E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə89/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   85   86   87   88   89   90   91   92   ...   106

ABŞ  Çan  Kayşi  hakimiyyətinin  möhkəmlənməsinə 
köməklik edirdi. 1927-ci ildə bağlanmış məxfi müqaviləyə əsasən 
Çinin  hakimiyyət  orqanlarına  Amerika  müşavirləri  məsləhət 
verirdilər. 
ABŞ  və  İngiltərə  Yaponiyanın  hərbi  gücünün  artmasını 
ardıcıllıqla izləyirdilər. 1930-cu ildə konfransda «Dəniz qanunu» 
qəbul edilmişdir. Bu qanuna əsasən Yaponiya öz hərbi gəmilərinin 
tonnajını  ABŞ  və  İngiltərənin  gəmi  donanmasının  70%-i 
həcminədək azaltmalı idi. 
Bütün  bunlara  baxmayaraq  Yaponiya  müharibəyə 
hazırlaşmaqda  davam  edirdi.  O,  müharibəni  ilk  əvvəl  Çin  ilə 
başlamağı qərara almışdı. Beləliklə, 1931-ci ildə sentyabr ayının 
18-19-da  onlar  hərbi  yürüşə  başlayaraq  Çinin  Şimal-  Şərq 
hissəsini  tutmuşlar.  Burada  Yaponiyanın  gənc  zabitləri  daha 
böyük rol oynayırdılar. 
Millətlər  Birliyinin  fəaliyyəti.  Elə  həmin  vaxt  1931-ci 
ildə sentyabr ayının 19-da Çinin və Yaponiyanın nümayəndələri 
Millətlər  Birliyinin  sessiyasında  Uzaq  Şərqdəki  vəziyyət  barədə 
məlumatla  çıxış  etmişdilər.  İki  gündən  sonra  Çin  hökuməti 
Millətlər Birliyinə köməklik göstərməsi üçün müraciət etmişdir. 
Lakin İngiltərə, Fransa, İtaliya və Almaniya dövlətlərinin 
heç biri müəyyən tədbirlər görülməsinə səy göstərməmişlər. 
ABŞ isə Yaponiya ilə birlikdə öz təsir dairəsini artırmağa 
çalışırdı.  Nəhayət,  1931-ci  ilin  dekabr  ayında  Millətlər  Birliyi 
komissiya  yaratmalı  olmuşdur.  Komissiyaya  Hindistanın 
vitse-kralı  lord  V.P.  Litton  başçılıq  edirdi.  Bu  Komissiyanın 
tərkibinə  Böyük  Britaniya,  Fransa,  İtaliya,  Almaniya  və  ABŞ 
nümayəndələri daxil idi (ABŞ Birliyin üzvü deyildir). 
1932-ci  ilin  yazında  Komissiya  Çinə  gələrək  fəaliyyətə 
başlamışlar. ABŞ rəsmi olaraq Yaponiyanın hərəkətini pisləyirdi. 
ABŞ-ın dövlət katibi Stimson Çinə və Yaponiyaya 
285 


nota göndərərək bildirirdi ki, ABŞ Çində heç bir ərazi dəyişikliyini 
tanımayacaqdır. 
Yaponiya  qərb  dövlətlərinin  həqiqi  mövqeyini  bilirdi. 
Odur ki, o, Komissiyanın işinə heç bir məhəl qoymadan hücumu 
davam etdirirdi. 
Hətta  qatara  basqın  edərək  Sovet  qulluqçularım  həbs 
etmiş və nəqliyyat əmlakını ələ keçirmişlər. 
193  3-cü  il  fevral  ayının  24-də  Millətlər  Birliyinin 
məclisində Çinin Şimali-Şərqinin tənzimlənməsi barədə qətnamə 
qəbul edilmişdi. Yaponiya bu sənədə məhəl qoymayaraq 1933-cü 
il  mart  ayının  27-də  Millətlər  Birliyindən  çıxmasım  bildirirdi. 
Beləliklə,  Yaponiya  açıq-aşkar  öz  hərbi  hərəkətini  davam 
etdirməli  olurdu.  Beləliklə,  Uzaq  Şərqdə  müharibə  mənbəyi 
yaranmışdı. 
Almaniya faşizmi. Yalnız Uzaq Şərq deyil Avropada da 
hadisələr çox təhlükəli istiqamət alırdı. Yaponiya təcavüzü üçün 
«Tanaka  memorandumu»  proqram  rolu  oynayırdısa,  Almaniya 
hərbisi üçün hərəkət proqramı A. Hitlerin «Mənim mübarİ
2
əm» 
kitabı olmuşdur. O, bu kitabı 1924-cü ildə yazmışdır. Bu kitabda 
Almaniyanın milli-sosial partiyasının mürtəce proqramı öz əksini 
tapmışdır. Bu partiya 1930-cu illərdən hakimiyyətə gəlməyə can 
atırdı. 
Milli  sosialistlər  alman  xalqını  öz  ətrafına  cəlb  etmək 
üçün  onları  «Versal  sülh  müqaviləsi»nin  qərarlarından  imtina 
etməyə  çağırırdı.  Xalqı  «milli  inqilab»a  səsləyirdi.  Ayn-ayrı 
partiyalar arasında möhkəm birlik yox idi. Odur ki, ölkə daxilində 
faşizmin  qarşısını  almaq,  Hitlerin  hakimiyyətə  gəlməsinə 
maneçilik törətmək mümkün deyildi. 
Faşizmin  hakimiyyətə  gəlməsindən  əvvəl  1931-ci  ilin 
axırlannda  faşist  partiyasının  nəzəriyyəçilərindən  biri  A. 
Rozenberq  İngiltərəyə  gedərək  orada  görüşlər  keçirmişdir.  O, 
ingilisləri inandırmağa çalışırdı ki, «Versal sülh müqavi- ləsi»nin 
qərarlanm  ləğv  etmək  lazımdır.  Xahiş  edirdi  ki,  milli-  sosialist 
partiyasını dəstəkləsinlər. 1932-ci ilin yayında Alma 
286 


