xəbər avropada və xüsusilə Fransada çox narahatlıq yaratdı
(«Versal sülh müqaviləsi»nin şərtlərinə görə hər hansı iki dövlətin
birləşməsi qadağan idi). Odur ki, Fransa Almaniya ilə Avstriyanın
birləşməsi məsələsini Beynəlxalq Məhkəməyə verməli olmuşdur.
Daimi Beynəlxalq Tribunal Avtsriyanın əvvəlcə
götürdüyü öhtəliklə bu birliyin bir araya sığmaması barədə qərar
qəbul etmişdir. Vəziyyəti belə görən Almaniya və Avstriya
Gömrük İttifaqı yaratmaq planından imtina etmişlər.
Silahlanma uğranda bəhsləşmə. «Vaşinqton kon-
fransın»da (12.11.1921) bəzi hərbi gəmilərin istehsalı qadağan
edilmişdir. Odur ki, başqa növ gəmi quruculuğu uğrunda mübarizə
gedirdi. İngiltərə başqa ölkələrə məxsus olan bütün növ gəmilərin
yaradılması ilə məhdudlaşırdı. İngiltərə «Va- şinqton
müqaviləsi»ni imza edən beş dövlətin konfransını çağırmağı təklif
etmişdi. Konfransın işi 1930-cu ildə yanvar ayının 21-dən aprel
ayının 22-dək Londonda apanimışdır. Bəzi fikir müxtəlifliyi olsa
da hər halda müəyyən hərbiləşmə işinin azaldılması
barədə
«Vaşinqton razılaşma»larını tamamlaya bilən qərar qəbul
edilmişdir. Üç böyük ölkədə hərbi gəmilərin müəyyən məhdud
tonnajda olması dəqiqləşdirilmişdi.
Sürətli böyük hərbi gəmilərin (kreyserlərin) ümumi
tonnajı: İngiltərədə 339 min ton, ABŞ-da 323 min ton,
Yaponiyada 209 min ton qəbul edilmişdir. Hər üç dövlət üçün
sualtı qayıqların ümumi tonnajı 52,7 min ton müəyən edilmişdi.
Tərksilah haqqında aCenevrə konfransım. Demək olar ki,
bütün dövlətlərin iqtisadiyyatı çox kəskin vəziyyətə düşmüşdü.
Almaniyaya kəsilmiş hərbi cərimənin ödənilmə müddətinin
uzadılması da kredit böhranının dayandırılmasına kömək edə
bilmirdi. İngiltərə bankları kapitalın azalmasının və qızıl
ehtiyyatınm tükənməsinin qarşısını ala bilmirdilər. Odur ki,
İngiltərə hökuməti 21 sentyabr 1931-ci ildə qızıl standartını
dəyişməli olmuşdur. Avropanın başqa dövlətləri də qızıl
standartını dəyişmişlər. Avropada fundsterlinqin
əvəzinə ABŞ
281
XXII
Fəsil.
UZAQ ŞƏRQDƏ VƏ AVROPADA İKİ
MÜHARİBƏ OCAĞININ YAIU^DILMASI VƏ
BEYNƏLXALQ MÜNASİBƏTLƏR
1932-ci ilə iqtisadi böhran ən yüksək həddə çatmışdı.
Birinci Dünya Müharibəsi ərəfəsində olduğu kimi yenə təsir
dairəsinin bölüşdürülməsi, xammal mənbələri üstündə mübarizə,
satış bazarları uğrunda mübarizə məsələləri qaldırılırdı. Yenə də
müharibə barədə fikirlər gəzirdi. Birinci Dünya Müharibəsindən
sonra məğlub olmuş dövlətlər özlərini bölüşdürülmüş hesab edir
və iddialannı bildiridilər.
1931-ci ilin payızında belə bir ilk addım Yaponiya
tərəfindən atılmışdır.
Yaponiyanın işğalçılıq siyasəti. 1927-ci ilin yayında
Yaponiyanın hərbi və mülkİ məmur nümayəndələrinin məxfi
konfransı keçirilmişdir. Konfransa general Tanaka sədrlik edirdi.
Konfransda Yaponiyanın Çinə qarşı siyasəti barədə sənəd
ha;^ırlanmışdı. Bu sənəd
«Tanakanın memorandumu»
adlanırdı. Sənəd
«Mançuriya və Monqolustanda pozitiv
siyasətin əsaslan» adı ilə imperatora göndərilmiş, 1929-cu ildə isə
Çində dərc etdirilmişdir. Bu sənədin əsas məqsədi Çinin
birləşməsinə imkan verməmək və onu müstəqillikdən məhrum
etməkdən ibarət idi. Sənəddə Çinin Şimal şərq əyalətlərini və
Monqolustanı işğal etmək, bunlardan müharibə meydanı kimi
istifadə edərək Çinin və Asiyanın digər dövlətlərini də ələ
keçirmək planı öz əksini tapmışdır.
O vaxtlar Yaponiya iqtisadiyyatı sürətlə inkişaf etdirilirdi.
Odur ki, xarici bazarı genişləndirməyə çalışırdı. Yaponiyanın
hərbi dairələri bilirdi ki, bu kimi planları həyata keçirmək üçün
ancaq Rusiya ilə deyil, ABŞ ilə də qarşılaşmalı olacaqdır. ABŞ
Çinə
olan xarici əlaqələri,
ticarəti, təsir dairəsini genişləndirirdi.
284