daha çox əhəmiyyət verdiyi halda, bəzi dövlətlər əksinə bu sahəni
o qədər də qiymətləndirməmişlər.
Bunlardan əlavə bəzən köhnə və yeni diplomatiya
anlayışları da bir-birindən fərqləndirilir. Ümumiyyətlə tarixi
baxımdan Yunan, İtalyan və Fransız diplomatik metodlarının
təcrübəsi daha çox vurğulamr. Fransız metodu
köhnə diplomatiya
metodu hesab edilir. Demək olar ki, XVII əsrdən XX əsrin
əwəllərinədək bütün Avropa dövlətləri Fransız metodunu qəbul
etmişlər. Burada beş əlamət əsas götürülürdü:
1.
Avropa əsas və ən mühüm qitə hesab edilirdi. Asiya,
Afrika və Latın Amerikası isə Avropanın siyasi təsir dairəsinə
tabe idi.
2.
Dövlətlərarası münasibətlərdə kiçik dövlətlərin roluna
əhəmiyyət verilmirdi.
S.Dövlətlərarası münasibətlərdə böyük dövlətlər kiçik
dövlətlərin hərəkətinə məsuliyyət daşıyırdılar. Yəni onlann daxili
işlərinə müdaxilə edirdilər.
4.
Avropa ölkəsində peşəkar diplomatik xidmətin təsis
edilməsinə ciddi fikir verilirdi. Bilikli diplomatlar yetişdirilməsi
nəzərdə tutulurdu. Onlara müstəqil fəaliyyət göstərmək imkanı
verilirdi. Onlar müharibələrin qarşısının alınmasında öz səylərini
birləşdirirdilər.
5.
Danışıqlann bir qayda olaraq gizli aparılması tövsiyə
edilirdi. Xalqın danışıqlara təsir edə bilməməsi üçün danışıqların
gizli aparılması əsas götürülürdü.
Aydındır ki, vaxt keçdikcə köhnə diplomatiyanın
müəyyən tərəfləri daha da genişlənmiş və yeni diplomatiya
tələbləri
yaranmışdır.
Kommunikasiya
vasitələrinin
təkmilləşdirilməsi ilə yeni diplomatiyaya keçilməsinə zəmin
yaranmışdır.
İkitərəfli, çoxtərəfli diplomatiya və yaxud yüksək
səviyyəli, əla səviyyəli diplomatiya növləri də fərqləndirilir.
İkitərəfli diplomatiya daha çox yayılmış diplomatiya növü hesab
olunur. Burada ancaq iki dövlətin nümayəndələri arasındakı
qarşılıqlı əlaqə əks olunur. Məsələn səfirlə xarici işlər
118
Səfirliyin təyin edilməsi qaydası belə olur; səfir təyin
edilməzdən əvvəl həmin şəxsin namizədliyi barədə qarşı
dövlətdən razılıq alınır (bəzən şəxsi münasibətlər mövcud ola
bilər). Sonra isə təyinat baş verir.
Səfirliyin əsas funksiyaları aşağıdakılardan ibarətdir:
-
Həmin ölkədə öz dövlətinin Milli mənafelərini və xarici
siyasət
kursunun təmin edilməsi;
-
Yerləşdiyi ölkənin vəziyyəti barədə məlumat toplamaq;
-
Başqa ölkələrin nümayəndəliklərinin fəaliyyəti barədə
məlumat əldə etmək;
-
Dövlətlərarası əməkdaşlıqların
vəziyyətini öyrənmək
və s.
Diplomatik nümayəndəliklərin fəalij'yəti 1961-ci ildə
Vyana Konvensiyasmda müəyyən edilmiş normalara
əsaslanır. Onların toxunulmazlıq hüququ vardır.
Diplomatik heyət - səfirdən, ondan aşağı vəzifəli
işçilərdən, müşavirdən (məsləhətçi), ticarət nümayəndəliyindən,
attaşe, katiblər və s.-dən ibarətdir. Bununla yanaşı inzibati- texniki
heyət, xidmət edən heyət də (sürücü, santexnik, bağban, qulluqçu
və s.) bura daxildir.
Beləliklə, diplomatlar müxtəlif funksiyalan yerinə
yetirməklə hər bir dövlətin
xarici siyasətində mühüm rol
oynayırlar. Daha doğrusu:
1 .Dövlətlərarası əlaqə yaradılmasını həyata keçirirlər;
2.
məlumat
əldə etmək, təbliğat işi aparmaq funksiyasını
yerinə yetirirlər;
3.
Münaqişələrin tənzimlənməsində əsas şəxs kimi iştirak
edirlər;
4.
Dövlətlərarası
əlaqələrin genişlənməsinə və
yaxşılaşmasına zəmin yaradırlar;
5.
Konkret məsələlərin həlli üzrə danışıqlar aparırlar;
6.
Xarici siyasət sahəsində ümumi rəhbərlik proqramı
həyata keçirirlər.
120