında bədii yalan və onun konkret 
poetik mətn daxilində  həlli barədə irəlidə - mübaliğə fiqurundan 
danışarkən daha geniş məlumat verəcəyik. 
Hər bir sənət əsərində olduğu kimi, hər hansı bir poeziya örnə-
yində  də yaradıcı  şəxs düşüncələrini maddiləşdirir. Bu yaradıcılıq 
aktının yekunu olan nümunələrdə bir iç - gözlə görünməyib, qulaqla 
duyulmayan, şüurda formalaşıb, təfəkkürlə mənimsənilən və bir də 
xarici - hiss orqanları ilə  qəbul olunub, özgə bir zövqə  səbəb olan 
bir-birini tamamlamalı tərəflər müəyyənləşir. Əslində, şeirdə bu iki 
tərəfin ayrılması nisbidir. Çünki forma məzmunu qabartma vasitəsi, 
hisslərin ifadəçisidir. Müasir poeziyadan fərqli olaraq, möhkəm 
forma  ənənələrinə sadiq, yaradıcılıqda normativliyə, harmonik 
quruluşa, monumentallığa, sxematik elementlərə sahib klassik irsdə 
özünü göstərən idealizə edilmiş maddi qabıq mühafizəkarcasına 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə