illiklərdə ABŞ-ın bəzi prezidentlərinin xarici siyasi qərar qəbul
etmələrinin xarici müəyyən cəhətləri tədqiq edilmişdir.
Məsələn
Cimmi Karter və
Ronald Reyqanm şəxsi
keyfiyyətləri barədə bəzi mülahizələri qeyd etmək olar. C.Kar-
terin şəxsi keyfiyyətlərini araşdıran siyasətçilər və psixoloqlar
onun çox yüksək intellektə, fenomen yaddaşa, çox yüksək
işgüzarlıq səviyyəsinə malik olduğunu göstərmişlər. Bütün bu
yüksək keyfı>
7
ətlərə malik olmasına baxmayaraq o, öz prezident
vəzifəsinin öhdəsindən tam gələ bilməmişdir.
Bəzi xarici siyasi qərarlar qəbul edilməsində ABŞ-m
mənafeyinə zərər gətirən ciddi nöqsanlara yol verilmişdir.
Siyasi psixoloqlar göstərirlər ki. Karter prezident olduğu
dövrdə özünə inam hallarını çox şişirtmişdir. Bundan əlavə
0
çox
çətinliklə öz fikrini dəyişirdi (hətta onun səhv etməsi aydın
olduqda belə). Hətta o, prezidentliyə gəldiyi ilk vaxtlardan
mütəxəssislər proqnoz etmişdilər ki, o, Amerikanın xarici
siyasətində ciddi problemlər yarada bilərdi. Əslində elə də
olmuşdur. Onun prezident müddətinin axırında amerikalıların
İraqda girov götürülməsi və Sovet İttifaqı ilə qarşıdurmanın
yeniləşməsi özünün göstərirdi.
C.Karterdən fərqli olaraq
Ronald Reyqan öz işgüzarlığı
ilə fərqlənirdi. Prezident seçilənədək o, beynəlxalq siyasəti çox
zəif bilirdi. Dünya görüşü çox dar idi. Hətta o fəxr edirdi ki,
Bibliyadan sonra heç bir kitab oxumayıbdır. Buna baxmayaraq
ABŞ-m tarixində Reyqan ən yaxşı prezidentlərdən biri hesab
edilir. Onun dövründə Amerika iqtisadiyyatı böhranlardan çıxaraq
başqa sahələrdə də, xarici siyasət sahəsində də >niksək
nailiyyətlər əldə edə bilmişdi.
Məşhur Amerika siyasi psixoloqu
Marqaret Xermani
göstərirdi ki, başqa dövlətlərin liderlərindən fərqli olaraq
Reyqanda yüksək millətçilik və qarşıda duran vəzifəni yerinə
yetirməkdə səfərbərlik xarakterikdir. Xermani qeyd edirdi ki,
Reyqanda
“İmperiya yaratmaq” cəhəti çox güclüdür. Bütün bu
kimi nailiyyətləri ona imkan yaratmışdır ki,
hakimiyyəti öz
115
əlində cəmləşdirərək təkbaşına daxili və xarici siyasət barədə
qərarlar qəbul edə bilsin.
Siyasi psixologiyada
üçüncü istiqamət siyasi liderlərin
şəxsiyyətinin modelləşdirilməsində
“davranış” (ingiliscə -
bixeviorizm) metodologiyasının tətbiq edilməsidir. Burada
“həvəs-hərəkət” formulu əsas götürülür. Məsələn beynəlxalq
münasibətlər sahəsində tanınmış alim
Ceyis Rozenau xarici-
siyasi qərar qəbul edilməsi prosesini üç fazaya ayırır.
Birinci faza
liderin xarici-siyasi qərara olan münasibəti və beynəlxalq
vəziyyətə təsir etmək həvəsi ilə bağlıdır,
ikinci faza qərarın yerinə
yetirilməsi fazasıdır.
Üçüncü fazada isə hər iki fazanın əks təsiri
özünü göstərir.
Xarici-siyasi qərar qəbul edilməsində şəxsiyyətdən ibarət
lider surəti yaradılmasında digər bir istiqamət də mövcuddur. Bu
sahədə araşdırma göstərirdi ki, xarici-siyasi qərar qəbul edən
siyasi lider aşağıdakı motivi əsas götürməlidir:
Hakimiyyətə gəlmək tələbatı, məqsədə çatmaq tələbatı,
tərifə olan tələbat (bəyənilmə) və s. bu tələbatlar arasında olan
nisbət xarici-siyasi inamın tipini və eləcə də siyasi davramşm
variantını müəyyən edir.
3.
Diplomatiya və diplomatiya xidməti
Xarici siyasət diplomatiya' ilə birbaşa bağlıdır. Bu
qarşılıqlı əlaqə o dərəcədə vəhdət halında götürülür ki, bir çox
hallarda onları eyniləşdirirlər. Buna baxmayaraq bu anlayışlar
arasında fərq də vardır. Diplomatiyanın tərifi və yaxud daxili
məzmunu barədə fikirlər müxtəlifliyi mövcuddur.
Diplomatiya
heç də xarici siyasətin özü olmayıb onun həyata keçirilməsinin
metod və üsullarının məcmusundan ibarətdir.
Diplomatiya - fransız sözüdür. Xarici ölkələrdə dövlət işi aparan səlahiyyətli
adam
116
ingilis alimi və diplomatı Q.Nikolson göstərirdi ki,
«diplomatiya» sözü bir neçə mənada işlədilir. Bəzən
diplomatiya
xarici siyasətin sinonimi kimi işlədilir. Digər mənada
diplomatiya
dedikdə danışıq aparılması nəzərdə tutulur. Diplomatiya anlayışı
eyni .zamanda
Xarici İşlər Nazirliklərinin xarici ölkələrlə olan
əlaqələrini də özündə əks etdirir.
Bu anlayış eyni zamanda beynəlxalq danışıqlarda yaxşı
mənada danışıq qabiliyyəti, məharət, zirəklik və s. cəhətləri, pis
mənada isə naqislik, xislət və digər cəhətləri özündə əks etdirir.
Q.Nikolson belə hesab edir ki, diplomatiya danışıqlar
yolu ilə beynəlxalq münasibətlərin həyata keçirilməsi
metodudur. Fransız diplomatı Qarden (XIX əsrin birinci
yarısı) göstərirdi ki, diplomatiya xarici işlər barədə elmdir.
Daha dəqiq desək diplomatiya danışıqlar və ya mahirlik (məharət)
elmidir. Diplomatiya nümayəndəlik funksiyası yerinə yetirir.
Diplomatiya münasibətləri (siyasi, iqtisadi, və digər
münasibətləri həyata keçirməklə) dövlətlərarası münasibətlərin bir
forması hesab olunur. Hər bir gərgin vəziyyətdə belə
dövlətlərarası əlaqələr saxlanılmasına diplomatik protokollar
köməklik edir. Deməli diplomatiya hər bir dövlətin mənafeyini
ifadə edən damşıqlar vasitəsi ilə
xarici siyasəti həyata keçirən
rəsmi fəaliyyətdir. Diplomatiyanın məqsədi razılıq əldə
etməkdir. Deməli, razılıq əldə edilməyən yerdə diplomatiya daha
münasibdir. Diplomatiya elə bir metoddur ki, beynəlxalq
münasibətlər onun vasitəsilə tənzimlənir. Diplomatların fəaliyyəti
dövlətin siyasəti ilə məhdudlaşır. Onlar xarici siyasət barədə olan
qərarları istədiyi kimi əyişə bilməzlər. Odur ki, hər bir diplomatın
uğuru onun şəxsi keyfiyyəti ilə yanaşı, təmsil etdiyi dövlətin xarici
siyasətinin məzmunundan da asılıdır. Dövlətin xarici siyasətinin
səmərəliliyində onun qüdrətli dövlət olub-olmaması, güc amili də
mühüm rol oynayır. Tarixi baxışdan yanaşdıqda məlum olur ki,
müxtəlif diplomatik vasitələrdən istifadə edilmişdir. Bəzi
dövlətlər diplomatiyaya
117