niyada  siyasi  böhran  başlamışdı  (Hitlerin  vəzifəyə  gəlməsi  ilə 
bağlı  olaraq)  Hitler  yığıncaqlarda,  qurultaylarda,  konfranslarda 
alman xalqını  əmin etməyə  çalışırdı  ki,  ancaq onlar Almaniyanı 
sosial-iqtisadi böhrandan çıxara bilərlər. Sənayeçilərə çoxlu hərbi 
sifarişlər  verməklə  onların  gəlirlərinin  artmasına  həvəs 
yaradırdılar. 
Hitler  1933-cü  ildə  vitse-kansler  F.Fon  Papen  ilə 
hakimiyyət bölgüsü baıədə də razılığa gəlmişdir. 
1933-cü  il  yanvar  ayının  30-da  Hitler  reyxs  -  kansler, 
F.fon Papen isə vitsekansler vəzifəsini tutmuşlar. Daha doğrusu
həmin  vaxt  Almaniyada  maliyyə-maqnatlarının  tələbi  əsasında 
prezident Hindenburq hakimiyyəti real olaraq Hitlerə vermişdir. 
Hitler  özünü  alman  xalqının  xilaskarı  kimi  göstərirdi.  Beləcə, 
Almaniyada  faşist,  terrorist  bir  rejim  yaranırdı.  Kommunistlərə 
qarşı  çox  ciddi  tədbirlər  həyata  keçirirdilər.  Kommunist 
partiyasının  rəhbərlərindən  biri  olan  E.  Telmanı  həbs  etmişlər. 
Beynəlxalq aləmdə özlərini əməkdaşlıq tərəfdan kimi göstərərək 
1933-cü il iyul  ajanm 15-də Böyük  Britaniya,  Fransa, Almaniya 
və  İtaliya  ilə  «Dördlük  mü-  qaviləsi»  bağlamışlar.  Əslində  bu 
sənəd  Avropa  demokratiyasını  arxayın  salmaqdan  başqa  bir  şey 
deyildi. 
Almaniyanın  Millətlər  Birliyindən  çıxması.  Qeyd  etmək 
olar ki, Almaniyanın əməkdaşlığa can atmasına nisbətən normal 
münasibətlərə  qarşı  olan  saymazlığı  daha  aydın  özünü  biruzə 
verirdi. Elə bu kimi münasibətlərin nəticəsi idi ki, 1933- cü ilin 
payızında tərksilaha qarşı keçirilən konfransda xarici işlər Naziri 
fon Neyrat Almaniya üçün də Birinci Dünya Müharibəsində qalib 
ölkələrlə tam bərabərlik olmasını tələb etdi. 
Fransa  Almaniyanın  silahlanmasından  ehtiyatlanaraq 
təsdiqlənmiş həddə silahların saxlanılmasına təkid edirdi. İngiltərə 
və  İtaliya  Almaniyanı  müdafiə  etsə  də  ABŞ-ın  dəstəyi  ilə 
Fransanın  təklifini  müzakirə  etmək  üçün  dörd  dövlət  arasında 
razılaşma həyata keçirilmişdi: Böyük Britaniya, Fransa, 
287 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə